ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə83/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   79   80   81   82   83   84   85   86   ...   175

ƏLLİ DOQQUZUNCU KƏRAMƏT

«MÜNASİB VAXTA QƏDƏR ONA ŞƏFA VƏ`DƏSİ VERİR»


Cənab höccətül-islam vəl-müslimin alim hacı seyyid Əli Əkbər Hairi, Qum sakini yazır:

«Hadisənin xülasəsi belədir: Mütəxəssis həkimlərin müalicəsindən sonra möhkəm xəstələnmiş oğluma «yox» cavabı vermişdilər. Anası Əmirəl-mö`minin Əli (əleyhissalam)-a pənah aparıb yalvarır. O həzrətin doğum günü övladının sağalmasını istəyir. Mübarək Rəcəb ayının onunda oğluma yuxuda nurani bir atlı ona şəfa vermək və`dəsini verir.

Rəcəb ayının 10-u imam Cavad (əleyhissalam)-ın və 13-ü isə imam Əli (əleyhissalam)-ın doğum günlərinə təsadüf edir. Rəcəb ayının on üçündə gecə uşağın anası təzədən həzrət Əli (əleyhissalam)-a dua edib yalvarır. Oğlum yatarkən imam Həsən Müctəba (əleyhissalam), imam Əbi Əbdillahil Hüseyn (əleyhissalam)-ı yuxuda görür. Əli (əleyhissalam) onunla danışarkən öz mübərək əlini onun sinəsinə çəkir və ona tamamilə şəfa verir. Sonra oğluma buyurur:

«Anana de ki, bu da onun bayramcalığı!»

Yenidən onunla görüşünü mübarək Ramazan ayının 21-ci gecəsində olmasını bildirir. Mübarək Ramazan ayının 21-i iki böyük alim ayətullah hacı şeyx Əbul Qasim Xəz Əli və ayətullah Seyyid Kazim Hari (mənim qardaşım) və bir sıra mö`minlər bir məclisdə idilər. Onların arasında bir neçə çətin əlaclı şəxslər də vardı. O gecə övladıma əcib halət üz vermişdi. Qur`anı başa tutmaq mərasimində həzrət Əli (əleyhissalam)-ın pak adına yetişdikdə oğlum öz aləmində o Həzrətlə danışığa başladı. Həzrət öz söhbətlərində uşağa buyurur ki, o məclisdə oturanlara de ki, Həzrət Əbul-Fəzl Abbasa(əleyhissalam) növhə oxusunlar. Bununla da xəstələr şəfa tapacaq. Sonra əlavə edir: Bu xəstələrin hər birisi məsləhət olsa yavaş-yavaş şəfa tapacaqlar. Hansı məsləhət olmasa şəfa tapmayacaq. Amma, Allah-taala bu şəfa əvəzində onlara başqa şey əta edəcəkdir. O deyir: Həzrət Əbul-Fəzl Abbasa (əleyhissalam) növhə deməkdən məqsəd onun müsibətində deyilən qəsidə idi.

Onu da qeyd edək ki, bu məclisdə iştirak edən xəstələrdən Məhdi Şə`bani adlı birisi fələc, hətta danışa bilməyən bu şəxs az bir müddətdə, yə`ni bir ay müddətində sağalır. O, bizim qonşumuz idi.

Tamamilə fələc olmuş bu şəxs hətta evlənməyə də qadir olur. Mən özüm onların nigah əqdini oxumuşam.

Əvvəldə ona işarə etdiyim hadisə bu idi. Ümidvaram, Allah-taala biz Ali Məhəmməd (səlləllahu əleyhi və alehi və səlləm) şiələrinin əlini Əhli-Beyt (əleyhissalam)-ın ətəyindən üzməsin!.

Vəssəlamu ələyna və əla ibadillahissalehin.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin