Giriş Kodlara nəzarət olunması


İnformasiyanın ştrixli kodlaşdırılması və



Yüklə 158 Kb.
səhifə4/6
tarix04.01.2022
ölçüsü158 Kb.
#51007
1   2   3   4   5   6
1Obyektlərin identifkatlaşdırılması təsnifatlaşdırılması kodlaşdırılması və kataloqlaşdırılması

İnformasiyanın ştrixli kodlaşdırılması və

onun əhəmiyyəti

Əmtəə malları haqqında informasiyanın ştrixli kodlaşdırılması ideyası hələ 30-cu illərdə ABŞ-ın Harvard biznes məktəbində yaranmışdır. Ştrixli kodlaşdırma ilk dəfə gənc mühəndis David Kollinz tərəfindən ixtira olunmuşdur. O, Pensilvaniya dəmir yolunda işlədiyi zaman çox zəhmət tələb edən işlə, yəni vaqonların tərtibatı ilə rastlaşdı. Belə ki, bu vaqonlar hər dəfə yenidən hesablanmalı, nömrələr operativ olaraq aydın edilməli, hansı vaqonun hara yola düşəcəyi müəyyən olunmalı idi. Bu iş olduqca uzun sürən əməliyyat idi və onun səhvsiz icra olunmasına zəmanət verilirdi. Bununla əlaqədar olaraq ixtiraçı-mühəndis belə bir ideya irəli sürdü ki, vaqonları projektorlarla işıqlandıraraq fotoelementlərin köməyi ilə onları saymaq olar. Bu əməliyyatı asanlaşdırmaq üçün David Kollinz nömrələri nəinki adi rəqəmlərlə, hətta vaqonun divarlarında uzunluğu 500 mm-ə qədər olan düzbucaqlı çərçivədə qırmızı və göy zolaqlardan ibarət xüsusi kodla yazmağı təklif etdi. Aparılmış sınaqlar nəticəsində müəyyən edildi ki, skaner qurğusu, vaqonların hərəkət sürəti hətta 100 km/saat olduğu halda belə, kodları səlist oxumağa imkan verir. Lakin David Kollinz bununla kifayətlənmədi. O, ixtira etdiyi kodlaşdırma sisteminin əmtəə mallarını kodlaşdırmaq üçün də tətbiq olunmasını təklif etdi. Ştrixli kod fərdi kompüterlərdə malın nömrəsi haqqında informasiyanı həqiqətən bir anda və mütləq dəqiqliklə hesablamağa imkan verir (10 min hesablamalarda səhv 1-dən çox olmur). Bu ideya 60-70-ci illərdə tətbiq olunmağa başladı. Belə ki, ABŞ-ın dəmiryolçuları ştrix-kodların köməyi ilə dəmir yol vaqonlarının identifıkatlaşdırılmasını apardılar. 70-ci illərdə mikroprosessor texnikasının inkişafı ilə əlaqədar olaraq əmtəə məhsullarının ştrixli kodlaşdırılması geniş istifadə olunmağa başladı. 1973-cü ildə ABŞ-da Universal əmtəə kodu (UPC) qəbul olundu, 1977-ci ildə isə Avropa kodlaşdırılması sistemi EAN (European Article Numbering) yaradıldı. Bu sistem hazırda həm Avropada, həm də onun sərhədlərindən kənarlarda tətbiq olunur.

Ştrixli kod bir-birinin ardınca gələn tutqun (ştrixlər) və açıq (aralıq) müxtəlif enli zolaqlardan ibarətdir. Bu zolaqların ölçüləri standartlaşdırılmışdır. Ştrixli kodlar xüsusi optik qurğuların (skanerlərin) köməyi ilə oxunur. Skanerlər ştrixli kodları mikroprosessorlar vasitəsilə rəqəmlərə çevirir və məhsul haqqında informasiyanı kompüterə daxil edir. Xarici ölkələrdə əmtəə malının qabının üstündə ştrixli kodun olması məcburidir. Əgər bu tələb ödənmirsə, onda ticarət təşkilatları bu maldan imtina edə bilər. Bu tələb beynəlxalq ticarətə də aiddir. Bu sistem iqtisadi cəhətdən sərfəlidir, bundan başqa, bu sistem sifarişin toplanmasına və formalaşmasına, malların daxil olmasına, yüklənməsinə, sənədləşdirilməsinə, mühasibat uçotunun aparılmasına kömək edir, malların anbarlarda yığılmasına və satışına nəzarət etməyə şərait yaradır. Hazırda 85%-dən çox əmtəə malları kodlaşdırılır.

Avtomatlaşdırılmış identifıkatlaşdırma sistemlərinin tətbiqinin iqtisadi səmərəliliyi ondan ibarətdir ki, burada çoxsaylı kağız sənədlərindən (qaimə, hesabatlar və s.) istifadə etməyə lüzum qalmır və ştrixli kodu oxuyan skanerlər vasitəsilə operativ surətdə məmulatın istehsalçısı, onun texniki və istifadə xüsusiyyətləri, qiyməti və digər göstəriciləri (istehsalçı bu cür informasiyanı kodun içinə yüklənməsini məqsədəuyğun hesab edirsə) haqqında informasiyanın əldə olunmasına şərait yaranır. Kodlaşdırma sisteminin tətbiqi malların hərəkəti haqqında operativ məlumat almağa və alıcıya gələn malların hərəkətində kommersiya xərclərinin aşağı salınmasına imkan verir, həmçinin istehsalçı və satıcılara müxtəlif malların daxil olmasına bazarın reaksiyasını müşahidə etməyə şərait yaradır.

Hazırda informasiyanın kodlaşdırılmasının 50-yə yaxın üsulu mövcuddur. Bunlara ştrixli simvolikalar deyilir. Lakin onlardan hazırda ancaq 10-u standartlaşdırılmış və iqtisadiyyatda geniş tətbiq olunur. Ştrixli kodların xətti və ikiölçülü simvolları məlumdur. İkiölçülərdən fərqli olaraq xətti ştrixli kodlar bir istiqamətdə (üfüqi) oxunur. Xətti simvollar az həcmli məlumatı (20 simvola qədər) nisbətən ucuz skanerlər ilə oxunan çox mürəkkəb olmayan ştrixli kodların köməyi ilə kodlaşdırır.

Avropa kodlaşdırılması sistemində ən geniş yayılmış iki kod mövcuddur: 13 dərəcəli və 8 dərəcəli ədədi kodlar. Bu kodlar müxtəlif enə malik ştrixlərin və aralıqların məcmusundən ibarətdir. Ən nazik ştrix vahidə bərabər qəbul edilmişdir. Hər rəqəm (yaxud dərəcə) iki ştrixdən və iki aralıqdan ibarətdir. 13 dərəcəli kod ölkənin kodundan, istehsalçı müəssisənin (fırmanın) kodundan, əmtəə məhsulunun özünün kodundan və nəzarət rəqəmindən ibarətdir.




Yüklə 158 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin