GiGİyena-profilaktik təbabəTİN Əsasidir


Yeni tədris ilinə həsr olunmuş iclasda



Yüklə 9,94 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix25.12.2016
ölçüsü9,94 Mb.
#2887
1   ...   4   5   6   7   8   9   10   11   ...   29
Yeni tədris ilinə həsr olunmuş iclasda

Tədris Cərrahiyyə Klinikasının yeni direktoru 

klinika heyəti ilə tanış olub

u

 



    

Azərbaycan 

Ürək və Damar 

Cərrahiyyəsi 

Cəmiyyəti (AÜDCC) 

Dünya Ürək Günü ilə 

əlaqədar sentyabrın son 

həftəsini “Sağlam ürək 

həftəsi” elan edir.

 Həftə çərçivəsində sent-

yabrın 28-dən 30-dək pay-

taxtda yerləşən alış-veriş 

mərkəzlərində “Həyatına enerji 

qat!” şüarı altında aksiyalar 

təşkil olunacaq, ictimaiyyət 

nümayəndələri ilkin tibbi müayinədən 

keçiriləcək, əhalinin ürək sağlamlığı üçün vacib 

olan məlumatlardan hazırlanmış maarifləndirici 

məlumat kitabçaları paylanılacaq. Oktyabrın 

1-də isə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi 

Cəmiyyəti Səhiyyə Nazirliyi ilə birgə “Park 

İnn” hotelində yerli və əcnəbi kardioloq və 

kardiocərrahların iştirakı ilə beynəlxalq elmi 

konfrans keçirəcək.

AÜDCC-nin sədri, tibb elmləri doktoru, 

kardiocərrah Kamran Musayev bununla yanaşı, 

sosial şəbəkələr vasitəsilə geniş təbliğat kam-

paniyasının həyata keçiriləcəyini də bildirib: 

“Sosial şəbəkələr bu gün cəmiyyət həyatının 

ayrılmaz parçasına çevrilib. Bu 

məqsədlə bütün sosial şəbəkə 

istifadəçilərini aktiv olaraq 

təbliğat kampaniyasına qoşulma-

ğa səsləyirəm. “Həyatına enerji 

qat!” sağlamlıq həftəsinə qoşulun, 

sağlam ürək selfisi çəkərək sosial 

şəbəkə hesablarınızda #worldhe-

artday #dünyaürəkgünü #po-

weryourlife #həyatınaenerjiqat 

hashtag-larından istifadə edərək 

paylaşın və Dünya Ürək Gününə 

töhfənizi verin”.

Dünya Ürək Federasiyası-

nın təşəbbüsü ilə 2000-ci ildən 

etibarən hər il sentyabrın 29-u 

Dünya Ürək Günü kimi qeyd olunur. Dün-

ya Ürək Federasiyası dünyanın 100-dən çox 

ölkəsində ürək cəmiyyətləri və ürək fondla-

rının birgə səyi sayəsində 200 üzv təşkilatın 

birləşmiş icması vasitəsilə bütün dünyada ürək 

xəstəliklərinə qarşı mübarizə aparır. Dünya 

Ürək Gününün keçirilməsində məqsəd əhalini 

ürək-damar xəstəliklərinin təhlükəliliyi barədə 

məlumatlandırmaq, bu xəstəliklərin qarşısının 

alınması istiqamətində profilaktik tədbirlərin 

uğurla aparılmasına nail olmaqdır. Dünya Ürək 

Federasiyası Dünya Ürək Gününü hər il fərqli 

şüarla qeyd edir. “Həyatına enerji qat!” Dünya 

Ürək Gününün builki şüarıdır.


Yüklə 9,94 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin