üstünlük vermək barədə düşünəndə seçim qarşısında qalmışam.
bəxş etdiyi təbii gözəlliklər insan qəlbinə bir təravət bəxş edir.
məntəqələrinin hər birində kompleks quruculuq tədbirləri aparılıb.
salınması bu ünvanlara gedənlərə ilk baxışdan xoş təsir bağışlayır.
3
1951-1963-cü illərdə aparılan
tədqiqatlar zamanı ilk qazıntı sahə-
sindən müxtəlif dövrlərə aid dörd
mədəni təbəqə aşkar edilmişdir. Əv-
vəlcə abidənin Neolit dövrünə aid
olması ilə bağlı müxtəlif fikirlər
söylənilib. Lakin sonralar tədqiqat-
çılar bunu inkar edərək abidənin
Eneolit dövrünə aid olması ilə bağlı
fikirlər irəli sürüblər. Ümumiyyətlə,
Kültəpə stratiqrafiyasına görə, Ene -
olit, Erkən Tunc, Orta Tunc və Son
Tunc dövrlərini əhatə edən çox nadir
abidələrdən biridir. Lakin Kültəpənin
Neolit dövrünə aidliyi mübahisəli
olduğuna görə AMEA Naxçıvan
Bölməsinin xüsusi arxeoloji ekspe-
disiyası, eyni zamanda Azərbaycan-
Fransa arxeoloji ekspedisiyası məhz
buranı tədqiqat obyekti seçmişdir.
Məlumat üçün bildirək ki, Kültə-
pədə tədqiqat işlərinə 2013-cü ildən
başlanılmış və burada kəşfiyyat xa-
rakterli araşdırmalar aparılmışdır.
2014-cü ildə də tədqiqat işləri davam
etdirilmişdir. Avqust ayının 1-dən bu-
rada yenidən tədqiqat işlərinə start
verilmişdir. Bütün bunları tədqiqat
aparılan ərazidə qəzetimiz üçün mü-
sahibə verən Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü, arxeo-
loji ekspedisiyanın rəhbəri Vəli Bax-
şəliyev dedi. O, Kültəpə yaşayış ye-
rinin Naxçıvan Muxtar Respublikası
ərazisində Neolit dövrünə aid ən nadir
abidələrdən biri olduğunu xüsusilə
vurğuladı. Tədqiqatlar nəticəsində
müəyyən olunmuşdur ki, Kültəpənin
hazırda qalan maddi-mədəniyyət qa-
lıqları Son Neolit və Eneolit dövrlə-
rinin əvvəllərini əhatə edir. Bəzi qi-
simlərdə Kür-Araz mədəniyyətinə aid
maddi-mədəniyyət qalıqları da vardır.
İndiyə qədər burada aşkar olunan
maddi-mədəniyyət nümunələrinin
Azərbaycan arxeologiyası üçün mü-
hüm olmasına baxmayaraq, yeni təd-
qiqatların da böyük əhəmiyyəti vardır.
Çünki Sovetlər Birliyi dövründə apa-
rılan tədqiqatlar yüksək səviyyədə
olmadığına, fotoşəkillər kifayət qədər
yaxşı qalmadığına və əksəriyyəti itib-
batdığına görə yeni tədqiqatlara ehtiyac
yaranmışdı. Ona görə də tədqiqatlar
vasitəsilə evlərin planının, abidənin
stratiqrafiyasının yerində müəyyən-
ləşdirilməsi və əhalinin həyat tərzi
ilə bağlı yeni maddi-mədəniyyət nü-
munələrinin əldə edilməsi tariximiz
üçün olduqca böyük əhəmiyyət daşıyır.
“Hazırda aparılan tədqiqatlar qə-
dim dövrdə Kültəpə sakinlərinin,
daha doğrusu, qəbilə, tayfa üzvlərinin
böyük hasarlarla əhatə olunmuş kiçik
evlərdə yaşadığını sübut edir”, –
deyən Vəli müəllim diqqətə çatdırdı
ki, bir həyətin içərisində bir neçə
evin olduğu artıq arxeoloji qazıntılar
zamanı təsbit edilmişdir. Tədqiqatlar
zamanı Son Neolit və Eneolit dövr-
lərinə aid qəbir abidələri, skelet qa-
lıqları aşkara çıxarılmışdır. Aşkar
olunan nümunələr müasir texnolo-
giya tətbiq edilməklə tədqiq olunur.
Arxeoloq əlavə edir:
– Aparılan tədqiqatlar onu göstərir
ki, Kültəpədə Neolit dövrünün so-
nunda, eramızdan əvvəl VII min -
illiyin sonundan başlayaraq yaşayış
olmuşdur. Halbuki Sovetlər Birliyi
dövründəki araşdırmalarda Kültəpədə
ən qədim tarix eramızdan əvvəl
4800-cü ili əhatə edir. İndi isə 6200-
6100-cü illəri göstərən faktlar əli-
mizdə vardır. Belə hesab edirik ki,
gələcək tədqiqatlar zamanı daha qə-
dim dövrlərə aid olan maddi-mədə-
niyyət nümunələri də əldə oluna-
caqdır. Kültəpə abidəsinin ətrafında
aşkar olunan abidələrdə də biz təd-
qiqatlar aparırıq. Və bu abidələr
kompleks şəkildə Son Neolit və
Eneolit dövrlərinin müxtəlif mər-
hələlərinin ardıcıl inkişafı haqqında
məlumat verəcəkdir. Halbuki indiyə
kimi Neolit, eyni zamanda Eneolit
dövrlərinin müxtəlif dövrləri haq-
qında kifayət qədər məlumat yox
idi. Bildiyimiz kimi, 10 ilə yaxındır,
Ovçular təpəsi abidəsində tədqiqatlar
aparılır. Və orada Son Eneolit döv-
rünün qalıqları vardır. Kültəpədə isə
Eneolit dövrünün erkən mərhələsi
vardır. Orta mərhələ isə, hələlik,
yoxdur. Və biz belə hesab edirik ki,
Kültəpə ətrafında tapılan Eneolit
abidələri bu boşluğu doldurmağa
imkan verəcəkdir. Bizim də məqsə-
dimiz bu boşluğu doldurmaq və
Azərbaycanın ayrılmaz tərkib hissəsi
olan Naxçıvanın qədim tarixini bərpa
etməkdən ibarətdir.
Tədqiqat yerində Fransa Milli
Araşdırma Mərkəzinin elmi işçisi,
biologiya üzrə fəlsəfə doktoru
Remi Berthonla söhbətləşdik. Onun
dediklərindən:
– Mən Kültəpədə heyvan sümük-
ləri üzərində araşdırmalar aparıram.
Tədqiqatlar zamanı heyvan sümük-
lərinə rast gəldim. Bu, imkan verəcək
ki, mən qədim insanların burada
hansı heyvanlardan istifadə etdiyini
biləm. İlkin məlumat olaraq deyə bi-
lərəm ki, daha çox ev heyvanlarından
istifadə olunub. Maraqlıdır ki, donuz
ətindən, ümumiyyətlə, istifadə etmə-
yiblər. İstifadə olunan heyvanlar, zən-
nimcə, yaylaqlara aparılıb. Bu da
onu göstərir ki, 8000 il bundan əvvəl
artıq insanlar yaylaqlardan istifadə
etməyə başlayıblar. Əldə etdiyimiz
nəticələr Neolit və Eneolit dövrlərinin
müxtəlif mərhələlərində Kültəpə qə-
dim yaşayış yerində yaşayan insan-
ların həyat tərzi haqqında məlumat
verəcək. Araşdırmalarımız sentyabr
ayının 1-nə kimi davam edəcək.
Qeyd edək ki, hazırda Duzdağ
ərazisində də tədqiqat işləri davam
edir. Məlum olduğu kimi, 2006-cı
ildən Duzdağda tədqiqat işləri apa-
rılır. Əvvəlki tədqiqat işlərində müəy-
yən nəticələr əldə olunmuşdur. Bu
tədqiqatlar sübut edir ki, Eneolit
dövründən başlayaraq Naxçıvanda
mədənçilik mövcud olmuş, e.ə. 4-cü
minillikdə bu, daha geniş miqyas
almışdır. Tədqiqatçılar Duzdağı dün-
yanın ən qədim duz çıxarılan mə-
dənin yerləşdiyi ərazi hesab edirlər.
Vəli müəllim bildirdi ki, hazırda
Duzdağda qədim qalereyaların, mə-
dənlərin strukturu, ən qədim mə-
dənlərin forması, hansı texnikalardan
istifadə olunaraq duz çıxarılması ilə
bağlı məlumatların əldə olunması
istiqamətində tədqiqat işləri aparılır.
Müəyyən nəticələr əldə edilmişdir.
Aparılan araşdırmalar göstərir ki,
Eneolit dövrünün sonu, Erkən Tunc
dövrünün əvvəllərindən başlayaraq
qədim mədənçilər açıq üsulla duz
çıxarmışlar. Duzların yer səthinə çı-
xan hissələri insanlar tərəfindən is-
tifadə olunmuşdur. Əmək alətləri
primitiv olduğu üçün bu üsuldan
daha geniş istifadə edilmişdir. Həm
də bu üsul asan olmuşdur. Lakin
sonradan əmək alətləri təkmilləşdikcə
insanlar daha dərin quyular, hətta
qalereyalar qazmaq kimi üsullardan
istifadə edərək duz çıxarmışlar.
-
Sara ƏZİMOVA
Kültəpə Naxçıvan Muxtar Respublikası ərazisində
Neolit dövrünə aid olan ən nadir abidələrdən biridir
Sağlamlıq imkanları məhdud olan insanlara,
o cümlədən əlillərə, xroniki xəstələrə qayğı
muxtar respublikamızda həyata keçirilən sosial
siyasətin mühüm istiqamətlərindən biridir. Belə
qayğı ardıcıl xarakter daşıyır və məqsədyönlü
şəkildə həyata keçirilir.
Məlumat üçün bildirək ki, ahılyaşlı vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi üzrə dövlət
proqramının icrası məqsədilə təkcə ötən il ərzində
80 yaşdan yuxarı ahılların dispanserizasiyası apa-
rılmış, qeydiyyatda olan 37 min 68 nəfər ahıl
müayinədən keçirilmişdir.
2015-ci ilin birinci yarısında əlillərin sosial
müdafiəsinin gücləndirilməsi məqsədilə Naxçıvan
Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən
100 nəfər Bakı şəhərindəki Şağan qəsəbəsində
yerləşən Əlillərin Müalicə Pansionatına, 178 nəfər
Mərdəkan qəsəbəsində yerləşən Müharibə və
Əmək Veteranları Pansionatına, 89 nəfər müxtəlif
xəstəxanalara müalicəyə göndərilmişdir.
Nazirlik tərəfindən iyul ayında da bu istiqamətdə
tədbirlər davam etdirilmişdir. Belə ki, ay ərzində
muxtar respublika üzrə 29 nəfər Əlillərin Müalicə
Pansionatında, 28 nəfər Müharibə və Əmək Vete-
ranları Pansionatında, 17 nəfər isə müxtəlif xəs-
təxanalarda müalicə almışdır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə
Nazirliyinin mətbuat xidməti
Əlillərin tibbi reabilitasiyası
diqqət mərkəzindədir
Bəşər sivilizasiyasının ilkin dövrünün yadigarlarından biri I Kültəpə
abidəsi Babək rayonu ərazisində, Naxçıvan çayının sol sahilindəki
eyniadlı kənddə yerləşir. 1951-ci ildə Azərbaycan Elmlər Akademiyası
Tarix İnstitutunun arxeoloji ekspedisiyası Osman Həbibullayevin rəh-
bərliyi ilə I Kültəpədə sistemli tədqiqat işlərinə başlamışdır.
Axtarışlar, tapıntılar
Naxçıvan Muxtar Respublikası Səhiyyə
Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin pay-
taxtında fəaliyyət göstərən yüksəkixtisaslı
həkim briqadalarının dəvət olunaraq muxtar
respublikamıza gətirilməsi və aztəminatlı
ailələrdən olan xəstələrin başqa ünvanlara
üz tutmadan müayinəsinin və cərrahiyyə
əməliyyatlarının təşkili davam etdirilir. Bu
sahədə Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası
ilə qarşılıqlı əməkdaşlıq artıq ənənə halını
alıb. Bu ilin ilk 6 ayı ərzində Azərbaycan
Respublikası Səhiyyə Nazirliyi Mərkəzi
Neftçilər Xəstəxanasının Ürək və damar
xəstəlikləri şöbəsinin yüksəkixtisaslı heyəti
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin
Kardiocərrahiyyə şöbəsi ilə birgə Naxçıvan
Diaqnostika-Müalicə Mərkəzində 96 nəfərdə
müayinə, 58 nəfərdə açıq ürək əməliyyatı
aparıb.
Həmçinin Diaqnostika-Müalicə Mərkə-
zinin həkimləri tərəfindən ötən yarımildə
120 nəfərdə koronarangioqrafiya əməliyyatı
aparılıb, ehtiyacı olan 16 nəfərə stent qoyulub,
1 nəfərdə isə aşağı ətrafın amputasiyası
həyata keçirilib.
Mərkəzi Neftçilər Xəstəxanası Ürək-da-
mar xəstəlikləri şöbəsinin kardiocərrahı Sey-
mur Musayevin rəhbərlik etdiyi 11 nəfərlik
heyət bu il yeddinci dəfə Naxçıvan Diaq-
nostika-Müalicə Mərkəzinə dəvət olunub.
Cərrah, anestezioloq və əməliyyat tibb ba-
cıları ilə təmsil olunan heyətə bu gündən
Mərkəzi Neftçilər Xəstəxanası Ürək-damar
xəstəlikləri şöbəsinin müdiri, ürək və damar
cərrahı Rəşad Mahmudov da qoşulacaq.
Heyət əvvəlcədən qeydiyyata götürülmüş
risk faktorlu xəstələri müxtəlif kardioloji
müayinələrdən keçirib, kardioloji ambulator
müayinə və müalicələr zamanı xəstələrə
tibbi məsləhət və tövsiyələr, 14 nəfər üzərində
isə açıq ürək əməliyyatı aparılmasına göstəriş
verib.
Ötən şənbədən başlayaraq 7 kardioloji
xəstə üzərində açıq ürək-aortakoronar şunt-
lama, qulaqcıqlararası defektin aradan qal-
dırılması, süni qapaqcıqların qoyulması,
fallo tetradası, botal axacağın bağlanması
kimi mürəkkəb əməliyyatlar aparılıb. Bir
xəstə üzərində isə qarın aortasının anevizması
icra olunub.
Heyət xəstələrdə müşahidə olunan gizli
ürək xəstəlikləri və onların risk amillərini
araşdırır, ürək xəstəliyi aşkarlanan xəstələrin
sonrakı müayinə və müalicələrini diqqət
mərkəzində saxlayır. Cərrahi əməliyyatlarda
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin
həkimləri ilə yanaşı, əməliyyat, reanimasiya,
palata tibb bacıları da yaxından iştirak
edirlər.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə
dəvət olunmuş daha bir yüksəkixtisaslı
həkim – akademik Mustafa Topçubaşov
adına Elmi-Cərrahiyyə Mərkəzi Uşaq kardio -
cərrahiyyə şöbəsinin invaziv kardioloqu
Elnur İmanov əvvəlcədən qeydiyyata alınmış
21 xəstə üzərində yerli həkimlərlə birgə
exokardioqrafiyanın çəkilməsi və müalicəsi
ilə məşğul olub, əməliyyata ehtiyacı olan
anadangəlmə ürək qüsurlu uşaqları müəy-
yənləşdirərək onların qapalı ürək əməliyyatına
göstəriş verib. Bu əməliyyatları aparmaq
üçün Akademik Mustafa Topçubaşov adına
Elmi-Cərrahiyyə Mərkəzi Uşaq kardiocər-
rahiyyə şöbəsinin heyəti yaxın günlərdə
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində
anadangəlmə ürək qüsurlarının müalicəsi –
ağciyər arteriyanın və aorta qapağının qa-
paqsal darlığının ortadan qaldırılması, açıq
arterial axacağının bağlanması, aorta koar-
tasiyanın balon valvuloplastikası, qulaqcıqlar
və mədəciklər arası çəpərin invaziv üsulu
ilə bağlanması, uşaqlarda aritmiyaların müa-
licəsi, açıq ürək əməliyyatı olmuş anadan-
gəlmə ürək qüsurlu uşaqların əməliyyatdan
sonrakı dövrdə müayinəsi və müalicəsi ilə
məşğul olacaqdır.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində
növbəti açıq ürək əməliyyatları aparılır
Tədbiri giriş sözü ilə Culfa Rayon
Məşğulluq Mərkəzinin direktoru
Yalçın Hüseynov açaraq bildirib ki,
“Azərbaycan Respublikasının Məş-
ğulluq Strategiyası (2006-2015-ci
illər)”nın uğurlu icrası yoxsulluğun
nəzərəçarpacaq dərəcədə azalmasına
gətirib çıxarıb. Həyata keçirilən
məşğulluq tədbirləri əhalinin sosial
müdafiəsinin gücləndirilməsində,
insanların daimi işlə təmin olun-
masında mühüm rol oynayır və
muxtar respublika sakinləri tərəfin-
dən onlara göstərilən böyük qayğı
kimi dəyərləndirilir.
Qeyd olunub ki, vətəndaşların
səmərəli məşğulluğunun təmin olun-
ması, onların sosial müdafiəsinin
gücləndirilməsi, əmək bazarının in-
kişafı muxtar respublikamızda da
daim diqqət mərkəzində saxlanılan
məsələlərdəndir. Bu baxımdan yeni
müəssisələrin fəaliyyətə başlama-
sına, sahibkarlığın inkişaf etdiril-
məsinə xüsusi önəm verilir. İşaxtaran
vətəndaşların, xüsusilə gənclərin
işlə təmin olunması sahəsində mü-
hüm əhəmiyyət kəsb edən tədbir-
lərdən biri də muxtar respublikada
müntəzəm olaraq keçirilən əmək
yarmarkalarıdır. Yarmarkalara ha-
zırlıq dövründə həyata keçirilən təş-
kilati işlər, xüsusilə işəgötürənlərlə
yaradılan qarşılıqlı əməkdaşlıq mü-
nasibətləri bu mühüm aktiv məş-
ğulluq tədbirində işəgötürənlərin,
işaxtaran vətəndaşların fəal iştirakını
təmin edib.
Culfa Rayon İcra Hakimiyyəti
başçısının müavini Allahverdi Qa-
sımov çıxışında qeyd edib ki, son
illərdə rayonun sosial-iqtisadi in-
kişafı istiqamətində həyata keçirilən
tədbirlər əhalinin məşğulluğuna
müsbət təsir göstərib, bunun da nə-
ticəsində bəhs olunan dövrdə min-
lərlə insan müvafiq işlə təmin olu-
nub. Keçirilən əmək yarmarkalarına
işaxtaran əhalinin marağının böyük
olması onu göstərir ki, işaxtaranlarda
bu yarmarkalarda ixtisaslarına mü-
vafiq iş tapmalarına böyük inam
vardır.
