Kompüter sistemləri və Şəbəkə


Giriş-çıxış portları nömrələrinin deşifratoru



Yüklə 323,84 Kb.
səhifə5/7
tarix20.05.2022
ölçüsü323,84 Kb.
#58841
1   2   3   4   5   6   7
referat 4423

Giriş-çıxış portları nömrələrinin deşifratoru. Baxılan hesablama maşınının giriş çıxış modulunda nəzərdə tutulur ki, hər bir periferiya qurğusu öz portuna qoşulsun. Hər bir portun giriş-çıxış əmrinin ünvan hissəsində göstərilmiş nadir nömrəsi vardır. Giriş-çıxış portları nömrələrinin deşifratoru (GÇD) uyğun portlarda giriş və çıxış əməliyyatlarına icazə verən portun nömrəsini siqnala çevirməni təmin edir. Bilavasitə giriş-çıxış mikroproqramlı avtomatdan siqnal daxil olan zaman baş verir.
Əsas yaddaş qurğusu.

1)Mikrosxemlər çoxluğuna yaddaş modulu deyilir. Lazımı mərtəbədən ibarət olan vahid mikrosxem modul hesab oluna bilər.

Əsas yaddaş tutumunun çoxaldılması üçün inteqral mikrosxemlerinden (İMS) istifadə olunur.


İstifadə olunan mikrosxemlərin tipindən aslı olmayaraq əsas yaddaş bir baytlıq informasiyanı özündə saxlamaq qabiliyyətinə malik xanalar şəklində təşgil olunan yaddaş elementləri massivindən və hər bir xana isə nadir ünvandan ibarətdir. Əsas yaddaşın xanaları matris şəklində təsfir olunur. Xanaların seçilməsi isə bu matrisın uyğun sətr və sütunlarına icazə siqnallarının göndərilməsi yolu ilə həyata keçrilir. Onların kəsişmə xəttində xananın ünvanı yerləşir. Bu da horizontal və vertikal xətlərə göndərilən, yaddaşın ünvan registrindən daxil olan və xananın ünvanlarına icazə siqnallarına çevrilən yaddaşın ünvan deşifratoru ilə təmin olunur. Müasir tutumlu əsas yaddaşdan istifadə zamanı verilən siqnalların realizasiyası üçün yaddaş qurğularının bir neçə mikrosxemindən istifadə etmək lazım gəlir. Belə şəraitdə xanaya müraciət prosesi lazımi mikrosxemin ünvanın yüksək mərtəbələri və mikrosxem daxilində ünvanın kiçik mərtəbələri ilə təyin olunan xananın seçilməsindən ibarətdir. Mərhələnin birinci hissəsi xarici sxemlərlə,ikinci hissəsi isə yaddaş qurğuları mikrosxemləri daxilində icra olunur.
Əsas yaddaş iki tip qurğunu özündə cəmləşdirir: əməli yaddaş qurğusu (ƏYQ) və daimi yaddaş qurğusu (DYQ).
Burada əsas yaddaşın çox hissəsini əməli yaddaş qurğusu təşgil etdiyindən üstünlük ona verilir, çünkü burada həm yazmaya həm də oxumaya yol verilir. Bu zaman hər iki əməliyyat praktiki olaraq elektrik siqnallarının köməyi ilə eyni tipli və eyni sürətlə aparılır. Əksər yarımkeçrici əməli yaddaş qurğusu üçün enerji aslılığı xarakterikdir. Hətta qida mənbəyinin qısa müddətli qırılmaları zamanı saxlanılan informasiya itir. Deməli, əsas yaddaş qurğusu mikrosxemi hər vaxt qida mənbəyinə qoşulmuş olmalı və ona görə də yalnız müvəqqəti yaddaş kimi istifadə oluna bilər.Əsas yaddaşın ikinci qrup yarımkeçrici yaddaş qurğuları enerjidən aslı olmayan daimi yaddaş qurğuları mikrosxemləri təşgil edir. Daimi yaddaş qurğuları informasiyanın oxunmasını təmin edir, anvaq dəyişilməsinə yol verilmir.
Yaddaşın aşağıdakı müraciət üsulları vardır: ixtiyari, birbaşa və ardıcıl seçməli.
İxtiyari seçməli yaddaş qurğusunda istənilən yaddaş üçün seçmə müddəti 1-2 mikrosaniyə təşgil edir.
Birbaşa seçməli yaddaş qurğularından informasiya daşıyıcısı yazma və oxuma müddəti 10 millisaniyə olur.Ardıcıl seçməli yaddaş qurğularında müraciət və tələb olunan informasiyanı yerləşmə mövqeyini tapmaq üçün informasiya daşıyıcı sahələri ardıcıl olaraq nəzərdən keçirir.
İnformasiyanın yaddaşda yerləşmə mövqeyinin təşgili üsuluna görə yaddaş qurğuları ünvanlı, assosiativ, stek tipli və bir sıra başqalarından ibarətdir.

Yüklə 323,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin