Əməliyyatın kodu deşifratoru . Əməliyyatın kodu deşifratoru əməliyyatın kodunu mikroproqramlı avtomatın (MPA) işləməsi üçün tələb olunan formaya salır. İnformasiya kodlaşmadan sonra MPA-nın birinci əmrinin ünvanına çevrilir. Bu mövqedən əməliyyatın kodu deşifratoru deyil, kod çevricisi kimi adlandırmaq daha düzgün olardı.
Əmrlər registri Qeyd olunduğu kimi əmrlər sayğacı yaddaşda əmrlərin tutduğu yeri təyin edir. Ancaq onun nədən ibarət olduğunu müəyyən etmir. Əmrin başlamasını yerinə yetrimək istəsək əvvəlcə onu yaddaşdan çıxarmalı və əmrlər registrini yaratmalıyaq.
Buna əmrlərin seçilməsi etapı deyilir. Yalnız bu halda yəni əmrin əmrlər registrinə yüklənməsindən həmin məlumat prosessor üçün görünən hesab olunur. Bu əmr əmrlər registrində onun yerinə yetrilmə anına qədər saxlanılır. Bizə məlum olduğu kimi əmr iki sahədən ibarətdir: əməliyyatın kodu sahəsi və ünvan sahəsi.Elə bu səbəbdən əmrlər registrinə iki registrin çoxluğu kimi baxılır: Əməliyyatın kodu registri və ünvan registri .
Yaddaşın verilənlər registri. Yaddaşın verilənlər registrinin yaddaş qurğusunun və saxlanılan informasiyanın istifadəçiləri və mənbə rolunu oynayan qurğular arasında cəld işləmə sürətini müvazinətləşdirməkdən ibarətdir.Oxuma zamanı əsas yaddaşın xanasındakı informasiya yaddaşın verilənlər registrində qeyd olunur. Yazma zamanı isə yaddaş xanasında saxlanmalı olan informasiya yerləşdirilir. Bir sözlə xanalara yazma və oxuma halları uyğun olaraq ЧТЗЧ və ЗnЗY siqnalları ilə təyin olunur.
Mikroproqramlı avtomat.MPA idarə qurğusunun mərkəzi qurğusu hesab olunur. MPA idarəetmə siqnallarının ardıcıllığını formaya salır. MPA üçün ilkin informasiya kimi aşağıdakı göstəricilər xidmət göstərir:dekodlaşdırılmış əməliyyatın kodu, əvvəlki hesablamaların nəticəsini xarakterizə edən əlamətlərin vəziyyəti, o cümlədən cari proqramların qırılmasına verilən xarici sorğular və qırılmaya xidmət olunma proqramına keçid.
Hesab-məntiq qurğusu. Adından da göründüyü kimi hesabi və məntiqi emal üçün nəzərdə tutulur. Hesab məntiq qurğusu aşağıdakı qovşaqlardan ibarətdir:
Əməliyyat bloku, operandlar registrləri, əlamətlər registri, akkumulyator. Bunları nəzərə alsaq HMQ-nin funksional sxemi belədir.
Qeyd olunan qovşaqlara aydınlıq gətirək.
Əməliyyat bloku. Əməliyyat bloku HMQ-nin girişinə verilən operandların üzərində hesab və məntiq əməllərini yerinə yetirən hissəsidir. Əməliyyat bloku üçün mümkün əməliyyatlar siyahısından konkret əməliyyatın seçilməsi əmrlər əməliyyatının kodu ilə təyin olunur. Hesablama maşınlarında əməliyyatın kodu bilavasitə əmrlər registrindən daxil olur.