Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə53/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   49   50   51   52   53   54   55   56   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

Açar sözlər. 
Filiz, modelləşdirmə, statistika, klast, korrelyasiya,komponent. 
Giriş.
Duruca sahəsinin qərbində yerləşən Qızılqaya filiz sahəsi mürəkkəb geoloji qruluşa malik 
olub, Küngütçay filizləşmə zonasında, Qızılqaya və Bəbik zirvələri arasında yerləşərək, regional qı-
rılmalarla hüdudlanmışdır. Sahənin simalı Qaynar, cənubu isə Zəngi qırılması ilə ayrılır. Ekspedisi-
ya işləri aparılarkən sahəsi 82350 m
2
olan ərazidən (uzunluğu 610m, eni 135 m) kimyəvi element-
lərin yayılma qanunauyğunluqlarının, faydalı komponentlərin qarşılıqlı əlaqələrinin öyrənilməsi
eləcə də zonal konsentrasiyaların və anomaliyaların ayrılması məqsədi ilə filizlərdən, metasomatik 
dəyişilmiş və “steril” yan süxurlardan çoxsaylı nümunələr götürülmüşdür.
 
Şəkil 1.
Nümunələrin götürüldüyü sahənin 3D modelı. 
Nümunələrdə Au, Ag, Cu və Zn-in təyin edilməsi məqsədilə “Perkin Elmer” atomic absorbisi-
on spektrometr, digər elementlərin təyini üçün isə Bruker “S2 Pikofoks” rentgen flyuorissent, Agi-
lent “ICP-MC“ masspektrometrik cihazlarından istifadə edilmişdir. 
Tədqiqat obyekti.
Qızılqaya sahəsi aalen yaşlı metamorfizləşmiş, terrigen və terrigen-çökmə 
süxurlardan təşkil olunmuşdur. Burada filizləşmə linza və layabənzər, linzavari-konkresion və da-
marcıq-püruz və s. tipləri ilə təmsil olunur. Praktik baxımdan ərazidə geniş yayilan və göstərilən 
elementlərin yüksək konsentrasiyaları ilə səciyyələnən damarcıq-püruz tipli filizlər daha böyük ma-
raq doğurur [5]. Ümumən çox sadə mineral tərkibi ilə səciyyələnən filizlərin aparıcı sulfidi həm 


GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1 
64 
singenetik, həm də epigenetik təbiətli əmələgəlmələrlə təmsil olunan piritdir. Bu mineralın qumlu 
gil şistləri içərisində adətən qeyri-bərabər paylanmış singenetik aqreqatlarına kiçik izometrik dənə-
lər və onların kiçik topluları, nisbətən az hallarda müxtəlif ölçülü massiv quruluşlu xırda dənəli lin-
zavari əmələgəlmələr şəklində rast gəlinir.

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin