Onluq korreksiya sxemi xüsusi əmrlə qoşulur və ikilik hesablamadan istifadə edən
HMQ-na hesabi əməllərin ikilik – onluq kolaşdırmaya uyıun cəmləməni həyata
kecirməsinə imkan verir
Əmr sistemləri.
Prosessorun əmrləri 3 ümumi növə ayrılırlar.
Birinci növ əmrlərə prosessorun reqistrləri ilə yaddaş arasında verilənlərin ötürülməsi
əmrləridir. Belə əmrlərə - yüklənmə əmrləri (Load), qoruma (Store), göndərmə (Move) və
ötürmə (Transfer) aiddir. Prosessorun yaddaş kartında registrlər çoxdur. Hər hansı baytın
ötürülməsi üçün xüsusi əməliyat kodu tələb olunur və bu səbəbdən əmr sistemində çoxlu
bu tip əmrlər var. Proqramlarda belə əmrlərə ümumi işin 75% -i düşür.
İkinci növ əmrlərə elə əmrlər aiddir ki, onlar akkumlyatorda operandların emalını
yerinə yetirsinlər. Onlar hesabi və məntiqi əməliyyatları yerinı yetirirlər və həmçinin
sürüşmə, inkrement, atılma və əlavə əməliyyatlarını təmin edirlər.
Üçüncü növ əmrlər, elementlə yox ünvanlaşma ilə bağlıdır. Onlara şərsiz və şərti
keçid əmrləri, çağırış, qaytarma və dayanma əmrləri aiddir. Bu əmrlər avtomatik proqram
hesablayıcısının inkrementi və prosessorun yaddaş katrından düzgün müraciətini təmin
edirlər.
Ümumi əmrlərin sayı 75- ə yaxındır və bu səbəbdən 175 əməliyyat kodunu 8
bitli
prosessorda təşkil etmək olar.
MP yaddaşının iş rejimləri
MP-n yaddaşının 2 iş rejimi var: realyaddaş rejimi və mühafizə olunan yaddaş rejimi.
Mühafizə olunan rejim (Protected Mode) 32 bitli MP-lərin əsas iş rejimi olub 64 QB-a
(Pentium Pro-da 64 TB) fiziki yaddaş həcmini ünvanlaşdırmağa imkan verir. Intel 8086
prosessorunun virtual rejimi (Virtual 8086 Mode yaxud V86) dedikdə mühafizə olunan
rejimin xüsusi halı nəzərdə tutulur. Bu halda prosessor 8086 modeli kimi işləyir, lakin 32
bitli verilənlər və ünvan kodundan istifadə edilir.
Mühafizə olunan rejim Intel 80286 arxitekturundan başlayaraq mövcud olmuşdur. Bu
rejim 1 ədəd prosessor daxilində bir neçə məsələni bir-birindən asılı
olmayaraq yerinə
yetirməyə imkan verir. Bunun üçün hər bir məsələnin resursları (proqram və aparat
vasitələri) digər məsələ tərəfindən müdaxilə edilməsi təhlükəsindən mühafizə edilir.
Əsas mühafizə edilən resurs kimi proqramların, verilənlərin,
müxtəlif sistemli
cədvəllərin (məsələn, kəsilmə cədvəlləri) saxlandığı yaddaş hesab edilir. Bundan əlavə
müxtəlif məsələlər tərəfindən birgə istifadə edilən aparat təchizatı da mühafizə edilir. Bu
vasitələrə giriş-çıxış və kəsilmə əməliyyatları ilə mürajiət edilə bilər.
Yaddaşın mühafizəsi seqmentləşdirmə məfhumuna əsaslanır. Seqment dedikdə
müəyyən həjmli yaddaş sahəsi nəzərdə tutulur. Seqmentin maksimal həjmi 4 QB-dır (Intel
8086, 80286 prosessorları üçün 64 KB olmuşdur). Hər bir məsələ üçün seqment əməliyyat
sistemi tərəfindən ayrılır. Lakin real yaddaş rejimində seqment
registrlərinin məzmunu
dəyişdirilməklə digər məsələ üçün ayrılmış yaddaş sahəsinə müdaxilə etmək təhlükəsi
qalır. Mühafizə olunan rejimdə seqmentlər məsələ üçün ƏS tərəfindən ayrılır və hər bir
tətbiqi proqram yalnız onun üçün ayrılmış seqmentlərdən istifadə edir.
Seqmentin yaddaşdakı yeri selektor vasitəsilə təyin edilir.
Selektorlar qabaqcadan
tərtib edilmiş seqment deskriptorları cədvəlindən deskriptoru seçilir. Prosessor yalnız
deskriptorları cədvəldə olan seqmentlərə müraciət edir. 16 bitli selektor kodu əvvəlcədən
proqram vasitəsilə seqment registlərinə yüklənir.
Yaddaşın mühafizəsi seqmentləşdirmə yolu ilə aşağılakıları qadağan edir:
-seqmentin öz təyinatına uyğun olmayan şəkildə istifadə edilməsi (məsələn, verilənlər
sahəsini proqram sahəsi kimi istifadə etmək);
-müraciət qaydasının pozulması (yalnız oxuma rejimi üçün nəzərdə tutulmuş
seqmentin məzmununun dəyişdirilməsi, yaxud üstünlük dərəcəsi
kifayət etməyən halda
seqmentə müraciət cəhdləri);
-seqment sərhəddindən kənarda olan elementlərin ünvanlaşdırılması;
-kifayət qədər üstünlüyə malik olmadığı halda deskriptorlar cədvəlinin məzmununun
dəyişdirilməsi.
Mühafizə olunan rejim vasitəsilə bir məsələdən digər məsələyə keçid təmin edilir.
Hər bir məsələnin vəziyyət (registrlərin məzmunu) xüsusi olaraq ayrılmış məsələnin
vəziyyətləri seqmentində TSS-də yadda saxlanılır. TSS-in ünvanı məsələnin TR
registrindəki selektoru ilə müəyyən edilir.
Virtual yaddaş mexanizmi ixtiyari məsələ üçün 64 QB-a qədər məntiqi ünvanlaşdırılan
yaddaş sahəsindən istifadə etmək imkanını verir. Bunun
üçün hər bir seqment öz
deskriptorunda xüsusi bitlə göstərilən əlamətə malik olur. Bu əlamət həmin seqmentin
baxılan zaman anında operativ yaddaşda olmasını müəyyən edir. İstifadə edilməyən
seqment (bu halda deskriptorda məlumat göstərilir) operativ yaddaşdan diskə köçürülür və
azad olan sahəyə digər seqment yüklənir. Bundan sonra seqmentin yaddaşda olması
haqqında məlumat deskriptora qeyd edilir