GİnofiT intim gigiyena üçün süd turşulu nəmləndirici vaginal gel



Yüklə 140,58 Kb.
Pdf görüntüsü
tarix07.01.2017
ölçüsü140,58 Kb.
#4753

İstifadəsi üzrə təlimat 

 

 



GİNOFİT     intim gigiyena üçün süd turşulu nəmləndirici vaginal gel 

GINOFIT 


 

 

Məhsulun təyinatı 

İntim gigiyena üçün süd turşulu nəmləndirici vaginal “Ginofit” geli qadının intim sahəsində təbii turşu-qələvi 

müvazinətinin tənzimlənməsi məqsədi ilə  şəxsi gigiyena üçün nəzərdə tutulub. Gel hovuzdan, cinsi 

əlaqədən sonra, postmenstrual dövr, uzun müddətli cinsi əlaqəsizlik və iqlim dəyişməsi zamanı intravaginal 

istifadə olunur. Gel uşaqlıq yolu normal mikroflorasının həyat fəaliyyəti üçün vacib olan pH-ın fizioloji 

səviyyəsini təmin edir, selikli qişanın nəmlənməsinə  şərait yaradır və rahatlıq hissini təmin edir. İntim 

gigiyena üçün süd turşulu nəmləndirici vaginal “Ginofit” geli turşu-qələvi balansının pozulmasının 

qıcıqlanma, yanma və  ya qaşınma kimi simptomlarını aradan qaldırır. 

Uşaqlıq yolu selikli qişasının pH balansının pozulması    və  uşaqlıq yolu mikroflorasının disbalansı ilə 

müşayiət olunan, əlavə oksidləşmə tələb edən vəziyyətləri: 

- intim gigiyena qaydalarına riayət etməmək, cinsi partnyorların tez-tez dəyişilməsi, vaginal tamponların 

istifadəsi, tez-tez qeyri-rasional yuyulmalar;  

- cinsiyyət orqanlarının infeksion-iltihabi xəstəlikləri

- disbakteriozla müşayiət olunan mədə-bağırsaq xəstəlikləri; 

- bəzi dərman vasitələrinin istifadəsi (antibiotiklər, hormonlar, sitostatiklər, kontraseptivlər); 

- keçirilmiş respirator virus xəstəlikləri, stress və yorulma zamanı yerli immunitetin zəifləməsi; 

- klimaks, təbii menopauza, cərrahi menopauza (uşaqlıqda və yumurtalıqlarda cərrahi əməliyyatlar), döşlə 

əmizdirmə zamanı hormonal fonda baş verən pozğunluqlar; 

- bəzi ümumi xəstəliklər (şəkərli diabet, Şeqren sindromu, anemiya). 

 

Təsviri 

Eynicinsli ağ süd rəngli qatı gelə  bənzər qoxusuz mayedir.

 

Gel sınan plomblu və applikator-ucluqlu 



polietilen tubun - mikroimalənin içinə yerləşdirilib. Mikroimalənin forma və ölçüsü nəmləndirici gelin uşaqlıq 

yolunun aşağı nahiyələrinə rahatlıqla və təhlükəsiz yeridilməsini təmin edir

 

 



Tərkibi 

Süd turşusu, qlikogen, propilenqlikol, metilhidroksipropilsellüloza,  natrium laktat, levulin turşusu, p-anis 

turşusu, demineralizə olunmuş su. 

Süd turşulu və qlikogen tərkibli suda həll olan vaginal gel cinsiyyət orqanlarının selikli qişasının pH-nı aşağı 

salır və normal fizioloji səviyyəsini təmin edir, bununla da uşaqlıq yolu normal mikroflorasının həyat 

fəaliyyəti üçün əlverişli şərait yaradır.  

Gelin təsiri təkibindəki balanslaşdırılmış təsiredici komponentlərə əsaslanır. 

Süd turşusu təbii nəmləndirici faktor olub, normada uşaqlıq yolunda mövcud olaraq, zəif turşu reaksiyalı 

mühit yaradıb patogen floranın inkişafını ləngidir.  

Qlikogen polisaxaridi süd turşusu kimi uşaqlıq yolunun təbii fizioloji maddələrindəndir; uşaqlıq yolunun 

normal florasının həyat fəaliyyəti zamanı qlikogen qlükozaya çevrilir, sonra isə  uşaqlıq yolunun turş 

mühitinin saxlanması üçün vacib olan süd turşusuna çevrilir. 

Hidroksipropilmetilsellüloza sıxlaşdırıcı vasitə və stabilizator kimi istifadə olunur.  

Propilenqlikol nəmliyi yaxşı saxlayır. Natrium laktat, p-anis və levulin turşuları pH səviyyəsini tənzimləyirlər.  

Gelin tərkibində etil spirti yoxdur. Tərkibində  rəngləyicilər, konservantlar, aromatizatorlar, yağlar, 

spermisidlər, hormonlar yoxdur. 

 

Məhsulun istifadəsinə hazırlıq 

Gigiyenik su prosedurlarından sonra istifadəsi məsləhət görülür. 

