GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1
34
Mikrodalğa şüaları altında, səmərəli katalizator kimi (NH4)6Mo¬7O2¬4
⋅
4H2O – dan istifa-
də etməklə, benzil, aril aldehid və ammonium asetatın üçkomponentli tsiklokondensasiyasından bir
mərhələli reaksiya yolu ilə həlledicisiz şəraitdə, yaxşı çıxımla 2,4,5-üçəvəzli imidazollar sintez edil-
mişdir [33]. Reaksiyalar 10 dəqiqə müddətində aparılmış, çıxım 89-99 % təşkil etmişdir. Tempera-
tur şəraitində aparılan reaksiyalar mikrodalğalı reaksiyalarla müqaisə edilmişdir. Mikrodalğa şüaları
istifadə etdikdə reaksiya vaxtının qısalması və çıxımın çoxalması müşahidə edilmişdir.
Dostları ilə paylaş: