Arif hirsli halda evdən çıxıb iti addımlarla ensiz dağ yolu ilə meşəyə tərəf getdi. Meşəyə yaxınlaşdıqda qəribə səslər eşitdi. Gecənin zülmət qaranlığında meşənin dərinliyindən gələn səslər onu qorxutdu. Ancaq, o, fikrindən dönməyib yoluna davam etdi. Eşitdiyi acı həqiqəti qəbul edə bilmədiyi üçün qaranlıqda itmək, yox olmaq istəyirdi. Qaranlıqda irəlilədikcə meşə zolağı seyrəlməyə, hava işıqlanmağa başladı. Yol onu sirli bir aləmə apardı. Burada ətraf tam fərqli idi. Səmanın hər yerində günəş kimi işıqlı ulduzlar vardı. O, hara gedəcəyini bilmədi. Yaxınlıqdakı ağac kötüyünün üstündə oturdu. Ağlını itirmədiyinə əmin olmaq üçün son bir ay ərzində başına gələn hadisələri yadına saldı.
İlk xatırladığı hal-hazırda müəllim işlədiyi universitet oldu. O, təhsilini əla göstəricilərlə başa vurub, təhsil aldığı müddətdə dəfələrlə xaricdə təcrübə kursu keçmişdi. Ona görə də, universiteti bitirdikdən sonra çox yerdən - xaricdən də iş təklifi aldı. Ancaq, ürəyincə olan iş tapmadı. Təhsil aldığı ocağa bağlandığından Bakıda qalıb təhsilini davam erdirmək və elmi işlə məşğul olmaq istədi.
Arif astrofizik idi. Göy cisimləri və qalaktikalarla bağlı elmi araşdırmalar aparırdı. Şəhər mühitində isə bu sahədə iş görmək mümkün deyildi. O, yaşadığı hündür binanın eyvanından kainatı müşahidə edə bilmirdi. Ata evi də rayon mərkəzində yerləşirdi. Elmi araşdırmalar aparmaq üçün kəndə -nənəsinin yanına getməyi qərara aldı. Onun nənəsi gözəl mənzərəsi olan dağ kəndində yaşayırdı. Dağlar sıx meşəlikdən ibarət idi. Kənd meşənin yaxınlığında yerləşirdi. Nənəni evi meşənin ayağından axan dağ çayından 20-30 metr yüksəklikdə idi. Dağlara yağan yağıntıdan və bulaqlardan qidalanan dağ çayının nəğməkar səsi daim nənənin evində eşidilirdi.
Nənə ötən gün Bakıya gələcəyini bildirmişdi. Arif onu qarşılamaq üçün dayanacağa gəldi. Maşınını təmirə verdiyindən taksi sifariş etdi. Nənə isə taksinin adını eşidən kimi onu davaya aldı.
- Maşını neynirəm! Qoysana Bakını gəzim.
- Ay nənə, sənin rahatlığın üçün eləmişəm. Uzaq yol gəlmisən.
Nənə acıqlandı.
- Uzaq yol gələndə nə olar? Hələ qocalıb əldən düşməməşəm...
Arif qorxusundan dillənmədi. Həqiqətən də nənəsi şux geyimi, iti yerişi ilə cavanları geridə qoyurdu. Onlar bir saata qədər piyada gəzib metroya çatdılar. Ancaq, heç vaxt metroya minməyən nənə içəri keçə bilmədi. Hər dəfə keçid onu tutdu.
Arif yarı ciddi, yarı zarafat:
- Nənə, cavanlıqda günahı olanlar buradan keçə bilmirlər. -dedi. -Etifaf elə səni buraxsın.
Nənə qızarıb dilxor oldu.
- A bala, elə bir günahım olmayıb. Yetim qız idim. İndi yaşadığım kəndə təyinatla müəllim göndərilmişdim. Kirayədə qalırdım. Ev sahibləri mənə qızları kimi baxırdılar. Mən də onlara kömək edirdim. Bir gün inəyi sağanda qonşu oğlan arxadan yetirib məni öpdü. Hirsimdən süd vedrəsini onun başına keçirtdim.
Arif əlini-əlinə vurub bərkdən güldü.
- Ay səni, nənə. Rəhmətlik babam harada idi?
- Yox idi. Heç məni tanımırdı. - Acıqlanıb geri qayıtmaq istədi. - Mənim yerin altında nə işim var ki, başıma da belə iş gəlir!
Arif nənəsini qucaqlaqdı.
- Nənəcan, mən ölüm incimə. Sonralar babama dedin?
- Rərmətlik qaynanam qoymadı. Onlarda qalırdım. Oğlanın südü süzülə-süzülə getdiyini görmüşdü.
- Birləşib babamı aldatdınız.
Nənə sərt-sərt nəvəsini süzdü.
- Elə buradanca qayıtmağımı istəyirsən?
Arif məsələnin ciddi olduğunu görüb özünü yığışdırdı.
- Qurban olum, nənə, incimə! Bir az Bakıda gəzək. Sonra ikimiz də birlikdə gedərik.
- Səndən nə əcəb!
- Elmi işimlə bağlıdır. Göyləri müşahidə edirəm.
- Yeri yarıtmayıb göyə çıxdın?
Söz yerinə düşdü. Arifin keçən il zəlzələlərlə bağlı apardığı araşdırmalar heç bir nəticə verməmişdi. O, qızardı. Nənə isə gülümsədi.
Onlar Bakıda çox qalmadılar. Birlikdə kəndə qayıtdılar. Baba ocağının sehri Arifi daha böyük inamla və məhsuliyyətlə işə sövq etdi. O, teleskopu həyətin münasib yerində quraşdırdı. Günün müxtəlif saatlarında kainatda müşahidə apardı.
İşə bizim qalaktikadan başladı. Bizim qalaktika nüvə və kənarları spiralvari düzülmüş ulduzlardan ibarət olan bir sistemdir. Nüvədə günəş və onun ətrafında dövr edən planetlər yerləşir. Qalaktikamızdakı planetlər nisbətən aydın göründüyündən Arif müşahidələri ümumiləşdirib belə nəticəyə gəldi ki, planetlərin hamısında özünəməxsus həyat var. O, bu qərarı planetlərdə yerdəki təbii şəraiti axtarmayaraq verdi. Onun fikrincə yerdəki təbii şərait yalnız Yer planetində yaşayan canlılar üçün lazımdır.Fikrini antraktidada yaşayan qəribə qurbağa növünün varlığı ilə əsaslandırdı. Bu qurbağalar donub buz parçası olsalar da yaşayırlar. Adi həyat üçün vacib loan amillər onlar üçün əsas deyil. Ona görə də, hər bir planetdə şəraitə uyğun canlı həyat olduğu qərarına gəldi.
Arif sonra kainatdakı başqa qalaktikalarla maraqlandı. Sonsuz kainatda yüz milyardlarla qalaktikalar aşkar edilmişdi. O, teleskopla zəif dumanlı ləkələr kimi görünən qalaktikalara baxdı. Onların bəziləri bizim qalaktikaya bənzəyirdi. Belə qalaktikalardan birində zəif işığın arxasından gözəl bir qız çöhrəsi görünürdü. Arif uzun müddət teleskopdan ayrilmayıb onun gözəlliyinə tamaşa etdi. Gördüyünün elmi izahını tapa bilmədi.
Nənəsi:
- A bala, niyə yapışıb qalmısan? -deməsəydi yəqin, hələ göylərə çox baxacaqdı.
- Nənə, gəl bura bax. Gör necə gözəldir.
Nənə teleskopa yaxınlaşıb baxdı.
- Gözəllik görmürəm. Eiə bil pərdənin arxasından işıq yanır.
- Gözəl işıqdır!
- Oğul, deyəsən ağlın çaşıb!
Arif məsələni qəlizləşdirmədi.
- Gedək, nənə, acmışam. Bu günlük iş bəsdi.
- Lap yaxşı, söhbət edərik.
Nənə həyətdə-ağacların altında süfrə açdı. Ləzətli yeməklər, təmiz hava və gördüyü qızın xəyalları Arifi bihuş etdi.
Nənə onun halından xəbərdarmış kimi:
- Oğul, vurulub eləməmisən ki! - dedi.
- Nə vurulmaq, ay nənə. İş - gücdən başım açılır ki, bir işıqlı dünyaya da baxım?
- Nə bilim? Bakı - Şəki gəzirsən. Dedim bəlkə kimisə tapmısan.
- Yox, nənəcan, arxayın ol.
Arif səhəri gün məlumatları toplayib Bakıya yola düşdü. Tələsidiyindən nənəsi ilə sağollaşa bilmədi.
Nənəsi:
- A bala, tələsik hara gedirsən? - dedi. - Qonağımızla da dörüşə bilmədin!
- Qonağımız kimdi?
- Müəllimədir. Təyinatla məktəbimizə gəlib.
- Sonra, nənə... Sonra görüşərik. Qayıdacağam. Onsuz da işlərim yarımçıq qalıb.
Arif getdiyi günün axşamı qayıtdı. Gecə idi. Kənd yatırdı.O, səssizcə qapını açıb maşını həyətə saldı. Yorğun olmasına baxmayaraq teleskopun arxasına keçdi. Gecədən xeyli keçənə qədər işlədi. Sonra dincəlmək üçün həyətdə oturdu və necə yuxuya getdiyindən xəbəri olmadı. Səhər nənəsinin səsinə oyandı.
- A bala, həyətdə niyə yatırsan! Soyuqlayarsan. Yaxşı ki, üstünü örtmüsən. Dur gəl çörək yeyək.
Arif necə yuxuya düşdüyündən xəbərsiz idi. Evə girib ədyal götürmədiyini isə dəqiq bilirdi. Çünki, gətirdiyi çantalar hələ qapıda idi.
- Nənə, məni gözləmə. İşimi qurtarıb gələcəyəm.
- Bəs qız. Məktəbə gedəcək, gəl onunla tanış ol.
- Sonra... Dünənki qalaktikanı tapa bilmirəm.
- Gözəlimi? - Kinayə ilə dilləndi. - Gözəli yerdə qoyub göydə axtaranda tapmazsan...
- Salam, necəsiniz? - Nənənin qonağı idi.
Arif qızın səsini eşitdikdə qızardı. Hörmətsizlik etmişdi. Üzr istəmək üçün arxaya çevrildi.
- Bağışlayın... - Sözü yarımçıq qaldı. Qız dünəndən bəri axtardığı qalaktikanın fonunda gördüyü qız idi.
- Tanış olmağımıza şadam. Nənəniz sizin haqqınızda çox danışıb. -Arifdən səs çıxmadığını görüb nənəyə dedi. - Salamat qalın. Dərsdən sonra qonaq evinə gedəcəyəm. Sizi narahat etmək istəmirəm.
- Qızım, narahat etmirsən. Evimizə gəl. Gözləyəcəyəm.
Qız getdi. Arif onun arxasınca baxa-baxa qaldı.
- Nənə, bu necə olur!
- Olanda hər şey olur. - Mənalı-mənalı güldü. - Günorta gedib qızı gətirərsən.
Arif qərarlaşıb bir yerdə dura bilmirdi. O, baxcada xeyli gəzdikdən sonra günortaya qədər gözləməyib məktəbə getdi. İlk gün olduğundan Aytənin dərsi tez qurtarmışdı. O, qonaq evinə getməyə hazırlaşırdı.
Arif onun qarşısına keçdi.
- Bəyaqkı hörmətsizliyə görə üzr isrəyirəm. Mənimlə getməsəniz nənəm üzümə baxmayacaq. Xahiş edirəm..
Aytən onun sözünü kəsdi.
- Narahat olmayın, inciməmişəm. Orada qalmağım düzgün deyil.
- Problem məndədirsə, elə bu gün çıxıb gedərəm.
- Yox... Evinizdən niyə gedirsiniz?
- İki-üç günə Bakıya qayıtmalıyam. Nənəmlə yaşayarsınız. Ədyala görə təşəkkür edirəm.
Qız utanıb başını aşağı saldı.
- Sağ olun!
Arifin iki-üç günü həftələr oldu. Axırda universitetdən çağırdılar. O, getdiyi gün qızla meşəni gəzməyə çıxdı. Bir yerdə yaşadıqları vaxt ərzində ona heç nə deməmişdi. Bu gün isə onun fikrini bilmək istəyirdi.
- Aytən, yəqin, hislərimdən xəbərdarsan! -Qızın buz kimi soyuq əllərindən tutdu. -Qəribə də olsa sizi ilk dəfə müşahidə etdiyim işıqlı bir qalaktikanın fonunda gördüm. Gözləriniz məhəbbətdən işıq saçırdı.
- Qəribə heç nə yoxdu. Mən o qalaktikanın qızıyam.
Arif qıza yaxın dayandığından bihuş olmuşdu. Onun sözlərini ya eşitmədi, ya da eşitmək istəmədi.
- Aytən sənin gözəlliyinə vurulmuşdum. Bir yerdə olduğumuz müddətdə qəlbini gördüm. Sənə aşiq oldum. Fikrini bilmək istəyirəm!
Aytən başını onun sinəsinə qoydu. Hərəkəti ilə sözünü dedi.
Arif yola düşərkən:
- Aytən, imkan tapan kimi qayıdacağam. - dedi. - Ailələrimizi tanış edərik.
Aytən çaşbaş nənəyə baxdı. Nənə arxayın halda:
- Sağlıq olsun. - dedi. – Get!
Arif işdən vaxt tapıbkəndə gələ bilmirdi. O, bir gün axşamüstü yola çıxdı. Gecə yarıdan xeyli keçmiş kəndə çatdı. Uzaqdan nənəsinin evinin üstündə aya bənzər bir obyekt gördü. Yaxınlaşdıqca bunun kürə şəkilli işıq sacan obyekt olduğunu dəqiqləşdirdi. Əvvəlcə nə edəcəyini bilmədi. Sonra maşını evdən aralı saxlayıb səssiz həyətə girdi. Evdə hər şey normal görünürdü. Nənənin qonaqları vardı. Birlikdə söhbət edirdilər. Arif uşaq vaxtı da gördüyü qəribə hadisənin nə olduğunu anlamaq üçün evə girməyib səhərə qədər gözlədi. Səhərə yaxın qonaqlar sağollaşıb obyektə tərəf getdilər. Onlar obyektin əhatə dairəsinə çatdıqda dəyişib başqa şəklə düşdülər.
Arif gördüklərinin xəyal, yoxsa, gerçəklik olduğunu ayıd edə bilmirdi. Həyəti bir necə dəfə başdan ayağa gəzdi. Əl-üzünü yudu. Yuxuda olmadıgını, hadisələrin real həyatda baş verdiyini dəqiqləşdirdi.
- Bunların izahı olmalıdır. -deyib hirsli halda evə girdi.
Nənəsi ilə Aytən divanda oturmuşdular.
- Oğul, dəhşət görmüşə oxşayırsan. Nə olub?
- Dəhşətin izahı səndədir, nənə! De görüm o qəribə məxluqlar nə idi?
- Yuxu görmüsən, nədi...
- Bəsdi məni aldatdın. - Qeyri-ixtiyari səsini qaldırdı. - Uşaqləqda da məni yuxu gördüyümə inandırdın. İndi uşaq deyiləm. Həqiqəti de.
Aytən sakitcə o biri otaga kecdi.
Nənə çıxılmaz vəziyyətdə qalmışdı.
- Sənə zərər verəcəyimdən qorxuram. Həqiqət ağır ola bilər.
- Eybi yoxdur. Hər halda kişiyəm.
- Onlar sən Aytəni gördüyün qalaktikadandırlar. Mən də Aytən kimi həmin qalaktikanın planetlərindən birində doğulmuşam.
- Nənə, sən nə danışırsan! - O, dəhşətə gəldi. -Məni dəli etmək istəyirsən? Siz insan deyilsiniz! Babamla necə evlənmisən? Yəqin, yetimliyinə inandırıb aldatmısan. Kim olduğunu bilsəydi səninlə evlənməzdi.
- Danışığına fikir ver. - Hirsləndi. - Yalnız baban kim olduğumu bilirdi. Qohumlarımı ğörə bilmədi.Çünki, bizdən olmayan biri bizləri görə bilməz. Mənim xüsusiyyətlərim sənə keçdiyi üçün bizləri görürsən.
- Kaş görməyəydim! Bəlkə, onda Aytəni qəbul edə bilərdim. İkiniz də məni aldatmısınız.
Arif əsəbi halda evdən çıxdı. Nənəsi çağırsa da dayanmadı. Hara gedəcəyini, nə edəcəyini bilmədən buralardan uzaqlaşmaq istədi. Yollar onu indi dayanıb harada olduğunu anlamadığı məkana gətirdi. Burada işıqlı havada göy üzündəki ulduzların hamısı görünürdü. İri ulduzlar günəş kimi işıq saçırdılar. Təbiətdə sürətlə inkişaf gedirdi. Ətrafdakı pöhrənlər bir neçə saata böyük ağaclar olmuşdular. Yer planetində bunlar mümkün deyildi. Arif hardasa başqa yerdə olduğunu anladı.
Öz-özünə danışırmış kimi:
- Haradayam! - dedi.
Sualının cavabı qarşıdan gələn yad planetli idi.
- Planetimizə xoş ğəlmisiniz!
- Sağ olun.
- Sizi planrtimizin böyükləri görmək istəyir. Görüşmək istəyirsinizmi?
- Hə.
Arif əvvəlcə yad planetlinin görkəmindən qorxdu.Danışdıqdan sonra onu adi insan kimi qəbul etdi. Əslində bədən quruluşuna görə insana oxşayırdı. Yalnız başı fərqli idi. Balaca başında nazik uzun gözləri, kiçık burnu və ağzı, arxada qulaqları vardı. Onlar piyada getsələr də şəhərə tez çatdılar. Şəhərin sadə görkəmi vardı. Hündür binalar yox idi. Bütün tikililər hətta, küçələrdə hərəkət edən maşınlar da kürə və ya sfera formasında idilər. O, şəhərdə planetin sakinləri ilə qarşılaşırdı. Heç kim onu yad planetli qəbul edib qeyri-adi nəzərlərlə baxmırdı.
Onlar şüşəbənd loan böyük binanın qarşısında dayandılar.
- Böyüklərimiz burada yaşayırlar.Buyurun keçin.
Bir neçə yad planetli onu qarşıladı.Nisbətən yaşlı olanı soruşdu.
- Planetimizi necə gördün?
- Yaxşı. Planetinizin təbiəti bizimki kimidir.
- Əlbəttə. Elə olmasa burada yaşaya bilməzdiniz. Ancaq, bizdə təbiət sürətlə inkişaf edir.
- Gördüm.
- Sizi bura gətitməkdə məqsədimiz kömək etməkdir. Özünüz heç vaxt gələ bilməzdiniz. Planetimizin yerləşdiyi qalaktika sizin qalaktikadan milyonlarla işıq ili uzaqliqdadır. Biz yaradanın qudrətinə və elmin gücünə arxalanaraq bütün məsafələri qət edirik.
- Ağlasığmazdır, möcüzədir!
- Arif başqa cür görünsəniz də bizlərdənsiniz. Əks halda görüşə bilməzdik. Nənəniz və sevgiliniz bizim planetin sakinləridir. Ancaq, onlar doğuluşdan Yer planetinin sakinlərinə oxşadılar. Onlar kimi düşündülər, onlar kimi inkişaf etdilər. Ona görə də, onları yerə göndərdik. Bizdə sürət böyük olduğundan həyat qısadır. Sizin hesabınızla götürsək ömrümüz 15-20 ildir. Təbiətdə heç nə itmədiyinə və heçdən yaranmadığına görə bu bizi narahat etmir. Bir formadan başqa formaya çevrilirik. Yenidən dunyaya gəlirik.
Baş verən hadisələr Arifə yuxu kimi gəlir, yad planetlinin sözlərini anlamırdı.
Yad planetlionun vəziyyətini görüb:
- Görürəm dediklərim sizə qəribə gəlir. - dedi. - Burada yaşayın. Sonra danışarıq.
- Axı, mənim öz vətənim var.
- Narahat olma, qonağımızsan.
Tanımadığı qohumları ona xoş təsir bağışladılar. Planetin sakinləri ilə rahat ünsiyyət qurdu. Hətta onları sevdi. Daxili dünyaları gözəl loan sakinlərin xarici görünüşlərinə fikir vermədi. Planetdə hər gün yenilik görməyə adət etdi. Elm burada möcüzələr yaratmışdı. Mümkünsüzü mümkün etmişdi. O, bəzən izah edə bilmədiyi məsələlərin doğruluğuna inana bilmirdi.
Vaxt keçdikcə vətən üçün darıxmağa başladı. Qaçdığı evə qayıtmaq, doğmalarını görmək istədi. İlk gördüyü yad planetlilərin yanına gəldi.
- Vaxtınız necə kecdi?
- Yaxşı. Sakinlərinizə dostlaşdım. Burada təbiətin qəribə xüsusiyyətləbi var. Planetiniz həmişə işıqlı olur .Yəqin, coğrafi mövqedən asılıdır.
- Yox, burada hər şey sürətli hərəktdədir. Siz də burada yaşadğınız müddətdə plnetimizi dəfələrlə gəzdiniz. Qalaktikamızın quruluşuna görə planetimizdə qaranlıq olmur. Planetlərimizi səmadakı bütün ulduzlar işıqlandırır.
- Sizdə elm möcüzələr yaradıb. Bunları xəyal etmək belə mümkün deyil.
- Qaranlıq fikirlərlə yaşamırıq. Gücümüzü tərəqqiyə sərf edirik. Sizdə elm kütləvi qırğın silahlarının istehsalına, planetinizin məhvinə yönəlmişdir.
- Düzgün fikirləşmirsini. Mən də elm adamıyam. İnsanlara xidmət etmək istəyirəm.
Yad planetli arxayınlıqla:
-- Bilirəm. - dedi. - Sən adi insanlardan qabiliyyətlisən. Böyük alim olacaqsan. Elmdə inqilab etmək gücünə qadirsən. İnsanların şüurlarını, yaşam tərzlərini dəyişə bilərsən.
Digər yad planetli:
- Vaxtdır, getməliyik. – dedi. - Yerdə bizi gəzləyirlər.
Arif onlarla birlikdə kosmik obyektə mindi. Obyektin daxili sadə idi. Orada dairəvi düzülmüş stollar və avtomatik idarəetmə qurğusu vardı. Hamı yerini tutduqdan sonra qapı bağlandı, obyekt hərəkətə başladı.
- Yerə nə vaxt çatacağıq? - Arir soruşdu. - Məsafə şox uzaqdır.
- Beş-on dəqiqəyə. Sürətimiz işıq sürətindən milyon dəfələrlə şoxdu. Bizim üçün uzaq məsafə yoxdu.
Yerə çatdılar. Hər tərəf qaranlıq idi. Obyektdən düşərkən yad planerlilər insana cevrildilər. Obyekt isə uzaqlaşıb səmada ulduz oldu.
- İndi biz sizin qonağınız olcağıq.
- Şad olaram! - Arif sevinclə dilləndi.
Gecə olduğundan kənddə hamı yatmışdı. Yalnız nənə yol gözləyirdi. O, qonaqlqrı ilə görüşüdükdən sonra onları otaqlarına yolladı. Arif nənəni tək görüb Aytəni soruşdu.
Nənə acıqlı:
- Nə bilim hanı? – dedi. - Səninlə bir yerdə olmalıydı. Tanımadın.
Arif gördüyü yad planetliləri xəyalından keçirib:
- Yox idi. - dedi. - Orada olsaydı tanıyardım.
- Fikir verməmisən.
- Nənə, qurban olum, məni incitmə. Bilirəm, sölərimdən incimisən. Bağışla. Ona elə vurulmuşam ki, hansı formada olur-olsun qəbul edəcəm.
Nənə kinayə ilə:
- Belə de! - dedi. - Bizim oğlanın dərdi varmış...
- Nənə, indi sən nəvəni bağışlamayacaqsan!
Nənə yumşalıb onun başını sığalladı.
- Sən gedəndən sonra otağından çıxmayıb. Zorla yemək də yemək istəmir. Onu bağışlamayacağından qorxur. O, səni aldatmayıb. Aytən göründüyü kimi yaranıb. Sən kobudluq etdin. - Nə isə fikirləşdi. - Sabah ata-anan onun qohumlari ilə görüşməyə gələcəklər. Onlara yad planetlilərin Aytənin Amerikada yaşayan valideynləri olduğunu demişəm. Əslində onun ata-anası planetdə həyat sürətlə inkişaf etdiyindən çoxdan ölüblər.
- Niyə qohum kimi təqdim etmirsən?
- Get qızla barış, işimə qarışma. Mən bu planetdə yetimliyin nə olduğunu yaxşı bilirəm!
Aytən ağlamış halda otaqdan çıxıb nənənin əllərindən öpdü.
- Sağ olun! Sizə borcluyam.
Arif onun nəmli gözlərində sözlə ifadə edə bilməyəcəyi dərin məhəbbət gördü. Rahat nəfəs aldı. Bilirdi ki, bu hislərin sahibi ondan inciyə bilməz.
Onların məhəbbəti kainatdakı iki qalaktika arasında körpü saldı. Bu körpüdən, ancaq, təmiz qəlbi və dərin məhəbbəti olanlar kecə bilərdilər.
|