ic
ti
m
a
i
-
si
y
as
i,
el
m
i
-
p
o
p
u
ly
a
r
ju
rn
a
l rəqabət meydanından Avropanın böyük dövlətlərini sıxışdıraraq,
Asiyanı və Sakit okean hövzəsini dünyanın ən güclü iqtisadi
mərkəzlərindən birinə çeviriblər. [9]
Bütün bunların fonunda Uzaq Şərqin qabaqcıl dövlətləri
olan Çin və Yaponiya ilə qarşılıqlı faydalı əməkdaşlığın
inkişafının zəruriliyi Azərbaycanı “İpək Yolu” layihəsinin
gerçəkləşdirilməsində daha iradəli olmağa sövq edir. Çinin
artan beynəlxalq nüfuzu və Avrasiyada onun mövqelərinin
möhkəmlənməsi Azərbaycan-Çin münasibətlərinin
intensivləşməsinə təkan vermişdir. Yaponiyanın Azərbaycandakı
iqtisadi layihələrə fəal qoşulması və ikitərəfli əməkdaşlığın daha
da dərinləşməsinə olan qarşılıqlı maraq Azərbaycan-Yaponiya
münasibətlərinin zəngin potensialının müntəzəm əsasda açılması
üçün əlverişli zəmin yaradıb.
Cənub-Şərqi və Cənubi Asiyada
yeni iqtisadi və siyasi
güc mərkəzlərinin təşəkkülü Azərbaycanın xarici siyasətinin
bu istiqamətə marağının artmasına səbəb olmuşdur. Burada
dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində tutduğu ədalətli mövqeyi beynəlxalq
səviyyədə tam dəstəkləyən Pakistanla olan münasibətlərinin
tərəfdaşlıq, Hindistanla isə əməkdaşlıq səviyyəsinə gəlib çatmasını
xüsusi qeyd etmək lazımdır.
Beləliklə, Azərbaycan Respublikasının apardığı uğurlu ölçülüb-
biçilmiş və tarazlaşdırılmış xarici siyasət sayəsində Azərbaycan
xalqının təhlükəsiz və xoşbəxt gələcəyini təmin edən xarici
mühit formalaşdırılmış və Azərbaycanın həm dünya miqyasında
mövqelərinin
möhkəmləndirilməsi, həm də Xəzər-Qafqaz
bölgəsində ən vacib ölkəyə çevrilməsinə nail olunmuşdur.
Dostları ilə paylaş: