Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə76/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   72   73   74   75   76   77   78   79   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

BİOLOGİYA, TİBB VƏ AQRAR ELMLƏR
 
91 
azalmasıdır, assimilyasiya orqanlarının böyüməsini gücləndirir, bir sıra xəstəlik törədicilərə qarşı 
davamlılığı aşağı salır, eyni zamanda, saxlanma dövrü məhsulun çürüməsi ilə nəticələnir[15,16]. 
6.
Tətbiq edilən fitosanitar tədbirlərdən ən vacibi nar kollarının budanmasıdır[17]. Nar bitki-
sində əsasən, 4 tip budama növü ( formaverici budama, sağlamlaşdırıcı və ya sanitar budama, ca-
vanlaşdırıcı budama, nizamlayıcı budama) tətbiq olunur. Nar bitkisi güclü zoğ əmələ gətirmə və zoğ 
bərpa etmə xüsusiyyətinə malik olduğundan bütün budama növlərinə müsbət reaksiya verir. Nar bit-
kisinə kol tipli ağac və bəzən gödək ştamblı ağac forması verilir. Ümumiyyətlə, formaverici buda-
ma cavan bağda ağaclar məhsula düşənə qədər tətbiq edilir. Məqsəd, qəbul edilmiş sxem əsasında 
ağacda müəyyən çətir yaratmaq, skelet və meyvə budaqcıqlarının optimal nisbətinə və yerləşmə ni-
zamına nail olmaqdır[18]. Adətən, nar kollarına bir və çox gövdəli ( adətən, 4-6 gövdəli) kol forma-
sı vermək məsləhət görülür. Bu işə tinglər həmişəlik yerinə əkildikdən sonra başlamaq lazımdır. 
Yaxşı yetişdirilmiş tinglər daimi yerinə köçürüldükdən sonra, onlara lazımınca qulluq edilərsə, hə-
yatının 3-cü ili bitki çoxlu miqdarda gövdəciklər verir.Onlardan 3-5 simmetrik olanları saxlanıb uc-
ları vurulur. Geridə qalan bütün zoğlar, pöhrələr kəsilib atılır. Saxlanılan çoxillik gövdədən hər il 
bic zoğlar ( pöhrələr) çıxır. Bunların hər il bağ qayçısı ilə kəsilib atılmasının bitki mühafizəsi nöqte-
yi-nəzərindən çox böyük praktiki əhəmiyyəti var. Çünki, vegetasiya başlanğıcından etibarən, nar 
mənənəsinin ( Aphis punicae Passerini.) çoxalmasını, yayılmasını təmin edən ən əsas mənbə hesab 
edilir. Onların hər il sistematik şəkildə kənarlaşdırılması isə ştambda gövdələrin sayını nizamlamaq-
la yanaşı, eyni zamanda, nar mənənəsi ( Aphis punicae Passerini.) ilə mübarizədə ən mühüm aqro-
texniki tədbir hesab olunur. Nar kolunda budama işləri bitkilərin nisbi sükunət dövründə, yəni bitki-
lərin yarpaqları töküldükdən vegetasiya dövrü başlayana qədər aparılmalıdır. Budama zamanı yadda 
saxlamaq lazımdır ki, meyvə verən uzun sütunlu çiçəklər bir və ya ikiillik budaqlarda əmələ gəlir. 
Belə budaqların saxlanılmasına həmişə fikir verilməlidir. Bu amil xüsusilə, yaşlı nar kollarında ço-
xillik (3-5 illik) meyvə budaqcıqlarının kəsilib atılması və onların cavan budaqcıqlarla əvəz olun-
ması zamanı nəzərə alınmalıdır. Vegetasiya dövrü başladıqdan sonra əmələ gələn boy zoğları ( 5-6 
sm-ə çatdıqda ) mütləq şəkildə kəsilib atılır. Bu tədbir də məhsuldarlığa yüksək təsir göstərir. Nar 
bitkisində bütün mövcud budama növlərinin tətbiq edilməsinə baxmayaraq, bitki mühafizəsi baxı-
mından sağlamlaşdırıcı və ya sanitar budama növü mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu tip bu-
dama əsasən, ağaclar tam məhsula düşdükdən sonra aparılır. Bu budamada əsas məqsəd sıxlıq yara-
dan, maneçilik törədən, xəstə, zədəli, qurumuş budaqları kəsib atmaqla, çətir daxilində hava və işıq 
rejimini nizamlamaqdır[19]. Xəstə budaqlar və zoğlar budanır, bağdan kənarlaşdırılır, budama yeri 
isə müdafiə preparatlarından biri ilə dərmanlanır ( kəsik yerlərinə bağ məlhəmi çəkilir); 
7.
Növbəli əkin xəstəliklərin əmələ gəlməsinin qarşısının alınmasında tətbiq edilən ən əhə-
miyyətli aqrotexniki tədbirlərdən biridir[20]. Onun böyük fitopatoloji əhəmiyyəti vardır. İllər üzrə 
bitkilərin növbələşdirilməsi patogen ehtiyatının toplanmasının qarşısını alır. Bu baxımdan meyvəçi-
likdə tətbiq olunan bağ növbələşməsi də elə nvbəli əkinin əsasını təşkil edir. Bağ növbələşməsi va-
cib texnoloji əməliyyat olub, torpaq yorğunluğunu aradan qaldırmaq, münbitliyi bərpa etmək, su və 
hava rejimini nizamlamaq, xəstəlik və zərərvericilərin inkişafını məhdudlaşdırmaq məqsədi daşıyır. 
Meyvə bağının uzunmüddətli, sabit və keyfiyyətli məhsul verməsi prinsipinə əsasən, köklənməli və 
yeni meyvə bağı ilə əvəz olunmalıdır. Lakin, yuxarıda qeyd etdiyimiz kimi, nar kol tipli ağac bitkisi 
olub, güclü zoğ əmələ gətirmə və zoğ bərpa etmə xüsusiyyətinə malikdir. Torpaq-iqlim şəraitindən
və tətbiq edilən aqrotexnikadan asılı olaraq, orta hesabla, 20-30 yaşlarında narın məhsuldarlığı aza-
lır. Ancaq, narı yaxşı budanmaqla və kök boğazından çıxan yeni zoğlar hesabına cavanlaşdırmaqla, 
nar bağını eyni bir ərazidə 100 ildən artıq bir müddət ərzində belə saxlamaq olar; 
8.
Məhsul toplanışından sonra bitki qalıqlarının məhv edilməsi mühüm fitosanitar tədbirlər-
dən biridir[21].
9.
Nar bitkisi zəngşəkilli və küpşəkilli çiçəklər olmaqla, 2 tipdə çiçək formalaşdırır.Yüksək 
aqrotexniki fonda nar bitkisində küpşəkilli çiçəklər üstünlük təşkil edir[22]. Qulluq işləri zəif aparıl-
dıqda isə zəngşəkilli çiçəklər daha çox əmələ gəlir. Qida sərfini artıran meyvə verməyən zəngşəkilli 
çiçəklər bir müddətdən sonra özləri təbii surətdə tökülürlər. Bunu nəzərə alaraq, nar bağına qulluq 


GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1 
92 
prosesində onların qoparılması qalan çiçəklərin normal böyüməsinə müsbət təsir edir. Nar kolların-
da çiçəkləmə fenoloji fazası may ayının əvvəllərindən başlayıb, iyulun axırına kimi davam edir.Çi-
çəklərin xarici görünüşü ilə bunların uzun və ya qısa dişicikli olmasını təyin etmək mümkündür. 
Uzun dişicikli olmasını asanca təyin etmək mümkündür. Uzun dişicikli çiçək iri, orta hissəsi yoğun 
silindr formalı və dişiciyi erkəkciklərdən hündür və ya bir bərabərdə olur. Qısa dişicikli çiçəklər isə 
xırda, zəng formalı olub, dişiciyi gödəkdir və erkəkciklərdən aşağıda yerləşir. Bu əlamətlər əsasında 
çiçəkləmə fazasında zəngşəkilli çiçəklər müəyyən olunub kənarlaşdırılmalıdır; 
10.
Nar bağının düzgün və vaxtlı-vaxtında suvarılması vacib şərtdir. Nar quraqlığadavamlı, 
qışda yarpaqlarını tökən quru subtropik iqlim bitkisi olsa da belə, normal inkişaf etməsi üçün, vege-
tasiya dövründə ( yaz və yay aylarında ) 600-700 mm yağıntı düşməlidir[23]. Torpağın kifayət qə-
dər rütubətliliyi fonunda ( 75-80% və daha çox) nar bol və keyfiyyətli məhsul verir. Aparılmış təd-
qiqatlarla müəyyən edilmişdir ki, illik yağıntılarının miqdarı 800 mm-dən az olan rayonlarda nar 
bitkisinin suvarılması zəruridir. Ümumiyyətlə, il ərzində nar bağında 8-10 vegetasiya suvarması tət-
biq olunur. Lakin, nar bağının izafi rütubətlənməsinə də yol vermək olmaz. Əks təqdirdə bu bitkinin 
köklərinin çürüməsi ilə nəticələnər;
11.
Nar bağında xəstəlik və zərərverici mənbəyi olan alaq otlarının məhv edilməsi mühüm 
aqrotexniki fitosanitar tədbirdir. Alaq otlarının mədəni bitkilərin həyatındakı mənfi rolu aşağıdakı-
lardan ibarətdir; 
-Mədəni bitkilərin suyuna, qidasına şərik çıxaraq, tez böyüyürlər və onları kölgələndirirlər; 
-Mədəni bitkilərin toxumlarını bioloji zibillənməyə məruz qoyurlar;
-Məhsul yığımını çətinləşdirir; 
-Xəstəlik və zərərvericilərin daşıyıcısı olub, onların mədəni bitkilərə keçməsinə şərait yaradır-
lar və s.
Hazırda bitki mühafizəsində alaq otlarının məhv edilməsində aqrotexniki ( mexaniki surətdə), 
kimyəvi ( herbisidlərlə) və bioloji mübarizə üsullarından ( təbii antoqonislərin -herbofaqların və 
mikroorqanizmlərin tətbiqinə əsaslanan ) istifadə olunur[24]. Alaqlara qarşı aqrotexniki mübarizə 
üsulu cərgəaralarının işlənməsi zamanı alaqların k/t-ı maşın və alətləri ilə mexaniki surətdə məhv 
edilməsinə əsaslanır. Lakin, bu üsulun bir çatışmayan cəhəti vardır. Belə ki, alaqlarla mübarizədə 
uzun müddət mexaniki vasitələrdən istifadə etdikdə torpağın alt qatında sıxlaşma, kipləşmə əmələ 
gəlir. Bu isə kök sisteminin inkişafını məhdudlaşdırır, mikroorqanizmlərin fəaliyyətini zəiflədir. 
Alaq otlarının kimyəvi üsulla məhv edilməsi herbisidlərin tətbiqinə əsaslanır. Bu məqsədlə, başdan-
başa və seçici təsirli herbisidlər istifadə olunur. Başdan-başa təsirli herbisidlər ərazidə mövcud olan 
bütün bitki örtüyünü ( mədəni və yabanı olmaqla ) məhv etdiyindən nar bağında belə təsirə malik 
herbisidlərin tətbiqinə icazə verilmir[25]. Seçici təsirli herbisidlər isə yalnız alaq otlarına münasi-
bətdə məhvedici təsirə malik olduqlarından və mədəni bitkilər üçün tamamilə, təhlükəsiz olduqları 
üçün onların nar plantasiyasında tətbiqi məqsədəmüvafiqdir.
12.
Nar bağlarında tətbiq edilən əsas aqrotexniki tədbirlərdən biri də cərgəaralarının saxlan-
masıdır. Odur ki, torpaq strukturunun yaxşılaşdırılması və münbitliyinin bərpa edilməsi məqsədilə, 
4-5 il müddətinə cərgəaralarının çoxillik ot bitkiləri ( rayqras, çoban toppuzu, yonca ) altında saxla-
nılması məsləhətdir. Vegetasiya dövründə 3-4 dəfə çalım olmalı və çalımdan sonra suvarma aparıl-
malıdır.
Beləliklə, ölkəmizdə ekoloji k/t-nın inkişaf etdirildiyi bir vaxtda kimyəvi mühafizənin rolunu 
minimuma endirmək, ekoloji təmiz məhsul əldə etmək üçün narın əsas xəstəlikləri ilə mübarizədə 
yüksək səviyyəli aqrotexnikanın tətbiqi vacib şərtdir.

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin