Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri



Yüklə 80,73 Kb.
səhifə21/55
tarix02.01.2022
ölçüsü80,73 Kb.
#40652
1   ...   17   18   19   20   21   22   23   24   ...   55
Dəmiryolu-nəqliyyatının-ümumi-kursu.-II-kurs-II-semestr

Lokomotivlərin təsnifatı

Lokomotiv özü hərəkət edən dəmir yolunun dartı hərəkət tərkibi olub, rels xətləri üzrə hərəkətverici qüvvə-dartı qüvvəsi yaradaraq, onun təsirilə qatarların yerdəyişməsi təmin olunur. “Lokomotiv” beynəlmiləl termin olub, mənşə etibarilə ingilis sözüdür. Onun mənası “yerindən tərpədirəm” və ya “yerdəyişmə” deməkdir. Lokomotivlər aşağıdakı xüsusiyyətlərə görə təsnif olunurlar: energetik qurğusunun tipinə və yerinə görə - avtonom və qeyri avtonom; yerinə yetirilən işin xarakterinə görə - qatar (magistral) və manevr lokomotivləri; enerjinin ilkin mənbəsinə görə - istilik və elektrik.



Avtonom lokomotivlərədə müxtəlif energetik qurğulardan istifadə olunur ki, bununla da lokomotivlərin tipi müəyyən olunur. Avtonom lokomotivlərə paravoz, teplovoz, teploparavoz və s. daxildir. Qeyri-avtonom lokomotivlərə isə elektrovozlar və digər kontaktlı elektrik nəqliyyatı vasitələri daxildir.

Yerinə yetirilən işin xarakterinə görə lokomotivlər qatar və manevr lokomotivlərinə bölünürlər. Qatar lokomotivləri dəmir yolu xətlərində qatarların hərəkəti və yaxud dəmir yol nəqliyyatının əsas işini daşıma prosesini yerinə yetirir. Manevr lokomotivləri isə köməkçi əməliyyatların, manevr işlərinin-tərkiblərinin formalaşdırılması prosesində, stansiya və sənaye müəssisələrin dalan yollarında bir vaqonun və ya bir qrup vaqonun yerdəyişməsi və vaqonların yüklənmə-boşaltma əməliyyatlarının yerinə yetirilməsində istifadə olunur.

Lokomotivlər ilkin enerji mənbəsinə görə istilik və elektrik lokomotivlərinə bölünürlər. Enerjini hasil etmək üçün özünün sərbəst energetik-güc qurğusu olan dartı hərəkət tərkibinə istilik lokomotivləri deyilir. Istilik lokomotivlərinə paravozlar, teplovozlar, teploparavozlar və s. daxildir. Deməli, istilik lokomotivlərinin bütün xüsusiyyətləri avtonom lokomotivlərdə olduğu kimidir. Elektrik lokomotivlərinə isə kontaktlı və akkumlyatorlu elektrovozlar daxildir. Kontaktlı elektrovozun özünün sərbəst enerji mənbəyi olmur. Onlar elektrik enerjisini kontakt şəbəkəsi vasitəsilə stasionar mənbədən (elektrik stansiyası) qəbul edeərək, dartı elektrik mühərrikinin köməyi ilə onu mexaniki enerjiyə çevirir. Akkumulyatorlu elektrovozlarda elektrik enerji mənbəsi kimi batareyalardan istifadə olunur. Deməli, elektrik lokomotivlərinin bütün xüsusiyyətləri qeyri-avtonom lokomotivlərdə olduğu kimidir.


Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin