Bakı xanı Mirzə Məhəmməd xan Sanini
övladlarından neçə nəfəri hərb xidmətində olub,
hörmət və izzət kəsb etmişlər. Cümləsindən məşhuru və
qabili mərhum Abbasqulu ağa Bakıxanov olubdur. Bu
zati-şərif ağıl və zəkavəti sayəsində az vaxtın içində bir
ülum və fünuna dara olub, müasirləri beynində ad və san
qazanmışdı və Qafqazın hər yerində adı söylənirdi.
Mərhum Salikin (Kazım ağa Salik Şıxlinski - Ş.N.) müasiri
imiş ki, ona “diyari-nəzmü şerdə padşahlıq” ləqəbi
verməklə onu yad etmişlər.
22
Biri Qüdsi ləqəb Abbasqulu bəy,
Diyari-nəzmü şerə padişahdır.