Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri



Yüklə 80,73 Kb.
səhifə18/55
tarix02.01.2022
ölçüsü80,73 Kb.
#40652
1   ...   14   15   16   17   18   19   20   21   ...   55
Dəmiryolu-nəqliyyatının-ümumi-kursu.-II-kurs-II-semestr

Yük stansiyaları

Yük stansiyaları kütləvi yüklərin yüklənməsi və boşaldılması üçün nəzərdə tutulur. Bu stansiyalar iri sənaye və yaşayış məntəqələrində, həmçinin limanlarda yerləşir. Təyinatına görə ümumi istifadəli (ixtisaslaşmamış), ixtisaslaşmış, yüklənmə və liman tipli olurlar. Ümumi təyinatlı stansiyalarbütün növ yüklərin yüklənmə və boşaldılmasına xidmət edir. Onlar dəmir yolu ilə çeşidləmə stansiyasını və avtomobil yolu ilə şəhərin sənaye rayonu ilə birləşdirən şəhər kənarı məntəqələrdə tikilir. Bu stansiyalarda həm yüklərin qəbul olunması (çeşidləmə stansiyasından qatarların qəbulu, vaqonların texniki və kommersiya baxışı, qatarların yenidən tərtib olunması, vaqonların yüklənmə mövqeyinə verilməsi, yüklənmə, yüklərin saxlanması, daşıma sənədlərinin tərtib olunması, yüklərin qəbulediciyə verilməsi, boşaltma yerlərində vaqonların götürülməsi və təmizlənməsi), həm də yüklərin göndərilməsi ilə (yüklərin göndəricidən qəbul olunması, yüklərin saxlanması, yükün vaqona yığılması, vaqonların təmizlənməsi və çeşidləmə stansiyasına göndərilməsi) əlaqədar olan əməliyyatları yerinə yetirirlir.

Bundan başqa belə yek stansiyalarında yüklü vaqonların tərəzidə çəkilməsi, vaqonların yuyulması və dezinfeksiyası, onların ayrılmadan təmiri və müəssisələrin dalan yollarında xidmət işləri də aparıla bilər. Ümumi təyinatlı yük stansiyaları 2 hissədən ibarətdir: verilmə məntəqələri üzrə vaqonların qəbul, göndərmə və çeşidləmə parkları; yükləmə-boşaltma anbarları, meydançalar və mexanizmlər cəmlənən yük həyəti.


Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin