ŞƏXSİYYƏTİN TƏRBİYƏSİNDƏ QURAN ƏXLAQI
Məməmmədova Tünzalə Ramazan q.
BDU-nun II kurs magistrantı
Quran əxlaqına uyğun yaşadıqda uşaqlarını din əxlaqı ilə böyüdərək dövlətə və millətə xeyirli insanlar olması üçün səy göstərən, öz aralarında da sevgi və hörmətlə davranan, hərəkətləri və danışıqları ilə uşaqlarına nümunə olan ata-analar üzə çıxar. Nəticədə də ata-anaya itaət edən, hətta Allahın əmrinə uyğun olaraq onlara: “Of”, – belə deməyən, doğru ilə yanlışı hələ kiçik yaşlarından etibarən ayırd edə bilən, vicdanını dinləyərək pis işlərdən çəkinən uşaqlar böyüyər. Lazım gələrsə, dövləti üçün canını təhlükəyə atar, dövlətinin, millətinin mənfəətini öz mənfəətindən üstün tutar. Milli-mənəvi dəyərlərini cidd-cəhdlə qoruyar.
Din əxlaqının hakim olduğu mühitdə tələbələr də dövlətə, millətə hörmət və sevgi bəsləyər. Nəinki onlara qarşı mübarizə aparar, əksinə, dəstək olub yardım edər. Dövrümüzdə olduğu kimi, polisə hücum etməz, dövləti qoruyan və müdafiə edən bu mühafizəçilərə çox hörmət edərlər. Bütün cəmiyyət dövlətə və polisə tam etibar edər və sahib çıxar. Tələbə etiraz aksiyaları, qardaşlar arasında dava-dalaş, sağ-sol qarşıdurmaları kimi problemlər aradan qalxar. Çünki heç kimin bir-birilə yola getmədiyi, mübarizəyə təşviq edən məsələ qalmaz. İnsanlar Allahın bildirdiyi gözəl əxlaq anlayışını mənimsəyər, nəticədə, bir-birinin ziddinə getməz. Problemlərin həllində hər kəs özünü qarşısındakının yerinə qoyar, mərhəmət edər, anlayışla yanaşar. Beləliklə, hər problem qısa müddətdə xoşluqla həll olunar.
Bu cür mühitdə dövlət də rahat idarə olunar. Ölkədə təhlükəsizlik və asayiş bərqərar olar. Rəhbərlər də insanlara qarşı çox ədalətli, mərhəmətli olar, hər cür ədalətsizlik aradan qalxar. Ona görə, özləri də hörmət görərlər. Nəticədə, dövlətin təməli də çox güclü və sarsılmaz olar.
İnsanların rahat yaşaması ilə cəmiyyətdə hər sahəyə bərəkət gələr. Elmi fəaliyyətlər artar, yeni kəşflər edilər, texnologiya, mədəniyyət və rifah səviyyəsi çox yüksələr. Çünki insanların hiss etdiyi mənəvi təzyiq aradan qalxdıqda rahatlaşar, azad və rahat düşünmə qabiliyyətləri inkişaf edər. Gözəl əxlaqın yaşanması ilə insanların mallarına, gördükləri işlərə, ticarətə, kənd təsərrüfatına, sənayeyə bərəkət gələr. Hər sahə inkişaf edər.
İncəsənətdə də irəliləyişlər baş verər. Gündəlik sıxıntı və problemlərdən təxəyyülləri, düşüncə üfüqü daralmış insanlar din əxlaqının yaşanması ilə bu sıxıntılardan xilas olar. Beləcə, incəsənət qabiliyyətləri inkişaf edər, düşüncələri zənginləşər. Allahın ona Öz ruhundan üfürdüyünü və içində əbədi qalacağı, min bir növdə nemətlərlə dolu Cənnət vəd etdiyini dərk edən insan, təbii ki, incəsənət və estetikadan ən yüksək səviyyədə zövq alar. Ruhunda bunun zövqünü dərindən yaşayar. Habelə, ətrafındakı insanlara qarşı hiss etdiyi sevgi və hörmət də bu insanlara gözəlliklər bəxş etmə əzmini artırar, onu şövqləndirər. Ona görə, din əxlaqının həqiqi mənada yaşandığı və Qurana tamamilə əməl edildiyi mühitdə hər cür incəsənət sahəsi sürətlə inkişaf edər və əzmlərini itirərlər. Ancaq pul və mənfəət qarşılığında etdikləri üçün həqiqi sənət əsərləri ortaya çıxarmazlar.
Ailə dövlətin ən əsas fərdidir. Güclü ailə quruluşu olan millətin dövlət quruluşu da güclü olar. Ailə quruluşu çökmüş, mənəvi dəyərlərini itirmiş, üzvləri arasında sevgi, hörmət, birlik və bərabərlik, sədaqət duyğuları kütləşmiş dövlətin güclü olması mümkün deyil. Xüsusilə cəmiyyəti dinsizləşdirməyi hədəf seçən dövlətlərdə bu mənəvi çöküntü daha da sürətlənir və əxlaqi degenerasiya cəmiyyətin hər pilləsində özünü göstərir. Əsasən də milli və mənəvi dəyərləri qorumaq lazım gəldikdə Allah qorxusu olmayan insanlar mütləq laqeyd davranacaqlar. Bu davranış vətənə və millətə xidmət etməkdən, vətən və millət uğrunda mübarizədən çəkinməyə, hətta bölücü fəaliyyətlərə qədər böyüyə bilər.
Beləliklə, səmimi şəkildə Quranda tərif edildiyi kimi, din əxlaqına uyğun yaşadıqda dünya bir növ cənnətə çevrilər. İnsanların əsrlərlə həsrətində olduğu, əldə etməyə çalışdıqları, ancaq çox uzaq gördükləri ictimai səadətə qovuşmamaq üçün heç bir səbəb qalmaz.
Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O, sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız. (Nəhl surəsi, 90).
Quranın bu və buna bənzər ayələrindəki hökmləri bilən müsəlmanlar bu hədləri aşmazlar. Ona görə, inanan insanlardan təşkil olunmuş cəmiyyətdə əxlaqsızlıqların baş verməsinə də imkan olmaz.
Əlbəttə, insan səhv etməyə uyğun yaradılmışdır və müstəsna hal kimi insanlardan qaynaqlanan mənfi hadisələr ola bilər. Ancaq hər cür səhv davranışın Quranın hökmləri ilə və müsəlmanların şəfqətli yanaşması ilə öhdəsindən gəlmək asandır. Müsəlmanlar cahil cəmiyyətdə olduğu kimi, əxlaqsızlığı təşviq etməz, yaymaz və buna qarşı laqeyd qalmazlar. Çünki əsl müsəlmanların ən əsas xüsusiyyətlərindən biri Quranda tez-tez vurğulandığı kimi, bir-birlərinə yaxşılığı əmr edib pislikdən çəkindirmələridir:
Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar yaxşı işlər görməyi əmr edir, pis işlərdən çəkindirir, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 71).
Allah Quranda din əxlaqına uyğun yaşayan insanlardan ibarət cəmiyyətin xüsusiyyətlərini belə bildirir:
Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və Allaha iman gətirirsiniz… (Ali-İmran surəsi, 110).
Şübhəsiz ki, belə bir cəmiyyətin əxlaqi cəhətdən din əxlaqına görə yaşamayan cəmiyyətdən nə qədər üstün olduğu aydındır.
Ədəbiyyat
1.Quran
2. Quliyev S.M. Məktəblilərin mənəvi tərbiyəsində ailə,məktəb və ictimaiyyətin birgə fəaliyyəti. Bakı-1982.
Dostları ilə paylaş: |