- Özünü günühkar bilmə, ata! Razı olmasaydım nişanlanmazdım. Gözəl olduğu üçün onu sevəcəyimi güman edirdim. Alınmadı. Üstəlik də biri burada ürəyimi oğurladı.
Onlar Arazı hərəkətli masaya uzadıb böyük aparatın içinə saldılar. Yaddaşı kompüterdə əks olundu. Yeraltı dünyailə bağlı məlumatları onun yaddaşından sildilər. Əvvəlcə hislərinə toxunmadılar. Ulduzla bağlı məlumatlar yenidən bərpa olundu. Məcbur olub beyindəki neyronların bir hissəsini yatırtdılar.
* * * * * * * * *
Otaq soyuq və cansıxıcı idi. Araz uzandığı çarpayıdan qalxıb yerində oturdu. Kənddəki evlərində olduğunu, atasının öldüyünü, anasının şəhərə getdiyini xatırladı. Başı dumanlı halda evdən çıxdı. Səhərəcən həyətdə gəzdi. Hava işıqlaşanda şəhərə getmək üçün maşınına oturdu. Bir müddət onu necə idarə edəcəyini bilmədi. Sonradan özünü topladı.
Evə yaxınlaşdıqda anasının tələsik harasa getdiyini gördü. Maşını arxasınca sürüb yanında dayandı.
- Ana, gəl səni aparım.
Simuzər maşına oturdu.
- Oğul, şükür Allaha ki, qayıtdın! Sənin arxanca kəndə gedirdim. Xeyli vaxtdı getmısən. Harada olduğunu, nə iş gördüyünü bilmirəm. Bilmirəm atanın dərdini çəkim, yoxsa, sənin!
- Çoxdan getmişəm...
- Hə.
- Nəsə, xatırlamıram...
- Xatırlamırsan! – Oğlunun sözü Simuzəri qorxutdu. – Oğul, atanın ölümündən xeyli keçib. Daha onun hardasa, sağ qalması mümkün deyil. Dağları, dərələri axtarma. Ananı da fikirləş. Mən sənə görə yaşayıram.
- Narahat olma, ana, yaxşıyam. Bir az başım dumanlıdı.
- Yaxşı, sür gedək. Adilə də anası ilə bizə gəlib. Səni gözləyirlər, nigarandılar.
- Ana, sən get. Sonra gələcəyəm...
- Niyə, nişanlınla görüşmək istəmirsən? Yazıq qız sənə nə edib!
- Heç nə. Sadəcə ona qarşı heç bir hissim yoxdu.
- Bu sadə iş deyil, bala! Başqasının taleyi ilə oynamaq olmaz. Nə etmək istəyirsən?
- Bilmirəm... Ona pislik arzulamıram. Həm özümü, həm də onu bədbəxt edəcəyimdən qorxuram.
- Hələ vaxtın var. Fikirləş...
Araz çox fikirləşdi. Qərarı isə onun əvəzinə qaynanası verdi. O, bütün toy tədarükünü gördü. Dəvətnamələri payladı. Özünə gələ bilməyən Araz ayılıb iş-işdən keçdiyini gördü. Evlənməkdən başqa çarəsi qalmadı. Evləndilər. Ancaq, birgə yaşaya, xoşbəxt ola bilmədilər. Məhəbbət üzərində qurulmayan ailə qısaömürlü oldu. Onlar bir neçə ay birgə yaşadıqdan sonra ayrıldılar. Adilə axtardığı xoşbəxtliyi ailəsində tapa bilməyib anasının yanına qayıtdı. Araz isə özünü tapmaq ümidi ilə geoloqlara qoşuldu. Xatırlamadığı su körpusünü tapmaq üçün atasının dostu Fərhadla dağları gəzdi.
Yaddaşının açarı, bütün bədbəxtliklərinin izahı isə ata yurdunda eşitdiyi xəbər oldu. Atasının qayıdışı onun yaddaşını bərpa etdi. Beyni işıqlandı, hisləri ayıldı. Kiçik zaman kəsiyində xəyalında canlanan məlumatların ağırlığına dözə bilməyib halbahal oldu. Bütün həyatını xatırladığından son zamankı hərəkətlərinin səbəbini anladı. Anasından üzr istəmək üçün özündə güc tapdı.
Fərhad müəllim getdikdən sonra Araz uzun müddət özünə gələ bilmədi. Bütün yaşadıqlarını xatırladı. Başına gələn hadisələrin səbəbini anladı. Anasından üzr istəmək üçün özündə güc tapdı. Kəndə - ata-anasının yanına tələsdi.
Kənddə isə xüsusi canlanma vardı. Rüstəmin yeraltı dünyadan qayıdışı hamının marağına səbəb olmuşdu. Kənd əhalisi bizlərlə eyni planetdə yaşayan balaca adamları görmək üçün Rüstəmgilin həyətinə axışırdı. Qonaqlar isə çəkinmədən adamlarla ünsiyyət qurur, onlarla söhbət edirdilər. Səid də qonaqlarla idi.
Araz evə çatanda onlar sağollaşıb gedirdilər. Arazı uzaqdan görüb ona əl etdilər. Havada dayanıb ətrafa işıq saçan peykə mindilər. İri balığa bənzəyən peyk yumrulanıb boşqab fofmasına düsdü. Göylərə uçaraq kainatın dərinliklərində gözdən itdi.
Araz adamların arasından keçib atasının yanına gəldi.
- Ata, inana bilmirəm! Bu sənsən?
- Nə, oğul! – Ata-oğul qucaqlaşdılar.
- Ata, yeraltı dünyada yaşayan insanlar niyə göylərə qalxdılar?
- Bizlərə əlçatmaz olduqlarını demək istəyirdilər.
- Hər halda sağ olsunlar. Yaxşı ki səni gətirdilər. Bütün həyatım alt-üst olmuşdu. Kim olduğumu, nə üçün yaşadığımı bilmirdim. – Ağsaqqalları xatırladı. – Onlar qanunlarını pozdular?
- İnsan qudrətinin və ana sevgisinin qarşisında dayana bilmədilər. Tanrıdan qorxdular!
- Tanrıdan qorxdular!
- Hə, oğul... Səndən sonra daxildəki enerji artdı. İstiliyi mantiyaya ötürən hissələr teperaturun öhdəsindən gələ bilmədi. Qızmış hissəciklər yaxin ərazilərə tökülüb canlı aləmi məhv etdi. Onlar başlarına gələn hadisələri Allahın cəzası kimi qarşıladılar. Tanrının verdiklərini səndən aldıqları üçün peşiman oldular.
- Son vaxtlar yer səthində də təbii fəlakətlərin sayı artıb. Hətta, deyilənlərə görə yer oxundan bir qədər sürüşüb.
- Düzdü. Bizi qaytarmaq üçün su kürpüsünün yerini dəyışdirmək lazım idi. Uzun müddət bacarmadılar. Su öz yolu ilə gedirdi. Yer sürüşəndən sonra su yolunu dəyişdi.
- Artıq əvvəlki yerdən su körpüsü yoxdu!
- Yox. O kürpü daha bizə lazım deyil. İkimiz də yenidən həyata qayıtdığımıza görə anana minnətdar olmalıyıq. Bizi onun sevgisi azad etdi.
- Ata sən bilmirsən. Mən istəmədən anamın qəlbinə dəymişəm. Onu necə incitdiyimi özüm də bilməmişəm. Yaddaşım, hislərim...
- Oğul, yaddaşın bərpa oldu? Daxildəki hadisələri xatırlayırsan...
- Yaddaşım bərpa olub, hislərim qaydaya düşüb...
- Onda ananın yanına get. Üzr istə.
- Bağışlayacaqmı.
- Çoxdan bağışlayıb. Atıldığı gün “Tanrı oğlumu mənə bağışla!” deyən ana övladından inciyə bilməz.
Araz xəcalətindən atasının üzünə baxa bilmədi. Ondan ayrılıb evə keçdi. Anası evdə tək deyildi. Bir qızla söhbət edirdi. Araz arxası ona tərəf olan qadına əhəmiyyət verməyib anasına yaxınlaşdı.
- Bağışla, ana,... Səni incitdiyim üçün bağışla. İndiyə qədər yanına gəlib üzr istəməyə cəsarətim çatmırdı.
- Bilirəm, atan vəziyyəti danışıb. – Onun saclarını oxşadı. – Narahat olma. Mən səni elə həmin gün bağışlamışam. Sənin varlığın mənimçün hər şeydi. – Qarşı tərəfi işarə etdi. – Ulduz qızımla səndən danıçırdıq.
- Ulduz!
- Hə. O, bizə qonaq gəlib. Səhər qohumları ilə görüşəcək. Siz söhbət edin. Mənim atanla işim var. – O, getdi. Araz Ulduzla tək qaldı.
- Səni yenidən görə biləcəyim ağlıma belə gəlmirdi. Çox şadam! Səni necə...
Ulduz onun sözünü kəsdi.
- Araz, nədənsə mənimlə görüşəndə dürüst olmağı unudursan. O vaxt nişanlı olduğunu gizlətdin. İndi isə evli olduğunu demədən mənə eşq elan etmək istəyirsən.
- Biz ayrılmışıq.
- Sizlər üçün ayrılmaq bu qədər asandı!
- Ailəmizdə məhəbbət yox idi. Yaşaya bilmədik. Sənə qarşı olan hislərimi isə özün bilirsən. – Qəlbindəkiləri dilinə gətirməyə cəsarət etmədi. – Burada tək yaşayacaqsan?
- Qohumlarımın yanına gedəcəyəm. Bizdə ad talehimizi müəyyənləşdirir. Mən dünyaya gələndə ulduzların altında yaşayacağımı bilib məni Ulduz adlandırıblar. Sizdə də təsadüfən qoyulan adlar çox vaxt həyatınızı müəyyən edir.
- Deməli, talehinin arxasınca gəlmisən. Məni həyatında görmürsən?
Arazın yağılı səsi Ulduzun ürəyini göynətdi.
- Bilmirəm... – deyib pəncərənin qarşısına keçdi. Maraqla heç vaxt görmədiyi ulduzlu göylərə baxdı. Aydınlıq olduğundan hət tərəf işıqlı idi. Ayın gümüşü şəfəqləri ətrafı nura qərq etmişdi. Sakit axan çayın şırıltısı təbiətə həzin nəzmə oxuyurdu.
- Ulduz, bizdə deyirlər ki, hər nurlu gecənin bir işıqlı səhəri olur!
Ulduz gülümsəyərək:
- O işığı görürüəm! – dedi.
M ü n d ə r c a t
Xülasə.............................................................................................1
1. Kainatda məhəbbət (Fantastik povest)...................................2
2. Partlayış (Elmi-fantastik povest).............................................12
3. Su körpüsü (Elmi-fantastik povest)........................................25
Dostları ilə paylaş: |