768) Məlumdur ki, hamilə qadın hemofiliya geninin daşıyıcısıdır. Bu qadına hansı prenatal diaqnostika üsulları tövsiyə oluna bilər?
A) Dölün cinsinin təyini; dölün qanının müayinəsi
B) Fetoskopiya
C) Sadalananların hamısı
D) Ananın qanında alfa-fetoproteinin təyini
E) Ultrasəs müayinəsi
Ədəbiyyat: Е.Т.Лильин, Е.А.Богомазов, П.Б.Гофман-Когдошников «Генетика для врачей» 1990 г.
769) Qadının birinci hamiləliyindən anensefaliyası olan uşaq doğulmuşdur.Növbəti hamiləlikdə ona hansı tövsiyə oluna bilər?
A) Sadalananların hamısı
B) Xorionun biopsiyasının müayinəsi
C) Fetoamnioqrafiya
D) Amniotik hüceyrələrin amniosentezi və əkilməsi
E) Ultrasəs müayinəsi; ananın qanında alfa-fetoproteinin təyini
Ədəbiyyat: Е.Т.Лильин, Е.А.Богомазов, П.Б.Гофман-Когдошников «Генетика для врачей» 1990 г.
770) Anensefaliya hamiləliyin hansı dövründə ultrasəs müayinəsi ilə aşkar edilə bilər?
A) 32 həftədən sonra
B) 30-32-ci həftədə
C) 14-22-ci həftədə
D) 24-28 həftədə
E) 36 həftədən sonra
Ədəbiyyat: Е.Т.Лильин, Е.А.Богомазов, П.Б.Гофман-Когдошников «Генетика для врачей» 1990 г.
Dostları ilə paylaş: |