Giriş. Elektron qurğularının təsnifatı. Elektronika



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə7/41
tarix27.10.2022
ölçüsü1,76 Mb.
#66564
1   2   3   4   5   6   7   8   9   10   ...   41
ELEKTRONIKA-VE-MPT.-III-kurs-.-I-sem

Düzləndirici diodlar 
 
Düzləndirici diodlar məhdud tezlik diapazonunda dəyişən cərəyanı sabit cərəyana cevirmək , 
yəni düzləndirmək üçün istifadə edilir. Böyük qiymətli düzlənmiş cərəyanlar alınan düzləndirici
diodlar Ge və Si -dan müstəvi formasında hazırlanırlar. 
Düzləndirici diodların aşağıdakı əsas göstəriciləri var:
– 
sabit düz gərginlik, 
  

maksimum buraxıla bilən əks gərginlik, 
– 
orta düzlənmiş cərəyan, 
 
– 
sabit əks cərəyan,  
– maksimum buraxıla bilən orta güc, 
– 
diferensial müqavimət,
Düzləndirilmiş cərəyanın orta qiymətinə görə
düzləndirici diodlar üç sinfə bolünür: kiçik güclü ; 
orta güclü və böyük güclü. Kiçik və orta güclü düzləndirici diodlar 50...10 Hs tezliklərdə işləmək 
qabiliyyətinə malik olub radioaparatların qidalanma sxemlərində, avtomatika qurğularında və
hesablama texnikasında geniş tətbiq olunurlar. Böyük güclü düzləndirici diodlardan güc qurğularında
dartıcı elektrik mühərriklərinin, dəzgahların intiqallarının, kimya və metallurgiya sənayesində
texnoloji prosesləri idarə edən mexanizmlərin qidalandırılmasında istifadə edilir. 
Yarimkeçirici stablitronlar 
 
Stablitronlar və ya dayaq diodları sxemlərdə gərginliyi stabilləşdirmək (sabit saxlamaq) üçün 
istifadə olunur. Yarımkeçirici stablitronlar müstəvi diod olub, yüksək konsentrasiyalı aşqarlı Si-dan 


Emitter Baza kollektor
kklkokollektor Kollektor 
 
 
Emitter Baza kollektor
Kollektor 
hazırlanır və elektrik deşilməsi rejimində işləyir. Bu cihazlaın xarakterstikasının işçi hissəsi əks qoşulma 
rejiminə uyğun gələn əks qoludur. Əks cərəyan elektrik deşilmə oblastında İ
stab.min 
- dan İ
stab.max
-a qədər 
dəyişəndə U
stab
. gərginliyi demək olar ki sabit qalır. Gərginliyi stabilləşdirmək üçün xarakteristikanın bu 
hissəsindən istifadə edilir.
Əgər stablitronun p-n keçidinin hər iki tərəfi Si kristalından əmələ gələrsə, onda onun volt-amper 
xarakteristikası koordinat başlanğıcına nəzərən simmetrik olar. Belə stablitronlar simmetrik və ya 
ikianodlu adlanır. Qrafikdən görünür ki, elektrik deşilməsi sahəsində əyri cərəyan oxuna paralel olur və 
bu hissədəki gərginlik deşilmə gərginliyi adlanır.
Əgər cihazdan axan cərəyan məhdudlaşdırılarsa, stablitronlarda deşilmə vəziyyəti 10 minlərlə saat 
ərzində qalar və bərpa oluna bilər. 
Stablizasiya cərəyanı 1mA-dən 2A -ə qədər olan müasir stablitronların stablizasiya gərginliyi 1V-dan 
1000V-a qədərdir. 1V-dan kiçik gərginliyin stablizasiyasında stabistorlardan istifadə edilir. Stabistorlar 
üçün U = 0,7 V olur. Stablitronları (və ya stabistorları) ardıcıl birləşdirməklə tələb edilən istənilən 
stablizasiya 
gərginliyini 
almaq 
mümkündür.
Stablitronlar əsasən sabit cərəyan dövrələrində 
gərginliyin stablizasiyasını təmin edir və bu 
stablizasiyanın ən mühüm sxemlərindən biri
göstərilmişdi. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin