ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə80/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   76   77   78   79   80   81   82   83   ...   175

ƏLLİ BEŞİNCİ KƏRAMƏT

GƏMİDƏ RÖVZƏXANLIQ!


Cənab höccətül-islam vəl-müslümin Hacı şeyx Məhəmməd Kazim Pənah Rudsəri, Qum elm ocağından olan alimlərdən biri yazır:

Mən hacı şeyx Məhəmməd Kazim Pənah Rudsəri hicrətin 1417-ci ilində ayətullah seyyid Təyyib Cəzairinin mənzilində höccətül-islam hacı şeyx Əli Rəbbani Xəlxalinin xidmətində idim. Orada bu iki kəraməti nəql etdim:

«Mərhum ayətullah uzma hacı şeyx Məhəmməd Əli Əraki (r.ə) 1397-ci hicri ilində övladı höccətül-islam vəl-müslimin hacı şeyx Əbul-Həsən Müslihi ilə birlikdə İraqa imamların ziyarətinə gedilər. Mən bir neçə nəfər tələbə dostumla birlikdə mərhum Ərakinin xidmətində olduq. O, bizə bir neçə mətləb nəql etdi. Onlardan biri də həzrət Əbul-Fəzl Abbas (əleyhissalam) barəsindəki kəramət idi.

O, buyurdu: Atam öz zəmanəsinin alimlərindən biri idi. Məkkəyə ziyraətə gedir. Qayıdarkən gəmi ilə İrana gəlməli olur. Gəminin Cəddə limanından İranın limanlarından birinə gəlməsi on beş gün çəkir. Bu günlər məhərrəmliyə düşür. Təbii olaraq gəmidə mərasim bərpa olunur. Xoşbəxtlikdən bir neçə hacı dəstələri rövzə məclisləri qurmuşdular.

İş elə gətirir ki, bu vaxt gəmidəkilər arasında vəba xəstəliyi yayılmağa başlayır. Sərnişinlərdən bir çoxu bu xəstəliyin səbəbindən canını əldən vermişdi. Onların cənazələrini başqa sərnişinlər şər`i qanunla hazırlayıb dəryaya atırdılar. Bu arada atam da möhkəm xəstələnir. Elə həddə çatır ki, dostları onu yoxlamağa gələndə biri digərindən onun əhvalını soruşur ki, ağanın halı necədir? Cavabında ümidsizliklə başını bulayır. Bildirmək istəyir ki, atamın vəziyyəti elədir ki, sağalmağa heç bir ümid yoxdur. Bu vaxt atam İmamlara(əleyhimussalam) pənah aparır. Nəhayət, Aşura gecəsi tasua yetişir. O gecə atam həzrət Əbul-Fəzl Abbasa(əleyhissalam) pənah aparıb şəfaət istəyir. Ondan sonra atamın halı yavaş-yavaş yaxşılaşır və sağalmağa doğru gedir. Nəhayət, bu xahişlərə səbəb atam tamamilə sağ-salamat vətənə qayıdır.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin