856) Hemofiliya X-ilişikli dominant tiplə ötürülür. Proband (xəstə kişi) atasında hemofiliya olan xəstə qohumu ilə evlənib. Bu ailədə xəstə uşaqların doğulma ehtimalı nə qədərdir?
A) Cinsindən asılı olmayaraq 25 %
B) Oğlan uşaqları üçün 50 % və qız uşaqları üçün 0 %
C) Cinsindən asılı olmayaraq 50 %
D) Cinsindən asılı olmayaraq 0 %
E) Oğlan uşaqları üçün 100 % və qız uşaqları üçün 0 %
Ədəbiyyat: Е.Т.Лильин, Е.А.Богомазов, П.Б.Гофман-Когдошников «Генетика для врачей» 1990 г.
857) Albinizmlə xəstə kişi eyni formalı albinizmlə xəstə qardaşı olan sağlam qadınla evlənib. Xəstə uşağın doğulma ehtimalı nə qədərdir?
A) 1/3
B) Bütün uşaqlar xəstə olacaqlar
C) 3/4
D) 2/3
E) 1/6
Ədəbiyyat: Н.П.Бочков. «Клиническая генетика» 1997 г.
858) Valideynləri sağlam olan ailədə üç mukovissidozlu xəstə uşaq varsa, daha bir xəstə uşağın doğulma ehtimalı nə qədərdir?
A) Bütün uşaqlar xəstə olacaq
B) 50%
C) 25%
D) Bütün uşaqlar sağlam olacaq
E) Oğlan uşaqları üçün risk 50%, qızlar sağlam olacaq
Ədəbiyyat: Е.Т.Лильин, Е.А.Богомазов, П.Б.Гофман-Когдошников «Генетика для врачей» 1990 г.
859) Yaşı 40 -dan yuxarı olan anadan Daun xəstəliyi ilə uşagın doğulma ehtimalı nə qədərdir?
A) 1: 100
B) 1: 20
C) 1: 50
D) 1: 10000
E) 1: 1000
Ədəbiyyat: Е.Т.Лильин, Е.А.Богомазов, П.Б.Гофман-Когдошников «Генетика для врачей» 1990 г.
Dostları ilə paylaş: |