Avqustun 21-də Naxçıvan Muxtar Res-
publikasının ümumtəhsil məktəblərini bitirərək
ali məktəblərə qəbul imtahanların da yüksək
bal toplamış tələbələrlə görüş keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbov tədbirdə
çıxış edərək demişdir: Bu gün sizinlə əla-
mətdar gündə görüşürük. Əsası 1970-ci ildə
xalqımızın ümummilli lideri Heydər Əliyev
tərəfindən qoyulan və artıq 45 illik tarixə
malik olan ali məktəblərə qəbulda yüksək
nəticə göstərmiş tələbələrlə görüş ənənəsi
Azərbaycan təhsilinə mühüm yeniliklər gə-
tirmiş, onun inkişafına öz töh-
fəsini vermişdir.
Ali Məclisin Sədri əlamətdar
gündə muxtar respublikanın
ümumtəhsil məktəblərini bitirərək
tələbə adını qazanmış bütün mə-
zunları, onların müəllimlərini və
valideynlərini təbrik edərək de-
mişdir: O dövlət inkişaf edir ki,
onun güclü elmi potensialı var;
orada təhsilin inkişafı əsas vəzi-
fələr sırasındadır. Azərbaycan
Respublikasının Prezidenti cənab
İlham Əliyev bu zərurəti nəzərə
alaraq bildirmişdir ki, “Təbii sər-
vətlər tükənəcək, elm, bilik isə
ölkəmizin dayanıqlı inkişafını
uzun illər bundan sonra da təmin
edəcəkdir”.
Ali Məclisin Sədri demişdir:
Hər bir xalqın tərəqqisi onun
gənc lərinin necə yetişdirilməsin-
dən və təhsilin hansı səviyyədə
təşkil olunmasından asılıdır. Bu
gün Azərbaycanda ümummilli
liderimiz Heydər Əliyev tərəfin-
dən müəyyənləşdirilən təhsil stra-
tegiyası davam etdirilərək öz in-
kişafının yeni mərhələsinə qədəm
qoyub. Təhsili ölkənin və millətin gələcəyi
üçün əsas vəzifə hesab edən ölkə Prezidentinin
bu sahəyə diqqətinin nəticəsidir ki, ölkəmizdə
və onun Naxçıvan Muxtar Respublikasında
təhsil infrastrukturu ilbəil müasirləşdirilir,
yeni məktəb binaları, tədris korpusları tikilir.
Son 10 ildə Naxçıvan Muxtar Respublikasında
66 min 736 şagird yerlik 165 məktəb binası
tikilmiş və ya yenidən qurulmuşdur. Hazırda
ümumtəhsil məktəblərində 3700 kompüter,
600-dən çox elektron lövhə vardır. Məktəb-
lərdə interaktiv tədris metodlarından istifadə
olunur, elektron və distant təhsil tətbiq edilir.
Həmçinin müasir təhsil praktikası nəzərə
alınaraq elm və ali təhsil müəssisələrinin
elmi dərəcəsi olan əməkdaşlarının ümumtəhsil
məktəblərində nümunəvi dərsləri də təşkil
olunur. Həyata keçirilən bu tədbirlər təhsildə
ciddi irəliləyişə səbəb olmuş, tədrisin key-
fiyyəti artmışdır. Bu il muxtar respublikanın
ümumtəhsil məktəbi məzunlarından 313-ü
ali məktəblərə qəbulda 500-700 arasında bal
toplamışdır. Bir məzunumuz isə ən yüksək
nəticə göstərmişdir.
Göründüyü kimi, təhsil sahəsində həyata
keçirilən tədbirlər keyfiyyət əmsalının artımı
ilə yadda qalır. Bu tədbirlərin, çəkilən zəh-
mətin bir məqsədi var: o da ölkənin və xalqın
sabahına cavabdeh olan bilikli və savadlı
gənclər yetişdirməkdir. Ümummilli liderimiz
Heydər Əliyev deyirdi ki, “Bizim hamımızın
vəzifəsi Azərbaycanın gənclərini milli və-
tənpərvərlik ruhunda tərbiyə etməkdir, gənc -
lərimizi bilikli etmək, müasir dünyanın əldə
etdiyi nailiyyətlər səviyyəsinə qaldırmaqdır,
gəncləri Azərbaycanda müstəqil, demokratik,
hüquqi, sivilizasiyalı dövlət quruculuğu
işinə cəlb etməkdir”.
Ali Məclisin Sədri demişdir: Bu gün döv-
lətimiz təhsil sahəsində qarşıda duran vəzifələri
yerinə yetirmək üçün bütün tədbirləri görür.
Ölkəmizdə müasir təhsil şəraiti vardır. Gənc -
lərin sosial problemlərinin həlli diqqət mər-
kəzində saxlanılır, onlar dövlət idarəçiliyində
məsul vəzifələrə irəli çəkilirlər. Göstərilən
etimad və qayğı isə, öz növbəsində, qarşıya
yeni vəzifələr qoyur. Cəmiyyətdə layiqli yer
tutmaq, vətənə və millətə faydalı olmaq üçün
bundan sonra da yaxşı təhsil almalı, öz üzə-
rinizdə daim işləməli, mütaliə etməli, bilik
və dünyagörüşünüzü artırmalısınız. Hər bir
gənc mütəxəssis hansı ixtisas üzrə təhsil al-
masından asılı olmayaraq, birinci növbədə
Azərbaycan dilini və tarixini öyrənməli, milli
dəyərləri, azərbaycanlılara məxsus adət-ənə-
nələri dərindən mənimsəməlidir. Görkəmli
maarifçi və pedaqoq Məhəmməd Tağı Sidqi
vaxtilə qeyd edirdi ki, “Elm bir çox kitabları
oxuyub-yazmaqdan ibarət deyil, oxuduqca
anlamaqdan ibarətdir”. Bu gün kitab oxumaq,
yaxşı təhsil almaq işin yalnız bir tərəfidir.
Əsas məsələ özünü yüksək ixtisaslı kadr
kimi hazırlamaqdır. Ona görə də seçdiyiniz
ixtisasa dərindən yiyələnməli, kamil mütə-
xəssis kimi yetişməlisiniz.
“Təhsilin bir vəzifəsi də vətənpərvər
gənc lər hazırlamaqdır. Vətənpərvərlik təkcə
Vətəni sevmək deyil. Vətənpərvərlik – Vətən
naminə çalışmaqdan, Vətəni qorumaqdan,
özünü mənsub olduğu xalqa layiq vətəndaş
kimi hazırlamaqdan ibarətdir”, – deyən Ali
Məclisin Sədri bu yolda tələbə-gənclərə
uğurlar arzulamışdır.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar
Respublikasının təhsil naziri Piri Nağıyev
demişdir ki, bu gün muxtar respublikada
təhsilin inkişafına hərtərəfli qayğı göstərilir.
Yaradılan şərait, aparılan quruculuq işləri
təhsil infrastrukturunu tamamilə müasirləş-
dirmişdir. Bu il muxtar respublikanın şəhər,
rayon və kəndlərində, ümumilikdə, 18 təhsil
müəssisəsinin tikintisi və ya yenidən qurulması
davam etdirilir. Həyata keçirilən bu tədbirlər
təhsildə keyfiyyət göstəricilərinin artmasına
səbəb olmuşdur. Belə ki, muxtar respublikada
2015-ci ildə məktəbi bitirən 3331 məzundan
2638-i ali məktəblərə qəbul üçün sənəd ver-
miş, onlardan 1582-si tələbə adını qazanmışdır.
Bu da sənəd verənlərin 60 faizini təşkil edir.
Məzunlardan 36-sı xüsusi təyinatlı ali hərbi
məktəblərə qəbul olmuşlar. Ümumi orta təhsil
bazasından orta ixtisas məktəblərinə sənəd
verən məzunlardan isə 310-u tələbə adını
qazanmışdır. Həmçinin bu il muxtar respub-
likanın ümumtəhsil məktəblərindən 977 şagird
Heydər Əliyev adına Hərbi Liseyə qəbul
üçün sənəd vermiş və onlardan 251-i liseyə
qəbul olunmuşdur.
Piri Nağıyev demişdir ki, məzunlar ixtisas
seçimi zamanı muxtar respublikada fəaliyyət
göstərən ali təhsil müəssisələrinə daha çox
üstünlük vermişlər. 2015-ci ildə 1137 nəfər,
yaxud qəbul olanların 72 faizi Naxçıvan
Muxtar Respublikasında yerləşən ali təhsil
müəssisələrini seçmişlər. Bundan başqa, mək-
təbi yüksək nəticələrlə başa vuraraq “Qızıl”
və “Gümüş” medallara layiq görülmüş 28
məzun onlara göstərilən etimadı doğrultmuş,
qəbul imtahanlarında 500-700 intervalında
bal toplamışlar.
Valideyn Məlahət Həsənova çıxış edərək
demişdir ki, bu gün muxtar respublika özünün
yeni inkişaf mərhələsini yaşayır. Bu inkişafı
hər bir naxçıvanlı öz həyatında hiss edir.
Quruculuq tədbirləri sayəsində muxtar res-
publikanın paytaxtı Naxçıvan şəhəri, rayon
mərkəzləri, kənd və qəsəbələr füsunkar bir
görkəm almışdır. Bu günün reallığıdır ki,
muxtar respublika əhalisinin rifah halı günü-
gündən daha da yaxşılaşır, yaşayış səviyyəsi
yüksəlir, hər bir sahədə böyük uğurlar qaza-
nılır. Qazanılan uğurların və inkişafın özünü
bariz şəkildə göstərdiyi sahələrdən biri də
təhsildir. Zəngin maddi-texniki bazaya və
müasir tədris şəraitinə malik təhsil müəssi-
sələrinin sayı ilbəil artmaqdadır. Məktəblər
ən müasir informasiya texnologiyaları, dərslik,
bədii ədəbiyyat və tədris vəsaitləri ilə təmin
olunub. Əvvəllər xəyal olan distant təhsil
indi reallıqdır. Yaradılan bu şərait gənclərin
daha yaxşı təhsil almalarına geniş imkan aç-
mışdır. Övladının 680 bal toplayaraq Azər-
baycan Tibb Universitetinin Müalicə işi ix-
tisasına qəbul olunduğunu bildirən Məlahət
Həsənova gənclərin hərtərəfli təhsil alması
üçün yaradılan şəraitə görə valideynlər
adından minnətdarlıq etmişdir.
Qəbul imtahanlarında 700 bal toplayan
Əli Allahverdiyev muxtar respublikada ənənə
halını almış yüksək bal toplayan tələbələrlə
görüşlərin keçirilməsini gənclərə və təhsilə
göstərilən qayğının daha bir ifadəsi olduğunu
bildirərək demişdir: Biz dünyanın qabaqcıl
ölkələrinin inkişaf modelləri haqqında ki-
tablardan oxumuşuq. İnkişafın müxtəlif yolları
var. Ölkəmizdə və onun Naxçıvan Muxtar
Respublikasında isə inkişafın bir yolu var.
O da ulu öndər Heydər Əliyev yoludur.
Bu gün muxtar respublikanın ən ucqar dağ
və sərhəd kəndlərində istifadəyə verilən
Naxçıvanda ali məktəblərə qəbul imtahanlarında yüksək
bal toplamış tələbələrlə görüş keçirilmişdir
Ardı 2-ci səhifədə
Øß Ã
Ð
Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır
Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti
www.serqqapisi.az
Qiyməti 20 qəpik
Gündəlik ictimai-siyasi qəzet
qapısı
Qəzet 1921-ci
ildən çıxır
Sayı: 164 (21.316)
22 avqust 2015-ci il, şənbə
2
məktəblər paytaxt Naxçıvan şəhərində və
rayon mərkəzlərin də inşa olunan məktəblərdən
heç nə ilə fərqlənmir. Təhsil aldığım Zeyvə
kənd tam orta məktəbi də müasir tədris müəs-
sisəsinə çevrilib. Yaradılan şəraitə cavab
olaraq öz məsuliyyətimi başa düşmüş, qəbul
imtahanlarında 700 bal toplayaraq tələbə
adını qazanmışam. Mən təkcə bununla yox,
həm də onunla fəxr edirəm ki, qurucu
şəxsiyyət və rəhbər Vasif Talıbov məktəbinin
yetirməsiyəm!
Bugünkü görüşün təkcə muxtar respublika
rəhbəri ilə yox, eyni zamanda gənclərin
hamisi ilə görüş olduğunu bildirən Əli Al-
lahverdiyev ali məktəblərə qəbul olunmuş
bütün tələbələr adından söz vermişdir ki, sa-
vadlı, vətənpərvər gənclər kimi yetişəcək,
Azərbaycan gəncliyinin adını doğruldacaq,
qədim Naxçıvanın daha da çiçəklənməsinə
öz töhfələrini verəcəklər.
Sonra ali məktəblərə qəbul imtahanlarında
500-700 arası bal toplayaraq tələbə adını
qazanmış məzunlara “Naxçıvan 2003-2013:
hədəflər, inkişaf, nəticələr” kitabı və pul mü-
kafatı təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Avqustun 21-də Culfa Rayon
İcra Hakimiyyətində Naxçıvan
Muxtar Respublikası Dövlət Baş
Sığorta Agentliyi ilə birgə rayonda
sığorta işinin mövcud vəziyyəti
və qarşıda duran vəzifələr barədə
tədbir keçirilmişdir. Yığıncağı
Culfa Rayon İcra Hakimiyyətinin
başçısı Şükür Babayev açaraq
rayonda sığorta sahəsində görül-
müş işlərdən danışmışdır.
Tədbirdə Naxçıvan Muxtar Res-
publikası Dövlət Baş Sığorta Agent -
liyinin baş direktoru Hikmət Əsgə-
rov çıxış edərək muxtar respubli-
kamızda sığorta işinin təkmilləşdi-
rilməsi və müasir tələblərə uyğun
şəkildə qurulması işində 30 noyabr
2011-ci il tarixdə Naxçıvan Muxtar
Respublikası Ali Məclisində “Mux-
tar respublikada sığorta fəaliyyəti
və qarşıda duran vəzifələr barədə”
keçirilən müşavirənin xüsusi əhə-
miyyət daşıdığını vurğulamışdır.
Baş direktor cəmiyyətdə sığortanın
əhəmiyyətindən danışaraq bildir-
mişdir ki, muxtar respublikamızın
müasir sosial-iqtisadi inkişafı cə-
miyyətdə müxtəlif sığorta növlərinin
də bir tələbat kimi geniş yayılmasını
şərtləndirir. Vaxtında sığorta olun-
mağın üstünlüklərindən bəhs edən
Hikmət Əsgərov bunun sığortalı
vətəndaşlara olan faydalarını da
diqqətə çatdırmışdır. Bildirilmişdir
ki, hazırda cəmiyyətimizdə insan-
ların sağlamlığına, əmlakına və mül-
ki məsuliyyətinə verilən sığorta tə-
minatı onları gözlənilməz hadisələrə
qarşı hazırlıqlı edərək ümumi rifa-
hımıza xidmət edir. Qeyd olunmuş-
dur ki, hər hansı bir gözlənilməz
hadisə və ya qəza baş verdikdə bağ-
lanılmış sığorta müqaviləsi əsasında
alınan ödənişlər sığorta hadisəsindən
zərərçəkən insanların maddi vəziy-
yətini bərpa etmək, onu yüngülləş-
dirmək, zərərləri aradan qaldırmaq
üçün mühüm bir vasitədir.
Kənd təsərrüfatında da sığortanın
vacibliyindən bəhs edən baş direktor
qeyd etmişdir ki, dördüncü çağırış
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin on birinci sessiyasında
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri bu sahənin inkişafı
üçün Kənd Təsərrüfatı Nazirliyi və
Dövlət Baş Sığorta Agentliyi tərə-
findən kənd təsərrüfatında sığorta
işinin təşkilinə diqqətin artırılmasının,
istehsalçıların mümkün sığorta ha-
disələri barədə maarifləndirilməsinin
vacibliyini vurğulamışdır.
Tədbirdə Culfa rayonunda sığorta
sahəsində görülmüş işlər təhlil olu-
naraq qeyd edilmişdir ki, ötən ilin
müvafiq dövrü ilə müqayisədə bağ-
lanmış sığorta müqavilələrinin sa-
yında artım müşahidə olunsa da, ra-
yonda daşınmaz əmlakın icbari sı-
ğortası, avtonəqliyyat vasitəsi sa-
hiblərinin mülki məsuliyyətinin icbari
sığortası üzrə müqavilə bağlamayan
vətəndaşlar, hüquqi və fiziki şəxslər
hələ də vardır. Vurğulanmışdır ki,
Culfa rayonunda fərdi qəza və ev
əmlakının sığortası üzrə də işlərin
genişləndirilməsi və Azərbaycan
Respublikasının qanunu ilə tənzim-
lənən icbari sığortalar üzrə hər bir
sığorta obyektinin sığorta olunması
qarşıya qoyulan vəzifədir.
Hikmət Əsgərov sığorta müqa-
vilələrinin bağlanılması, sığortahaq-
larının hesablanması, baş vermiş sı-
ğorta hadisələri üzrə sığorta məb-
ləğlərinin ödənilməsi barədə tədbir
iştirakçılarına məlumat vermişdir.
Sonra çıxışlar olmuşdur. Çıxış-
larda görülmüş işlər barədə məlumat
verilmişdir.
-
Əli CABBAROV
Culfa rayonunda
sığorta işi ilə bağlı tədbir
İsti yay günlərinin birində yolu-
muz rayonun ucqar dağ kəndlərindən
biri olan Ağbulağadır. Müasirliyə
qovuşan Ağbulaq bu gün özünün
ağ günlərini yaşayır. Kəndə çatha-
çatda uzaqdan toy səsi eşidilir. Belə
bir gündə bu yaşayış məntəqəsinə
gəlməyimiz təsadüf olsa da, sevinirik.
Sevinirik ki, yeni ailənin təməli qo-
yulur. Yeni ailənin təməli qoyulursa,
deməli, yurd yerinin sabahına böyük
inam var.
Rayon mərkəzindən bizə yol yol-
daşlığı edən kənd tam orta məktə-
binin müəllimi Firudin Məmmədov
kəndin tarixindən danışır: Ağbulağın
qədim tarixi var. Bu tarixi sübut
edən faktlar çoxdur. Məsələn, 1990-
cı ildə Antik dövrə aid yaşayış yeri
qeydə alınıb. Sahəsi 1525 kvadrat-
metrdir. Buradan gil qab qırıqları,
iki küp və sümük qalıqları əldə olu-
nub. Tapıntılara əsasən, abidənin
e.ə I və eramızın I-II əsrlərinə aid
olması ehtimal edilir.
Ağbulaq nekropolu da Antik döv-
rə aid arxeoloji abidədir. Qəbirlər
iri küplərdən ibarət olub. Qəbirlər
dağılmış, iri küp qırıqları ətrafa sə-
pələnmiş şəkildə tapılıb. Dağılmış
sahədə iri qaya parçalarına da rast
gəlinib. Qazıntılar zamanı iki qəbir
tədqiq edilib. Birinci küp qəbir ağzı
günbatana, şimal-qərb istiqamətində
tapılıb. Ətrafı dördkünc formada bir
cərgə daşla hörülmüş, küpün ağzına
qara rəngli təkqulplu iri qab qoyul-
muşdu. Küpün içərisi torpaqla dol-
muş, skelet qalıqları çürümüş və-
ziyyətdə idi. Küp təmizlənərkən əqiq
və şüşə muncuqlar, gil qab qırıqları
və sair aşkar edilib. İkinci qəbir 50
metr aralıda, şimal-qərb istiqamə-
tində idi. Skelet qalıqları, tunc bəzək
əşyaları, gil qab qırıqları, muncuq,
tunc sancaq, üzük və zınqırov, 1
ədəd mis pul və sair maddi-mədə-
niyyət nümunələri əldə olunub.
Firudin müəllimin bu maraqlı
məlumatlarından sonra kəndin qədim
tarixi haqqında ilk bilgilərimiz olur.
Adətləri ilə maraqlanırıq. Həmsöh-
bətim deyir ki, bu barədə 85 yaşlı
Leyla nənədən daha ətraflı öyrənmək
olar. Onunla görüşmək üçün əvvəlcə
Ağbulaq kənd inzibati ərazi dairəsi
üzrə nümayəndə Mətləb Məmməd -
ovla əlaqə saxlayırıq. Onunla üz
tuturuq Leyla İsmayılovagilə. Yol-
boyu diqqətimi çəkən kəndin tə-
mizliyi olur. İcra nümayəndəsi deyir
ki, rayonun kənd yaşayış məntəqə-
lərinin təmiz saxlanılması ilə bağlı
aparılan reydlərin nəticələrinə görə,
Ağbulaq kəndi birinci yerə çıxıb.
Və bu anda düşünürəm ki, bir yeni
layihə kimi muxtar respublikanın
bütün yaşayış məntəqələri bu təd-
birdən yararlana bilərlər. ...Budur,
Leyla nənəgilin qapısına çatırıq.
Bizi səmimiyyətlə qarşılayırlar. Ev
uşaqla doludur. Öyrənirik ki, bu
qayğısız, deyib-gülən, səs-küylə-
rindən qulaq tutulan uşaqlar Leyla
nənənin nəvə-nəticələridir. Yadıma
“dövlətdə dəvə, övladda nəvə” mə-
səli düşür. Məlumat üçün bildirək
ki, bu nurani el ağbirçəyi 9 övlad
böyüdüb. Hamısını boya-başa çat-
dırıb, oxudub, ev-eşik sahibi edib.
Övladlarından biri AMEA-nın müx-
bir üzvü Əyyub Quliyevdir. Əyyub
müəllim yay məzuniyyətini kənddə
keçirməyə gəlib. Tanış olub hal-
əhval tuturuq. Çay süfrəsi arxasında
şirin söhbət başlayır. Leyla nənə
deyir ki, bu kəndin sakinləri qədim
adət-ənənələri saxlamağı bacarırlar.
Çünki kənddə ağsaqqal nəsihəti,
ağbirçək məsləhəti yazılmamış qa-
nundur. Adətlərimizin qorunmasında
onlar öndə gedirlər. Ondan indi də
əməl edilən toy adətlərimiz barədə
soruşuruq. Üzünə təbəssüm qonur,
bir qədər düşünür və deyir: “İvit
yığma” adəti indi də toylarımızın
bəzəyidir. Bu mərasim qız evində
icra olunur. Qız-gəlinlər yeni ailə
quran gəlinə öz imkanları dairəsində
hədiyyələr gətirirlər. Kimisi şirniy-
yat, kimisi parça qismi, kimisi ət-
riyyat, kimisi qab-qacaq hədiyyə
edir. Hədiyyələr bir nəfər tərəfindən
toy həyətində musiqi sədaları altında
elan olunur. Musiqinin səsi isə Üç-
qardaş, Papaqlı, Şiştəpə dağlarını
lərzəyə salır. Leyla İsmayılova onu
da əlavə edir ki, neçə illər qabaq
bu adətə muxtar respublikanın bir
neçə kəndində rast gəlib. Təəssüf
ki, indi həmin adət unudulub.
Digər adətlər barədə məlumat
verməyini xahiş edirik. Burada Əy-
yub müəllim söhbətə qarışır. Deyir
ki, hansından deyim? Və mətbəximiz
barədə danışaraq bildirir ki, süfrə-
lərimiz həmişə milli yeməklərlə zən-
gin olub. Ağbulaqlılar israfçılığı
sevmirlər. Hər il bir-iki dəfə kəndi,
burada yaşayan qohum-əqrəbamı
görməyə gəlirəm. Qismətimə düşən
toy şənliklərində iştirak edirəm. İna-
nın, 20-30 il bundan qabaq gördüyüm
süfrələrdən çox da seçilmir. Düzdür,
burada da yeniliklər tətbiq edilir.
Ancaq hər şey qədərində olmalıdır.
Sonra əlavə edir: – Əgər Ağbulaqda
Qızlar bulağı, Qoşabulaq, Salvartı
bulağı, Soyuqbulaq kimi təbii, suyu
dişgöynədən bulaqlar, Ağbulaq və
Şəfa kimi müalicəvi bulaqlar varsa,
onda nə üçün ağbulaqlı öz ailə büd-
cəsindən kəsib toy mərasiminə insan
orqanizminə heç bir xeyir verməyən
su almalıdır? Heç bir ağbulaqlı öz
xeyir və şər məclisində başqa yerdən
ət almaz. Buna ehtiyac yoxdur. Çünki
hər bir kənd adamının qapısından
hər gün örüşə onlarla iribuynuzlu
və xırdabuynuzlu heyvan çıxır. Kənd
sakinləri toyuq-cücəsinin heç sayını
bilmir. Kəndin təmiz havası və suyu
ekoloji sağlam ət məhsullarının is-
tehsalında başlıca amildir. Ağbulaqda
yetişdirilən balın ətri uzaqdan adamı
bihuş edir. Qonşu Faiq kişinin 70-ə,
Zəringül Məmmədovanın 50-yə ya-
xın arı ailəsi var. Bildiyimə görə,
kənddə 500-dən artıq arı ailəsi sax-
lanılır. Camaat həm də meyvəçiliklə
məşğul olur. Hər bir həyətdə növ-
növ ərik, alma, cəviz, alça, gavalı
yetişdirilir. Bütün bunlar hər bir ağ-
bulaqlının həm ev, həm də toy süf-
rəsinin bəzəyidir.
Əyyub müəllimin toya dəvətli
olduğunu biləndə ayağa qalxırıq.
Bizi də toya dəvət edir.Və bu dəvət
elə səmimiliklə ifadə olunur ki, Əy-
yub müəllimi toyun sahibi hesab
edirik. Deyir ki, bu kəndə gələn qo-
naq hər bir evin qonağıdır. Xüsusilə
də toy günlərində. Hiss edirik ki,
Əyyub müəllim, sözün həqiqi mə-
nasında, maraqlı müsahibdir. Öz
kəndinin tarixi, inkişafı ilə qürur
duyan bu ziyalı yolboyu söhbətini
davam etdirir: Bu gün Ağbulaqda
yaşamasam da, doğma kəndimin
qədim adət-ənənələri qoruyub sax-
lamağına sevinirəm. Elə götürək
Ağbulaq toylarını. Toy iki gün davam
edir. Toylarda müxtəlif adətlərə əməl
olunur. Etiraf edək ki, indi belə toy-
ları neçə illər əvvəl çəkilmiş film-
lərimizdə görürük. Mən yeniliyin
tərəfdarıyam. Ancaq yenilik özü
millilik üzərində dayanmalıdır...
İki il əvvəl açılışı olan kənd mər-
kəzi və Ağbulaq kənd tam orta mək-
təbinin yanında ondan ayrılmaq is-
təyirik. Bizi tək buraxmır. Onunla
məktəb binasına daxil oluruq.
Öyrənirik ki, üç mərtəbədən ibarət
olan 216 şagird yerlik məktəb bina-
sında tədrisin səmərəli təşkili üçün
lazımi şərait var. Məktəbdə müasir
sinif otaqları, fənn kabinələri, 2280
kitab fonduna malik olan kitabxana,
6 kompüterin quraşdırıldığı kompüter
sinfi, hərbi kabinə, biologiya, fizika,
kimya fənlərinin əyani vəsaitlərlə
öyrənilməsi məqsədilə laboratoriyalar
yaradılıb. Təhsil ocağında elektron
lövhəli siniflərdən səmərəli istifadə
edilir.
Tədris olunan humanitar və dəqiq
elmlər arasında əlaqələrin və ardı-
cıllığın təmin edilməsi, keçilən dərs-
lərin məzmununun daim təkmilləş-
dirilməsi və yeniləşdirilməsi, inter -
aktiv təlim üsullarının tətbiq olun-
ması, elektron dərsliklərdən geniş
istifadə edilməsi tədrisin keyfiyyətinə
əhəmiyyətli dərəcədə təsir göstərir.
Təhsil ocağında məktəblilərin fi-
ziki hazırlığı da nəzərə alınıb. İdman
zalında mini-futbol, basketbol və
idmanın digər növləri ilə məşğul
olmaq üçün hər cür şərait yaradılıb,
həyətdə açıq idman qurğuları qu-
raşdırılıb. Məktəbin direktoru Vidadi
Məmmədov deyir ki, indiyə qədər
Ağbulaq kəndində məktəb adına ti-
kilmiş bina olmayıb. Dərslər uy-
ğunlaşdırılmış binada keçilib. Açılış
mərasimində Naxçıvan Muxtar Res-
publikası Ali Məclisinin Sədri cənab
Vasif Talıbov qarşımıza mühüm və-
zifələr qoyulduğunu bildirdi. Bu və-
zifələrin layiqincə yerinə yetirilməsi
ali məktəblərə qəbul imtahanları ilə
ölçülür. Bu tədris ilində məktəbimizi
bitirən 2 məzunun hər ikisi yüksək
balla ali məktəb tələbəsi adını qa-
zanıb. Çalışacağıq ki, qarşıdakı il-
lərdə uğurlarımız daha çox olsun.
Vidadi müəllim onu da diqqətə çat-
dırdı ki, məktəbdə şagirdlərin və-
tənpərvərlik tərbiyəsi, dövlətçiliyi-
mizə və müstəqilliyimizə sədaqət
ruhunda formalaşdırılması böyük
önəm verilən məsələlərdən biridir.
Bu gün Ağbulaq məktəbi bu təhsil
ocağının məzunu olmuş şəhid Afət
Hüseynovun adını daşıyır. Onun
keçdiyi şərəfli və qısa ömür yolu
bugünkü Ağbulaq məktəbliləri üçün
bir örnəkdir.
Məktəblə bir sırada bu yaşayış
məntəqəsinə xüsusi yaraşıq verən
kənd və xidmət mərkəzləri tikilib.
Bu ünvanlara da baş çəkdik. Öyrəndik
ki, kənd mərkəzində rabitə evi, Ağ-
bulaq və Gömür kəndlərini əhatə
edən polis sahə və baytarlıq məntə-
qələri, kitabxana, Yeni Azərbaycan
Partiyası ərazi ilk təşkilatı, inzibati
ərazi dairəsi üzrə nümayəndə lik, bə-
lədiyyə, kənd mədəniyyət evi, arxiv
və 43 yerlik zal yerləşir. Rabitə
evində quraşdırılan 384 nömrəlik
avtomat telefon stansiyası abonent -
lərə yüksək səviyyədə xidmət göstərir.
Burada poçt bölməsi də yaradılıb,
“Naxtel”in baza stansiyası quraşdı-
rılıb. Kənd mərkəzinin birinci mər-
təbəsində feldşer-mama məntəqəsi
yerləşir. Məntəqə üçün 3 iş otağı
ayrılıb.
Xidmət mərkəzində bərbərxana,
gözəllik salonu, ət satışı yeri, ərzaq
və təsərrüfat malları olmaqla, 2 ma-
ğaza kənd sakinlərinin istifadəsindədir.
Onu da əlavə edək ki, Ağbulaq
kəndi də muxtar respublikanın digər
yaşayış məntəqələri kimi tamamilə
qazlaşdırılıb, elektrik enerjisinin
fasiləsiz verilişi təmin olunub, mən-
zillər tam telefonlaşdırılıb. Bu ucqar
dağ kəndinə fiber-optik kabel çə-
kilib, genişzolaqlı internetdən və
digər rabitə xidmətlərindən istifadə
imkanı yaradılıb. İndi isə yolumuz
Ağbulaq İstirahət Mərkəzinədir.
Məlumat üçün bildirək ki, ərazisi
3,5 hektar olan mərkəz 3 yaşayış
korpusundan və 1 yeməkxana bi-
nasından ibarətdir. İkimərtəbəli və
56 yerlik korpuslarda, ümumilikdə,
38 otaq mövcuddur. Otaqlarda is-
tirahət üçün hər cür şərait yaradılıb.
Kompleksin ərazisinə 2 kilometr
məsafədən içməli su xətti çəkilib,
həyətdə futbol meydançası yaradılıb,
uşaq əyləncə qurğuları quraşdırılıb.
2013-cü ilin iyul ayının 24-də isti-
fadəyə verilən bu mərkəz muxtar
respublikamızda turizmin bir çox
növlərinin inkişafı üçün mövcud
olan təbii imkanlardan istifadəyə
ciddi önəm verilməsinin bariz ifa-
dəsidir. Ötən müddət ərzində yüz-
lərlə məktəbli və tələbə, sosial mü-
dafiəyə ehtiyacı olan ailələrin öv-
ladları, məhdud fiziki imkanlı uşaq-
lar dövlət hesabına bu mərkəzə is-
tirahətə göndəriliblər.