897) Qadının Düşenin əzələ distrofiyası ilə xəstə olan iki oğlu və bir sağlam qızı var. Həmin xəstə oğullardan xəstə uşağın anadan olma riski nə qədərdir?
A) 25%
B) 12,5%
C) 50%
D) Bütün oğlanlar sağlam olacaqdır
E) 100%
Ədəbiyyat: Н.П.Бочков «Клиническая генетика», 1997 г.
898) Qadının Düşenin əzələ distrofiyası ilə xəstə olan iki oğlu və bir sağlam qızı var. Bu qadınınu qızında xəstə oğulun anadan olma riski nə qədərdir?
A) 12,5 %
B) Bütün oğlanlar sağlam olacaqdır
C) 50 %
D) 100 %
E) 25%
Ədəbiyyat: Н.П.Бочков «Клиническая генетика», 1997 г.
899) Hemofilikin qızının iki sağlam oğlu və bir sağlam qızı var. Bu qızda xəstə oğulun olması riski nə qədərdir?
A) 100 %
B) 12,5 %
C) 25 %
D) 50 %
E) Oğlan üçün risk yoxdur
Ədəbiyyat: Н.П.Бочков «Клиническая генетика», 1997 г.
900) Hemofilikin qızının 2 sağlam oğlu və bir sağlam qızı var. Qızından olan oğul nəvəsinin xəstələnmə ehtimalı nə qədərdir?
A) 100 %
B) 50 %
C) 25 %
D) Oğlu üçün təhlükə yoxdur
E) 12,5 %
Ədəbiyyat: Н.П.Бочков «Клиническая генетика», 1997 г.
901) Məsləhətxanaya gələn qadın fosfodiabetdən əziyyət çəkir. Onun 2 bacısı fosfatdiabet xəstəsidir və 2 qardaşı sağlamdır. Probandın anası sağlamdır. Atası və onun doğma bacısı fosfatdiabet xəstəliyindən əziyyət çəkir, onların 2 qardaşı sağlamdır. Ata nənəsi fosfatdiabet xəstəsidir, həmçinin nənənin atası və bacısı da xəstədir, lakin nənənin 2 qardaşı və onların uşaqları sağlam idi. Probandın xəstə uşağının doğulma ehtimalı nə qədərdir?
A) 25 %
B) 50 %
C) 100 %
D) Bütün qızlar xəstə, oğlanlar sağlam olacaqdır
E) Bütün oğlanlar xəstə, qızlar isə sağlam olacaqdır
Ədəbiyyat: Н.П.Бочков «Клиническая генетика», 1997 г.
Dostları ilə paylaş: |