Gömrük xidmətinə qəbulla bağlı II ümumi sınaq İMTAHANI
1.Tullantıların sərhədlərarası daşınmasına icazə almaq üçün ərizəçi neçə gün əvvəl Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etməlidirlər? A) 30 gün əvvəl
B) 10 gün əvvəl
C) 60 gün əvvəl D) 90 gün əvvəl
2.Azərbaycan “müvəqqəti idxal üzrə İstanbul Konvensiyasına” qoşulubmu? A) Qoşulub
B) Qoşulmayıb C) Qeyd şətlə qoşulub
D) Müşahidəçi qismində qoşulub
3.Yerüstü nəqliyyat vasitələri və onların hissələri və ləvazimatları (dəmir yolu və tramvay nəqliyyat vaitələrindən başqa) XİFM-in hansı qrupunda sinifləşdirilir? A) XİFM-in 87-ci qrupunda B) XİFM-in 84-cü qrupunda
C) XİFM-in 78-ci qrupunda
D) XİFM-in 85-ci qrupunda
4.Çay məhsulu və ədviyyatlar XİFMN-in hansı qrupunda sinifləşdirilir? A) XİFM-in 06-cı qrupunda
B) XİFM-in 09-cu qrupunda C) XİFM-in 18-ci qrupunda
D) XİFM-in 08-ci qrupunda
5.ƏAT-ın keçirilməsinə dair qərar, yazılı tapşırıq və ya rəsmi sorğuda belə tədbirin keçirilməsinin nəyi əsaslandırılmalıdır? A) Vacibliyi
B) Əhəmiyyəti
C) Zəruriliyi D) Təxirə salınmazlığı
6.İnvestisiya fəaliyyətini həyata keçirmək istəyən sahibkar İqtisadiyyat Nazirliyinə müraciət edərkən ərizə ilə birlikdə hansı sənədlər təqdim olunur? A) müəyyən olunmuş meyarlara tam cavab verən investisiya layihəsi (biznes planı);
B) nəzərdə tutulmuş məbləğin 10 faizinin müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulduğunu təsdiq edən sənəd;
C) ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti.