AZƏRBAYCAN MİLLİ ELMLƏR
AKADEMİYASI
GƏNCƏ ŞƏHƏR İÇRA
HAKİMİYYƏTİ
Gəncə Avropa Gənclər Paytaxtı – 2016
“XXI ƏSRDƏ DÜNYA ELMİNİN İNTEQRASİYA PROSESLƏRİ”
GƏNCLƏRİN BEYNƏLXALQ ELMİ FORUMU
10-14 oktyabr, 2016-cı il
GƏNCƏ/AZƏRBAYCAN
Hörmətli həmkarlar!
Gəncə şəhərinin 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar
Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası Gəncə
şəhər İcra Hakimiyyəti ilə birgə 10-14 oktyabr 2016-cı il tarixlərində bu mühüm
hadisəyə həsr olunan “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri”
mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq Forumunu keçirir.
Müasir qloballaşan cəmiyyətin inkişafında Azərbaycanın elmi gəncliyinin
rolunu və eləcə də ölkənin gələcək inkişafında onların iştirakını və məsuliyyətini
artırmaq kimi meyllər paytaxt və regionlarda yaşayan gənclərin dünyada baş
verən sosial-mədəni və elmi proseslərə iteqrasiyasını zəruri edir. Bununla
əlaqədar, keçirilməsi nəzərdə tutulan Forum - dünyanın müxtəlif ölkələrini təmsil
edən gənclərin qlobal aktuallıq kəsb edən məsələlər, o cümlədən tarixi, dini,
mədəni və s. mövzular ətrafında birgə fikir mübadiləsi aparması məqsədini
daşıyır. Bundan başqa, beynəlxalq tədbirin digər mühüm məqsədi müxtəlif elmi
sahələrdə fəaliyyət göstərən gənclərin dünya elminin inkişafı üçün mühüm olan
elmi istiqamətlər üzrə disskusiyalarının təmin olunmasıını hədəfləyən konfransın
keçirilməsidir.
Tədbirin Elmi Təşkilat Komitəsi akademik institut və təşkilatların, həmçinin
elmi-istehsalat müəssisələrin və digər müvafiq qurumların gənc alim və
mütəxəssislərini Forumda iştirak etməyə dəvət edir.
Qədim Gəncədə sizlərlə görüşmək arzusu ilə.......
Gəncə Avropa Gənclər Paytaxtı – 2016
Bakıdan 363 km qərbdə, Kiçik Qafqaz dağlarının şimal ətəklərində, Kür çayının sağ qolu olan
Gəncəçayının hər iki sahilində və Bakı-Tiflis dəmiryolu üzərində yerləşən Gəncə şəhəri Azərbycanın ən
qədim şəhəridir. Şəhərin adı orta əsr ərəb mənbələrində Gənzə, fars mənbələrində Gəncə, bəzi mənbələrdə
isə Qandzak şəklində işlənir. Bəzi qaynaqlarda isə qədim şəhərin adı “gen yer” mənasında izah olunur.
Rəvayətə görə Gəncənin adının “xəzinə” kimi də izahı vardır. Bəzi alimlər şəhərin yaranmasını e.ə.VII əsr,
əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edirlər. Gəncənin qədim tarixi, onun sosial-iqtisadi və
mədəniyyət mərkəzi olduğuna işarə edir. 730-cu ildə ərəb-xəzər döyüşlərində xəzərlərin keçdiyi şəhərlər
içərisində Gəncənin də adı çəkilir. Yarandığı tarixdən ən azı 5 dəfə yerini dəyişən Gəncə geosiyasi və strateji
cəhətdən əlverişli mövqeydə yerləşdiyindən daimi yadellilərin diqqət mərkəzində olmuş və hərbi
basqınlarının fəlakətli dağıntılarına məruz qalmışdır. Bu üzdən maddi-tarixi sübutlar dövrlərlə
talanmışdır. Şəhər 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılmışdır. 1918-ci ildə Gəncə adı yenidən
bərpa edilsə də 22 fevral 1935-cü ildə yenidən dəyişdirilərək "Kirovabad" adlandırılmışdır. 1989-cü ildə
Gəncə adı bərpa edilmişdir.
1918-ci il iyunun 16-dan sentyabrın 17-dək Gəncə şəhəri Azərbaycan Xalq Cümhuriyyətinin mərkəzi
olub. Bu şəhər Azərbaycan və dünya elmi ictimayyəti və mədəniyyətinə tarixi şəxsiyyətlər, elm və
mədəniyyət xadimləri bəxş edib. Gəncə zəngin mədəniyyət ocağı, Nizami və Məhsəti Gəncəvi kimi nadir
incilərin torpağıdır. Gəncə Azərbaycanın əsas elm və təhsil mərkəzlərindən biri olaraq qalır, Bakıdan sonra
elm və tədrisin miqyasına görə ikinci şəhəridir. Yaşı 4000 ildən çox olan Gəncə şəhərinin coğrafi mövqeyi,
iqtisadiyyatı, mədəniyyəti və sosial-ictimai həyatı da xeyli zəngindir. Şəhər, həm də öz qədim tarixi, adət-
ənənəsi, mətbəxi, mədəniyyəti və coğrafi mövqedən dağlarla əhatələnmiş səfalı, gəzib-görməli yerləri ilə
turistik şəhərdir.
Azərbaycanın ikinci böyük şəhəri Gəncə 2015-ci ilin 21 noyabr tarixində Yunanıstanın Saloniki
şəhərində keçirilən Avropa Gənclər Forumunun ümumi yığıncağında 2016-cı il üçün Avropanın Gənclər
Paytaxtı müsabiqəsinin qalibi elan olunmuşdur. 2016-cı ilin Avropa gənclər paytaxtı adını qazanmaq üçün
namizədliyi qəbul edilmiş Gəncə şəhəri, 12 şəhər sırasından seçilmiş 5 şəhərlə Badajoz (İspaniya), Qalvey
(İrlandiya), Laquna (İspaniya), Varna (Bolqarıstan),Vilnüs (Litva) final mərhələsində mübarizə aparmışdır.
Avropa Gənclər Foumunun, Avropa Şurasının, Avropa İttifaqının, bir sıra beynəlxalq qurumların,
Rumıniya Milli Şurasının və Kluj-Napoka bələdiyyəsinin nümayəndələrindən təşkil olunmuş münsiflər
tərəfindən Gəncə şəhəri 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilmişdir.
Qədim və müasir sivilzasiyaların qovuşduğu Gəncə
Akif Əlizadə Təşkilat Komitəsinin sədri, AMEA-nın prezidenti, akademik
Elmar Vəliyev Təşkilat Komitəsinin həmsədri, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı
İbrahim Quliyev AMEA-nın vitse-prezidenti, akademik
İsa Həbibbəyli AMEA-nın vitse-prezidenti, akademik
Fəxrəddin Qədirov AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik
Fuad Əliyev AMEA Gəncə Bölməsinin akademik-katibi, akademik
Famin Salmanov AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri,
fizika üzrə fəlsəfə doktoru, dosent
Elmir Vəliyev “Gəncə Avropa Gənclər Paytaxtı – 2016” İctimai Birliyinin sədri
Naqif Həmzəyev Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının sədri, millət vəkili
Pərvin Kərimzadə Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili
Faiq Məmmədov Kimya üzrə fəlsəfə doktoru, dosent
Əfsun Sucayev Kimya üzrə fəlsəfə doktoru
Aida Dadaşova Doktorant
Orxan Abbasov Yer elmləri üzrə fəlsəfə doktoru
Bəxtiyar Cəlilov Tarix üzrə fəlsəfə doktoru, dosent
Suma Hüseynova Fizika üzrə fəlsəfə doktoru
Eşqanə Babayeva Filologiya üzrə fəlsəfə doktoru, dosent
Famil Seyfullayev Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
Nəzmiyyə Yigitoğlu Filologiya üzrə fəlsəfə doktoru
Vüqar Fərəcov Doktorant
A.E.Cəbrayılova Təşkilat Komitəsinin elmi katibi
Elmi Təşkilat Komitəsi
Azərbaycan İngilis
Dünyanın inteqrasiya prosesləri və Azərbaycan gəncliyi
Qlobal multikulturalizm və Azərbaycan modeli
Nizami Gəncəvi irsi: Azərbaycandan dünyaya
Biotexnologiya və gen mühəndisliyi
Üzvi, qeyri-üzvi sintez və tətbiqi kimya
Qlobal enerji, ərzaq və ekoloji təhlükəsizlik
Regional inkişaf və demoqrafiya
Elmi-tarixi, dini və mədəni sivilizasiyalar
Nanotexnologiya və tətbiqi fizika
Elektronik riyazi tədqiqatlar və innovasiyalar
Biotexnologiya və gen mühəndisliyi
“Welcome party”
Heydər Əliyev Mərkəzi, Nizami məqbərəsi, Alban kilsəsinə ekskursiya
Göy-göl Milli parkına ekskursiya
Göytəpə Arxeoloji Parkına elmi ekskursiya
“Qala party”
İşçi dili
İnteraktiv müzakirə mövzuları
Konfransın panel mövzuları
Mədəni tədbirlər
40 yaşadək gənc alim və mütəxəssislər
15 aprel 2016-cı il Qeydiyyatın başlanması
15 avqust 2016-cı il Forumda iştirak formasının təsdiqi və
tezislərin göndərilməsi üçün son tarix
20 avqust 2016-cı il Forumda iştirakla bağlı bildirişlərin elan edilməsi
01 sentyabr 2016-cı il Mehmanxanın sifarışı üçün son tarix (xaricilər üçün)
Qonaqların qarşılanması, yola salınması və konfransla əlaqədar nəzərdə tutulmuş
bütün xərclər (mehmanxana, qida və s.) Təşkilat Komitəsi tərəfindən ödəniləcək.
Bəzi xarici vətəndaşların Azərbaycana gəlişi üçün viza tələb olunur. Bu məsələ ilə
əlaqədar yerli Azərbaycan səfirliklərinə müraciət etməyiniz məsləhət görülür.
Ətraflı məlumat üçün:
www.mfa.gov.az
veb ünvanına müraciət edin.
İştirakçılar üçün yaş həddi
Mühüm tarixlər
Xərclərin qarşılanması
Viza ilə bağlı müraciət
Tezislər – MS Word redaktor mətnli elektron formada qəbul olunur. Mətnin şrifti –
Times New Roman (şriftin ölçüsü 12pt), sətirlər arası interval isə 1 olmalıdır. Kağızın
formatı A4, mətn sahəsinin hər tərəfindən 2,5 sm saxlanılmalıdır. Tezislərin həcmi 2
səhifədən çox olmamalıdır.
Tezisin adı – səhifənin mərkəzindən boş yer buraxılmamaqla, baş hərflərlə və qalın
12pt ölçülü şriftlə yazılmalıdır.
Sonra iki interval buraxılmaqla, növbəti sətirdə müəlliflərin soyadı və insialları
səhifənin mərkəzindən, kursiv 12pt ölçülü şriftlə göstərilməlidir. Müəlliflərin
soyadlarından sonra sətirüstü ulduz qoyulmalıdır (əgər müəlliflər fərqli
təşkilatlardandırsa).
Növbəti sətirdə (müvafiq ulduzla işarə olunan) təşkilatın tam adı, şəhər, ölkə,
məruzəçinin elektron ünvanı kursiv və 12pt ölçülü şriftlə qeyd olunmalıdır.
Mətndə şəkil mütləq qaydada JPEG formatında yerləşdirilməlidir.
Azərbaycan dilində təqdim olunmuş tezisin ingilis dilində qısa xülasəsi
verilməlidir.
* Tezisin hazırlanması üçün nümunələr (azərbaycan və ingilis dilində) elanda
ayrıca yerləşdirilib
Tezislərin tərtibatı üçün qaydalar
Ünvan: Azərbaycan, Bakı şəh., H. Cavid 115
E-mail:
forum.ganja.2016@gmail.com
Telefon: + 994 12 539 25 79
Mobil: + 994 50 334 69 39
www.gencalimler.az
Bizimlə əlaqə
Dostları ilə paylaş: |