498) Hansı yüksək onkoloji meyilliyə aid xəstəlik deyildir?
A) Piqment kseroderması
B) Daun sindromu
C) Lui-Bar sindromu
D) Bekvit-Videlman sindromu
E) Marfan sindromu
Ədəbiyyat: Н.П.Бочков «Клиническая генетика»,1997 г.
499) Hüceyrələrin bədxassəli transformasiyası nə ilə əlaqədardır?
A) İonlaşdırıcı radiasiyanın təsiri ilə
B) Hüceyrələrin qocalması ilə
C) Müxtəlif onkogenlərin ekspressiyası ilə
D) Ayrı-ayrı xromosomların replikasiyasının xarakterinin dəyişməsi ilə
E) Spesifik virus infeksiyası ilə
Ədəbiyyat: Н.П.Бочков «Клиническая генетика»,1997 г.
500) Maliqnizasiya prosesi ilə müşayiət olunan xromosomların yenidən qurulması bir qayda olaraq necə xarakterizə olunur?
A) Şişin proqressiya prosesində dəyişikliyə məruz qalmır, eyni vaxtda formalaşır
B) Sadalananların heç biri ilə
C) Təsadüfən baş verir
D) Kariotipin miqdarca və struktur dəyişikliyinin müəyyən spektri ilə xarakterizə olunur
E) Müxtəlif xəstələrdə eyni şişlərdə identikdir
Ədəbiyyat: Н.П.Бочков «Клиническая генетика»,1997 г.
Dostları ilə paylaş: |