Yəni həddindən artıq qidalanmaya meyilli olan zəngin adamlar yemək rejimlərini səhmana salmalıdır. Bu, problem bəlkə də, ilk baxışda kiçik görünə bilər. Lakin araşdırmalar göstərir ki, yüksək zülallı qidaların hazırlanması üçün lazım olan azot gübrələrinin istehsalı təbiətə lazım olan miqdarı aşır və bu da ekoloji fəlakətlərə səbəb ola bilir.
Kalium gübrələrin tərkibində ballast elementləri (Cl, Na) də olur, yüksək dozada sistematik gübrələmə apardıqda onlar torpaqda toplanaraq onun münbitliyini aşağı salır. Kalium gübrələrinin tərkibində olan metallar (Cd, Hg, Pb,Al) canlı orqanizmlərdə toplana və qrunt sularına daxil ola bilərlər. Kaliumun çox itməsinin, səth və qrunt sularının

çirklənməsinin qarşısını almaq üçün kalium gübrələri torpağın əsas becərilməsinin (şumun) altına verilməlidir.
Kənd təsərrüfatında tətbiq olunan fosfor gübrələri, əsasən bitki tərəfindən asan mənimsənilən, suda həll olan növlərdən ibarətdir. Bura superfosfat və ikiqat superfosfat, həmçinin mürəkkəb gübrələr - ammofos, diammofos, nitroammofoska, karboammofoska daxildir.