894) Albinos xəstə kişi, qardaşı albinos olan sağlam qadın ilə ailə qurmuşdur. Onların uşaqları üçün risk nə qədərdir? A) 1/6
B) 2/3
C) 3/4
D) 1/3
E) Bütün uşaqlar xəstə olacaqdır
Ədəbiyyat: Н.П.Бочков «Клиническая генетика», 1997 г. 895) Ər-arvadın ikisi də sağlamdır, lakin hər ikisində eyni autosom-resessiv formalı piqment retiniti olan sibslər vardır (ərin bacısı və qardaşı xəstədirlər, arvadın bacısı xəstədir). Bu nigahdan xəstə uşağın anadan olması riski nə qədərdir? A) 4/9
B) Bütün uşaqlar xəstə olacaqdır
C) 3/4
D) 1/9
E) 2/3
Ədəbiyyat: Н.П.Бочков «Клиническая генетика», 1997 г. 896) Ailədə atanın qan qrupu – II, rezus-müsbətdir, ananın qan qrupu – III, rezus-müsbətdir, qan qrupu – I,rezus-mənfi olan uşaq anadan olmuşdur. Gələcək uşağın qan qrupunun – IV, rezus-müsbət olması ehtimalı nə qədərdir? A) 4/9
B) 1/9
C) 1/16
D) 3/16
E) 1/11
Ədəbiyyat: Н.П.Бочков «Клиническая генетика», 1997 г.