16 sentyabr 2016-cı il
http://www.amu.edu.az
5
Sentyabrın 8-də Azərbaycan
Milli Elmlər Akademiyasının
(AMEA) Mərkəzi Elmi Kitabxa-
nasında “Azərbaycan multikul-
turalizmi: din və dil siyasətinin
inkişaf perspektivləri” mövzu-
sunda beynəlxalq konfrans işə
başlayıb.
Tədbir AMEA-nın Nəsimi adına
Dilçilik İnstitutunun, Azərbaycan
Respublikasının Prezidenti yanın-
da Bilik Fondunun, Dini Qurum-
larla İş üzrə Dövlət Komitəsinin və
Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin birgə təşkilatçılığı ilə baş
tutub.
Konfransı açan AMEA-nın vit-
se-prezidenti,
akademik
İsa
Həbibbəyli hazırda ölkədə olduqca
aktual xarakter daşıyan multikul-
turalizm dəyərlərinin Azərbaycan
modeli barədə danışıb. Prezi-
dent İlham Əliyevin 2016-cı ilin
Azərbaycanda
“Multikulturalizm
ili” elan edilməsi haqqında imza-
ladığı Sərəncamın əhəmiyyətindən
bəhs edən İ.Həbibbəyli dövlətimizin
başçısının təşəbbüsü ilə multi-
kulturalizmin dövlət siyasətinin
əsas istiqamətlərindən biri nə çev-
rildiyini vurğulayıb: “Azərbaycan
modeli üç prinsipə əsaslanır:
tarixi milli dəyərlər, tolerant-
lıq və azərbaycançılıq. Burada
azərbaycançılıq prinsipi xüsusi
önəm daşıyır”.
Azərbaycan
Respublikasının
millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət müşa-
viri, akademik Kamal Abdullayev
Azərbaycanda multikulturalizmin
həyat tərzi olduğunu, ölkəmizdə
multikultural dəyərlərin, tolerantlıq
ənənələrinin əsrlərə söykəndiyini
qeyd edib.
Azərbaycan multikulturalizminin
dünyanın müxtəlif ölkələrində təbliğ
və tədris edildiyini diqqətə çatdı-
ran komitə sədri ölkənin ali təhsil
müəssisələrində bu fənnin tədrisinin
əhəmiyyətini önə çəkib.
Konfransda Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri Mü-
bariz Qurbanlı da çıxış edərək bu
gün dünyada multikulturalizmin
alternativinin olmadığın deyib:
“Tarixən tolerant və multikultu-
ral dəyərləri üstün tutan, əhalisinin
96 faizini müsəlmanlar təşkil edən
Azərbaycanda
bütün
dinlərin
nümayəndələri–müsəlman, xris tian,
yəhudilər əsrlərdir sülh və qardaşlıq
şəraitində yaşayırlar”.
Tədbirdə Azərbaycan Respublika-
sının Prezidenti yanında Bilik Fondu-
nun icraçı direktoru Oqtay Səmədov,
Dilçilik İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü Möhsün
Nağısoylu, Qafqaz Müsəlmanları
İdarəsinin sədr müavini Qəmər Ca-
vadlı, Rusiya Dövlət Pedaqoji Uni-
versitetinin professoru Marianna
Dvoreçkaya və başqaları mövzunun
aktuallığını vurğulayaraq, multikul-
turalizm dəyərlərini birgə səylərlə
təşviq etməyin vacibliyini bildiriblər.
Konfransın bölmə iclaslarında
“Müasir Azərbaycanda dövlət-din
münasibətləri”, “Azərbaycan tatları-
nın dilinin etnoqrafik leksikasına dair
Azərbaycan dilinin nitq mədəniyyəti
problemləri”, “Azərbaycan Respubli-
kasında milli azlıqların mədəni irsi-
nin qorunması və inkişafı” və digər
mövzularda məruzələr dinlənilib.
Azərbaycan Tibb Universitetinin I
daxili xəstəliklər və reanimatologi-
ya kafedrasının dosenti Nağdəli Za-
manovun “Heydər Əliyevin nitqində
multikultural dəyərlər” adlı məruzəsi
də maraqla qarşılanıb.
Konfrans işini sentyabrın 9-da
başa çatdırıb.
Dostları ilə paylaş: