Kompüter sistemləri və Şəbəkə



Yüklə 323,84 Kb.
səhifə4/7
tarix20.05.2022
ölçüsü323,84 Kb.
#58841
1   2   3   4   5   6   7
referat 4423

Operandlar registrləri. RX və RY registrləri operandların əməliyyat blokunun girişində saxlanmasını əməliyyatın nəticəsinin alınmasına və yazılmasına qədər təmin edir.
Əlamətlər registri. Məntiqi yaxud hesabi əməliyyatların sonuncu nəticələrini xarakterizə edən əlamətlərin saxlanılması və qeyd edilməsi üçün əlamətlər registri nəzərdə tutulur. Belə əlamətlər nəticənin sıfra bərabər olması,nəticənin işarəsi, böyük mərtəbədən keçid baş verməsi, mərtəbə setkasının əlavə dolması və i.a haqqında məlumat verə bilər. HMQ-nin əməliyyatlarının nəticəsinə görə şərti keçidlərin realizasiyası üçün idarə qurğusu adətən əlamətlər registrindəki olan informasiyadan istifadə edir.Mümkün hər bir əlamətlər altında bir mərtəbə əlamətlər registri ayrılır. Əlamətlərin formalaşması əməliyyat blokuna daxil ola bilən əlamətlər registrinin vəziyyətinin formaya salınması bloku ilə həyata keçrilir.

Akkumuliyator .Öhdəsinə olduqca müxtəlif funksiyalar qoyulan registrdir. Ona əvvəlcədən hesabi və məntiqi əməliyyatlarda iştirak edən operandlardan biri yüklənir. Akkumuliyatorda əvvəlki əmrin nəticəsi saxlana bilər və onun özünə növbəti əmrin nəticəsi yazılır. Akkumuliyator vasitəsi ilə tez-tez giriş-çıxış əməliyyatları da yerinə yetrilir.

Giriş-çıxış modulu.
Giriş-çıxış modulu hesablama maşınının yalnız məntiqi işləməsinin izah olunmasını təmin edir. Real hesablama maşınlarında maşının bu qurğusunun realizasiyası baxılan maşınlardan əhəmiyyətli dərəcədə fərqlənir. Giriş-çıxış modulunun əsas məsələsi müxtəlif periferiya qurğularının hesablama maşınına qoşulması və onlar arasında informasiya mübadiləsini təmin etməkdir. Bizim baxılan variantda giriş-çıxış modulu giriş-çıxış protu nömrələrinin deşifratoru, çoxsaylı giriş və çoxsaylı çıxış portlarından ibarətdir. Bu qovşağın funksional sxemi belədir .

Giriş-çıxış portları. İnformasiyanın giriş perferiya qurğularından HMQ-nin akkumuliyatoruna (çıxış portu) yaxud akkumuliyatorundan çıxış perferiya qurğularına (giriş portu) ötrülməsinin məsuliyyətini daşıyan sxemə port deyilir. Bu sxem hesablama maşınının ona birləşdirilmiş perferiya qurğuları ilə elektriki və məntiqi qoşulmanı təmin edir.

Yüklə 323,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin