172) COFS (Pen-Şokeyr) sindromunda irsi ötürülmənin növü hansıdır?
A) Multifaktorial
B) Autosom-dominant
C) Autosom-resessiv
D) Xromosom anomaliyası
E) X-lə ilişikli
Ədəbiyyat: Е.Т.Лильин, Е.А.Богомазов, П.Б.Гофман-Когдошников «Генетика для врачей» 1990 г.
173) Korneli de Lanq sindromunda irsi ötürülmənin növü hansıdır?
A) Autosom-resessiv
B) X-lə ilişikli
C) Xromosom anomaliyası
D) Autosom-dominant
E) İrsi ötürülmənin növü dəqiqləşməyib
Ədəbiyyat: Е.Т.Лильин, Е.А.Богомазов, П.Б.Гофман-Когдошников «Генетика для врачей» 1990 г.
174) Psixomator inkişafın ləngiməsi, əzələ hipotoniyası və katarakta hansı üçün xarakterdir?
A) Verdniq-Hoffman sindromu
B) Lens sindromu
C) Marfan sindromu
D) Lou sindromu
E) Fenilketonuriya
Ədəbiyyat: Е.Т.Лильин, Е.А.Богомазов, П.Б.Гофман-Когдошников «Генетика для врачей» 1990 г.
175) Hansı sindromda molekulyar zondun köməyi ilə prenatal diaqnostika mümkündür?
A) Dölün alkohol sindromu
B) Mekkel sindromu
C) Duboviç sindromu
D) Aper sindromu
E) Hentinqton xoreyası
Ədəbiyyat: Hacıyev D.V., Əliyev S.D., Əliyev R.Ə. Tibbi biologiya. Bakı, 1993
176) Qadının 33 yaşı olanda birinci nigahdan translokasion forma Daun xəstəliyi ilə uşağı olub. Qadının kariotipində patologiya yoxdur. Sağlam kişi ilə ikinci nigahdan hamilə olarsa hansı müayinə aparılmalıdır?
A) Dölün kariotipinin tədqiqi
B) Molekulyar zondla müayinə
C) Alfa-fetoproteinin səviyyəsini yoxlamaq
D) Rentgenoloji
E) Heç bir müayinə aparılmır
Ədəbiyyat: Hacıyev D.V., Əliyev S.D., Əliyev R.Ə. Tibbi biologiya. Bakı, 1993
177) Tərkibində dənli bitkilərin proteini olan ərzaqlara dözülməzlik hansı üçün xarakterdir?
A) Seliakiya
B) Mukolipidoz
C) Fenilketonuriya
D) Mukovissidoz
E) Hipotireoz
Ədəbiyyat: Hacıyev D.V., Əliyev S.D., Əliyev R.Ə. Tibbi biologiya. Bakı, 1993
Dostları ilə paylaş: |