Mövzunun aktuallığı. Stress insanın yaşaması üçün vacib olan
emosional halətdir, insanı stressdən kənar təsəvvür etmək olmaz. Stress –
insanın fəaliyyət və ünsiyyət prosesində çətin və mürəkkəb fiziki, zehni
işlər görərkən, eləcə də təhlükə zamanı təcili və məsuliyyətli qərar qəbul
etmək zərurəti qarşısında qaldıqda keçirdiyi psixi vəziyyətdir. Qısa desək,
stress insanın öz üzərində hiss etdiyi təzyiq və gərginlik vəziyyətidir. Bu
mənada, stress gündəlik həyatın bir parçası sayıla bilər. Dünyada artan
əhali sayı, sıxlıq, təbii fəlakətlər stressi alovlandıran amillərdən ən
birincisidir. Stress həm yaxşıdır, həm də pisdir. Stress hər fərdin
adaptasiya qabiliyyətinə görə göstərdiyi reaksiyadır və ətrafdakı
reaksiyalara qarşı daha yaxşı davranma fürsətini verir. Sıfır stress
ölümdür. Çünki bu vəziyyətdə insan ətrafdan gələn reaksiyalara cavab
vermək enerjisindən məhrum olur. Həddindən artıq stress də ölümcül ola
bilər. Stress insanı həm yaşadan, həm də məhv edən qüvvədir.Yəni onun
dərəcəsinin tənzimlənməsi fərdin yaş, cins, peşə, ailə və s. kimi
xüsiyyətlərindən aslı olaraq dəyişir.
Tədqiqatımızı son dövrlərdəki devalvasiya hadisəsindən sonra
sahibkarların stress səviyyəsinin müəyyənləşdirilməsi üzərində qurmuşuq.
Maliyyə böhranına səbəb olan bu hadisənin sahibkarlara təsir səviyyəsinin
araşdırılması zənnimizcə olduqca aktualdır.
Tədqiqat zamanı tətbiq edilmiş metodika.
Stress səviyyəsini öyrənən Test (Boston Universiteti) və
tərəfimizdən hazırlanmış anket sorğusundan istifadə olunmuşdur.
Sahibkarlar, ustalar, satıcılar olmaqla, ümumilikdə 20 nəfər üzərində
apardığımız test və anket sorğusu zamanı on kişi və on qadın iştirak etdi.
Bu tədqiqatda 20-25, 26-30, 31-35, 36-40 əsas yaş qrupları idi, intervalları
bu qədər yaxın götürməyimizin səbəbi isə son illərdə devalvasiyanın daha
sürətlə baş verməsi idi. Güman olunur ki, hər bir yaş qrupuna təsir etmə
dərəcəsi və forması fərqli olmuşdur.
Anket sorğusu devalvasiya nəticəsində yaranan bəzi situasiyaları
əks etdirir və tədqiq olunanlardan bu situasiyanın doğurduğu distress
səviyyəsini 0-10 bal arasında qiymətləndirmək xahiş olunurdu.
İlk öncə tədqiqatda iştirak edən qadın və kişilərin yaş intervalına
uyğun sayını qeyd edək,qadınlarda 5 nəfər 20-25 yaş aralığında, 3 nəfər 25
-30 yaş aralığında, 30-35 yaş aralığında isə 2 nəfər. Aşağıdakı diaqramda
bu aslılığı göstərməyə çalışmışam
..
DEVALVASİYA NƏTİCƏSİNDƏ SAHİBKARLARDA YARANAN
STRESS SƏVİYYƏSİNİN TƏDQİQİ
“Psixoloji tədqiqatlar” işçi qrupunun üzvü
Məmmədova Arzu
İstifadə olunmuş ədəbiyyat:
1. Allahveridyev
İ.R.,
Tağıyeva
G,B.,Cavadov R.Ə,Ekstremal şəraitdə
davranışların bəzi məsələri BDU-nun
elmi xəbərləri. Sosial-siyasi elmlər
seriyası 3-4, 2000, 77-81 s.
2. Bayramov
Ə.S.,
Əlizadə.Ə.Ə
Psixologiya Bakı ,500 s
3. Bayramov
Ə.S.,
Əlizadə
Ə.Ə.
“Psixologiya”. Bakı 2006.
3. Əliyev R. Psixologiya . Bakı 2003
4. Андреева
Г.М.
Социальная
психология. Учебник для высших
учебных заведений. 5 изд. М.: Аспект
Пресс, 2003. 364 с.
5. Андреева Г.М. Социальное познание:
проблемы
и
перспективы.
М.:
Московский псих.-соц. Институт,
1999. 416 с.
6. Андреева Г.М., Богомолова Н.Н.,
Петровская
Л.А.
Зарубежная
социальная психология XX столетия.
М.: Аспект-Пресс
7. Василюк Ф.В. Жизненный мир и
кризис:
типологический
анализ
критических
ситуаций
//
Психологический журнал. 1995. № 3. С.
Şəkil
1. Tədqiq olunanların yaş intervalının onların sayından aslılığı
Buraxılış №1
Daha sonra isə qadınlarda və kişilərdə yaşdan aslı olaraq stress
səviyyəsinin dəyişməsini təyin etməyə çalışdıq.Yuxarıda da qeyd etdiyim
kimi 20-25, 26-30, 31-35 yaş aralığındakı kişi və qadınlar üzərində aparılan
stress sorğusu ilə nəticələri aşağıdakı açar variantlarla izah etmək olar.Test
sorğusuna görə əgər tədqiq olunan 20 baldan aşağı bal toplayıbsa, stressə
qarşı dayanıqlılğı olduqca yüksəkdir.O stressin təsrinin qarşısını ala bilir.
Əgər 20 baldan yuxarı nəticə göstərilibsə, stressli situasiyalar tədqiq olunanın
həyatına kifayət qədər təsir göstərib və tədqiq olunan belə şəraitlə bir o qədər
mübarizə aparmır. Tədqiq olunanın nəticəsi 50 balı keçibsə, psixoloji
vəziyyəti barəsində ciddi düşünməlidir, eləcə də psixoterapevtik dəstək
alması tövsiyə olunandır.
Bunları nəzərə alaraq qadınların yaşları ilə onların stress səviyyəsi
arasındakı asılılığı müəyyən etməyə çalışdıq və yaş artdıqca stressin artdığını
gördük, fikrimizcə özünü müəyyənləşdirmə zərurəti, təhlükəsizlik tələbatının
aktual olması ilə əlaqədardır. Belə ki, qadınlar ailədən iqatisadi asılılığı nə
qədər azaldırlarsa, stress səviyyəsi də bir o qədər artır. Devalvasiyanın baş
verməsi də bu şkaladakı aslılığı bir daha təsdiq etməyə imkan yaratdı.
Şəkil 2 Tədqiq olunanların yaşı və stress səviyyəsi
8. Василюк
Ф.В.
Психология
переживания. М.: МГУ, 1984. 85 с.
9. Вильперт Бернхард. Психология в
системах
повышенного
риска:
обеспечение безопасности и надежности //
Прикладная психология. 1999. №2. С 67-
76.
10. Водопьянова Н.Е, Старченкова
С.Е.
Стратегии
и
модели
преодолевающего поведения // Практикум
по
психологии
менеджмента
и
профессиональной
деятельности:
Сб.
Методик /Отв.ред. Г.С. Никифоров. СПб.:
Речь, 2001. С. 301 -322.
11. Волович
В.Г.
Человек
в
экстремальных
условиях
природной
среды. М.: Мысль, 1980. 190 с.
Buraxılış №1
Münasibət şkalası beş açıq sualdan ibarətdir, tədqiq olunandan xahiş
olunur ki, həmin vəziyyətin doğurduğu distressi 0-10 bal arası
qiymətləndirsinlər. Suallardan biri itirilən biznes planla bağlı idi, yəni tədqiq
olunan itirdiyi biznes planı ilə yaratdığı stress səviyyəsini 0-10 bal arası
qiymətləndirməlidir. Buradan belə nəticəyə gəlirik ki, qadınlarda bu itki
46% ,onlarda yaranan stress səviyyəsi isə 20%dir (orta səviyyə), kişilərdə isə
itirilən biznes plan 55%dir, onlarda yaranan stress səviyyəsinin göstəricisi isə
88%dir (orta yüksək). Buradan alınan nəticəni ümumiləşdirsək, kişilərdə
biznes plan itkisi daha çox stress yaradır, bunu fərdi səbəblər və ailə yükünun
daha çox onların üzərinə düşməsi ilə bağlamaq olar. Aşağıdakı qrafikdə
itirilən biznes plan ilə bağlı yaranan stress səviyyəsi əks olunmuşdur.
Tədqiqat zamanı irəli sürdüyümüz fərziyyə öz təsdiqini tapdı.
İqtisadi vəziyyətdən aslı olaraq stress səviyyəsi də dəyişir.Bu dəyişimi yaşla,
cinslə, dini inancla əlaqələndirərək stress səviyyəsinin dəqiq göstəricisini
müəyyən etmək olar.
İqtisadi durumundakı hadisələr birbaşa olaraq insanların ölkə iqtisaiyyatına,
ona münasibətinin və hətta inaclarının da dəyişilməsinə səbəb olur.
8. Василюк
Ф.В.
Психология
переживания. М.: МГУ, 1984. 85 с.
9. Вильперт Бернхард. Психология в
системах
повышенного
риска:
обеспечение безопасности и надежности //
Прикладная психология. 1999. №2. С 67-
76.
10. Водопьянова Н.Е, Старченкова
С.Е.
Стратегии
и
модели
преодолевающего поведения // Практикум
по
психологии
менеджмента
и
профессиональной
деятельности:
Сб.
Методик /Отв.ред. Г.С. Никифоров. СПб.:
Речь, 2001. С. 301 -322.
11. Волович
В.Г.
Человек
в
экстремальных
условиях
природной
среды. М.: Мысль, 1980. 190 с.
Şəkil 3. İtirilmiş biznes planın yaratdığı stress səviyyəsi
Buraxılış №1
Tədqiqat zamanı irəli sürdüyümüz fərziyyə öz təsdiqini tapdı.
İqtisadi vəziyyətdən aslı olaraq stress səviyyəsi də dəyişir.Bu dəyişimi yaşla,
cinslə, dini inancla əlaqələndirərək stress səviyyəsinin dəqiq göstəricisini
müəyyən etmək olar.
Qadınlarda və kişilərdə yaş artdıqca ailə mənsubiyyəti, irəliləyən
karyerada olan addımlar və onların doğurduğu məsuliyyət və s. səbəblərdən
stress səviyyəsi artır. İtirilən biznes plana görə isə kişilərdə bu daha çox
stress yaratdığı məlum olmuşdur, bu kişilərin daha çox sahibkarlıqla məşqul
olduqları üçün desək yanılmarıq. Qadınlarda biznes planla bağlı yaranan
stress səviyyəsi isə daha aşağı olmuşdur bu isə onların sahibkar
olmamasından və digər fərdi səbəblərdən irəli gəlir,yəni ailənin iqtisadi
təminatı kişilərin üzərinə dah çox düşdüyündən onlarda stress səviyyəsinin
orta olması normaldır.
Tövsiyələr. Tər əfimizdən aparılmış bu tədqiqat əhalinin psixi
sağlamlığı sahəsində aparıla biləcək təkliflər və tövsiyələr planının hazır-
lanması baxəmdan olduqca dəyərlidir. Belə ki, iqtisadi prosesin keşməkeşləri
hər bir dövr üçün qaçılmazdır. Emosional proseslərin yeni nəzəriyyələrindən
biri olan koqnitiv yanaşmaya əsasən stress və distress kimi psixoloji gərginlik
halları situasiyaya dair informasiyadan asılıdır. Sahibkarlıqla məşğul olan
insanlarla bir sıra psixoloji və iqtisadi maariflənmə işinin aparılmasının zəru-
riliyi onların stress dayanıqlılığına müsbət təsir göstərəcəkdir.
Müəyyən dövr üçün spesifik olan belə tədqiqatlar əksərən səmərəli
psixoloji yardım proqramlarnın təklifinə zəmin yaradır. Psixoloji tədqiqatlar
işçi qrupu olaraq əhalinin stress dayanıqlılığını dəstəkləmək məqsədli
proqram işləyib hazırlamağı qarşımıza məqsəd qoyuruq.
“Psixoloji tədqiqatlar” işçi qrupunun üzvü
Məmmədova Arzu
8. Василюк
Ф.В.
Психология
переживания. М.: МГУ, 1984. 85 с.
9. Вильперт Бернхард. Психология в
системах
повышенного
риска:
обеспечение безопасности и надежности //
Прикладная психология. 1999. №2. С 67-
76.
10. Водопьянова Н.Е, Старченкова
С.Е.
Стратегии
и
модели
преодолевающего поведения // Практикум
по
психологии
менеджмента
и
профессиональной
деятельности:
Сб.
Методик /Отв.ред. Г.С. Никифоров. СПб.:
Речь, 2001. С. 301 -322.
11. Волович
В.Г.
Человек
в
экстремальных
условиях
природной
среды. М.: Мысль, 1980. 190 с.
Buraxılış №1
Mövzunun aktuallığı. Fər din ontogenezdə inkişafında 11 yaşdan 14-
15 yaşadək olan inkişaf mərhələsi yeniyetməlik dövrü adlanır.
Yeniyetməlik dövrü anatomik-fizioloji, psixoloji və sosial keyfiyyətlər
baxımından həyatın bir mərhələsindən digərinə uşaqlıqdan yaşlılığa keçid
dövrü kimi xarakterizə olunur. Yeniyetməlik dövrünü bir çox müəlliflər
“keçid dövrü”, “çətin dövr” (müəllimlər və valideynlər üçün), “dönüş
dövrü”, “böhran dövrü” adlandırırlar. Bu dövrün ən əhəmiyyətli əlaməti
anatomik və fizioloji inkişafın təsiri ilə dəyişən psixikada baş verən
struktur dəyişiklikləridir. Yeniyetməlik dövründə aşağıdakı bacarıqlar
formalaşır:
1. Bioloji yetkinləşmə;
2. şəxsi ünsiyyət;
3. özünüqiymətləndirmə tələbatı;
4. özünü başqaları ilə müqayisə etmə;
5. mənlik şüuru;
6. özünü dərketmə;
7. ictimai-əxlaqi münasibət formaları;
8. Real və ideal “Mən”in formalaşması;
9. Müstəqilliyini qoruyub saxlama refleksi;
10. Ünsiyyət tələbatı.
Bu dövrdə aparıcı fəaliyyət – ünsiyyət fəaliyyəti hesab olunur.
Bura daxildir: əmək, tədris, ictimai-təşkilati işlər, şəxsi ünsiyyət, idman və
bədii fəaliyyət. Şəxsi ünsiyyət zamanı yeniyetmədə şəxsi münasibətlər
dəyişir, onda – Mənlik şüuru formalaşır. Yeniyetmə ünsiyyət prosesində
müxtəlif şəraitdə ünsiyyət tərzlərinə yiyələnir. Bu dövrdə diqqəti cəlb edən
cəhətlər özünü qiymətləndirmə, ətrafdakı adamlara tənqidi münasibət,
müstəqillik və “yaşlılığa meyl”, kollektiv həyat normalarına tabe olmaq
bacarığından ibarətdir. Onların xüsusi fəallığı nəzərə çarpır və meylləri
geniş olur. Yeniyetməlik dövrü təlimin bu və ya digər növünə yiyələnmək
üçün zəruri olan həssaslıq və yüksək qavrama qabilliyyəti keyfiyyətləri
kimi inkişaf edir.
İnsan ömrünün gənclik dövrü onun özünüdərketməsinin,
dünyagörüşünün formalaşması, peşə seçmək və gələcək həyata
hazırlanmaq dövrüdür. 15-18 yaşları əhatə edən bu dövr yaşlılıq və
yetkinlik dövründə özünü göstərən yeni psixi keyfiyyətlərin dolğunlaşması
və tamamlanması ilə səciyyələnir.Erkən və ya ilk gənclik dövrü
adlandırılan bu yaş dövrü orta məktəbin IX- XI siniflərində təhsil illərinə
təsadüf edir. Bir sıra psixoloqlar ilk gənclik dövrünü müxtəlif adlarla
adlandırırlar. Məsələn, Rus psixoloqlarından L.S.Viqotski bu yaş
mərhələsini pubertat yaş dövrü, D.B.Elkonin isə böyük yeniyetməlik
dövrü kimi xarakterizə edirdi. İlk gənclik
dövründə
aparıcı
fəaliyyət növü təlim-peşə fəaliyyəti hesab
edilir.
YENİYETMƏLİK VƏ ERKƏN GƏNCLİK DÖVRÜNDƏ
SİQARET ASILILIĞINA TƏSİR EDƏN PSİXOLOJİ AMİLLƏRİN
ÖYRƏNİLMƏSİ
“Psixoloji tədqiqatlar” işçi qrupu
Yusubova Səyyarə və Hümbətova Ülviyyə
İstifadə olunmuş ədəbiyyat:
1. Mirələm Vəliyev, Azər Mustafayev
“İnkişaf və yaş psixologiyası” Bakı
2013
2.
3. Игумнов
С.А.
Психотерапия
и
психокоррекция детей и подростков.
М.,2000
4.
5. Кон И.С. Психология юношеского
возраста. М.,1979
6.
7. http://narco.mcvita.ru/smoke/psiho.html
Buraxılış №1
Siqaret çəkmək vərdişi təkcə neyrokimyəvi deyil, həm də psixoloji
bir problemdir. Beləliklə siqaret çəkməyinizdən və ya atmağınızdan asılı
olmayaraq bu problem insanda qalmaqda davam edir. Bundan tamamilə
qurtulmaq üçün insan ilk növbədə özü öz üzərində işləməlidir. İnsanın
siqaret çəkməsinə və ya siqaret çəkməyə başlamasına müxtəlif amillər səbəb
ola bilər. Gəlin onları qısa şəkildə nəzərdən keçirək:
Siqaret çəkmək ünsiyyət zamanı fasilələri mənalı doldurmaq üçün bir
vasitədir. Bəzi insanlar üçün digər insanlarla normal ünsiyyət böyük çətinlik
yaradır: bununla da qrup daxilində susqun iştirak “ ağız üçün hər hansı
məşğuliyyət” fürsəti yaradır.Belə insanlar ilk fürsət kimi siqareti
dəyərləndirirlər. Beləliklə də, ünsiyyət tələbatı yaranan kimi siqaret çəkmək
istəyi də meydana gəlir.
Siqaret çəkməyə başlamağın digər bir səbəbi də “ böyük kimi
görünmək” istəyidir. Bir çox insanlar siqaretçəkməyə yeniyetməlik
dövründən başlayırlar. Bu zaman onlar öz valideynlərini və yaxud böyükləri
təqlid edirlər. Yeniyetməlik dövrü elə bir dövrdür ki, bu zaman yeniyetmə tez
bir zamanda düşdüyü qeyri müəyyən situasiyadan çıxmaq istəyir. Axı
yeniyetməlik dövrü artıq uşaqlıq dövrü deyil, amma bununla belə o,hələ
yetkin insan da sayılmır. Bu zaman yeniyetmə bu qeyri müəyyən vəziyyətdən
çıxmaq üçün ilk növbədə siqarete əl atır.
Siqaret çəkməyə başlamağın bir səbəbi kimi yüksək özünütəlqini də
göstərə bilərik. Hər bir insan öz yaşadığı sosial mühitin mədəniyyət və
davranışlarını özündə əks etdirir və onlara uyğun yaşayıb hərəkət edir.
Yaşadığımız mühitin insanlarında isə belə bir fikir formalaşıb ki, əgər insanın
hər hansı dərdi, və yaxud problemi varsa bir siqaretlə onlar hamısı həll
olunacaq və ya insan siqaret çəkəndən sonra rahatlaşacaq. Əslində isə
rahatlaşan sadəcə insan beyni olur. Çünki bu zaman baş verən psixoloji
yüngülləşmə insanın öz-özünə etdiyi təlqin nəticəsinədə baş verir.
Buraxılış №1
Siqaretə çəkməyə başlamağın bir səbəbi kimi də ana sevgisinin
çatışmamasını göstərmək olar. Psixodinamik yanaşma siqaret asılılığını oral
dövrün (0-2 yaş) psixotravmaları ilə əlaqələndirir. Körpənin anası ilə
vasitəsiz emosional ünsiyyəti aparıcı olduğu bu dövrün emosional
deprivasiya travmaları sonralar insanın bütün həyatına təsirsiz ötüşmür. Ana
döşünü əmmək ilk və ən erkən baş verən insan instinktidir. Ana – körpə
üçün lazım olan hər şeyin daşıyıcısıdır. Ana- istilikdir, qayğıdır, rahatlıqdır,
qidadır, incəlikdir. Ana və ana döşü körpə üçün eyni səviyyədə qəbul edilir.
Əmzik da həmçinin uşaq üçün ananı əvəz edir. Uşaq onu əldə etdikdə
sakitləşir. Siqaret də öz növbəsində qeyri-şüuri səviyyədə simvolik bir əmzik
rolunu oynayır. Psixoanalitik konsepsiyaya görə anaya tələbatın
ödənilməməsi nə qədər çox olarsa, siqaretdən asılılıq da o qədər çox olar.
Həyat nə qədər çətin və ağır olarsa “ana döşü”nə və ya”əmziyə”tələbat da o
qədər çox olar.
Siqaret çəkməyin səbəblərindən biri də psixosesusal gərginliyi aradan
qaldırmaqdır. Psixoloji və ya əsəb gərginliyi insanda bir çox səbəbdən yarana
bilər: bunlardan biri də psixoseksual xarakterli gərginlik, yəni cinsi tələbatın
özünü göstərməsidir. Yetkin insanlar bu gərginliyi cinsi əlaqə zamanı
reallaşdırmaqla aradan qaldırırlar. Lakin psixoseksual gərginlik yeniyetməlik
dövründə də yarana bilər. Bu, cavan orqanizmdə ilkin hormonal yerdəyişmə
haqqında xəbər verir və bunun seksual həyatla heç bir əlaqəsi yoxdur.
Belə gərginlik yeniyetmələr üçün ağır keçir və onlar bu gərginliyi aradan
qaldırmaq üçün instrumental yollar axtarmağa başlayırlar. Kimi bunu
idmanla, kimisi çox şokolad yeməklə, kimisi musiqi ilə çıxarır. Lakin,
təəssüflər olsun ki, bunu siqaret vasitəsi ilə çıxaran yeniyetmələr də az
deyildir.
Tədqiqatın
keçirilməsi.
Məxfi
(anonim)
şəkildə
keçirdiyimiz sorğunun iştirakçılarının əksəriyyətini 16-18 yaşlarında oğlanlar
əhatə etmişdir. Tədqiq olunanların 90%-i tam ailədə yaşayır. Böyük
siniflərdə və ya universitetin ilk kursunda təhsil alan gənclər də, yeniyetməlik
dövründə (10-12 yaş) olanlar da sorğumuzu cavablandırmışlar. Sorğu
vasitəsilə ailə üzvləri və dostlar arasında siqaret çəkənlər, eləcə də siqaretə
başlama yaşı, bu adəti tərgitmək istəyinin olub-olmaması, siqaretin yararlı və
zərərli tərəfləri, ələlxüsus siqaret çəkməyə tələbatı hansı stimulların
qıcıqlandırdığını və necə hisslər yaratdığını öyrəndik.
Buraxılış №1
Tədqiqat nəticələrinin şərhi. Bizim ar aşdırmamız göstər di ki, siqar et
çəkən yeniyetmə və gənc oğlanlar bu adətə maraq və sosial təhrik nəticəsində
başlayıblar. Onların çoxusu bu marağı böyüklərdən rəğbət bəslədikləri
kiməsə oxşamaq istəyi və ya siqaret çəkmə davranışını problemlərdən
uzaqlaşdıran bir simvolik davranış modeli olması ilə əlaqələndirirlər. Siqaret
çəkən zaman onlar tənhalıq hissinə qalib gəldiklərini, əhvalı
yaxşılaşdırdığını,
dərdləri
unutduqlarını,
əsəbləri
sakitləşdirdiyini
vurğulayırlar. Buna müvafiq olaraq, tədqiq olunanların əksəriyyəti siqareti
sağlamlıq üçün zərərli, ömrü qısaldan, xülyalı əhvala və iradə zəifliyinə
səbəb olan və iqtisadi baxımdan xərclər yaradan xoşa gəlməz bir adət kimi
təsvir etmişlər. Tədqiq olunanların bir çoxu siqaret asılılığından qurtulmaq
istəyir.
Sorğunun hazırlanması və tədqiqatın keçirilməsində “Psixoloji
tədqiqatlar” işçi qrupunun digər üzvlərinə (Rövşən Hümbətov, Afət
İsrafilova, Səbinə Məmmədzadə, Firəngiz Məmmədova və b.) də
minnətdarlığımızı bildiririk.
Tövsiyələr. Yeniyetməlik və er kən gənclik dövr lər ində ünsiyyət
və sosial özünü təsdiqin əhəmiyyəti demək olar ki, psixoloji problemlərin
əsasını təşkil edir. Bizim nəzərimizcə bu yaşlarda artıq adiləşmiş, lakin
olduqca zərərli fəsadlara səbəb olan siqaret alışqanlığının profilaktikası üçün
bir çox işlər görmək mümkündür. Elmi ədəbiyyatın və bizim İşçi
qrupumuzun keçirdiyi pilotaj sorğunun nəticələrinə görə simvolik-
instrumental davranış modeli kimi siqaret asılılığı əslində dərin psixoloji
tənhalığın, həll olunmayan travmatik situasiyaların və məhdud özünüdərkin,
şəxsiyyətdaxili konfliktlərin sıxışdırılmasıdır. Bu baxımdan psixoloji yardım
növü kimi yeniyetməlik və erkən gənclik dövrlərində sosial-psixoloji
treninqlər, psixodramalar və qrup terapiyaları ünsiyyət bacarıqlarının və
problem situasiyaların həllində səmərəli olacaqdır. Şəxsiyətin özünüdərki və
Mənlik şüurunun tam formalaşması baxımdan belə psixoloji məşqlər
alışqanlıqların əsasında duran yetkinləşməmiş müdafiə mexanizmlərinin də
daha yetkin mexanizmlərə keçidini mümkün edəcəkdir.
“Psixoloji tədqiqatlar” işçi qrupu
Yusubova Səyyarə və Hümbətova Ülviyyə
Dostları ilə paylaş: |