Gel applikator-ucluqlu xüsusi funksional-fizioloji formalı mikroimalə ilə uşaqlıq yoluna yeridilir.  

İstifadədən öncə mikroimaləni ehtiyatla birdəfəlik istifadə üçün möhürlənmiş polietilen qablaşdırmadan 

çıxarmaq lazımdır. 

 

 



 

 


 

 

1. Ucunu 



aşağı tutmaqla mikroimaləni çalxalayın. 

2. Ucluğu yuxarı qaldırıb plombu sındırın. 

3. Arxası üstə uzanın. Mikroimalənin applikatorunu uşaqlıq yoluna yeridin. 

4. Mikroimaləni sıxıb kütləsini uşaqlıq yoluna yeridin. 

 

Yumaq olmaz. 



Hər mikroimalə birdəfəlik istifadə üçün nəzərdə tutulub. 

İntim gigiyena üçün süd turşulu nəmləndirici vaginal “Ginofit” gelini kurslarla və ya ehtiyac olduqda istifadə 

etmək olar. 

 

İstifadəsinə əks göstərişlər 

Gelin komponentlərinə qarşı fərdi həssaslıq. 

Daxili cinsiyyət orqanlarının, uşaqlıq yolu və ya onun selikli qişasının zədələnmələri, o cümlədən doğuşdan 

sonrakı vəziyyətlər, infeksiyalar, yeni törəmələr. 

Məhsul cinsi yetkinlik yaşına çatmamış qızlar üçün nəzərdə tutulmur. 

 

Xüsusi göstərişlər və təhlükəsizlik qaydaları 

İntim gigiyena üçün süd turşulu nəmləndirici vaginal “Ginofit” geli yalnız intravaginal istifadə üçün nəzərdə 

tutulub.  

Gelin tərkibində spermisid komponentlər yoxdur, ona görə  də onu hamiləlik  əleyhinə vasitə kimi istifadə 

etmək olmaz. Latekslə uyğundur. 

Geldən istifadə müddəti zamanı gündəlik bezlərdən istifadə etmək məsləhət görülür.  

Gel təsadüfən gözə düşərsə onu mütləq su ilə yumaq lazımdır. 

Fərdi


 

qablaşdırmanın tamlığı pozularsa onun istifadəsi yol verilməzdir. 

 

Əlavə təsirləri 

İntim gigiyena üçün süd turşulu nəmləndirici vaginal “Ginofit” gelinin istifadəsi zamanı  əlavə effektlər az 

təsadüf olunur. Ola bilər ki zəif yanğı hissi olsun (əsasən ilkin istifadə zamanı olur), hansi ki, tezliklə təkrari 

istifadə zamanı aradan qalxır.  

Allergik reaksiyalara meyilli olan şəxslərdə, selikli qişanın xarici qıcıqlandırıcılara qarşı yüksək həssaslığı 

olur, bu səbəbdən də xüsusən düzgün aparılmayan qulluq,  gigiyenanın kifayət qədər olmaması və ya lokal 

kontraseptivlərin istifadəsi kimi hallar uşaqlıq yolu selikli qişasını  zədələndirir, müxtəlif hallarda gelin 

istifadəsi selikli qişanın qıcıqlanmasına səbəb olur. Belə hallarda gelin istifadəsini dayandırmaq, həmçinin 

təkrari istifadədən yayınmaq lazımdır. 

 

Komplektliyi və buraxılış forması 

Komplektin tərkibinə daxildir: İntim gigiyena üçün süd turşulu nəmləndirici vaginal “Ginofit” geli 

mikroimalədə 5ml olmaqla, fərdi

 

steril polietilen qablaşdırmada,  №6 və ya №12 olmaqla içlik vərəqə ilə 



birlikdə karton qutuya yerləşdirilir.  

 

Saxlanma şəraiti 

Mikroimalə 15-25°С temperaturda və havanın nisbi rütubətliyi 80%-dən yuxarı olmayaraq qızdırıcı 

cihazlardan 1m aralı  məsafədə saxlanmalıdır.  İstehsalçı saxlanma şəraiti və istifadə qaydalarına riayət 

olunarsa intim gigiyena üçün süd turşulu nəmləndirici vaginal “Ginofit” gelinin keyfiyyətinə zəmanət verir. 

Fərdi qablaşdırmanın tamlığı pozularsa onun istifadəsi yol verilməzdir. 

Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

 

Yararlılıq müddəti 

36 aydır. 

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 



 

Aptekdən buraxılma şərti 

Reseptsiz. 



 

İstehsalçı 

«Medena AG» (Industriestrasse 16, CH-8910 Affoltern am Albis, İsveçrə) «Tentan AG» üçün (Brunnliweg 

16, CH-4433 Ramlinsburg, İsveçrə) 

 

                          Azərbaycanda rəsmi distribyutor 



                          «TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51 

 Е-mail: info@tetrada-az.com 

                          www.tetrada-az.com 



 

Yüklə 140,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin