12.Gömrük auditi aşağıda qeyd olunan hansı şəxslər barəsində həyata keçirilə bilər? A) Rezident və qeyri-rezident hüquqi şəxslər barəsində
B) Hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində C) Hüquqi şəxslər və ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən artıq olan gömrük ərazisinə gətirmiş fiziki şəxslər barəsində
D) Rezident hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində
13.Beynəlxalq təcrübədə gömrük statistikasının aparılması üçün hansı uçot sistemləri tətbiq olunur? A) Konkret və mücərrəd ticarət uçot sistemləri
B) Sadə və mürəkkəb ticarət uçot sistemləri
C) Ümumi və xüsusi ticarət uçot sistemləri D) Reqressiv və proqressiv ticarət uçot sistemləri
14.Malları anbara yerləşdirən şəxslə anbar sahibinin münasibətləri nə əsasında qurulur? A) Saziş
B) Mülki hüquqi müqavilə C) Hüquqi müqavilə
D) Mülki müqavilə
15. Hansı hallarda ekspert rəyi gömrük laboratoriyasına rəhbəri tərəfindən ekspertə qaytarılır? A) Yalnış nəticə çıxarılmasına səbəb ola biləcək natamam tədqiqat aparıldığı, ekspertizanın aparılması metodikasının pozulduğunu aşkar edildikdə
B) Rəy düzgün rəsmiləşmədiyi halda
C) Ekspertin rəyi əsaslandırılmadığı və ya onun düzgünlüyünə şübhə yarandığı halda
D) Rəyin düzgün rəsmiləşmədiyi və ya yalnış nəticə çıxarılmasına səbəb ola biləcək natamam tədqiqat aparıldığı ekspertizanın aparılması metodikasının pozulduğunu aşkar edildikdə
16. Komisyon ekspertizanın aparılması zamanı ekspertlər arasında fikir ayrılığı yaranarsa ekspertlərin hüquqları hansılardır? A) Hər bir ekspert ayrıca rəy təqdim etmək hüququna malikdir. B) Ekspertlər sorğuya cavab verməmək hüququna malikdirlər.
C) Ekspertlər təkrara gömrük ekspertizasını aparmaq hüququna malikdirlər.
D) Sorğunu başqa labaratoriyaya göndərmək hüququna malikdirlər.