İşaxtaran vətəndaş Rüstəm İb-
rahimov dövlətimiz tərəfindən əha-
linin məşğulluğunun təmin olunması
istiqamətində görülən işlər üçün
minnətdarlığını bildirərək deyib ki,
yeni iş yerlərinin yaradılması, əmək
bazarının tənzimlənməsi və qeyri-
məşğul əhalinin sosial müdafiəsinin
gücləndirilməsi dövlətimizin sosi-
al-iqtisadi siyasətinin əsas tərkib
hissəsidir. Belə tədbirlər əhali tərə-
findən rəğbətlə qarşılanır, onların
müvafiq işlə təmin olunmaq im-
kanlarını artırır.
Sonra yarmarkaya gələnlər onlara
təqdim olunan vakant iş yerləri ilə
tanış olublar. 20 təşkilatdan 169 boş
iş yerinin çıxarıldığı yarmarkada 33
nəfərə işə göndəriş verilib.
Qeyd edək ki, növbəti əmək yar-
markası avqust ayının 25-də Ordubad
rayonunda keçiriləcək.
Xəbərlər şöbəsi
Culfa Rayon Məşğulluq Mərkəzində növbəti
əmək yarmarkası keçirilib
4
Ermənilərin Füzuli və Cəbrayıl rayonlarının
ərazilərini işğal etməsi Azərbaycana milyard-
larla dollar ziyan vurub. Təkcə Cəbrayıl ra-
yonunun işğalı nəticəsində Azərbaycan iqti-
sadiyyatına dəyən ziyan 3 milyard dollardan
çoxdur. İqtisadçılar bildirirlər ki, əgər Cəbrayıl
rayonu işğal olunmasaydı, indi hər il Azər-
baycan iqtisadiyyatına milyonlarla manat
xeyir verərdi. Çünki rayonda bir çox sahələr,
o cümlədən üzümçülük, taxılçılıq, baramaçılıq,
heyvandarlıq inkişaf etmiş kənd təsərrüfatı
sahələrindən sayılıb. Bu gün də köçkünlük
həyatı yaşayan bu insanların böyük bir qismi
yenə də aqrar sektorda çalışır. Onu da vurğu-
lamaq lazımdır ki, aparılan hesablamalara
görə, işğal altında 14 mindən çox daşınmaz
əmlak qalıb. Qeyd edək ki, Cəbrayıldan olan
60 mindən çox məcburi köçkün respublika-
mızın 58 rayonunun 2000-dən artıq yaşayış
məntəqəsində məskunlaşıb. Xatırladaq ki,
1993-cü il avqustun 23-də ərazisi 1050 kvad-
ratkilometr olan Cəbrayılın Ermənistan silahlı
qüvvələri tərəfindən işğalı ilə 72 ümumtəhsil
məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey,
129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal
altında qalıb.
Horadiz əməliyyatı...
...1993-cü ilin avqustunda cəbhənin bütün
istiqamətlərində əks-hücuma keçən ermənilər
Azərbaycanda siyasi hakimiyyət uğrunda
mübarizədən yararlanıb Füzuli şəhərini işğal
etdilər. Bundan sonra düşmən qüvvələri bir
neçə istiqamətdə Arazboyu yaşayış məntə-
qələrinə doğru irəlilədilər. Məqsəd regionda
strateji cəhətdən ən əhəmiyyətli, regional
kommunikasiyaların kəsişdiyi Horadiz qə-
səbəsinin ələ keçirilməsi idi. Horadizin işğalı
ilə, eləcə də Əhmədbəyli kəndi istiqamətində
“Dörd yol” deyilən əraziyə çıxmaqla düşmən
o zaman işğal olunmamış Cəbrayıl, Qubadlı
və Zəngilan rayonlarını faktiki olaraq blo-
kadaya salırdı. Horadiz qəsəbəsinin müda-
fiəsini Sərhəd Qoşunlarının burada yerləşən
komendantlığı təşkil etmişdi. Bir neçə gün
davam edən döyüşdən sonra qüvvələrin qey-
ri-bərabər olması səbəbindən sərhəd zastavası
mövqelərini tərk edərək geri çəkilir. Ermə-
nilər Horadiz qəsəbəsini və İranla sərhəddə
yerləşən su anbarı üzərindəki körpünü tutur.
Qəsəbədəki bütün inzibati və yaşayış binaları,
neft bazası, dəmir yolu vağzalı və sair yan-
dırılır. Qeyd etdiyimiz kimi, Horadizin işğalı
ilə digər rayonlar faktiki olaraq blokadaya
düşür. Araz boyunca Beyləqana doğru irəli-
ləyən düşmən qüvvələri Arayatlı, Babı, Əh-
mədalılar, Kərimbəyli, Araz Yağlıvənd kənd -
lərini işğal edir. 1993-cü il noyabrın 7-də
ermənilər 400 nəfərə yaxın canlı qüvvə, 30-a
yaxın tank və zirehli transportyorun iştirakı
ilə rayonun ən böyük yaşayış məntəqəsi
olan Böyük Bəhmənli kəndinə hücuma keçir.
Kəndin bir hissəsini işğal edən düşmən qüv-
vələri Azərbaycan Silahlı Qüvvələrinin ciddi
müqaviməti ilə qarşılaşır. Bu kənddə yerləşən
sərhəd zastavasının 30 nəfər şəxsi heyəti
qəhrəmanlıq nümayiş etdirərək 2 gün ərzində
düşmənin bütün hücumlarını dəf edir. Düş-
mən xeyli sayda canlı qüvvəsini bu döyüş-
lərdə itirir. Sərhədçilər də bir neçə şəhid
verir. İki aya yaxın davam edən qanlı döyüşlər
zamanı ermənilər Böyük Bəhmənli kəndinin
bir hissəsini işğal etsələr də, kəndi tam ələ
keçirməyə nail olmurlar. Dekabr ayında ye-
nidən hücum edən düşmən bu dəfə Daxili
Qoşunların müqaviməti ilə qarşılaşır. Daxili
Qoşunların 5 əsgəri düşmən tankı ilə qeyri-
bərabər döyüşdə geri çəkilməyərək həlak
olur. Düşmən də bir neçə texnikasını itirərək
yenidən geri çəkilir. Ümummilli liderimiz
Heydər Əliyevin orduda apardığı islahatlar
nəticəsində 1994-cü il yanvarın 5-dən 6-na
keçən gecə Azərbaycan Silahlı Qüvvələri
Araz boyunca və Əhmədbəyli-Kürdmah-
mudlu-Alxanlı kəndləri istiqamətində əks-
hücuma keçir. İki gün davam edən döyüşlərdə
Azərbaycan ordusu Horadiz qəsəbəsini və
ətraf kəndləri düşməndən təmizləyir. Ermə-
nilər bir neçə yüz nəfər canlı qüvvə itirir.
Alxanlı istiqamətində hücum edən qüvvə-
lərimiz isə Qaraxanbəyli, Qorqan kəndləri-
nədək irəliləməyə nail olur.
Bu uğursuzluqdan sonra düşmən nəhayət
atəşkəs sazişini imzalamağa məcbur olur və
1994-cü il may ayında Azərbaycan və Ermə-
nistan arasında atəşkəs sazişi imzalanır. O
zamandan cəbhə xəttinin digər hissələrində
olduğu kimi, Füzuli rayonunda da “nə hərb,
nə sülh” vəziyyəti hökm sürür. Atəşkəs mü-
qaviləsi imzalanmasına baxmayaraq, cəbhənin
bütün istiqamətlərində olduğu kimi, Füzuli
rayonu ərazisində də tez-tez atəşkəs pozulur.
Rayon üçün digər bir problem işğaldan azad
olunmuş ərazilərin minalardan təmizlənməsidir.
Atəşkəs razılaşması imzalandıqdan sonra Fü-
zuli rayonu ərazisinin minalardan təmizlənməsi
işlərinə başlanılıb.
Dostları ilə paylaş: