Kimyəvi amillər.Orqanizmlə mühitin kimyəvi tərkibi arasında maddələr və enerji mübadiləsi gedir.Bir çox kimyəvi element və birləşmələr orqanizmə plastik və enerjetik prosesləri həyata keçirmək üçün lazım olur.
İstehsal və məişət fəaliyyəti ilə əlaqədar olaraq insanın yaşadıqı mühitə zərərli və zəhərli kimyəvi maddələr düşə bilər.Mühitdə - havada,suda,qidada zərərli maddələrin olması orqanizmdə pataloji dəyişikliklərə səbəb ola bilər.
Fiziki amillər.Bura havanın fiziki xassələri – tempuraturu,rütubəti,hərəkəti,atmosfer təzyiqi,günəş radiasiyası,səs-küy,radioaktiv şüalanma və s. aiddir.Bunların bəziləri orqanizmin yaşaması üçün zəruridir,lakin intensivlik dərəcələrindən asılı olaraq,onlar orqanizmə zərərli təsir də göstərə bilər.
Bioloji amillər. Bunlara patogen (xəstəlik törədən) mikro orqanizmlər,viruslar,göbələklər və s. aiddir.
İnsan orqanizminə nəinki mühitin amilləri,həm də söz,danışıq,insanlar arasında münasibət,başqa sözlə,ikinci siqnal sisteminə aid olan bütün qıcılandırıcılar da təsir göstərir.Bunlar insanda müxtəlif emosiyalar və ruhi vəziyyət – fikir,dərd,qorxu və s. əmələ gətirərək orqanizmin normal vəziyyətinə və onun sağlamlıqına təsir edir.
Mühit amillərinin insanın sağlamlıqına təsirini öyrənmək üçün gigiyena elmi müxtəlif üsullardan istifadə edir.Bunlardan kimyəvi,fiziki,bakterioloji,toksikoloji,kliniki,eksperimental və statistik üsulları göstərmək olar.
Fiziki üsullardan havanın tempuraturunu,təsyiqini,rütubətini,iqlim və mikroiqlim şəraitini,radiasiyanı,hərəkətini,suyun tempuraturunu,şəffaflıqını,bulanıqlığını,iyini,dadını və s. öyrənmək üçün istifadə edilir.
Kimyəvi üsullardan qida maddələrinin,havanın və suyun kimyəvi tərkib hissələrinin,orada olan zəhərli qarışıqları,onların bioloji qiymətini və s.öyrənmək üçün istifadə edilir.Bakterioloji üsullardan suda,havada,torpaqda,qida maddələrində və s. mikrobların,xüsusilə patogen mikrobların varlıqını öyrənmək,həmin maddələrin mikrobla çirklənmə dərəcəsini təyin etmək üçün istifadə edilir.
Toksikoloji,bioloji və heyvanlar üzərində aparılan ekspermental üsullarla kimyəvi maddələrin orqanizmə təsiri öyrənilir və onların ətraf mühitdə icazə verilən hədd miqdarı təyin edilir.
Kliniki üsuldan istifadə edilərək mühit amillərinin insan orqanziminə,onun sağlamlıqına olan təsirini klinikalarda,xəstəxanalarda kliniki yoxlanmalar və dispanser müşahidə aparmaqla öyrənmək olar.
Sanitar-statistik üsuldan iqtisadi,məişət,təbii və digər amillərin əhalinin sağlamlıqına təsirini qiymətləndirmək üçün istifadə edilir.Bu,təbii dəyişmələrin – doğum-ölüm hadisələri,təbii artım,xəstələnmə,fiziki inkişaf və s. dinamikasının öyrənilməsinə imkan verir.
Bir sözlə sağlamlıqı qorumaq və yaxşılaşdırmaq haqqında elmdir.Sanitariya isə gigiyenanın işləyib hazırladığı elmi müddəaları təcrübədə tərtib edir.Sanitariya sahəsində iş təcrübəsinin ümumiləşdirilməsi isə öz növbəsində gigiyena elmini zənginləşdirir.O, öz təkliflərini həyata keçirmək üçün texniki elmlərə istinad edir.
Gigiyenanın inkişaf tarixi
Profilaktik təbabət öz dərin kökləri ilə çox qədim zamanlara sirayət edir.İnsanlar yaradıldıqı gündən öz sağlamlqlarını qorumağa çalışmışlar.Tədricən özlərinin şəxsi,sonralar ictimaiyyətin sağlamlıqını qorumaq haqqında təcrübə toplamışlar.Yer kürəsinin müxtəlif guşələrində aparılan qazıntılar göstərmişdir ki,hələ çox qədim zamanlarda insanlar sağlamlığı qorumaqın sadə,elementar qaydalarını bilirmişlər.Onlar qidalanmaya,şəxsi gigiyenaya,mənzil təminatına və digər məsələlərə ciddi fikir verirmişlər.Gigiyenaya ən çox misirlilər,çinlilər,hindlilər və eləcə də Orta Asiya ərazisinin sakinləri əhəmiyyət vermişlər.Misirdə,Hindistanda,Çində dini kitablardan götürülmüş və lazımi vərdişlərə çevrilmiş müəyyən qaydalar – torpaqı çirklənmədən qorumaq,su təchizatı mənbələrini seçmək və abadlaşdırmaq,bədəni təmiz saxlamaq,infeksiyanın yayılmasının qarşısını almaq üçün yoluxucu xəstələri ayırmaq,onların işlətdikləri şeyləri yandırmaq,meyitləri basdırmaq və s. kimi tədbirlər həyata keçirmişlər.
Sadə gigiyenik bilikləri ilk dəfə ümumiləşdirən b.e.ə IV əsrdə yaşamış,antik təbabətin banilərindən biri Hipokrat olmuşdur.Hava,su və torpaq haqqında,”Sağlam həyat tərzi haqqında” və s. Traktatlardan görünür ki,Hipokrat xəstəliklərin baş verməsində insanı əhatə edən xarici mühitin mühüm rol oynadıqına,xəstəliklərin qarşısının alınması və müayinə edilməsində gigyenik tədbirlərə böyük əhəmiyyət vermişdir.
Gigiyenanın inkişafında X-XI əsrlərin böyük alimi,görkəmli tacik həkimi,”həkimlərin padşahı” Əbu-Əli İbn Sinanın böyük xidmətləri olmuşdur.O,mənzil,geyim,qidalanma gigiyenası,uşaqların tərbiyəsi və s. məsələləri işləyib hazırlamışdır.Əbu-Əli İbn Sina xəstəliklərin torpaq və içməli su ilə yayıldıqını söyləmişdir.
Təbiət elminin inkişafı,fiziki,kimyəvi,fizioloji,mikrobioloji tədqiqat üsullarının təkmilləşdirilməsi xarici mühit amillərinin əhalinin sağlamlıqına təsirinin dəqiq və obyektiv öyrənilməsinə imkan verdi.L.Paster,R.Kox,İ.İ Meçnikov və digər mikrobioloqların kəşfləri gigiyenanın təbiət haqqında,yoluxucu xəstəliklərin yayılma yolları barədə olduqca qiymətli məlumatlarla zəngilləşdirdi.Texnikanın inkişafı,su kəməri,kanalizasiya çəkilməsinə,mərkəzi istilik,mexaniki ventilyasiya və xarici mühitin sağlamlaşdırılmasında böyük rol oynayan digər sanitar texniki qurğular tikilməsinə kömək etdi.
XIX əsrin ortalarında ekspermental gigiyenanın inkişafı üçün şərait yarandı.Rusiyada onun baniləri A.P.Dobroslavin və F.F Erisman,Almaniyada - M.Pettenhofer,M.Rubner,İngiltərədə - E.Parks,C.Sayman,Fransada – M.Levi olmuşdur.
A.P.Dobroslavin Rusiyada gigiyena üzrə ilk professor olmuşdur.1871-ci ildə ilk dəfə Peterbruqda Tibb cərrahlıq akademiyasında təşkil edilmiş gigiyena kafedrasına rəhbərlik etmişdir.Onun davamçısı F.F.Erisman olmuş və 1881-ci ildə Moskva Universitetində təşkil etdiyi gigiyena kafedrasının rəhbəri olmuşdur.
Azərbaycanda gigiyena elminin inkişafı
Azərbaycanda bir sıra abidələr gigiyena elminin çox qədim zamanlardan məlum olduqunu göstərir.İsmayıllı rayonunda Lahıc kəndindəki kanalizasiya xəttinin sirri hələ də açılmamışdır.Bu kanalizasiya sistemi dünya tarixində birinci sayıla bilər.Xan sarayında olan hamam,Qız qalasındak su təchizatı sistemi,kanalizasiya ölkəmizdə gigiyena şərtlərinə çox qədim zamanlardan əməl olunmasını göstərir.
Qədim yunan fəlsəfəsini dərindən bilən dahi şairimiz Nizami,dünyanın əsasını təşkil edən ünsürü belə təsvir edib:
Onlardan birincisi işıqlı – oddur
Dünyanın ən yüksək tacı da odur.
İkinci küləkdir – hərəkətdədir
Hərəkət etməsə - bilinməz nədir
Üçüncü sudur ki,təravət veririr
Hər şeyə gözəllik,lətafət verir
Dördüncü torpaqdır,tapdayır aləm
Tapdanan köksündən toz qalxır mudam
Dörd tərkib birləşib ahəngdar olmuş
Dörd kövhər birləşib həyat var olmuş.
Azərbaycanda gigiyena və sanitariyanın inkişafı 1894-cü ildən başlayır.Bu sahədə həkimlərdən Mehmandarov A.,Vəkilov M.P,Şərifov M.A.,Məlikpaşayev Ə.Ə və c. əməyini qeyd etmək olar.
1922-ci ildə Bakıda mikrobiologiya və gigiyena elmi tədqiqat isututunun əsası qoyulmuş ,elə həmin ildə müstəqil sanitar epidemoloji şöbə təşkil edilmişdir.
Bədən tərbiyəsi və idmanın gigiyenası
Bədən tərbiyəsinin və idmanın gigiyenası ümumi gigiyena elminin bir hisəsi olub,idmançının orqanizmi ilə ətraf mühitin qarşılıqlı əlaqəsini öyrənir.Bədən tərbiyəi və idmanla məşğul olanların orqanizminin ağlamlıqnın qorunmaı,iş qabiliyyətinin artılması yüksək nəticələrin əldə edilməsinə yönəlmiş gigyenik normativlər və tədbirlər işləyib hazırlayır.
Bədən tərbiyəi və idman gigiyenasının əas vəzifələri aşağıdakılardır:
Ətraf mühit şəraitinin və amillərinin bədən tərbiyəis və idmanla məşğul olanların sağlamlıqına və iş qabiliyyətinə təsirini öyrənmək.Bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün optimal şərait yaratmaq məqsədilə elmi sürətdə əsaslandırılmış gigyenik normativlər,tədbirlər və qaydalar işləyib hazırlamaq.
Sağlamlıqı qorumaq,orqanizmin harmonik inkişafını təmin etmək,bədəni möhkəmləndirmək,iş qabiliyyətini artırmaq və yüksək idman nəticələri ədə etmək üçün təbiət qüvvələrindən (su,hava,günəş) və gigiyenik amillərdən istifadə edilməsini elmi surətdə əsaslandırmaq.
İdman gigiyenası idmanın təcrübi və nəzəri fəaliyyəti ilə də sıx əlaqədədir:
1.Yarışlar sistemi
2.İdman məşqləri sistemi
3.Yarışların,məşqlərin effektivliyini artıran və tənzim edən əlavə sistemlər
Bütün göstərilən sistemlərin cəmi idmançılara müvəffəqiyyət qazandıra bilər.Məşqləri və yarşları tamamlayan əlavə sistemlərdən ən əsası gigyenik amillərdir.Bunlardan gündəlik rejim,şəxsi gigiyenanı,bədənin möhkəmləndirilməsini,xüsusi qidalanmanı,gigyeniki bərpa vasitələrini və s. göstərmək olar.İdmançıların hazırlığnda bu amillərin çox böyük əhəmiyyəti vardır,çünki orqanizmə hərtərəfli,dərin təsir göstərməklə idmanı təkmilləşdirmə prosesini müəyyən dərəcədə opyimallaşdırmaq olar.
İdmançıların hazırlıqıda rast gələn mürəkkəb şəraitdə xüsusi gigiyenik komplekslərdən istifadə edilməsinin şox böyük təcrübi əhəmiyyəti vardır.lkəmizdə ilk dəfə olaraq ionlaşdırılmış havadan,ulturabənövşəyi şüualardan,eritem lampalardan idmançıların iş qabiliyyətinin artırılmasında və bərpa prosesinin sürətləndirilməsində istifadə edilmsi təklif edilmişdir.
Ümumi gigiyenanın,eləcə də bədən tərbiyəsi və idman gigiyenasının inkişafında v\formalaşmasında bizim aimlərdən E.M.Əfəndiyevin,D.Ə.Babazadənin,V.Ə.Əliyevin,V.A.Voljenskinin,A.P.Laptevin və s. adlarını qeyd etmək olar.
Atmosfer havasının gigiyenası
Orqanizmə təsir göstərən ən mühüm amillərdən biri havadır.İnsan uzun müddəthavasz yaşaya bilməz.Hava orqanizmin istilik mübadiləsində böyük rol oynayır və onu tənzimləyir.
Orqanizmin normal həyat fəaliyyəti və iş qabiliyyəti havanın fiziki xassələri və kimyəvi tərkibi ilə sıx bağlıdır.Hava mühiti kainatda həyatın varlıqı üçün ən vacib şərtdir.Hava orqanizmi oksigenlə təmin edir,mübadilə məhsullarının kəar edilməsində iştirak edir.İnsanın həyat fəaliyyətinə,əhval-ruhiyyəsinə,iş qabiliyyətinə təsir göstərən amillərdən aşağıdakıları göstərmək olar:
1.Havanın fiziki xassələri,tempuraturu,rütubəti,təzyiqi,hərəkəti,radiasiyası və s.
2.Havann kimyəvi tərkibi – havada olan müxtəlif qaz qarışıqları.
3.Bioloji amillər – havada olan mikroorqanizmlər.
4.Havanın mexaniki qarışıqları – toz,tüstü,his və s.
Bu amillər həm birlikdə,həm də ayrı-ayrılıqda orqanizmə təsir göstərə bilər.Buna görə də gigiyena elminin qarşısında duran əsas vəzifələrdən biri orqanzimə müsbət təsir göstərən amilləri öyrənərək,onlardan istifadə etmək (günəş vannaları,bədəni möhkəmlətmə qaydaları və s.),havanın zərərli təsirini aradan qaldırmaq üçün profilaktik tədbirlər kompleksi işləyib hazılramaqdır.
Havanın fiziki xassələri
Dostları ilə paylaş: |