Əsas yaddaşın bloklarla təşkili.
Əsas yaddaşın tutumunun çoxalması üçün hesablama texnikasının inkşafında geniş istifadə olunan İMS-lər xüsusi rol oynayır. Praktiki olaraq əsas yaddaşın strukturunun daha aydın və məksədyönlü olması üçün bloklar şəklində işləməsi daha səmərəli hesab olunur. Ona görə də hər birində 128 söz olan dörd bank əsasında ümumilikdə yaddaşın tutumu 512 söz olan bloklar şəklində təşgil olunmuş əsas yaddaşın strukturu belədir .
Təsviri verilmiş sxemdə yaddaşın ünvan sahəsi ardıcıl olaraq ünvanlar qrupuna parçalanmışdır. Göründüyü kimi hər bir qrup yaddaşın ayrıca banklar ilə təmin olunur. Bunun 7si kiçik mərtəbə, qalan 2si, yəni isə böyük mərtəbələrdir. paralel olaraq yaddaşın bütün banklarına daxil olur və onların hər birisindən bir xananı seçir. Ünvanın iki böyük mərtəbəsi, yəni bankın nömrələrindən ibarətdir. Bu və ya digər bankın seçiməsi ya yaddaş bankı nömrələri deşifratorunun köməyi ilə, ya da informasiyanın multipleksləşdirilməsi yolu ilə təmin olunur.
Funksional münasibətdə belə əsas yaddaşa vahid yaddaş qurğusu kimi baxılır. Bu zaman əsas yaddaşın strukturunun tərkib hissələrinin tutumları cəmindən cəld işləməsi isə ayrıca bankın (yəni bir bankın) cəld işləməsindən ibarətdir. Beləlikə, əsas yaddaşın bloklarla təşgili avtomatlaşdırılmış idarə sistemlərinin,o cümlədən istehsal sahələrində paylanmış sistemlərin (korporativ və ya regional şəbəkələrin) təşgilində uğurla istifadə oluna bilər.
Qeyd olunanlarla yanaşı yaddaşın bloklara ayrılması bir üstünlüyə də malikdir-informasiyaya müraciət müddətini kiçiltməyə imkan verir. Bu da yaddaşın bloklarla təşgilinə xas olan potensial paralelləşmə hesabına mümkün olur. Yaddaşın bütün banklarına eyni zamanda müraciət olunma hesabına yüksək sürətlə müraciət olunma əldə edilir. Bunun üçün istifadə olunan üsula yaddaşın təpələrə ayrılması deyilir. Bu da ünvanların əvəzləməsi ilə əsaslandırılan yaddaşın bankları arasında ünvanların paylanması sistemlərinin dəyişməsi ilə izzah olunur.
Ünvanların növbə ilə qəbulu qarışıq ünvanlara malik, adətən yaddaşın xanalarında aparılan ardıcıl müraciətə uyğun, əvvəlcədən müraciətə görə xassələrin lokallılığına baxılmasına əsaslanır. Başqa sözlə 5-ünvanı ilə xanaya müraciət həmin anda yerinə yetrilərsə, ehtimal olunur ki, növbəti müraciət 6-ünvanlı xanaya olacaq, sonra 7-ünvanlı və i.a ünvanların növbə ilə bir-birini əvəz etməsi ünvanların dövrü bölünmə hesabına təmin olunur. Bizim misalda (şəkil.2.1) bankın seçilməsi üçün ünvanın ) iki kiçik mərtəbəsindən, bankda xananın seçilməsi üçün isə 7 böyük mərtəbədən ) istifadə olunur.
Bir halda ki, ünvan şininin hər bir taktında yalnız bir xananın ünvanı istirak edə bilir, ona görə də bir neçə banka paralel müraciət olunma mümkün deyil, ancaq o bir takt irəliləmə ilə təşgil oluna bilər. Xananın ünvanı ünvanın fərdi registrdə saxlanılır və xanaya sonrakı müraciət əməliyyatları hər bir bankda aslı olmayaraq sızma verir. Bankların sayı çox olduğu zaman əsas yaddaşa orta müraciət B (B-bankların sayıdır) dəfə ixtisara salınır, ancaq bu şərtlə ki, ardıcıl olaraq sorğular daxil olarsa, hər bir növbəti sorğu özündən əvvəlki sorğuya xidmət olunmanın qurtarmasını gözləməlidir. Alınan belə vəziyyətə müraciətə görə münaqişə deyilir. Müraciətə görə münaqişələr belə tez-tez baş verərsə belə üsul effektiv hesab olunmur.
Dostları ilə paylaş: |