Total intravenoz anesteziya:İnhalyasiya anestetikasının zərərli təsiri, çatışmazlıqları, ətraf mühiti çirkləndirərək işçilərə təsir göstərməsi hallarında venadaxili anestetiklər uzun müddətli müdaxilələrdə istifadə edilə bilir.Bu təsir hipnotik təsirli bir venadaxili maddənin infuziyası ilə həyata keçirilir.
Sedasiya və qıcolma halların idarə edilməsində:Diaqnostik prosedurlar, yerli anesteziya və ya reanimasiya şöbələrində sakitləşdirilməni təmin etmək üçün, epileptik vəziyyət və qıcolmaların nəzarətində istifadə olunur.