Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix31.12.2021
ölçüsü1,26 Mb.
#49678
1   ...   18   19   20   21   22   23   24   25   26
Gomruk-isi1

mütənasib  kvotalar
  bütün  kvotalar  çərçivəsində  keçən  dövr  ərzində  idxalda  hər  ölkənin 
payına  görə  təyin  olunur,  ikitərəfli  kvotalar  bir  tərəfin  əks  tərəfə  ticarət-siyasi  öhdəliklərinin 
qarşılığı  olaraq verilir  (bəzən ikitərəfli saziş  bağlanır), seçmə kvotalar hər hansı  bir  ölkə  və  ya 
ölkələr  qrupundan  alınan  malların  digər  regionlardan  alınanlara  nisbətən  məhdudlaşdırılması 
məqsədi ilə verilir. 
Tarif  kvotaları  gömrük  vergitutmasının  daha  əlverişli  rejimində  müəyyən  həcmdə  idxala 
icazə  verir.  Bu  həcmdən  artıq  idxal  üçün  daha  az  əlverişli  rejim  (idxalın  faktiki  qadağanına 
qədər) tətbiq edilir. 
Mövsümi  kvotalar  ilin  müəyyən  fəsillərində  ölkə  daxilində  istehsalın  yüksək  olduğu 
dövrlərdə  (ən  çox  kənd  təsərrüfatı  məhsulları  üçün)  tətbiq  edilir.  Idxalın  müəyyən  vaxt  dövrü 
nəzərə alınmadan məhdudlaşdırılması konkretləşdirilməmiş kvotalar adlanır. 
Qlobal kvotalar hər hansı malın müəyyən müddət ərzində və malgöndərən ölkələr arasında 
bölüşdürülmədən  ümumi  idxalının  həcmini  müəyyən  edir.  Belə  yanaşma  idxalatçıya  mal 
göndərən ölkəni seçmək azadlığı verir. 
Faiz  kvotaları  bəzi  hallarda  idxal  kvotaları  ixracın  həcmindən  faiz  nisbətində  müəyyən 
edilir. 
Kvotalar,  həmçinin,  milli  istehsalı  stimullaşdırmaq  məqsədi  ilə  bir  malın  daxili  bazarda 
tədarük həcmindən faizlə hesablana bilər. 


203 
 
Idxalı səhiyyə, təhlükəsizlik, ətraf mühitin qorunması mülahizələrinə görə idxalı nəzarətdə 
olan mallara da belə kvotalar müəyyən edilə bilər. 
3)  Müəyyən  bir  malın  idxalının qadağan edilməsi  tamamilə  və  istisna olmadan  da  tətbiq 
edilə bilər. Müvəqqəti və mövsümi qadağanlar qoyulması da mümkündür. 
Lisenziya verilməsinə imtina edilməsi (adətən, tədiyyə balansı malahizələrinə görə) idxala 
faktiki qadağan kimi qiymətləndirilə bilər.  
Müəyyən bir ölkədən idxal və ixraca qadağan qoyula bilər ki, buna da embarqo deyilir. Bu 
hal  məcburi  tədbir  olub  beynəlxalq  təcrübədə  qəbul  edilmişdir,  prinsipial  xüsusiyyətlərə  malik 
olub  açıq  və  gizli  formalarda  edilə  bilər.  Belə  qadağanın  açıq  forması  adətən  BMT-nin 
qərarlarına əsaslanır və xarici ticarətin tamamilə kəsilməsini nəzərdə tutur. 
Örtülü  qadağanlara  xarici  gəmilərin  daxili  sulara  buraxılmaması  və  ya  ayrı-ayrı  idxal 
mallarının ölkənin pərakəndə satış şəbəkəsinə buraxılmasını aid etmək olar. 
4)  İxracın  məhdudlaşdırılması  barədə  sazişlər  güzəşt  (kompromis)  nəticəsi  olub 
ixracatçının  ixrac  həcmini  “könüllü  olaraq”  idxalatçınınn  məcburi  tədbirlərini  gözləmədən 
məhdudlaşdırmaq barədə razılığıdır. 
Belə sazişlər həm dövlətlər səviyyəsində, həm də ayrı-ayrı istehsal sahələri səviyyəsində 
bağlana bilər. Bu tipli həm ikitərəfli, həm də çoxtərəfli sazişlər ola bilər. 
6.  Texniki  tədbirlər  malın  keyfiyyətinin,  təhlükəsizliyinin,  yaxud  inzibati  şərait, 
terminoloğiya,  simvollar,  sınaq  və  sınaq  üsulları,  qablaşdırmaya  tələblər,  markalanma  da  daxil 
olmaqla xüsusiyyətlərinin nəzarətinə əsaslanan GTM tədbirlərinə deyilir. 
Texniki tədbirlərin aşağıdakı növləri var: 
1).  Texniki  tənzimləmə,  yəni  məhsula  bilavasitə  və  ya  dolayı  yolla  texniki  tələblər 
müəyyən  edilməsi.  Belə  tədbirlərə:  məqsədi  insan  və  heyvanların  həyat  və  sağlamlığının 
qorunması  olan  sanitariya  tənzimlənməsi,  bitkilərin  qorunmasına  yönəlmiş  fitisanitar 
tənzimlənməsi, ətraf mühitin və təbiətin qorunması, insanların təhlükəsizliyi, milli təhlükəsizlik 
tədbirləri aid edilir. 


204 
 
Bu  tədbirlər  müvafiq  təlimatlar  hazırlanmaqla  həyata  keçirilir.  Təlimatlar  gömrük 
orqanlarının nəzarət fəaliyyətini reqlamentləşdirir. 
Hazırkı şəraitdə texniki tənzimlənmənin bir necə növü var: 
a)  ətraf  mühiti  çirkləndirən  xammal  və  materialların  idxalının  qadağan  edilməsi,  yaxud 
məhdudlaşdırılması; 
b)  hazır məhsullara – istismarı atmosferin və havanın çirklənməsinə gətirib çıxaran sənayə 
avadanlığı, nəqliyyat vasitələrinə və s. münasibətdə proteksionist tədbirlərdən istifadə 
edilməsi; 
c)  istehlakçının  maraqlarını  malın  defekti  və  istifadə  zamanı  mümkün  olan  ziyandan 
qorunmaqla  malın  keyfiyyətinə  tələblər.  Bunlar  ilk  növbədə  məişət  elektrotexnikası, 
tibb preparatları, yeyinti məhsulları, uşaq mallarına və s. aiddir. 
Bir  sıra  ölkələrdə  ilk  növbədə  kənd  təsərrüfatı  mallarının,  ərzaq  mallarının,  ətriyyat 
mallarının  idxalına  yönəlmiş,  bu  malların  istehsalında  zərərli  əlavələrin,  heyvandarlıqda 
hormonların istifadəsini məhdudlaşdıran səciyyəvi sanitar-baytarlıq normaları qüvvədədir. 
Milli və beynəlxalq standartların müxtəlifliyi, həmçinin istehsal və onların parametrlərinin 
qiymətləndirilməsində  müxtəlif  ölçü  sistemlərinin  tətbiqi  dövlətlər  tərəfindən  məqsədəyönlü 
şə
kildə xarici mallara qarşı və milli istehsalşıların mənafəyinin müdafiəsi məqsədi ilə qeyri-tarif 
maneələrin yaradılması üçün istifadə edilir. Bu tədbirlər dünya ticarət dövriyyəsindəki malların 
30% əhatə edir. 
2.  Göndərilmədən  öncə  təftiş.  Idxalcı  ölkənin  sifarişi  ilə  müfəttiş-firma  malın  ixrac  edən 
ölkədən  göndərilməsindən  öncə  onların  miqdarının,  keyfiyyətinin  və  qiymətinin  məcburi 
araşdırılmasını təşkil edir. Qiymət nəzarəti göndərilən malın qiymətinin rüsum və ödəmələrdən 
qaçmaq niyyəti ilə artırılması və ya azaldılmasının qarşısını almaq məqsədi ilə keçirilir. 
3.  Xüsusi  gömrük  rəsmiyyətçiliyi.  Buraya  gömrük  orqanlarının  gömrük  yük 
bəyannaməsində  göstərilənlərdən  əlavə  məlumat  tələbi,  yalnız  müəyyən  edilmiş  gömrük 
buraxılış məntəqələrindən istifadə edilməsi və s. daxildir. 


205 
 
Stabil iqtisadi şəraitdə inzibati vasitələr iqtisadi təsir vasitələrinin səmərəliliyi kifayət qədər 
olmadıqda müvəqqəti tətbiq edilən əlavə tədbirlər hesab edilir. 
Ancaq  iqtisadi  tənəzzül  və  iqtisadiyyatın  tarazlığının  pozulduğu  zamanlarda  onlar  digər 
dövlətlərlə xarici ticarət əlaqələrinin tənzimlənməsində əsas vasitəyə çevrilirlər. 
Qeyri-tarif  məhdudiyyətlərin  xarici  ticarətə  nüfüz  dərəcəsi  tarif  tədbirlərində  olduğundan 
daha  çoxdur.  Qeyri-tarif  xarakterli  maneələr  müxtəlif  ölkələrin  ticarət-siyasi  münasibətlər 
sistemində  müxtəlif  rol  oynayır  və  çox  zaman  üstüörtülü  şəkildə  göstərir.  Hökümət  tərəfindən 
müəyyən edilən tarif məhdudiyyətlərindən fərqli olaraq QTM-in bəziləri müxtəlif dövlət və yerli 
idarəetmə strukturları tərəfindən qoyula bilir. QTM kateqoriyalarından biri müdafiə tədbirləridir. 
Onların  bir  qismi:  idxala  kəmiyyət  məhdudiyyətləri;  gömrük  rəsmiyyətçiliyi  və  sənədləri; 
gömrük, fraxt və liman yığımları və s. sərhəddə istifadə edilir və nisbətən aşkar xarakter daşıyır, 
tətbiqi isə adətən, ticarət müqavilələri və müxtəlif beynəlxalq sazişlərlə tənzimlənir. 
Bu baxımdan belə QTM gömrük tarif tədbirlərinə daha yaxındır və onlarla birləşir. 
QTM  digər  qismi,  malın  qiymətinə  təsir  edən  daxilli  iqtisadi  tədbirlər:  vergilər,  aksiz 
yığımları, kreditlərin faiz stavkaları, subsidiyalar, həmçinin malların istifadəsini müəyyən edən 
inzibati  sərəncamlar,  texniki  norma  və  standartlar  isə  xarici  malların  daxili  bazara  nüfuzunu 
məhdudlaşdıran örtülü proteksionist vasitələr hesab edilir. Çünki belə tədbirlər rəsmi olaraq idxal 
ə
leyhinə  yönəlməmişlər  və  bəzi  malların  istifadəsinin  müxtəlif  inzibati  və  texniki  qaydalarını 
müəyyən  edirlər,  xarici  malları  yerli  mallarla  eyni  səviyyəyə  gətirirlər.  Bununla  bərəbər,  belə 
tədbirlər  mahiyyətcə  fiskal,  yaxud  inzibati  diskriminasiya  rejimi  yaradır  və  xarici  mallara 
münasibətdə daxili istehsalçıların mövqeyini möhkəmləndirir. 
Qeyd etmək lazımdır ki, gömrük rüsumlarının aşağı salınması ilə ticarət siyasi məqsədlərlə 
vergi sisteminin istifadə edilməsinin əhəmiyyəti artır. Məsələn, inkişaf etmiş ölkələr üçün vergi 
stavkalarının  səviyyələrində,  onların  alınması  üsullarında  vergiqoyma  strukturunda  fərqlər 
ə
vvəllər gömrük rüsumlarında olan fərqlərin rolunu oynayır. 
9.XX  əsrin  ortalarında  xarici  iqtisadi  fəaliyyətin  tənzimlənməsində  idxalın  kəmiyyət 
məhdudlaşdırılması, həmçinin valyuta məhdudlaşdırılması mühüm yer tuturdu. 


206 
 
Sosialist sistemi çıxılmaqla dünya üzrə xarici ticarət dövriyyəsinin əksər hissəsinə kəmiyyət 
məhdudlaşdırılması  tətbiq  edilirdi.  Əsrin  ikinci  yarısından  başlayaraq  inkişaf  etmiş  ölkələr  bu 
məhdudiyyətlərin  tətbiq  sahələrini  kiçiltməyə  və  onlardan  istifadənin  ümumi  prinsiplərini 
yaratmağa başladılır. Bunlar QATT sazişi əsasında təşəkkül taptı. 
Ticarət-siyasi  və  gömrük  tənzimlənməsinin  ağırlıq  mərkəzi  inkişaf  etmiş  ölkələrdə  tarif 
tədbirlərinə doğru yerini dəyişməyə başladı. Buna görə də bir tərəfdən gömrük tarifləri azaldılır, 
idxala kəmiyyət məhdudiyyətlərinin tətbiqi dairəsi kiçilir, digər tərəfdən isə çevik daxili-vergi və 
yığım  sistemi,  sənayenin  və  kənd  təsərrüfatının  müxtəlif  sahələrinin  subsidiyalaşdırılması, 
inzibati norma və rəsmiyyətçiliklər daha geniş tətbiq edilir. 
Ə
ksər  inkişaf  etmiş ölkələrdə  müdafiə tədbirlərindən istifadəyə  tədrici  dönüş  artıq keçmiş 
ə
srinin 60-cı illərdən hiss edilməyə başladı. GTM ticarət siyasi vasitələr arsenalında ilk yerlərdən 
birini  tutdu.  Bu  ərəfədə  dünyanın  19  inkişaf  etmiş  ölkəsi  GTM-in  2  mindən  artıq  növündən 
istifadə edirdi. 
Xarici  ticarətin  tənzimlənməsinin  maliyyə  tədbirləri  inkişaf  etmiş  ölkələrdə  indi 
ə
vvəlkirolunu  oynaya  bilmir.  Keçmiş  əsrinin  90-cı  illərin  əvvəllərinə  qədər  ixracatçılar 
tərəfindən əldə edilən valyutanın məcburi satışı təcrübəsi Avropa Birliyinin bir sıra ölkəsində - 
Fransa, İtaliya, İspaniya, Portuqaliya, Danuimarka, Belçikada saxlanılmışdı. Valyuta nəzarətinin 
mövcud  sisteminə  görə  ixrac  üzrə  ödənişin  təxirə  salınması  və  idxal  üzrə  avansın  verilməsi  2 
ildən artıq olduqda rəsmi icazə tələb edilir. Dünyada avtomatik lisenziyalaşdırma və monotorinq 
kifayət qədər geniş tətbiq edilir. Bəzi hallarda onlar real müdafiə tədbirləri tətbiq ediləcəyindən 
xəbər verirsə, digər hallarda müəyyən bazara dövlət rəsmilərinin marağını ifadə edir. Kəmiyyət 
nəzarət  tədbirlərinin  tətbiqi  çoxcəhətli  olub.  GATT  sazişinin  tələbləri  nəzərə  alınmaqla  həyata 
keçirilir. 
Qeyri-avtomatik  (sadə)  lisenzoyalaşdırma  tədbirləri  təkçə  kvotalaşdırılan  malları  əhatə 
etmir.  Müəyyən  malların  idxalına  xüsusi  icazə  zərurəti  –  daxili  bazarın  müdafiəsi  üçün  geniş 
tətbiq edilən üsuldur. Məsələn, ABŞ və Kanadada təbii qazın idxalı lisenziyalaşdırılır. Lakin belə 
lisenziyalaşdırmanın əsas obyekti kənd təsərrüfatı və yeyinti sənayəsi məhsullarıdır. 


207 
 
Müəyyən  malların  idxalına  dövlət  inhisarı  helə  də  ttəbiq  edilməkdədir.  Məsələn, 
Yaponiyada  duz,  düyü,  buğda,  arpa,  yağlar,  süd  tozu,  etil  spirti  905  yuxarı,  xam  ipək  idxalı 
dövlət inhisarındadır. 
 Beynəlxalq  miqyasda  standartların  unifikasıyası  cəhdlərinə  baxmayaraq  xarici  malların 
idxalına texniki maneələr qalmaqdadır. Ümumdünya ticarət təşkilatı və digər beynəlxalq sazişlər 
texniki tələblərin maksimum dərəcədə sadələşdirilməsini tələb edir ki, ticarətə maneələr aradan 
qalxsın.  Gömrük  əməliyyatlarının  harmonikləşdirilməsi  Ümumdünya  Gömrük  Təşkilatı 
çərçivəsində həyata keçirilir. Bu sahədə YGT tövsiyələri aşağıdakılardır: 
-  gömrük  xidmətləri  tərəfindən  məqsəd  və  onların  həyata  keçirilməsi  üçün  vasitələrin 
müəyyən edilməsi; 
-  gömrük əməliyyatlarının təftiş edilməsi, səmərəli olmayan və artıq əməliyyatların ləğv 
edilməsi; 
-  gömrük  sənədlərinin  elektron  daşıyıcılar  ötürülməsi  daxil  olmaqla  informasiya 
texnologiyasından geniş istifadə edilməsi; 
-  seçmə nəzarətin tətbiq edilməsi. 
Məlum  olduğu  kimi,  tariflər  xarici  malların  daxili  bazarda  yalnız  dolayı  yolla 
məhdudlaşdıırılmasına  gətirir.  Idxal  gömrük  vergitutması  hesabına  bahalaşmış  olur.  GTM 
isə, bahalaşma effektindən başqa birbaşa maneələr müəyyən edir, idxal və ya daxili istehlak 
üçün miqdar və qiymət üzrə limitlər müəyyənləşdirir. 
Ə
gər  tarif  siyasətində  idxalın  bahalaşdırılması  malın  qiymətinə  rüsum  əlavə  edilməsi 
hesabına  əldə  edilirsə,  kvota  və  lisenziyaların  ttəbiqi  idxal  təklifini  azaldır,  bu  isə  bazarda 
tələbin ödənilməməsi hesabına qiymətlərin artmasına gətirir. Beləliklə, artıq bu funksiyanın 
yerinə  yetirilməsində  GTM  tərəfdən  daha  effektiv  olur.  Ən  mühümü  isə  odur  ki,  əgər 
gömrük  tarifi  idxal  edilən  xarici  malların  həcmini  idxal  qiymətləri  səviyyəsi  ilə  tərs 
mütənasib dəyişirsə, kvota və lisenziyalar idxalı müəyyən bir səviyyədə saxlayır, istehlakın 
artımı ilə onun artmasına imkan vermir. 
 Idxalın  bahalaşdırılmasına  və  ixtisarına,  həmçinin,  daxili  vergiqoymanın 
diskriminasiya  yönlü  quruluşu  və  paratarif  baryerlər  də  təsir  edir.  GTM  tariflərdən  daha 


208 
 
çoxtərəfli  olması  ilə  seçilir.belə  ki,  GTM  həm  gömrük  rüsumuna  cəlb  edilən.  həm  də 
edilməyən  mallar  ttəbiq  olunur.  Bundan  başqa  GTM  gömrük  ödənclərindən  fərqli  olaraq 
təkcə gömrük sərhədini əhatə etmir, malın bütün hərəkətində onu müşayiət edərək, rəqabət 
qabiliyyətinə təsir edir. 
Beləliklə, qeyri tafir tənzimlənməsinin inkişafı xarici ticarət sahəsində iqtisadi siyasıtin 
çevik, operativ və güvənli vasitələrlə təmin edilməsi zəryrəti ilə bağlıdır. Ardıcıllıq, çeviklik 
və  digər  xüsusiyyətlər  qeyri-tarif  məhdudiyyətləri  müasir  şəraitdə  dövlət  siyasətinin  ən 
ə
lverişli vasitələrinə çevrilir. 
Məsələn,  idxal  kvotaları  imkan  verir  ki,  daxili  bazara    buraxılacaq  xarici  məhsulun 
dəqiq  miqdarı  müəyyən  edilsin:  ingiltərədə  kartofun  idxalına  kvotalar  ölkədəki 
məhsuldarlığa  görə  müəyyən  edilir,  Avstriyada  kök  və  çiyələyə  mövcümi  məhdudiyyətlər 
yerli məhsulu maneəsiz satmağa imkan yaradır. 
Məlum  olduğu  kimi,  vacib  məhsullarla  daxili  tələbatın  yerli  mallar  hesabına  təmini 
ABŞ, böyük Britaniya, Almaniya, Fransa, İsveçrənin strateji doktrinasının tərkib hissəsidir. 
Ona görə də bu ölkələrdə hətta rentabelli olmayan sahələr də bilavasitə, yaxud qiymətlərin 
“dəstəklənməsi”  hesabına  subsidiyalaşdırılır.  Bunun  üçün  vəsait  isə  idxal  edilən  kənd 
təsərrüfatına məhsullarına vergilər hesabına təmin edilir. 
Kənd  təsərrüfatının,  eləcə  də  iqtisadiyyatın  digər  sahələrinin  dövlət  tərəfindən 
dəstəklənməsində  belə  vasitələrin  tətbiqi  Azərbaycan  üçün  də  çox  mühüm  əhəmiyyətə 
malikdir.  
 
    
 
 


209 
 
12. Gömrük statistikası və XİF-nin Əmtəə Nomenklaturası. 
Suallar: 
1.  Əmtəə nomenklatura anlayışı. 
2.  Beynəlxalq təcrübədə istifadə edilən təsnifat sistemləri və əmtəə 
nomenklaturaları. 
3.  Malların Təfsiri və Kodlaşdırılmasının Ahəngdar sistemi. 
4.  Xarici İqtisadi Fəaliyyətin Vahid Əmtəə Nomenklaturası. 
5.  Əsas interpritasiya qaydaları. 
6.  Gömrük statistikası.  
Gömrük hüququ baxımından mallar istənilən daşınan əmlak, o cümlədən valyuta, 
valyuta sərvətləri, elektrik, istilik və digər enerji növləri, habelə beynəlxalq sərnişin və yük 
daşınmalarında istifadə olunan nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitəsi 
kimi xarakterizə olunur. 
Bir iqtisadi kateqoriya kimi isə mallar bazara alınmaq, istifadə və ya istehlak etmək 
məqsədilə təklif olunan, istehlak, habelə ehtiyac tələbini ödəyə bilən, bazarda reallaşdırılan, 
alqı-satqı obyekti olan məhsullardır. 
Dövlət gömrük nəzarəti baxımından malların təsnifatı onların aidiyyatının müəyyən 
olunmasına, onların stasusunun təyini üzrə malların hansı gömrük prosedurun altında 
yerləşdirilməsini xarakterizə edərək, malların gömrük sərhədindən keçirilmə xüsusiyyətinə, 
hansı növ nəqliyyat vasitəsində daşınmasına, gömrük-tarif tənzimlənməsi ilə əlaqədar olan 
qanunvericiliyə müvafiq dəqiq vergi və rüsum növlərinə cəlb olunmasına, aparılması və 
gətirilməsinə qadağan qoyulmuş malların dövriyyəsinə, habelə qaçaqmalçılıq və gömrük 
qaydalarının pozulmasına qarşı mübarizəyə, xarici ticarətin gömrük statistikasının ayrı-ayrı 
mal qrupları üzrə dəqiq üçot və hesabatına zəmin yaratmaqla iqtisadiyyat və xarici ticarət 
sahəsindəki pozuntuların aşkara çıxarılmasını təmin edir.  
Xarici  iqtisadi  fəaliyyətin  əmtəə  nomenklaturasının  aparılması,  malların 
təsnifatlandırılması və kodlaşdırılması gömrük işinin mühüm tərkib hissələrindəndir. 


210 
 
Malların  dəyərinin  obyektiv  meyarlar  əsasında  müəyyən  edilməsi  və  gömrük 
ödənclərinin tutulması onların düzgün təsnifatlandırılmasından çox asılıdır. Malların düzgün 
təsnifatlandırılması,  həmçinin,  xarici  ticarətin  gömrük  statistikasının  obyektivliyinin 
yüksəldilməsi,  malların  və  nəqliyyat  vasitələrinin  gömrük  rəsmiləşdirilməsi  və  onlara 
gömrük nəzarəti proseslərində ölkənin gömrük siyasətinin həyata keçirilməsi üçün konkret 
tədbirlər  görülməsində  də  mühüm  əhəmiyyətə  malikdir.  Buna  görə  də  gömrük  işinin 
səmərəliliyinin  artırılması  gömrük  orqanı  əməkdaşlarından  malların  təsnifatlandırılması 
nəzəriyyələrini  və  əsas  təsnifat  sistemlərini  dərindən  bilməyi,  bu  sistemlərin  köməyi  ilə 
nəzəri və təcrübi məsələləri həll etmək bacarığına yiyələnməyi tələb edir. 
“Əmtəə  nomenklaturası”  anlayışının  əsas  elementləri  “əmtəə”  və  “nomenklatura” 
ifadələrdir.  Nomenklatura    (lat  nomenclatura  -  siyahı)  –  elm,  texnika  və  fəaliyyətin  digər 
sahələrində işlədilən adlar, anlayışlar göstəricisinin sistemidir (məcmusudur). 
Gömrük  sərhədindən  keçirilən  malların  başlıca  xarakterik  xüsusiyyətləri  onların 
maddi-mövcudluq  forması  və  daşınma  qabiliyyətliyidir.  Bu  xüsusiyyətlər  Gömrük 
Məcəlləsinində istifadə edilən əsas anlayışlar sistemində öz əksini tapır.  
Elmi-texniki  tərəqqi  və  texnologiyaların  təkmilləşdirilməsi  ilə  sənayenin  müxtəlif 
sahələrində  və  kənd  təsərrüfatında  istehsal  edilən  malların  çeşidi  çox  genişlənmiş  və  bu 
proses daim inkişafdadır. Yüz minlərlə müxtəlif növ və çeşiddə mallar mövcuddur. Onların 
ayrı-ayrılıqda  öyrənilməsi  çox  çətin  olduğundan  onlar  müxtəlif  xassələrinə  görə  yığcam 
çoxluqlar  halında  bir  yerə  cəmlənə  bilər.  Bu  çöxluqlar  isə  öz  növbəsində  bölmə,  qrup, 
yarımqruplar  şəklində  sistemləşdirilə  bilər.  Xarici  ticarətdə  yük  dövriyyəsinin  gömrük 
tənzimlənməsi  zamanı  malların  sistemləşdirilməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Belə 
məsələlərin həllində malların təsnifatlandırılmasından istifadə edilir. 
“Təsnifat” anlayışı obyektlərin verilmiş böyük çoxluqlarının müəyyən kiçik çöxluqlara 
(sinif, yarımsinif, qrup, yarımqrup, növ və s.) bölünməsi mənasını verir. Bu zaman yaranan 
sistem  təsnifatlandırılma  adlanır.  Qarşıya  qoyulmuş  məsələnin  mahiyyətindən  asılı  olaraq 
təsnifatlandırmanı bir neçe istiqamətdə aparmaq olar. Məsələn, istehsal sahələri, hasırlandığı 
materiallar,  emal  dərəcəsi,  funksional  təyinatına  görə  mallar  qruplaşdırıla  bilər. 


211 
 
Təsnifatlandırmanın qəbul edilən sisteminə uyğun olaraq bütün mallara və mal bölmələrinə 
xüsusi  şifrlər  verilir.  Obyektlərin  verilmiş  böyük  çoxluqları  müəyyən  təsnifat  sisteminə 
uyğun  olaraq  kiçik  çoxluqlara  bölündükdən  sonra  sistemləşdirilmiş  çöxluq  uyğun 
obyektlərin  təsnifatlandırıcısı  kimi  baxıla  bilər.  Təsnifatlandırıcı  -  təsnifatlandırılan 
obyektlərin sistemləşdirilmiş siyahısıdır.  
Bu siyahıda hər obyektin öz yeri olur və bundan sonra ona kod adlandırılan şərti işarə 
təyin edilir. Kod rəqəm, hərf, yaxud rəqəm-hərf ardıcıllığından ibarət şifrə malikdir. Əmtəə 
nomenklaturasının  kod  sistemi  ondan  ötrü  yaradılır  ki,  məlumat  gömrük  orqanına  onun 
yığımı, yoxlanılması, ötürülməsi və analizi üçün əlverişli formada təqdim edilə bilsin.  
Xarici  ticarət  əməliyyatlarının  gömrük  tənzimlənməsində  “əmtəə  nomenklaturası” 
məfhumundan  geniş  istifadə  edilir.  Əmtəə  nomenklaturası  faktiki  olaraq  malların 
təsnifatlandırıcısıdır.  Buna  görə  də  əmtəə  nomenklatura  dedikdə  təsnifat  sisteminə  uyğun 
olaraq  yerləşdirilən  malların  geniş  siyahısı  nəzərdə  tutulur.  Malların  kodlaşdırılması  isə, 
təsnifatlandırılan obyekti həmin təsnifat sistemi ilə müəyyən edilmiş qaydada işarə, yaxud 
işarələr qrupu şəklində təsəvvür etməyə imkan verən texniki üsuldur. 
Beləliklə,  əmtəə  nomenklaturasının  köməyi  ilə  malların  təsnifatlandırılması:  malların 
kodlaşdırmağa;  iqtisadi  xarakterli  gömrük  əməliyyatlarını    (rusum  tutulması,  gömrük 
dəyərinin təyini və s.) aparmaga; xarici ticarətin mal strukturunu öyrənməyə imkan verir. 
2.Sənəyənin  tərəqqisi  ilə  xarici  ticarətin  də  sürətlə  inkişaf  etdiyi  zamanlardan 
başlayaraq  ticarət  edən  ölkələr  uçot,  qiymət,  texniki  standartlar  və  s.  əngəllərin  aradan 
qaldırılması  üçün  müqayisə  oluna  biləcək  standartlar  və  təyinatların  yaradılması  və  mal 
nomenklaturalarının uyğunlaşdırılması zəruriyəti ilə qarşılaşdılar. 
Ilk  dəfə  bu  problemlər  1853-cü  ildə  Brüsseldə  keçirilən  Beynəlxalq  statistika 
konqressində müzakirə edildi. Konqress, gömrük tənzimlənməsi və xarici ticarətin statistika 
məqsədləri ilə mal nomenklaturalarının uyğunlaşdırılması üzrə tövsiyələr qəbul etdi. 
1890-cı  ildə  Parisdə  keçirilmiş  Gömrük  qaydaları  üzrə  beynəlxalq  Konqress  də 
nomenklaturaların uyğunlaşdırılması zərurətini təstiq etdi. 


212 
 
1913-cü  il  dekabrın  31-də  Brüsseldə  29  ölkə  Beynəlxalq  Konvensiya  imzaladı.  Bu 
Konvensiyanın  əsas  müddəalarının  istiqamətinə  görə  öz  ərazilərində  milli  təsnifat  və  mal 
nomenklaturasından  istifadə  etməklə  bərabər,  həmin  ölkələr  Beynəlxalq  xarici  ticarət 
Statistika  Bürosuna  vahid  təsnifat  və  mal  nomenklaturası  üzrə  məlumatlar  təqdim  etmək 
barədə öhdəlik götürmüş oldular. 
Beləliklə,  ilk  Brüssel  əmtəə  nomenklaturası  yarandı.  O,  186  bazis  mal  mövqeyini 
birləşdirən 5 bölmədən ibarət idi. 
I. 
canlı heyvanlar 1-7 mal mövqeləri. 
II. 
ə
rzaq malları və içkilər 8-49 mal mövqeləri.  (42) 
III.  xammal və yarımfabrikatlar 20-98 mal mövqeləri (49) 
IV.  hazır məhsullar 99-182 mal mövqeləri. (84) 
V. 
qızıl və gümüş 183-186 mal mövqeləri. (4) 
Lakin çox tez bir zamanda Brüssel əmtəə nomenklaturasının qoyulan tələbləri 
ödəmədiyi və çox nöqsanlı olduğu aşkara çıxdı. Nomenklatura detallaşdırılmadığından  
ondan dünya standartı kimi istifadə edilməsi qeyri məqbul sayıldı. Ona görə də İkinci 
Dünya Müharibəsi ərəfəsində yeni əmtəə nomenklaturası Beynəlxalq Ticarət Statistika üçün 
Malların minimal siyahısı yaradıldı. 
Bu nomenklatura hazırlandıqları material növündən asılı olaraq malların 
yarımçoxluqlara bölünməsini, yəni təsnifatlandırılmasını nəzərdə tuturdu. Istisna hallarda 
mallar onlar istifadə prinsipinə əsasən də təsnifatlaşdirila bilərdi. 
Yeni nomenklatura tam şəkildə 1938-ci ildə dərc edildi. Bütün mallar 17 bölmədə 
yerləşdirildi. Bölmələr də öz növbəsində 50 qrup və 456 bazis mövqeyi ilə ifadə olundu: 
I. 
ə
rzaq, işkilər, tütün (13 qrup). 
II. 
piy və yaqlar, heyvani və bitki mənşəli mumlar (2 qrup). 
III.  kimyevi və onlara oxşar məhsullar (4 qrup). 
IV.  kauçuk (1 qrup). 
V. 
meşə materialları və mantar (1 qrup). 


213 
 
VI.  kagız (1 qrup). 
VII.  dəri və ondan hazırlanan məhsullar (3 qrup). 
VIII.  toxuculuq məhsulları (4 qrup). 
IX.  paltar, o cümlədən alt paltarı (4 qrup). 
X. 
yanacaq, sürtgü materialları, oxşar məhsullar (4). 
XI.  qeyri metal minerallar, onlardan hazırlanan məhsullar (4). 
XII.  qiymətli metalla və qiymətli daşlar (1). 
XIII.  qara və əlvan metallar, onlardan hazırlanan məhsullar (4). 
XIV.  maşınlar, aparatlar və onların ləvazimatı, nəqliyyat vasitələri (3). 
XV.  digər mallar (2). 
XVI.  xüsusi əməliyyatların obyekti olan təkrar idxal malları(1). 
XVII. emal edilməmiş qızıl (1). 
Bu nomenklaturada bölmələr Brüssel əmtəə nomenklaturası ilə müqayisədə 
hissədiləcək dərəcədə genişləndirilmiş və detallaşdırılmışdı. Sonrakı illərdə “Beynəlxalq 
ticarət statistikası üçün malların minimal siyahısı” dəfələrlə yenidən işlənərək 
təkmilləşdirilmişdi. 
90-sı illərin əvvəllərinə qədər ölkələrin əksəriyyətində xarici ticarət fəaliyyəti və 
gömrük tənzimləmələrində əsasən 3 təsnifat sistemi geniş yayılmışdı. 
-  Gömrük əməkdaşlığı Şurası (hal hazırda Ümumdunya Gömrük Təşkilatı adlanır) 
Nomenklaturası (GƏŞN) yaxud Brüssel Gömrük Nomenklaturası (BGN); 
-  Qarşılıqlı İqtisadi Yardım Şurası üzvlərinin Xarici Ticarətin Vahid Əmtəə 
Nomenklaturası; 
-  BMT Standart Beynəlxalq Ticarət Təsnifatı. 
Bu beynəlxalq nomenklaturalar müxtəlif təsnifat prinsipləri üzərində qurulduğundan və 
mal  dövriyyəsini  müxtəlif  səviyyələrdə  detallaşdırdığından  ölkələrin  idxal  və  ixracının 
ə
mtəə strukturu barəsində məlumatların müqayisəsini çətinləşdirirdi. 


214 
 
Xarici  Ticarətin  Vahid  Əmtəə  Nomenklaturası  1962-1991-ci  illərdə  Sovet  İttifaqının 
xarici  iqtisadi  fəaliyyətində  əsas  təsnifatlandırıcı  idi.  Əmtəə  nomenklaturasının  bitkin 
varianti 1962-ci ildə qəbul edildi.  
Qarşılıqlı  İqtisadi  Yardım  Şurası  üzvlərinin  XT  Vahid  Əmtəə  nomenklaturası  mallrı 
mal  təsərrüfatında  təyinatına,  onların  mənşəyinə  və  əmal  dərəcəsinə  görə  birləşdirirdi. 
Bundan  başqa  nomenklaturanın  təsnifat  sistemi  malları  istehsal  vasitələrinə  və  istehklak 
əş
yalarına,  əsas  və  dövriyyə  vəsaitlərinə,  sənayə  və  kənd  təsərrüfatı  mallarına  bölməyə 
imkan  verirdi.  Təsnifat  mallarin  idxal  və  ixracını  əlavə  olaraq  müxtəlif  iqtisadi  əlamətlərə 
görə qruplaşdırmağa şərait yaradıldı. 
Qarşılıqlı İqtisadi Yardım Şurası üzvlərinin XT Vahid Əmtəə nomenklaturası 9 bölmə 
57  mal  qrupu,  325  yarımqrup, 4200  mal mövqeyi  və 10  mindən  artıq  submövqedən  ibarət 
idi. 
XT  VƏN-in  digər  nomenklaturalarından  səciyyəvi  fərq  onda  əlavə  “sıfır”  bölməsinin 
olmasında idi. Bu bölməyə maddi xarakterli istehsalat əməliyyatları (xidmətləri) aid edilirdi. 
XT VƏN tətbiqi xarici ticarət göstəricələrinin həm bir ölkə hüdudunda, həm də ölkələrarası 
müqayisəsinə imkan verirdi. Digər beynəlxalq təsnifatlarla əlaqə keçid cədvəlləri vasitəsiylə 
həyata keçirilirdi. 
XT  VƏN-də  yeddirəqəmli  kod  qəbul  edilmişdi.  Birinci  işarə  bölməni,  ilk  iki  işarə 
qrupu,  üç  –  yarımqrupu,  beş  işarə  mal  mövqeyinivə  yeddi  işarə  mal  submövqeyini  ifadə 
edirdi. Bu nomenklatiranın ən mühüm keyfiyyətlərindən biri də qəbul edilmiş nömrələmə ilə 
bağlı olub, lazım gəldikdə nomenklaturanın genişləndirilə bilməsi imkanı ilə bağlı idi. 
Bu  imkan  yarımqrup  və  mal  mövqelərində  boş  nömrələrin  olması  ilə  reallaşdırıldı. 
Beləliklə, VƏN statistik üçotun təkçə əmtəə adları hüdudunda aparılmasını deyil, həmçinin 
lazım  gəldikdə  ayrı-ayrı  malların  növ,  çeşid  və  markalarını  ayırmağa  imkan  verirdi. 
Ümumiyyətlə nomenklaturanın təsnifat sistemi xarici ticarətin əmtəə strukturunu əks etdirə 
bilirdi,  lakin  malların  siyahısı  əmtəələrin  Təsviri  və  Kodlaşdırılması  harmonik  Sisteminin 
siyahasından kiçik idi. 


215 
 
VƏN  ilk  öncə  statistik  əmtəə  nomenklaturası  kimi  hazırlansa da,  eyni  zamanda  SSRİ 
gömrük  tarifinin  əsasını  təşkil  edirdi.  Bununla  bərabər  malların  təsnifat  sistemi  müdafiə-
proteksionist tədbirlərin həyata keçirilməsi üçün kifayət qədər uyğunlaşdırılmamışdı. Bu isə 
öz növbəsində gömrük tarifinə səmərəli ticarət-siyasi vasitə olmaqla və xarici ticarət-iqtisadi 
tənzimləmə funksiyasını yerinə yetirməyə imkan vermirdi. 
3.Əsas  beyəlxalq  əmtəə  nomenklarutasında,  müxtəlif  təsnifat  prinsiplərinin  tətbiq 
edilməsindən  irəli  gələn  çətinliklərin  aradan  qaldırılması  üçün  vahid  beynəlxalq 
təsnifatlandırıcının yaradılması zəruriyəti meydana çıxdı. Bu elə bir təsnifatlandırıcı olmalı 
idi  ki,  bütün  ölkələrdə  xarici  iqtisadi  fəaliyyət  iştirakçıların  tərəfindən  xarici  ticarət 
ə
məliyyatlarının  gömrük  idarələrində  rəsmiləşdirilməsində  istifadə  edilə  bilsin.  Bundan 
başqa belə təsnifatlandırıcı həm də  ayrı-ayrı mallar, mal qrupları və mövqeləri üzrə xarici 
ticarət analızını aparmağa imkan verməli idi. 
Müxtəlif  vaxtlarda  hazırlanmış  beynəlxalq  nomenklaturaların  heç  biri  ayrı-ayrı 
ölkələrin və beynəlxalq təşkilatların tələblərinə tam cavab verə bilmirdi. 
Müxtəlif  ölkələr  və  təşkilatların  nöqtəyi  nəzərincə  nomenklaturalarının  hər  biri 
üstünlüklərlə  bərabər,  müəyyən  qusurlara  malik  idi.  Beləliklə,  beynəlxalq  ictimayyətin 
qarşısında ticarət sənədlərinin göstəricilərinin səmərəmələşdirilməsi və ahəngdarlaşdırılması 
məsələsi  öz  həllini  tələb  edirdi.  Birləşmış  Millətlər  Təşkilatının  Avropa  İqtisadi 
Komussuyası  (AİK)  Gömrük  Əməkdaşlığı  Şurasına  vahid  beynəlxalq  əmtəə  təsnifat 
sisteminin  yaradılmasınnı  mümkünlüyünü  araşdırmaq  tapşırığı  verdi.  Bu  sistem  Malların 
Təsviri  və  Kodlaşdırılmasının  Ahəngdar  (Harmonik)  sistemi    adını  aldı.  Hazırlanan 
nomenklatura həm gömrük, həm də statistika məqsədləri üçün yararlı olmalı idi.  
Xarici  ticarətin  milli  və  beynəlxalq  göstəricilərinin  müqayisə  edilə  bilinməsi  prinsipi 
sistemin əsas prinsiplərindən biri oldu. 
Ahəngdar  Sistemin  Əmtəə  Nomenklaturası  (ASƏN)  21  bölmədən,  99  qrupdan,  33 
yarımrqup, 1241 mal  mövqeyi, 5019 submövqeyindən ibarətdir. 3 qrupun, o çümlədən 77, 
98,  99-cu  qrupların  gələcək  üçün  ehtiyat  saxlanmasl  nəzərdə  tutulur.  Bununla  belə  bu 
qruplar  müxtəlif  ölkələrin  əmtəə  nomenklaturalarında  spesifik  malların  qeydiyyatı  üçün 


216 
 
istifadə  edilə  bilər.  ASƏN-in  21  bölməsi  üzrə  malların  təsnifatının  özəyini  təşkil  edən 
müxtəlif əlamətlərin əsasları aşağıdakılardlr: 
-  mənşə (1,2,5); 
-  funksional  təyinat (4,11,12,17,18,19,20,21) ; 
-  kimyəvi tərkib (3,6,7); 
-  əmtəənin hazırlandığı material (8,9,10,13,14,15). 
ASƏN-də  qruplar  əmələ  gələrkən  malların  emal  ardıcılığı  prinsipi  –  xammaldan 
yarımfabrikat və hazır məhsul alınması – istifadə olunur, malların qruplaşdırılması mövqe və 
submövqe səviyyəsində aparılır. Bir qayda olaraq, mövqe və submövqedən xarici ticarətdə 
geniş  dövriyyəyə  olan  bir  və  ya  bir  neçə  məhsul  növü  seçilir,  qalan  növlər  üçün  isə 
ümumiləşdirilmiş “digərlər” təsnifat qrublaşması nəzərdə tutulur. 
4.Hal-hazırda  Az  R-nın  gömrük  orqanlarında  MDB  ölkələrinin  vahid  əmtəə 
nomenklaturasından  istifadə  edilir.  Bu  sənəd  dövlətlərarası  təsnifatlandırıcı  kimi  MDB 
hökümət başçılarının qərarı ilə 3 noyabr 1995-ci ildə təstiq edilmişdir. MDB XİFƏN dünya 
təcrübəsində  istifadə  edilən  malların  Təsviri  və  Kodlaşdırılması  Ahəngdar  (Harmonik) 
sistemin  əsasında  qurulmuşdur.  Harmonik  sistemin  yaradılmasının  özünəməxsus  tarixi 
vardır. 
Ilk öncə onu qeyd etmək lazımdır ki, Az R-da hal hazırda tətbiq edilən xarici iqtisadi 
fəaliyyətin  əmtəə  nomenklaturası  Ahəngdar  sistem  və  Avropa  Birliyinin  kombinə  edilmiş 
ə
mtəə nomenklaturasının əsasında və onlara uyğun tərtib edilmişdir. 
XİFƏN tətbiq edilən malın işarə kodu 9 rəqəmdən ibarətdir: 1-6-ci rəqəmlər ASN qəbul 
edilmiş kod işarəsinə, 7-8-ci rəqəmlər ABKN koduna uyğun gəlir, 9-cu dərəcə isə ən-ənəvi 
milli  mallara  uyğun  olaraq  tətbiq  edilir.  Hələlik  mal  mövqeləri  daha  dərin 
detallaşdırılmadığından 9-cu rəqəm sıfır qəbul edilir. 
Malların kodunun  düzgün  təyin  edilməsi üçün  MDB  XİFƏN-in  üç tərtib  hissəsindən: 
nomenklatura  hissəsi,  bölmə  və  qruplara  qeydlər,  MDB  XİFƏN-in  əsas  interpritasiya 
qaydalarından istifadə edilməlidir. 


217 
 
5.Əsas  interpritasiya  qaydaları  kodun  təyini  üçün  kompleks  vasitə  hesab  edilir.  Belə 
qaydalar altıdır. Birinci 5 qaydaya əsasən mal mövqeyi (ilk 4 işarə), altıncı qaydaya əsasən 
submövqe (5 və 6 dərəcə) və yarım submövqe (7,8 və 9 dərəcələr) tapılır. 
Birinci qayda. 
Bölmələrin,  qrupların  və  yarımqrupların  adları  MDB  XİTƏN  işdə  rahat  istifadə 
edilməsi  üçün  nəzərə  alınır:  hüquqi  məqsədlər  üçün  XİFəN-də  malların  təsnifatı  mal 
mövqelərinin mətnindən, bölmə və qruplara qeydlərindən çıxış edilməklə həyata keçirilir. 
Ikinci qayda. 
a)  Mal mövqeyinin adındakı hər hansı qeyd şərti belə malın komplektləşdirilməmiş, 
yaxud  tamamlanmamış  şəkilinə  də  aid  edilməlidir,  bu  şərtlə  ki, 
komplektləşdirilməmiş  və  tamamlanmamış  halda  da  bu  mal    bitkin  malın  əsas 
xüsusiyyətlərini özündə əks etdirilmiş olsun. 
Təcrübədə bir çox mallar komplektləşdirilməmiş və ya bitirilməmiş, yaxud yığılmamış 
vəziyyətdə göndərilir. Belə halda göndərilən mal komplekt və bitkin malın xassələrinə malik 
olmalıdır. Yəni göndərilən mal dərhal istifadəyə hazır deyil, amma hazır məmulatın təqribi 
formasına  malikdir  və  bəzi  əməliyyatlar  sayəsində  tamamlana  bilər.  Bu  qaydanın  əsas 
ideyası ondan ibarətdir ki, baxılan mallar bitkin mallarla eyni mövqedə yerləşir. 
b)  Mal mövqeyinin adındakı hər hansı qeyd-şərt belə malın qarışıq və birləşməsinə 
də  aid  edilməlidir.  Hər  hansı  materialdan  əmələ  gələn  mala  aid  olan  qeyd-şərt 
tamamilə yaxud qismən bu materialdan ibarət olan mala da şamil edilir. 
Üçünçü qayda. 
Ə
gər ikinci qaydanın b) bəndinə yaxud bu və ya digər səbəbdən malın  
Iki və ya daha artıq mal mövqeyinə aid edilməsi mümkündürsə, belə malların təsnifatı 
aşağıdakı kimi həyata keçirilir: 
a)  O mal mövqeyinə üstünlük verilir ki, malın daha konkret təsvirini müəyyən edir. 
Bununla  belə,  əgər  iki  yaxud  daha  çox  mal  mövqeyindən  hər  biri  çox 


218 
 
komponentli  məmulatın  yaxud  qarışığın  yalnız  bir  hissəsinə  aiddırsə,  onlardan 
birinin  daha  dəqiq  təsvir  verdiyinə  baxmayaraq,  belə  mal  mövqeləri  bərabər 
ə
həmiyyətli hesab edilir. 
b)  Müxtəlif  materiallardan  ibarət,  yaxud  müxtəlif  komponentlərdən  hazırlanmış 
qarışıq  və  çox  komponentli  məmulatlar  və  bu  qaydaların  a)  bəndi  ilə 
təsnifatlandırıla  bilməyən  mallar  həmin  malların  əsas  xüsusiyyətini 
səciyyələndirən  material  və  tərkib  hissəsinə  görə  təsnifatlandırılmalıdırlar  (əgər 
bu meyar tətbiq edilə bilirsə). 
c)  Təsnifatı  a)  və  b)  qaydalarına  görə  təsnifatlandırıla  bilməyən  mallar  mal 
mövqeləri  içərisində  kodun  böyüməsi  qaydasında  axırıncı  mövqedə 
təsnifatlandırılmalıdır. 
Dördünçü qayda. 
 Ilk  üç  qayda  ilə  təşnifatlandırıla  bilməyən  mallar  baxılan  mallarla  ən  uyğun  (yaxın) 
olan malların mövqeyində təsnifatlandırılmalıdırlar. 
Beşinci qayda. 
Müəyyən məmulatların yaxud məmulatlar qrupunun saxlanılması üçün nəzərdə tutulan 
və xüsusi forması olan qab-tara mənsub olduğu mallarla birgə təqdim edilirsə, qablaşdırdığı 
məmulatlarla birgə (məsələn, musiqi aləti və çexolu) təsnifatlandırılmalıdır. 
Altıncı qayda. 
Hüquqi məqsədlər üçün hər hansı mal mövqeyinin submövqeyindəki malların təsnifatı 
submövqelərə  və  onlara  aid  qeyd-şərtlərə  uyğun  olaraq  bir  səviyyədəki  submövqelərin 
müqayisə edilə bilən olması şərti ilə həyata keçirilə bilər. 
 Bu  qaydanın  məqsədləri  üçün,  həmçinin,  bölmə  və  qruplara  qeyd-şərtlər,  əgər  başqa 
ş
ey nəzərdə tutulmamışsa, tətbiq edilə bilər. 
 Bu qaydanın bir səviyyədəki submövqelərin müqayisəsi baxımından izaha ehtiyacı var. 
Məsələ  bundadır  ki,  Ahəngdar  sistemin  xüsusiyyətlərindən  biri  də  “defis  sisteminin” 


219 
 
mövcudluğudur.  Defis  sistemi  detallaşdırılan  submövqelərin  və  yarımsubmövqelərin 
adlarının qarşısında müəyyən sayda xətlərin (defislərin) qoyulmasının nəzərdə tutur. 
Defislərin sayı submövqenin səviyyə nömrəsinə bərabər olur. Müxtəlif sayda defislərin 
qoyulması  detallaşdırılmanın  dərinliyini  göstərir  və  müəyyən  edilmişalqoritm  üzrə  (azdan 
çoxa) uyğun malların axtarışını asanlaşdırır. 
6.Xarici  iqtisadi  fəaliyyətin  tənzimlənməsi  xarici  ticarət  əməliyyatlarının  uçotu, 
göstəricilərinin qeydiyyatı və analizi olmadan gözlənilən səmərəni verə bilməz. 
 Iqtisadiyyatda,  xüsusiylə  də  xarici  ticarətin  iqtisadiyyatında  obyektiv  və  subyektiv 
amillərin,  qanunauyğunluqlar,  təsadüflərin  təsirinin  öyrənilməsi  mühüm  əhəmiyyət  kəsb 
edir. Bu amillərin təsirini müəyyən etmək, iqtisadiyyatın idarə edilməsi və tənzimlənməsini 
təşkil etmək üçün statistikanın rolu əvəzsizdir. 
Statistik üçot faktların elə qeydiyyatıdır ki, hər faktın ayrı-ayrılıqda yazılması ilə həmin 
faktın sadəcə qeydiyyatı deyil, faktın ümumi məcmusu haqda təsəvvür əldə edilə bilsin. 
Statistika  elm  kimi  –  kütləvi  təsadüfi  hadisə  və  proseslərin  qanuna  uyğunluqlarını 
öyrənən  sahələr  sistemidir.  Gömrük  orqanları  Az  R-da  xarici  ticarətin  cari  vəziyyətini, 
dinamikasını,  inkişaf  meyllərini  və  perspektivlərinin  təhlil  etmək,  gömrük  ödənişlərinin 
dövlət  büdcəsinə  daxil  olmasına  nəzarəti,  valyuta  və  ixrac  nəzarətini  həyata  keçirmək 
məqsədi  ilə  malların  gömrük  sərhədindən  keçirilməsi  barədə  məlumatların  toplanması, 
təhlili, elektron üsullarla işlənməsi yolu ilə xarici ticarətin gömrük statistikasını aparırlar. Az 
R-da xarici ticarətin gömrük statistikasının məlumatları Az R-nın Milli Məclisinə, Az r-nın 
Mərkəzi  Bankına,  Az  R-nın  Prezidentinə,  Nazirlər  Kabinetinə,  Az  R-nın  İqtisadi  inkişaf 
Nazirliyinə,  Maliyyə  Nazirliyinə,  Vergilər  Nazirliyinə  və  Az  R-nın  Dövlət  Statistika 
Komitəsinə təqdim olunur.  
Xarici  ticarətin  gömrük  statistikasının  müşahidə  və  öyrənmə  predmeti  xarici  ticarət 
dövriyyəsi,  yəni,  malların  miqdar və  dəyərlə  ifadə olunmaqla  ixrac və  idxalı,  həmçinin bu 
dövriyyənin coqrafi istiqamətləridir. 


220 
 
Xarici  ticarət  üzrə  statistik  məlumat  idxal  və  ixracın  miqdarı  və  dəyəri,  xarici  ticarət 
balansının  saldosunu  əks  etdirir;  malın  mənşə    ölkəsi,  təyinat  ölkəsi,  göndəriş  şərtləri, 
qiyməri və s. barədə təsəvvür yaradır. 
Xarici  ticarətin  gömrük  statistikasının  formalaşdırılmasında  aşağıdakı  göstəricilərdən 
istifadə olunur: 
-  hesabat dövrü; 
-  yük axınının istiqaməti; 
-  idxalda mənşə ölkəsi; 
-  ixracda təyinat ölkəsi; 
-  statistik dəyər; 
-  malın kodu və adı; 
-  xalıs çəkisi (netto); 
-  əlavə ölçü vahidlərinin kodu və adı; 
-  əlavə ölçü vahidləri ilə miqdar; 
-  sövdələşmənin xüsusiyyətləri; 
-  gömrük prosedurların növü; 
-  mal göndərənin kateqoriyası. 
Bu  göstəricilər  xarici  ticarətin  gömrük  statistikası  üzrə  dövri  nəşrləri  hazırlamağa, 
müxtəlif analıtık tədqiqatlar aparmağa, xüsusilə xarici ticarətin inkişafını öyrənməyə, idxal-
ixrac əməliyyatlarının xarici iqtisadi əlaqə iştirakşılarının müxtəlif kateqoriyaları üzrə analizi 
imkan verir. 
 Xarici ticarətin gömrük statistikası və gömrük ödəncləri statistikasının göstəricilərinin 
ə
sas  mənbəyi  Yük  Gömrük  Bəyannaməsidir.  YGB  Az  R-nın  dövlət  sərhədindən  keçirilən 
yüklər barədə operativ məlumatlar almağa imkan verir. Gömrük bəyannaməsi xarici iqtisadi 
fəaliyyətinin  dövlət  tənzimlənməsinin  üsullarından  biridir.  Bəyanetmə  xarici  iqtisadi 
fəaliyyət  iştirakçıları  tərəfindən  həyata  keçirilir,  gömrük  orqanalrı  isə  həm  bəyanetmə 
prosesinə, həm də bəyannamədə göstərilən məlumatlarının dəqiqliyinə dövlət nəzarəti həyata 


221 
 
keçirir.  Yük  gömrük  bəyannaməsində  göstərilən  məlumatlar  xarici  ticarət  statistikası  üçün 
rəsmi ilkin məlumatlardır. 
Xarici ticarət dövriyyəsinin statistikasının formalaşdırılmasının başlancı üçün YGB-nin 
aşğıda  qeyd  edilən  göstəriciləri  əsas  götürülür.    YGB-nin  tərtibatında  istifadə  edilən 
təsnifatlandırıcıların  kodlaşdırılması  göstəricilərin  yığılmasını  avtomatlaşdırmağa  imkan 
verir. Xarici ticarət dövriyyəsi statistikasının asasını kodu təsnifatlandırıcıya – xarici iqtisadi 
fəaliyyətin əmtəə nomenklaturasına (XİFƏN) uyğun olaraq təyin edilən mallar təşkil edir. 
31-ci  qrafada  malların  ticarətdə  istifadə  olunana  adları  və  onların  modelləri,  tipləri, 
ölçüləri və s. daxil olmaqla texniki xarakteristikaları göstərilir. Onlar bəyan olunan  malları 
XİFƏN üzrə təsnifat qaydalarına  uyğun olaraq, müəyyən mal mövqeyində təsnifinə imkan 
verir. 

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin