Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə135/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   131   132   133   134   135   136   137   138   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

 


İCTİMAİ ELMLƏR
 
147 
2012-ci ildə Nərgizava və Mollasaqlı abidələrinin tunc metal məmulatlarının bir hissəsi elmi 
cəhətdən öyrənilmiş, N.Vəlixanlının redaktoru olduğu və N.Quluzadə ilə G.Ağayevin müəllifləri ol-
duğu “Şirvanın bədii metalı” adlı kataloqda cəmlənmişdir (11).
 
F.Xəlilli “Qədim Nərgizava və Gəgəli” (18) və “Ağsuda zəngin alban mədəni irsi-Nərgizava” 
(19) adlı tədqiqat əsərlərində qədim Nərgizava yaşayış yeri və nekropolundan əldə olunmuş madd-
di-mədəniyyət nümunələrinin bir hissəsinin təsvir və təhlilini vermişdir. 
2009 və 2010-cu illərdə A.Quliyevin rəhbərlik etdiyi arxeoloji ekspedisiyanın qədim Şamaxı 
şəhər yerində aparmış olduğu qazıntılar zamanı antik və ilk orta əsrlər dövrünə aid iki mədəni təbə-
qə aşkar edilmişdir. Tədqiqatlar nəticəsində daş qutu qəbirlər və bina qalıqları üzə çıxmışdır (25, 
s.216, 218).
 
İsmayıllı rayonu, Çərmədil
 
kəndi ərazisində 2012-ci ildə təsərrüfat işləri görülərkən üzə çıx-
mış qəbir abidələri nəticəsində ərazidə arxeoloji qazıntı işləri aparılmışdır. Qazıntılar zamanı son 
antik, ilk orta əsrlər dövrünə aid kurqan, küp, torpaq qəbirlər aşkar edilmişdir. Müxtəlif dini görüş-
ləri, dəfn adətlərini əks etdirən qəbir abidələrindən zəngin maddi mədəniyyət nümunələri-keramika 
nümunələri, silah və bəzək əşyaları, 3 nüsxə gümüş və.s əldə edilmişdir. Aşkara çıxarılmış həmin 
tapıntıların təhlilinin nəticələri B.Cəlilov, A.Quliyev, M.Hüseynovun müəllifi olduğu “Çərmədil 
nekropolu” adlı kitabda cəmlənmişdir (26).
2016-cı ildə Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığında yol çəkilişi zamanı arxeoloji ma-
terialların üzə çıxması nəticəsində bölgədə Şamaxı-Ağsu arxeoloji ekspediyası tərəfindən kəşfiyyat 
xarakterli tədqiqatlar aparılmışdır. Gəgəli yaylası adlı ərazidə keçirilən tədqiqatlar zamanı son antik 
və ilk orta əsrlər dövrünə məxsus 10 daş qutu qəbir müəyyən edilmişdir (27, s.255). 
2015-2016-cı illərdə İsmayıllı arxeoloji ekspedisiyası tərəfindən İsmayıllı rayonu ərazisində 
arxeoloji kəşfiyyat işlərinə başlanılmış, rayonun Nərgizlitəpə və Şıxdərəkəlləsi adlanan hissələrin-
də, Zərnəva və Həzrə kənd qəbirstanlıqlarında keçirlən ilkin baxış zamanı antik dövrə xass yerüstü 
materiallar toplanılmışdır (28, s.332-333).
 
Şirvan bölgəsinin antik və ilk orta əsrlər dövrü yaşayış yerləri və qəbir abidələrindən aşkara 
çıxarılmış materiallar bölgənin qədim sakinlərinin iqtisadi və mədəni həyatının, dini görüşlərinin 
müəyyənləşdirilməsində, bir sıra siyasi tarixi məsələlərin öyrənilməsinə geniş imkanların açılmasın-
da dəyərli əşyavi mənbə rolunu oynamışdır. Tapıntılar burada yaşayan qədim sakinlərinin təsərrüfat 
həyatında əkinçilik və maldarlığın mühüm yer tutduğundan və sənətkarlığın müxtəlif sahələrinin 
yüksək inkişaf etməsindən də xəbər verir.

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin