ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə75/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   71   72   73   74   75   76   77   78   ...   175
Ya vəcihən indəllah işfə li indəllah, fi şifai vələdi. Ya babəl həvaic. Ya Əbəlfəzl vəl-kərəm vəl-cud. La turəddini xaibən ya səyyidi!.»

Sonra yenə də sözlərimi və xahişimi təkrarladım. Övladıma şəfa istəyirdim. Həzrətin hərəmində divanələr kimi o tərəf bu tərəfə qaçırdım. Bu səhnə yarım saata qədər davam etdi. Sonra hərəmdən çıxıb mənzilimə tərəf gəldim. Evə yaxınlaşanda qardaşımla rastlaşdım. Məni görcək dedi:

Qardaş harda idin?

Dedim: Həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) hərəminə getmişdim.

Qardaşım gülərüzlə dedi:

Sənə müjdə olsun ki, uşağın sağaldı. Onun xəstəliyi aradan getdi. Heç narahatçılığa dəyməz!

Mən uşağımı ölüm halında qoyub getdiyimə görə fikirləşdim ki, qardaşım məni sakit etməkdən ötrü bunu söyləyir. Amma evə daxil olan kimi atam məni qucaqlayıb dedi: Oğlum hardaydın? Dedim: Həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam)hərəmində idim. Dedi: Xoş sənin halına ki, övladının şəfaətini ondan aldın. Sonra atam mənim üzümdən öpüb birlikdə uşaq olan otağa daxil olduq. Oğlumun nənəsi də gülərüzlə mənə dedi: Oğlum özündə heç bir şübhəyə yer vermə. Oğlunun kəsaləti aradan getdi. İndi yatıb, yuxudadır.

Oğluma yaxınlaşanda onun üzünə baxdım. Bir neçə saat bundan əvvəl rəngi saralmış uşağın eyni açılmışdı. Anasından uşağın halını soruşdum. Dedi: Sən burdan getdikdən bir az sonra gördüm uşağım dərindən nəfəs aldı. Gözlərini açıb təbəssümlə bizlərə baxdı. Elə ki, yaxşılaşdığını gördüm ona süd verdim. İndi də yuxudadır.

Mən sevindiyimdən övladıma heyran qalmışdım. Öz-özümə dedim: Ya Əcaba! Budur kəramətin mə`nası! Budur «Babul-həvaic» həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) məqamı!

Biz hamılıqla Allaha şükür etdik. Ondan sonra gündən-günə övladımın vəziyyəti yaxşılaşdı və tamam sağaldı.

Vəlhəmdu lillahi rəbbil aləmin. Vəssəlam!


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin