Hər altı aydan bir stomatoloqun
yanına getməyə ehtiyac yoxdur
Yoqa ürək, qan-damar, xərçəng, diabet və
digər yoluxucu olmayan xəstəliklərə tutulma
riskini azaldır.
Hindistanın səhiyyə naziri Caqat Prakaş
Nadd buna əmindir. Nazirin sözlərinə görə,
qeyri-yoluxucu xəstəliklərin əksəriyyətinin
səbəbi yanlış həyat tərzidir. Yoqa isə onu yaxşı
yönə dəyişməyə kömək edir.
C.Naddanın fikrincə, yoqa bədən, ruh və
zəkanı bir-birinə bağlayır, sağlamlığa düzgün
yanaşmağı öyrədir. Nazir vurğulayır ki, yoqa
sadəcə məşğələ toplusu deyil, eyni zamanda,
insanı dəyişən fəlsəfədir.
Yeri gəlmişkən, Kaliforniya Universitetinin
(ABŞ) tədqiqatçıları bu yaxınlarda müəyyən
ediblər ki, yoqa və meditasiya ilə məşğul ol-
maq beyin üçün də faydalıdır. Onlar hafizəni
yaxşılaşdırır və insanı kəmağıllıqdan qoruyur.
Araşdırma göstərib ki, yoqa və meditasiya
ənənəvi yaddaş məşqlərindən daha səmərəlidir.
Dostları ilə paylaş: |