Ən çox istifadə edilən dərmanlar Ketamin və Midazalamdır.
Ketamin
Yağda həll olduğu üçün tiopental kimi əvvəl beyin və qanla daha çox təchiz edilən toxuma-lara gedər.Ketamin, qaraciyərdə mikrosomal fermentlər tərəfindən parçalanır və bu məh-sullar böyrək vasitəsilə xaric edilir.Parçalanma məhsullarından biri olan norketamin hipnotik təsirli olub huşun geri qayıtmasından sonra görülən uzun müddətli başgicəlləmə hallarının səbəbi olaraq göstərilir
Dozalanma
5% lik məhlulda 4-10 çg/kg deltoid, gluteal əzələyə yeridilir.Təsiri 3-5 dəqiqə sonra başlayır, 10-20 dəqiqə çəkir.Lazım olduqda başlanğıc dozanın 1/3-1/2 si təkrar istifadə edilə bilər.Uzun müddətli istifadə üçün azotproksit və miolorelaksantlarla birlikdə 0,1% məhlulu 30-50 mg/saat sürətində infuziya edə bilinər
İntravenoz istifadəsi də mümkündür. Yetkin insanlarda doza 1,5-2 mg/kg, uşaqlarda 0,5-1 mg/kg
Tez-tez istifadəsi zamanı dərmana qarçı rezistentlik
Midazolam
Benzodiazepin qrupu dərmandır, tez və qısa təsirlidir.Əzələdaxili absorbsiyası güvənilir, intravenoz inyeksiyası ağrısızdır.Operasiyadan sonra qusma və ürək bulanma müşahidə edil-mir.Bu səbəblərdən uşaqlarda da istifadə edilə bilər.Sedasiyanın təmin edilməsində də istifa-də edilir.Sedasiya üçün 0,05-0,1 mg/kg əzələ daxili və rektal, 0,05 mg/kg intravenoz istifadə edilir.Oral və nazal yolla da işlədilə bilər.
ya diaqnostik məqsədlə az hallarda istifadə edilən yoldur.Uşaqlarda 8-10 mg/kg dozada Ketaminin rektal istifadə edilməsi bazal anesteziyası təmin edir.
Oral induksiya
Əsasən uşaqlarda sedasiyanı təmin etmək məqsədilə istifadə edilir.Premedikasiyada, qısa və invaziv olmayan cərahi müdaxilələrdə istifadə edilir.Əsasən midazolam və bənzəri sedatif-hipnotik dərmanlardan istifadə edilir.