Gözdəyməyə qarşı nə edim? İslam gözdəyməyə qarşı hansı məsləhətləri verir?



Yüklə 480,39 Kb.
səhifə4/9
tarix21.04.2017
ölçüsü480,39 Kb.
#15162
1   2   3   4   5   6   7   8   9

Gözdəymə sözü ilə tanışlıq


Məhəmməd Hüseyn ibni Xələf Təbrizinin “Bürhan” kitabında göz dəymə barədə deyilir: “Gözdəymə insanlarda bir şeyi görüb tərifləməklə ona zərər, nöqsan gətirilməsidir”

Gözdəymə hadisəsi insanların baxışından sonra ortaya çıxan hadisədir. Bu metafiziki bir hadisə sayılır. Kimsə onu qəbul edir, kimisə rədd edir.

Gözdəyməyə verilən bütün təriflərdə əsas mövzu zərər, dağıdıcılıq, nöqsan yetirilməsidir. Fars dili ensiklopediyasında deyilir: “Kimin gözündə belə bir təsir olduğu ehtimal edilirsə ona bəd nəzər deyirlər.” (Fars dili ensiklopediyasi, c. 4)

Nəticə bu olur ki, nüfuzlu baxışlarla qarşı tərəfə zərər yetirilməsi göz dəymədir, və baxan şəxsə bəd nəzər deyirlər.


Kimin gözü dəyir?
Gözü dəyən insanlar haqqında çox danışılır. Bəziləri iddia edir ki, paxıl insanların gözündə belə təsir var. Onlar bir şeyi görüb xoşladıqda həsrət çəkirlər və xayınlıq hissi yaşayırlar. Bəziləri isə iddia edir ki, gözündə belə təsir olan insanların düşmən olması zəruri deyil. Dostlarda, yaxın insanlarda, rasltaşdığın insanlarda belə təsir ola bilər. Bu insanların həsəd aparması zəruri deyil. Onlar bir şeyə sevgi ilə baxdıqları zaman həmin şey təsirə məruz qala bilər.

Bəziləri bir qədər də ifrata vararaq deyirlər ki, ana övladını çox sevdiyindən ona gözü dəyə bilər.


Ayə və rəvayətlərdə nə deyilir?
İslam gözdəyməni nəinki, xurafat saymır, hətta Qurani-Məciddə bunun həqiqət olduğu bildirilir. Bir çox rəvayətlərdə də gözdəymənin təsiri məqbul sayılır. Hətta deyə bilərik ki, bütün insanların gözündə belə təsir var. Əsas məsələ odur ki, insanlar bir şeyə diqqətlə baxsınlar. Bu da bir həqiqətdir ki, bəzi insanların baxışında daha böyük enerji var. Dini mətnlərdən belə bir qənaətə gələ bilərik ki, gözün təsiri insanın pis olması ilə əlaqəli deyil. Bizim hər birimizin gözündə belə bir təsir var.

Quran ayələrində gözdəymə

Quran təfsirçiləri üç məqamda gözdəymə ilə bağlı ayələri yada salırlar.

1.Gözdəymənin açıq şəkildə təsdiqləndiyi ayə Qələm surəsinin son ayəsidir. Bir çoxları bu ayəni divardan asır, iş yerində hamının görəcəyi bir yerdə yerləşdirir və ya boynundan asır. Bu ayə “və in yəkadu” adı ilə məşhurdur.

Bu ayənin nazil olması ilə bağlı təfsirlər var. Yazırlar ki, həzrəti Peyğəmbər (s) bir gün məsciddə Quran oxuyurdu. Bir qrup şəxs məscidin qapısı yanında dayanıb Peyğəmbərin (s) çölə çıxmasını gözləyirdilər. Onların məqsədi gözləri ilə Peyğəmbərə (s) zərbə vurmaq idi. Cəbrail həzrət Peyğəmbəri (ə) xəbərdar etdi və bu ayəni öyrətdi ki, göz təsirindən amanda qalsın. Həzrəti peyğəmbər “və in yəkadulləzinə kəfəru...” ayəsini oxuyaraq məsciddən sağ-salamat xaric oldu. (Təfsiri-Təsnim)

Doğrudanmı bu ayə göz dəyməyə aiddir? Bəzi təfsirçilərin nəzərincə ayədə müşriklərin qəzəbli baxışı nəzərdə tutulub. Bəzi təfsirçilər isə, düşmənlərin gözdəymə kimi sirli bir qüvvədən istifadə edib peyğəmbərə zərbə vurmaq istədiyini deyir. Bəzi filimlərdə gözün belə təsirini müşahidə edirik. Kimsə gözü ilə lanpanı söndürür, metal qaşığı əyir, bir əşyanı sındırır.

Bir qrup təfsirçi də ayədə sadəcə gözdəymənin nəzərdə tutulduğunu söyləyir. Onların nəzərincə İslam düşmənləri Quran ayələrini eşidəndə o qədər cazibə görürdülər ki, qəzəblənirdilər, və gözləri ilə Həzrəti (ə) vurmaq isdəyirdilər. Əllamə Təbatəbai nəzərdə tutulan ayənin gözdəyməyə aid olduğunu vurğulayaraq yazir: “Göz dəymə nəfsani təsirlərdəndir, bu hadisəni inkar etməyə əqli dəlil yoxdur. Əksinə, müşahidə olunan hadisələr gözdəymənin həqiqət olduğunu təsdiqləyir.” (Əl-Mizan, c.19, səh 648)

Təsnim, Nur, Hidayət, Nümunə təfsirlərində yuxarıdakı ayə və Yusuf surəsinin 67-ci ayəsi gözdəymənin dəlili olaraq vurğulanır. İbni Abbasdan rəvayət olunur ki, həzrət Peyğəmbər ayənin təfsiri ilə bağlı buyurub: “Gözdəymə həqiqətdir” (Əl-Durrul-Mənsur; Qələm surəsi, ayə 51)

Bəli, gözdəymədə belə əsrarəngizlik var. İnşallah İmamın (ə) zühuru dövründə insanların ixtiyarına veriləcək məarif çox mövzular üzərindən pərdəni qaldıracaq.

Quranda gözdəymə haqqında danışılması bəzi tənbəl insanlar üçün bir bəhanəyə çevrilmişdir. Onlar məsuliyyətdən yaxa qaçıraraq öz bacarıqsızlıqlarının və tənbəlliklərinin günahını gözdəymənin üzərinə yıxırdılar.

Belə bir qənaətə gəlirik ki, yuxarda qeyd olunan ayəni oxumaqla insan zərərli baxışların təsirindən qoruna bilər.

1.Gözdəymə ilə bağlı ikinci ayə Yusuf surəsinin 67-ci ayəsidir. Həzrəti Yusif Əzizi-Misir məqamına sahib oldu. Qıtlıqla üzləşdilər. Həzrət Yaqub buğda almaq üçün övladlarını saraya göndərdi. Həzrət Yaqub yola düşən övladlarına buyurdu: “Ey övladlarım! Bir qapıdan daxil olmayın, ayrı-ayrı qapılardan girin.”

Peyğəmbərin lətif sözləri onun qəlbindəki ehtiyatdan danışır.

Bir tərəfdən oğlanlarının çoxluğu, onların boy-buxunu, digər tərəfdən gözəllikləri diqqəti cəlb edirdi. Ayrı-ayrı qapılardan daxil olmaq göstərişində bir ehtiyat hiss olunur. Həzrəti Yaqub bu yolla övladlarını gözdəymədən qorumaq isdəyir. Bəzi təfsirçilər iddia edirlər ki, burada gözdəymə yox, onların qətli və ya həbsə alınması təhlükəsi nəzərdə tutulur. Amma əksər təfsirçilər burada həzrəti Yaqubun gözdəymədən ehtiyatlandığını deyirlər. Nəticə budur ki, gözdəymənin qarşısını almaq yollarından biri şəraitə uyğun rəftar etmək, diqqəti cəlb etməməkdir.

... Gözdəymə ilə bağlı araşdırılan ayələrdən biri “Fələq” surəsinin 5-ci ayəsidir. Ayədə buyurulur ki, ey peyğəmbər, de ki, həsəd aparanların şərrindən Allaha sığınıram, o zaman ki, onlar həsəd apararlar.

Bəzi təfsirçilər ayədə gözdəymənin nəzərdə tutulduğunu bildirirlər. Çünki həsəd aparan insan başqalarının əlində olan nemətin məhvini istəyirlər.

Həsəd, paxıllıq şeytani bir xislətdir. İnsanda həsəd yaranmasının bir səbəbi onun imanının zəifliyidir. Dində həsəd bəla sayılır. Rəvayətlərdən aydın olur ki, həsəd gözdəymədən fərqlənir. Bir çox insanlar həsəd aparsalar da, xain olsalar da onların gözündə mənfi təsir yoxdur. Amma səni sevən bir insanın həmin sevginin nəticəsində gözü zərər vura bilər.

Gözdəymə rəvayətlərdə

Gözdəymə haqqında rəvayətlər çoxdur. Bu rəvayətlərdə gözdəymənin təsirlərindən danışılır. “Biharul-Ənvar”, digər rəvayət kitablarında gözdəymə haqqında rəvayətlər kifayət qədərdir. Həm sünni, həm də şiyə mənbələrində bu mövzuda rəvayətlər var. Həzrəti Peyğəmbər (ə) buyurur: “Həqiqətən gözdəymə doğrudur...” (Musnədi-Əhməd, c.1, s. 274) Həzrəti Əli (ə) “Nəhcül-bəlağə”də gözdəymənin həqiqət olduğunu buyurur. (“Nəhcül-bəlağə”, hikmət 400)

Peyğəmbərin belə buyurduğu rəvayət olunur: “Mənim ümmətimdən ölənlərin ölüm səbəbi qəza-qədərdən sonra gözdəymədir. (“Əl-Durrul Mənsur”, c. 6, s. 258)

Həzrət Peyğəmbər (ə) buyurur: “Gözdəymə həqiqətdir, kişini qəbirə, dəvəni qazana salar.” (“Biharul-Ənvar”, c. 63, səh. 26) Bir gün həzrət peyğəmbər Bəqi qəbiristanlığının yanından keçirdi. Həzrət buyurdu: “And olsun Allaha qəbiristənlıq əhlinin çoxu gözdəymədən dünyasını dəyişib.” (Təfsiri Minhəcus-Sadiqin”, c. 6, Səh. 391) Həzrətdən belə rəvayət olunur: “Gözdəymə təsirlidir.” (“Səhihi-Termezi”, Kitabul-Tibb bab 19)

Həzrət peyğəmbər buyurur: “Gözdəymə həqiqətdir, hətta dağların zirvəsini uçurar.” (“Musnədi-Əhməd”, c. 1, səh. 274)

Həzrət Əli (ə) buyurur: “Gözdəymə həqiqətdir, təbiətin əsrarəngiz güclərindən istifadə olunması doğrudur.” (“Nəhcül-Bəlağə”, hikmət 400) Nəticə bu olur ki, gözdəyməni təsdiqləyən rəvayətlər istər şiə, istər sünnə əhlinin mötəbər mənbələrində yer alıb. “Nəhcül-Bəlağə”, “Müsnədi-Əhməd”, “Səhihe-Buxari”, “Məkarimul-Əxlaq”, “Əl-Mustədrək” kimi mötəbər kitablarda gözdəymə hadisəsi təsdiqlənir. Bütün bu rəvayətlər mövzunu araşdırmaq istəyənlər üçün dəyərli mənbədir. Hadisənin həqiqəti sübuta yetdikdən sonra onu ciddi araşdırmağa dəyər. Bəli, gözdəymə xürafat deyil. İslam gözdəyməni təsdiqləyir. (Molla Sədra “Əl-Məbdə vəl Məad” kitabında yazır ki, bəzən insan ruhu kənara təsir qüvvəsinə malik ola bilər. Gözdəymə bu qəbildəndir.” (c. 1, s. 607) Bəzi hadisələr həqiqətdir, sadəcə insanlar bu həqiqətə xürafat qatıb. Mövzunu araşdıranların əsas işi həqiqəti xürafatdan ayırmaqdır.




Yüklə 480,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin