Gənc nəslə erməni vandalizmi haqqında Bədiyev Sədrəddin Rəhim oğlu



Yüklə 25.09 Kb.
PDF просмотр
tarix01.04.2017
ölçüsü25.09 Kb.

Gənc nəslə erməni vandalizmi haqqında 

Bədiyev Sədrəddin Rəhim oğlu 

             Pedaqoqika    üzrə  fəlsəfə  doktoru,  AMİ-nin  Şəki  filialında  kafedra 



müdiri 

        “Böyük Ermənistan” xülyasında olan  Daşnaqsütun partiyasının “liderləri”nin 

avantürüst siyasəti nəticəsində Azərbaycan  torpaqları zaman-zaman işğal edilmiş, 

Azərbaycan xalqı vandalizmə məruz qalmışdır. 1918-ci ilin 31 martında ermənilər 

tərəfindən  Azərbaycan  xalqının  başına  gətirilən  müsibət-  soyqırımı  ilə  əlaqədar 

dahi  bəstəkar  Ü.Həcıbəyov  yazırdı:  “Bu  günki  vəzifəmiz  o  qara  günləri  yaddan 

çıxarmamaqdır  və  buna  görə  də  həmişə  və  hər  an  hər  şeyə  hazır  olmalıyıq. 

Borcumuz bu vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq, məmləkətimizi şərəflə 

yaşatmağa çalışmaqdır” (5, səh 72). 

 

Müasir zaman, dövlətimizin gələcək taleyi, varlığı U.Hacıbəyovun söylədiyi 



bu  fikri  gənc  nəslə  aşlamağı,  onların  əqidəsinə  çevirməyi,  kimliyindən  asılı 

olmayaraq hər bir ziyalıdan, vətən təəssübkeşindən tələb edir. İnformasiya əsrinin 

imkanlarından  istifadə  edərək  gənc  nəsli  soy-  qrımının  mahiyyəti,  bu  problemin 

tarixi  kökləri  ilə  tanış  etmək  mümkündür.  Bu  zəmində  onlarda  dövlətçilik,  milli 

mənlik  hissinin,  milli  mənəvi  dəyərləri  daha  da  formalaşdırmaq,  inkişaf  etdirmək 

olar.  


 

Gənc  nəsli  soy  qırımının  tarixi  kökləri  ilə  tanış  etmək  məqsədi  demək  olar 

ki,  Azərbaycan  torpaqlarını  işğal  etmək,  orada  ermənilərin  yerləşdirilməsi  öndə 

olan  rus  siyasəti  idisə,  arxa  planda    müsəlmanlara  qarşı  mübarizə  aparmaqla 

Azərbaycan  torpaqlarında  xristianlığı  yaymaq  idi.  Bu  fikri  təsdiqləmək  üçün  I 

Pyotrun vəsiyyətinə diqqət yetirmək kifayətdir. Vəsiyyətdə göstərilir: “Ermənilərin 

Gilanda,  Mazandaranda,  Bakıda,  Dərbənddə  və  başqa  yerlərdə  yerləşdirilməsinə 

çalışın,  bu  ölkələrdəki  yerli  əhalini  isə  imkan  düşüncə  sıxışdırıb  çıxarın”  (1,  səh 

128). 

 

Göstərilən  vəsiyyətə  uyğun  olaraq  Rusiya  1828-ci  il  Türkmənçay 



müqaviləsindən sonra Azərbaycan torpaqlarına İrandan 40 min, Türkiyədən 84 min 

erməni  köçürür.  Köçürülənlərin  əksəriyyəti  Dağlıq  Qarabağda  yerləşdirilirdi. 



Ermənilər köçürülmənin 150 illiyi münasibəti ilə 1978-ci ildə Xan kəndində abidə 

ucaltmış, 90-cı il hadisələrində bu faktı itirmək üçün abidəni dağıtmışlar. 

 

Böyük  Ermənistan  yaratmaq  xülyasından  əl  çəkməyən  və  1828-1830-cu 



illərdə  “dişi  qana  dəymiş”  ermənilər  1905-1908,  1918,  1947-1952,  1988-1993-cü 

illərdə  qanlı  terror  əməliyyatını  davam  etdirmiş,  Azərbaycan  torpaqlarının  işğal 

edilməsindən əl çəkmək istəməmişlər (3, səh 7). 

 

Erməni  təcavüzü  nəticəsində  Azərbaycan  1918-1929-cu  illərdə  29,8  min 



kvadrat  kilometr,  1991-1993-cü  illərdə  isə  daha  20%  ərazisini  itirmişdir.  2,5 

milyon azərbaycanlı ya soy qırımının qurmabı olmuş və ya deportasiya yolu ilə öz 

ata-baba yurdundan didərgin düşmüşdür. (5, səh 74). 

 

Azərbaycan  xalqının  tarixinə  qara  hərflərlə  daxil  olan,  Ümummilli  lider 



H.Əliyevin  26  mart  1998-ci  ildə  imzalatdığı  “Azərbaycanlıların  soy  qırımı 

haqqında” fərmanı ilə təsdiqini tapan 31 mart 1918-ci ildə ermənilər Bakı, Şamaxı, 

Quba  qəzalarında,  Qarabağda,  Naxçıvanda,  Zəngəzurda,  Lənkəranda  və  digər 

bölgələrdə  kütləvi  qırğınlar  həyata  keçirdilər.  Tarixdə  analoqu  olmayan  belə 

qırğınlar  ermənilər  tərəfindən  bir  dəfə  yox,  bir  neçə  dəfə  həyata  keçirilmişdir. 

Azərbaycanlılara  qarşı  həyata  keçirilən  belə  qırğınlar  xalq  arasında  “erməni 

xəstəliyi”  kimi  ifadəsini  tapmışdır.  Bu  qırğınların  baş  verdiyi  illərə  və  bunlar 

arasındakı  fasilələrə  diqqət  yetirsək  müəyyən  “qanunauyğunluğun”  olmasını  və 

hansı nəticəyə gəlməyin mümkünlüyünü göstərmək olar.  

1.

 



1905-1907-ci illərdəki qırğın 

2.

 



1918-31 mart-soyqırımı. 

3.

 



1947-1952-ci illərdəki deportasiya və soyqırımı. 

4.

 



1990-1993-ci illərdəki deportasiya və soyqırımı. 

Soy qırımları arasındakı intervallara diqqət yetirək. 

1905-1918-14 il (təxminən) 

1918-1947-29 il. 

1947-1990-43 il. 

İntervalların müqayisəsinə fikir verək: 

İkinci soyqırımı 14.2+1 ildən sonra baş vermişdir.  


Axırıncı soyqırımı 14.3+1 ildən sonra baş vermişdir.  

İntervalların  müqayisəsindən  belə  nəticəyə  gəlmək  olar  ki,  növbəti  “erməni 

xəstəliyi”  

                                     14.4+1=57  il  (təxminən)  sonra,  yəni  2047-ci  ildə  ola 

bilər. 

“Erməni  xəstəliyi”  nin  təzahür  etdiyi  intervalların  müqayisəsi  daha  bir  nəticə 



çıxarmağa  imkan  verir.  İntervalların  uzanması  o  deməkdir  ki,  “erməni  xəstəliyi” 

getdikcə tənəzüllə uğrayır. Bunun səbəblərini aşağıdakı kimi əsaslandırmaq olar:  

1.

 

“Məzlum erməni millətinə” beynəlxalq inamsızlıq. 



2.

 

Ermənistan dövlətinin iqtisadi tənəzzülü. 



3.

 

Ermənistandan yerli ermənilərin xarici ölkələrə axını. 



4.

 

“Azərbaycan  güclü  dövlətdir,  güclü  ordusu  var”  (Azərbaycan 



Respublikasının prezidenti İ.Əliyev). 

5.

 



Azərbaycan dövlətinin beynəlxalq aləmdə imicinin artması. 

    Beləliklə,  ermənilərin  “Böyük  Ermənistan”  yaratmaq  ideyasının  puç 

olduğunu görürük.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



İstifadə edilmiş ədəbiyyat 

1.

 



Qarabağ-real tarix-faktlar-sənədlər. Bakı, Təhsil, 2009. 

2.

 



Nazim  Məmmədov.  Dağlıq  Qarabağ  gercəkliklər.  Soy  qırımı,  terror, 

deportasiya, işğal. Bakı, Təhsil, 2009.          

3.

 

“31 mart soy qırımı xalqımıza qarşı erməni vəhşiliyinin bariz nümunəsidir”. 



“Səs” qəzeti, 31 mart 2009-cu il. № 57.  

4.

 



“31    mart  soyqrımından  31  il  keçir”  Azərbaycan  qəzeti,  31  mart,  2009, 

№041. 


5.

 

Fəzail İbrahimli “Mart soyqrımının tarixi kökləri”. Milli Məclis, №2,2008. 



6.

 

Biz öz yurdumuza qayıdacağıq. Bakı, “Azərbaycan ensiklopediyası”, 1997.` 



 

 

 



   

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə