MühaziRƏ 12. Darti həRƏKƏt vasitəLƏrinin təyinati avtonom qida məNBƏli lokomotivləR–teplovozlar



Yüklə 1,23 Mb.
səhifə1/3
tarix10.01.2023
ölçüsü1,23 Mb.
#78836
  1   2   3
Movzu 6 teplovoz

MÜHAZİRƏ 12. DARTI HƏRƏKƏT VASITƏLƏRININ TƏYINATI AVTONOM QIDA MƏNBƏLI LOKOMOTIVLƏR–TEPLOVOZLAR

MÜHAZİRƏNİN MƏQSƏDİ – Dartı hərəkət vasitələrinin təyinatı, avtonon dartı hərəkət vasitələrinin təyinatı və təsnifatı, teplovozlar haqqında ümumi məlumat, teplovozların təyinatı və təsnifatı, teplovozların əsas hissələri və onların təyinatı, teplovozların texniki –iqtisadi göstərəcələri haqqında biliklərin əldə olunması

https://www.youtube.com/watch?v=SHPBCYiL9D8

MÜHAZİRƏNİN PLANI:

1. Dartı hərəkət vasitələrinin təyinatı

2. avtononqida mənbəli dartı hərəkət vasitələrinin təyinatı və təsnifatı,,

3. teplovozların konstruktiv xüsusiyyətləri,

4. Magistral və manevr teplovozlarının konstruksiyası.

5.Teplovozların texniki –iqtisadi göstərəcələri.

1. DARTI HƏRƏKƏT VASITƏLƏRININ TƏYINATI

  • Dartı hərəkət vasitələrinə lokomotivlər və motor-vaqonlu hərəkət vasitələri (tərkibləri) daxildir.
  • Lokomotiv-özu hərəkət edən dəmir yolunun dartı hərəkət tərkibi olub, rels xətləri uzrə hərəkətverici quvvə-dartı quvvəsi yaradaraq, onun təsirilə qatarların yerdəyişməsi təmin olunur.
  • Lokomotivlər aşağıdakı xusiyyətlərə görə təsnif olurlar: energetik qurğunun tipinə və yerinə görə - avtonom və qeyri avtonom; yerinə yetirilən işin xarakterinə görə - qatar (magistral) və manevr lokomotivləri; enerjinin ilkin mənbəsinə görə - istilik və elektrik.
  • Avtonom lokomotivlərə paravoz, paroturbovoz, teplovoz, teploparavoz, razoturbavoz, atomovoz və s. daxildir. Qeyri avtonom lokomotivlərə isə elektrovozlar və digər kontaktlı elektrik nəqliyyatı vasitələri daxildir. Tramvay və trolleybus da kontaktlı elektrik nəqliyyatı vasitələrin’ daxıl olunurlar
  • Yerinə yetirilən işin xarakterinə görə lokomotivlər qatar və manevr lokomotivlərinə bölünürlər.
  • Qatar lokomotivləri-dəmir yolu xətlərində qatarlarin hərəkəti və yaxud dəmir yol nəqliyyatinin əsas işini –daşima prosesini yerinə yetirir.
  • Manevr lokomotivləri isə köməkçi əməliyyatlarin, manevr işlərinin -tərkiblərin formalaşdirilmasi və yenidən formalaşdirimasi prosesində stansiya yollarinda və sənaye müəssisələrin dalan yollarinda bir vaqonun və ya bir qrup vaqonun yerdəyişməsi və vaqonlarin yüklənmə-boşaltma əməliyyatlarinin yerinə yetirilməsində istifadə olunurlar.
  • Qatar lokomotivləri təyinatina görə yük, sərnişin və universal lokomotivlərə bölünürlər.
  • Lokomotivlər ilkin enerji mənbəsinə görə istilik və elektrik lokomotivlərinə bölünürlər. Enerjini hasil etmək üçün özünün sərbəst energetik-güc qurğusu olan dartı hərəkət tərkibinə istilik lokomotivləri deyilir.

  • İstilik lokomotivlərinə paravozlar, paroturbovozlar, qazoturbovozlar, teplovozlar və s. daxildir.
  • Paravozun güc qurğusu-buxar qazanı və buxar maşını, paraturbovozun-buxar qazanı və buxar turbini, teplovozun- daxili yanma (dizel) mühərriki, qazoturbovozun-qaz turbini hesab olunur.
  • Elektrik lokomotivlərinə isə kontaktlı və akkumlyatorlu elektrovozlar daxildir. Kontaktlı elektrovozların özünün sərbəst enerji mənbəyi olmur. Onlar elektrik enerjisinin kontakt şəbəkəsi vasitəsilə stasionar mənbədən (elektrik stansiyası) qəbul edərək, dartı elektrik mühərrikinin köməyi ilə onu mexaniki enerjiyə çevirir.
  • Akkumlyatorlu elektrovozlarda elektrik enerji mənbəsi kimi bateriyalardan istifadə olunur və onlar daimi olaraq stasionar elektrik qurğusundan doldurulur.

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin