Bitik
−
məktub.
“Divanü lüğat-it-türk”də biti, bitig, bitik sözlərinin hər birinin anlamı uyğun
olaraq 1)yazmaq; 2) yazı, yazma; 3)məktub şəklində verilmişdir[26, IV cild, s.95]. “Qıpçaq türkcəsi
sözlüyü”ndə
biti, bitig, bitik, bitiv, bitüv
rast gəlinə biləcək müxtəlif formaları əks olunmuşdur[21,
s.33].Əbu Həyyan lüğətində
biti- kitab, yazı, bitdi-yazdı
izahları verilmişdir[8,s.24].Əlisa Şükürlü-
nün lüğətində “biti” sözü ilə bağlı leksik paralellik özünü göstərsə də, “bitig”in izahı “yazılı abidə”
kimi təsvir olunur. Bundan əlavə, “bitit-yazdırmaq”, “bitikdaş-yazılı abidə” formaları da vardır. Bu-
radan belə nəticə çıxarmaq olar ki, bitik düzəltmə söz olub,
bitimək(yazmaq)
feilindən yaranmışdır.
Sözün mənşəyi məsələsinə gəldikdə isə Mehmet İpşirli bunun mübahisəli olduğunu bildirir: “Keli-
menin ve türediği bitimek kökünün etimolojisi kesin olarak bilinmemekte, Çince bit/piet “yazı fır-
çası”; Samoyetçe pādā- “yazmak, nakşetmek”; Toharca pīde “o yazdı”, pīdaka “belge”; Sanskritçe
pitaka ve Grekçe pittakion “kitap kutusu (dolabı)” gibi kelimelerle karşılaştırılmaktadır”[49]. Əbül-
fəz Rəcəbli isə heç bir mənbə göstərmədən “bitig” sözünün çin dilindən alındığını qeyd edir[37,
s.237].
Görünür, tədqiqatçılar ilk kağızın Çində yaranması məntiqindən çıxış edərək bu qənaətə
gəlmişlər. Ortaq kəlmələrin olması bir dildən digər dilə keçməsinin isbatı deyildir. Çünki bir çox
sözlər vardır ki, onların hansı dildən və necə yarandığını qəti olaraq demək çətindir, bunu yalnız irə-
li sürülmüş mülahizə adlandırmaq olar. Azərbaycan dilinin izahlı lüğətində
bitiklə
yanaşı
pitik
arxa-
izmi də vardır: “ 1.Yazı, kitab, sənəd. 2.Yazılmış dua, yazılı dua, ümumiyyətlə dua. 3. Dəri, əsgi və
s.-nin içinə qoyulub ev heyvanlarının boynundan, buynuzundan asılan dua”[1].
GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1
134
A)“Qutadqu-bilig” abidəsinin dilində: “Sözüm sözledim men bitidim bitig Sunup iki ajunnı
tutğu elig”[48,s.26].
B)“Dastani-Əhməd Hərami” məsnəvisinin dilində
nüsxə, dua
mənasındadır: “Sənə ertə bitilər
yazdırayım, Həkimə dəxi şərbət düzdürəyim”[6, s.107].
C)Qul Əlinin “Qisseyi-Yusif” dastanının dilində: “On qardaş razı olub biti yazduq, Qulumızı
sana təslim qılduq imdi”[24, s.49], “Salehlərin bitikləri ana gəlsə, Dərhal anı öpübəni yüznə sür-
sə”[24,s.158].
Ç) Yusif Məddahın “Vərqa və Gülşah” poemasının dilində “biti” formasındadır: “Kim biti
verdin bana ey pəhləvan,Gətirəyim tayına bən, nagəhan...”[3, s.131].
D) Qazi Bürhanəddinin dilində: “Yazdı könülində sanasın hicr bitigin, Nəqş eylədi ayrulığı
yə’ni ki, həcərdə”[22, s.328].
E )Kişvərinin dilində: “Yar göndərmiş bitik kim, Kişvərini öldürün, Xoşdiləm kim, bir ni-
şani-istimalətdür mana” [17, s.15], Məni ol xosrovi-xuban pütig birlə yad etmiş, İnayət nameyidir
kim, məni-naşadi şad etmiş”[17, s.41].
F )Xətainin dilində: 1)“Öz halımı ərzü faş qıldım, Yaşımla bitikni yaş qıldım. [41, s.271]. 2)
“Yazdım pitigi qamu sərasər”[41,s.267].
G) “Şühədanamə”nin dilində: “Düşmənlər Ziyad oğlinə bitiklər yazdurdilər”[204b].
H) “Şeyx Səfi təzkirəsi”nin dilində: “Vaqiədə gördün kim, əlündə bir yazılmış bitik var ola
idi, yarısın yırtılmış” [35, s.646].
Çəri −
qoşun,əsgər.
“Çəri üzərinə gəldilər, qondılar” [18, s.160]. “Eyü çəri evün ögünə uğra-
masun” [38, s.52]. “Divanü lüğat-it-türk”də çər − “savaşda qarşı-qaşıya duran səflər”, çərig − “qo-
şun”, “səf”, “cərgə”, “ordu” olaraq izah olunmuşdur [26, IV cild, s.137]. “Türk savaş sənəti”ndə çə-
ri/çərik kəlməsinin “ordu”, “yürüş”, “bahadırın yoldaşları”, “igid” anlamlarında işləndiyi göstərilir
və əlavə olaraq qeyd edilir: “Osmanlılar yeni üsul ilə hazırladıqları əsgəri korpusu “yeniçəri” adlan-
dırmışdılar.Azərbaycan dövlətçiliyinin ordu terminologiyasında bu söz “könüllü əsgər” korpusu ifa-
də etmişdir”[11, s.125]. “Tarama sözlüğü”ndə çeri/çerü “asker”, “savaş” mənalarında yer almış-
dır[43, II cild, s.861]. Müasir dövrdə
çər (xəstəlik), çərləmək ( təngə gəlmək, bezmək və s.)
sözlərin-
dən istifadə olunur ki, bunlar da fərqli mənalar ifadə edir.
A) “Qutadqu-bilig” abidəsinin dilində “döyüş” mənasında verilmişdir:“Kelin kız sewinçi kü-
den tünleri, Kür alp er küwençi çerig künleri”[48,s.129].
B) “Dastani-Əhməd Hərami” məsnəvisinin dilində: “Dedilər kim bu nə çoxluq kişidir, Bəzir-
ganlıq çərinin nə işidir?” [6,s.39].
C) Yusif Məddahın “Vərqa və Gülşah” poemasının dilində: “Ta xəbər olunca ki, bu nə çəri,
Basdılar ğafil on iki bin əri”[3, s.105].
Ç) Nəsiminin dilində: “Rüxün xəttilə xalından çəri çəkmişdir, ey dilbər, Zəhi şahzadəyi-ə’zəm
ki, xoş uğurlu ləşkərdir”[23, s.153].
D) Qazi Bürhanəddinin dilində: “Çox firəngə axdı hindu çərisi, Zülfi kibi ceyşi-cərrar olma-
dı”[22,s.356].
E) Seyfi Sərayinin “Gülüstan” tərcüməsinin dilində: 1) “Ḳarşı yüridiler iki çeri muḳabil bol-
dı”[13, s.10]. 2) “Düşmen-ge esir bolmışı yok Körmedi
çerigde
yaġġanın oḳ”[13, s.148].
F)Mustafa Zəririn “Yusif və Züleyxa” əsərinin dilində: Hökm qıldı bindi on bin ər çəri, Ahə-
nü fulat geydiri hər biri”[46,s.89].
G) Hamidinin dilində: “Gözdə qonsa nə əcəb xeyli-xəyali-xəttin, Xanda kim abi-rəvan olsa
çəri anda qonar”[3, s.214].
H) Kişvərinin dilində: “Gəlgil ey dil ki, muğan kuyinə ahəng edəlim, Bizə qayğu çəri çəkdi,
varalım cəng edəlim” [17, s.68].
X) Xətainin dilində: “Zülfün yüzün kənarını dutmuşdurur, vəli Kafər çərisi ğarəti-iman dilər
yenə”[41, s.183].
İ) Füzulinin dilində: “Gözümü üzüm arasında çəri çəkdi müjəm Ki, gözümdən su çıxıb yuma-
ya xaki-dərini”[27, s.306].
HUMANİTAR ELMLƏR
135
J) “Şühədanamə”nin dilində: “Ol çəri ki, içəridə idilər, çıxub Məhəmməd Kəşirün ləşkəri ilən
uğraşdilər”[180b].
K) “Şeyx Səfi təzkirəsi”nin dilində: “Həman kim çəri yetişdilər, biz dəxi qaçduk və fürsət
düşməzdi kim, Pirə Yusifi xəbər eyləyəlim” [35, s.828].
Danla
−
sabah.
“Tan” sözünün “Tarama sözlüğü”ndə
“tañ”−şafak vakti
[43,II cild,s.1001],
Mahmud Kaşğarinin lüğətində
“tan”−sabah, axşam əsən sərin məltəm, əsinti, “tanq”−dan, dan
üzü, sübh çağı, obaşdan
[26, IV cild, s.503] kimi uyğun mənaları göstərilmişdir.“Bu söz “tan” şək-
lində istər əski türk mətnlərində (70,532), istərsə də orta əsrlər türkdilli yazılı abidələrdə
(109,V,3716-3717) qeydə alınmışdır”[33, s.412]. Dün/tün sözündə olduğu kimi, d~t əvəzlənməsi
baş verərək müasir dilimizdə “dan” formasında sabitləşmişdir. “Kıpçak türkçesi sözlüğü”ndə isə
“tañla”
həm “sabah erken”, həm də “sabahlamak” anlamlarında verilmişdir[21, s.266]. Dilimiz-
də “-la
2
” adlardan feil ( baş – başlamaq) və zərf düzəldən(güclə, zorla) şəkilçi kimi tanınır. “Dan”
və “danla” arasında məna fərqi görülməməsi
-la
şəkilçisinin sözdəyişdirici şəkilçi olması qənaətinə
gətirir.Daha dəqiq desək, ismin hallarından biri olmuş birgəlik halında (-la
2
) işlənərək getdikcə dil-
də sabitləşmişdir. A)“Dastani-Əhməd Hərami” məsnəvisinin dilində: “Aytdı kətxuda danla gələyin,
Tapın nə kim buyurursa qılayın”[6, s.41].
B) Nəsiminin dilində: “Və’dəyi qoy, ey könül, gəl bu dəmi xoş görəli, Dün ki, keçdi danla ğa-
ib, bəs bu dəm xoş dəmdürür”[23, s.233].
C )“Əsrarnamə”nin dilində: “Danla cümə güni hazır ol, Xəlvət otur yolımıza, nazir ol”[32,
s.198].
Ç) Mustafa Zəririn “Yusif və Züleyxa” əsərinin dilində: “Yudilər, anlarə izzət qıldılar, Danla
oxutdu bunləri şəhriyar”[46, s.75].
D )Şeyx İbrahim Gülşəninin dilində: “Bu gün yüzün görüb, danla deməzəm Çü danladur bu
gün durağum, ey dust”[3, s.244].
E )Həbibinin dilində: “Ey günəş yüzlü həbib, hər kim səni həq bilmədi, Danla məşhərdə anın
yüzi qəradır, ya nəbi”[3, s.279].
F) Xətainin dilində:“Öldürüm derdin bu gün – danla məni, çıxdın xilaf, Bilməzəm imruzü fər-
da qılduğun, yə’ni ki, nə?”[41, s.216].
G )Füzulinin dilində: “Ey könül, eşq əhlinə hər şəb gülərdin şəm’ tək, Mən deməzmidim ki,
danla ağılayasıdır gülən”[27, s.344].
H “Şühədanamə”nin dilində: “Danla rəvan olacağam”[26a].
X) “Şeyx Səfi təzkirəsi”nin dilində: “Hala çün gəlübsüz, bu gecə munda qonub, danla qayıda-
lım”[35, s.144].
Dostları ilə paylaş: |