Güzəran psixologiyası



Yüklə 16,58 Kb.
tarix28.11.2022
ölçüsü16,58 Kb.
#71010
güzəran psixologiya


Güzəran psixologiyası

Professorlar elməqədərki psixologiyanı “güzəran psixologiyası” adlandırırdılar. Bu biliklərin mənbəyini şəxsi təcrübələr təşkil edir. Yəni kimsə nəsə edir və yaxşı nəticə əldə etmir və yaxud da edir. Bunu öz oğluna, qızına öyrədir. Elə etmə, etsən əgər iş yaxşı olmayacaq. Yaxud belə etsən daha yaxşı olacaq. Və bu biliklər beləliklə dildən dilə nəsildən nəsilə ötürülür. Bunlar atalar sözlərinin, bayatıların, nağılların, dastanların sayəsində bizə gəlib çata bilib. İnsanlar lap qədimlərdən qarşılıqlı münasibətlərdə olduqları, ünsiyyətə girdikləri insanları öyrənməyə, anlamağa, dərk etməyə çalışmış, bunun üçün müşahidələr aparmışlar. Tədricən toplanan biliklər ümumiləşdirilmiş, dildən-dilə, ağızdan-ağıza keçib. Və hər kəsdə bu bilikləri qəbul edib. Lakin hamının düz olma ehtimalı elədə yoxdur. Hərkəs düz danışmır çünki. Bəzilərini bunu lap şişirdilmiş kimi deyə bilər. Bu səbəbdən öz təcrübələrimiz ən əsasıdır. Güzəran psixologiyasında faktlar ardıcıl şəkildə izah edilmir, sübut olunmur. Güzəran psixologiyasının qanunauyğunluqlarını sadəcə elmi-psixoloji biliklər əsasında başa düşmək olar. Və izah etmək olar. Məsələn: Afrikaya aid belə bir atalar sözünü xatırlayıram. Uşağa vaxtında lazımi sevgini, istiliyi verməsən, o böyüyəndə istiliyi almaq üçün hər yeri yandırar. Burdan belə çıxır ki, hər uşağın eləcə də hər canlının sevgiyə ehtiyacı var. Qucaqlaşmağa, istilikləri, qoxuları, sevgini hiss etməyə ehtiyacı var. Bu olmasa o insanlar psixoloji problemləri olar. Valideynlərdən uzaq olar. Daima sevgiyə ac olar, onun axtarışında olar. Və nəticədə valideynlərindən ala bilmədiyi sevgini heç kimdən tapa bilməz. Uşaqların sağlamlığı üçün gündə ən az 8 dəfə onları qucaqlamalısınız. Başqa bir misal daha çəkim. Aşiqə min ri də bir görünər. (Ri – ölçü vahidi, 3,9 km-ə bərabərdir). Yəni ki, aşiq olduğumuzda, aşiq olduğumuz insanın qüsurlarını görə bilmirik. O insan gözümüzdə çox gözəl/yaraşıqlı, qüsursuz olur.


Buradan belə çıxır ki, güzəran psixalogiyası başqa elmlərlə əlaqədardır. O elmlər güzəran psixalogiyasına aid olan sözləri sübut edir.
Oxuduğunuz üçün təşəkkürlər.
Yazar: Həsənova Günel WCU
Yüklə 16,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin