Kompüter sistemləri və Şəbəkə



Yüklə 323,84 Kb.
səhifə1/7
tarix20.05.2022
ölçüsü323,84 Kb.
#58841
  1   2   3   4   5   6   7
referat 4423


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Texniki Universiteti

“Kompüter sistemləri və Şəbəkə” kafedrası


Kurs işi
Hesab mentiq qurğusu, idarə qurğusu,Giriş-çıxış qurğusu və Əsas yaddaşın kompleks təşkili.


Müəllim:Balıyev Elşad


Fənn:Kompüterin quruluşu
Tələbə:Məsimzadə Nicat
Qrup:652a3

Bakı 2014



Mündəricat
Giriş­­­________________________________________3
İdarə qurğusunun funksional sxemi. ___________________5
Hesab-məntiq qurğusu.__________________________8
Giriş-çıxış modulu.______________________________10
Əsas yaddaş qurğusu.___________________________11
Əsas yaddaşın bloklarla təşkili.____________________12
EHM-in funksional təşkili______________________________14


Giriş
Müasir hesablama maşınlarının əksəriyyəti öz strukturuna görə F.Neymanın təklif etdiyi proqram idarəli prinsipinə cavab verir. Tipik F.Neyman hesablama maşını aşağıdakı qurğuları özündə cəmləşdirir:
Yaddaş, idarə qurğusu, hesab-məntiq qurğusu və giriş-çıxış qurğusu. F.Neyman hesablama maşınının strukturu belədir.


İstənilən hesablama maşınının verilənlərin və proqramların daxil edilməsi üçün vasitələri vardır. İmformasiya, EHM-ə qoşulmuş giriş perferiya qurğularından daxil olur. Hesablamanın nəticələri çıxış perferiya qurğularından xaric olunur. HM və PQ-lərin əlaqəliliyi və bir birinə qarşılıqlı təsiri giriş və çıxış portları ilə təmin olunur. Port termini perferiya qurğuları aparaturunun HM qoşulması və idarə olunması kimi işarə olunur. Giriş və çıxış portları çoxluğuna giriş-çıxış qurğusu yaxud HM-in giriş-çıxış modulu deyilir.
Daxil olunmuş imformasiya əvvəlcə əsas yaddaşda saxlanılır, sonra isə uzun müddətli saxlanması üçün ikinci yaddaşa keçrilir. Proqramın yerinə yetrilməsi məksədi ilə verilənlər və əmrlər əsas yaddaşda yerləşdirilməlidir. Beləliklə, hər bir ikilik söz ünvanla identifikasiya olunan ayrıca xanada saxlanılır. Bu zaman qonşu yaddaşın xanaları ardıcıl nizamlanmış ünvanlardan ibarətdir. Əsas yaddaşın istənilən xanasına müraciət olunma ixtiyari ardıcıllıqla aparılır. Belə növ yaddaş yaddaşa ixtiyari müraciətli kimi məlumdur. Müasir HM-lərin əsas yaddaşı əsas etibarı ilə imformasiyanın oxunmasını və eləcə də yazılmasını təmin edən yarımkeçrici əməli yaddaş qurğularından ibarətdir. Belə yaddaş qurğuları üçün enerjidən aslılıq xüsusiyyəti xarakterikdir. Yəni, saxlanılan imformasiya, qurğu qida mənbəyindən ayrılan zaman itir. Əgər əsas yaddaşın hər hansı hissəsinin enerjidən aslı olmamağı tələb olunarsa, bu halda əsas yaddaşın tərkibinə ixtiyari müraciyət olunmanı təmin edən daimi yaddaş qurğuları daxil edilir. Daimi yaddaş qurğularında saxlanılan imformasiya yalnız oxuna bilər . Əsas yaddaşın xanasının ölçüsü adətən 8 ikilik mərtəbəli yəni 1 bayta bərabər olur. Böyük ədədlərin saxlanması üçün xanalarda ardıcıl ünvanlarla yerləşdirilmiş 2, 4 yaxud 8 baytlardan istifadə olunur. Bu halda ədədin ünvanına görə əksər hallarda onun kiçik baytının ünvanı qəbul olunur. Belə üsula kiçik bayta görə ünvanlaşma deyilir. Əks yanaşma da mümkündür, yəni kiçiyə görə ünvanlaşmalarda böyük bayt yerləşdirilir. Bu üsulda böyük bayta görə ünvanlaşma deyilir. Kiçik bayta görə ünvanlaşma İntel firmasının mikroprosessorları və DEC firmasının mini EHM-ləri üçün, böyük bayta görə, böyük bayta görə isə Motorda firmasının mikroprosessorları və İBM firmasının universal EHM-ləriüçünxarakterikdir.
Proqramın avtomatik yerinə yetrilməsini təşgil edən və vahid bir system kimi HM-in funksiyasını təmin edən HM-in vacib hissəsi idarə qurğusudur. HM-in idarə qurğusunun funksiyasının izahı üçün ona elementlər yığımı kimi baxılır. HM-in ayrılmaz hissələrindən biri də hesab-məntiq qurğusudur. Hesab-məntiq qurğusu HM-da hesabi və məntiq iemal olunma əməliyyatlarını təmin edir.
İQ və HMQ bir–biri ilə sıx qarşılıqlı əlaqədədir və adətən onlara mərkəzi prosessor (MPr) yaxud sadəcə prosessor kimi məlum olan vahid bir qurğu kimi baxılır.


Yüklə 323,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin