38
döyüşən ordu sıralarında cəbhəyə getdi. Aleksandropol hərbi əməliyyat
rayonunda fəal iştirak
edən Mirkazımbəy Talışxanov tünd bürünc medalla təltif olundu.
Orduda əla və qüsursuz xidmət edən Mirkazım bəy hərbi pillələri çox sürətlə keçmişdir.
1882-ci ildə tərtib olunmuş bir sənəddə göstərilir ki, əla atıcı olduğuna görə avqustun 26-da ona
birinci dərəcəli mükafat verilmiş və yetmiş dörd manat pulla mükafatlandırılmışdır. İki il sonra
Tiflisdəki yunkerlər məktəbinə müəllim təyin olunan Mirkazım bəy Talışxanova ştabs-kapitan
rütbəsi verilir. 1891-ci ilə qədər yunkerlər məktəbində müəllim işləyən Talışxanov həmin il
vaxtilə xidmət etdiyi qrenadyor Minqrel alayının on üçüncü rotasının komandiri təyin olunur.
Podpolkovnik Mirkazım bəyin rotası səhra məşqlərində həmişə fərqləndiyinə görə onun xidmət
yerini tez-tez dəyişmişlər. Yaxşı komandir kimi onu “axsayan” rotaya komandir təyin etmişlər.
1899-cu ildə podpolkovnik Mirkazım bəy Talışxanov 119-cu Kolomensk piyada alayına, bir il
sonra isə səksən ikinci Dağıstan alayına, 1904-cü ildə iki yüz altıncı Larqo-Kaqul
ehtiyat piyada
alayına, bir neçə aydan sonra isə əlli beşinci piyada batalyonuna komandan təyin olunur.
Polkovnik Mirkazım bəy 1903-cü ildə Qafqaz hərbi dairəsinin iki yüz yetmiş nömrəli
əmrilə Qafqaz hərbi Dairə məhkəməsinin üzvü seçilir. Orduda uzun illər qüsursuz xidmətinə
görə 1914-cü ildə Mirkazım bəy Talışxanov general-mayor rütbəsinə layiq görülür.
Generalın nəvəsi Rəna xanım Axundzadədə babasının 1905-ci il martın birində tərtib
olunmuş “xidmət kitabçası” saxlanılır. Onun ailə vəziyyəti bölməsində oxuyuruq:
“Tiflisli saray müşaviri Ağabəy Yadigarovun qızı Məsumə xanımla 1888-ci ildə ailə
qurmuşdur. Dörd uşaq atasıdır; oğlu Mirəlixan 1895-ci il sentyabrın 9-da, Sarabəyim 1890-cı il
fevralın yeddisində, Liyabəyim 1891-ci il fevralın səkkizində Züleyxa 1892-ci
il avqustun
üçündə anadan olmuşdur”.
Sənədlərlə tanış olarkən qovluqdan saralıb-solmuş bir vərəq də çıxdı. Onu Mirkazım
bəyin qızı Züleyxa xanım yazıb: “Atam Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olub.
Minskdə, Magilyovda, Qroznı və başqa yerlərdə. Birinci dünya müharibəsi başlananda Nikolsk-
Ussuriysk şəhərində yerləşən üçüncü Sibir atıcı polkunun komandiri idi. Yaşının çox olmasına
baxmayaraq yenə də çox sevdiyi hərbi işdən ayrılmaq istəmirdi.
Yadımdadır, o vaxtlar inqilabi iş üstündə “Potyomkin” zirehli gəmisinin heyəti Sibirə
sürgün olunmuşdu. Onlar bizim qonşuluqdakı qəsəbədə yerləşdirilmişdilər. Komandirlər xırda
bir səhvə görə ağır və dözülməz cəza verəndə atam onlara havadar dururdu. Hətta, bir neçəsini
ölüm cəzasından belə xilas etmişdi. Ucaboy, enlikürək matroslar atamla çox hörmət-izzətlə
görüşərdilər. Onlar küçədə atama rast
gələndə qurşağa qədər əyilər, “Əlahəzrət, səxavətiniz
həmişə var olsun. Kölgəniz bizim əzabkeşlərin üstündən əskik olmasın” - deyib yolun qırağına
çəkilər, lal-dinməz dayanardılar. Atam isə gülümsünüb onlara yanaşar, əl tutar və bu qədər təzim
nəyə gərəkdir, - deyib kədərlə köks ötürərdi.
1914-cü ildə birinci dünya müharibəsi başlananda atam bizi Tiflisə göndərib, özü isə
üçüncü Sibir atıcı polku ilə müharibəyə getdi.
Atam qırx beş ilə yaxın ordu xidmətində çoxlu orden və medallarla təltif olunmuşdu.
Onlardan yadımda qalanları üçüncü
dərəcəli müqəddəs Anna, ikinci və ücüncü dərəcəli
Müqəddəs Stanislav ordenləri, III Aleksandrın hakimiyyəti dövrünə aid xatirə və 1877-78-ci illər
müharibəsində aldığı tünd bürünc medallardır. Atam 1916-cı ildə general-mayor rütbəsində
istefaya çıxdı. Topoqrafiya general-mayoru İbrahim ağa Vəkilovla yaxın dost olan atam
Tiflisdəki Qafqaz müsəlman xeyriyyə cəmiyyətində onunla birgə fəaliyyət göstərirdi.
Cəmiyyətin sədri İbrahim
ağa Vəkilov, katibi isə atam Mirzəkazımbəy Talışxanov idi. Az sonra
bu səmimi dostluq qohumluğa çevrildi. İbrahim ağa Vəkilovun böyük oğlu Faris, bacım
Liyabəyimlə ailə həyatı qurdu.
General-mayor Mirzəkazım bəy Talışxanov 1938-ci ildə səksən dörd yaşında Bakıda
vəfat etmişdir.
Dostları ilə paylaş: