“GÜLÇÜLÜK VƏ YAŞILLAŞDIRMA”
1
1
“Gülçülük və yaşıllaşdırma”
1
2
Az 2
“Gülçülük və yaşıllaşdırma”
Tərtib etdi:
k. t. e. d M.A.Yusifov
Rəyçilər:
k. t. e. n M.N.Məmmədova
b. e. n dosent Ə.T.Əsgərov
Elmi redaktor:k.
t. e. n L.Q.Sadıxova
3
GİRİŞ
Respublikamızın əhalisinin rifah halının durmadan yaxşı-
laşdırılmasında kənd təsrrüfatı məhsullarının bolluğunu yaratmaqla
yanaşı mədəni rifah halının yüksəlməsinə geniş yer verilir. Belə ki,
şəhər, rayon, qəsəbə və s. yaşayış məntəqələrinin yaşıllaşdırılması,
yeni parkların salınması, mədəni-məişət və yaşayış binalarının,
ayrı-ayrı şirkətlərin, idarələrin tikilməsi ilə əlaqədar olaraq deko-
rativ bitkilərə, o cümlədən ağac, kol, çiçək bitkilərinə tələbat art-
maqdadır. Bu tədbirlər şəhər, kənd və qəsəbələrimizin daha da
abadlaşdırılması, o cümlədən yaşıllıqların genişləndirilməsilə əla-
qədardır. Park və bağların, küçə yaşıllıqlarının daha gözəl görün-
məsi ağac və kollarla bərabər, istifadə olunan gül-çiçək bitkilə-
rindən də çox asılıdır.
Gül xalqımızın həyatında geniş rol oynayaraq nəinki yaşıl-
lıqların bəzəyi, eləcə də el və ailə şənliklərində, bayramlarda süfrə-
ləri bəzəmək, qəhrəmanları, ali və orta məktəbi bitirən gəncləri,
yeni ailə quran insanları təbrik etmək üçün istifadə olunur. Ona
görə də gül, çiçək və bəzək bitkilərinin geniş miqyasda əkilib
becərilməsinə nail olmaq lazımdır. Bunun üçün də həmin bitkilərin
bioloji xüsusiyyətlərini, əkilib becərilmə qaydalarını dərindən öy-
rənərək insanlara bu işdə köməklik göstərmək böyük zərurət daşı-
yır. Buna görə də bu sahəni bilən mütəxəssislərin hazırlanması çox
vacib məsələdir. Bu baxımdan “Gülçülük və Yaşıllaşdırma” fən-
ninin “Aqronomluq” fakultəsində tədris olunması böyük əhəmiy-
yət kəsb edir.
І Bölmə
Gülçülük və yaşıllaşdırmanın əhəmiyyəti və tətbiqi. Xalqın
mədəni rifah halının yüksəlməsində gül, çiçək və dekorativ bitki-
lərin rolu şəhər, rayon, qəsəbə və s. yaşayış məntəqələrinin ya-
şıllaşdırılması, yeni parkların salınması ilə əlaqədar olaraq
dekorativ bitkilərə, o cümlədən ağac, kol və çiçək bitkilərinə tələ-
4
batın artması. Bir çox çiçək bitkilərini xalq təsərrüfatının müxtəlif
sahələrində efir yağı, rəng, boya, dərman və s. məqsədilə əkilib be-
cərilməsi.
Güllərlə bərabər hal-hazırda otaq bitkilərinin də insanlar tərə-
findən geniş istifadə olunması. Otaq bitkiləri mənzillərin, iş otaq-
larının, istirahət və müalicə müəssisələrinin daxili yaşıllaşdırıl-
masında geniş istifadə edilməsi. Vaxtının çoxunu örtülü şəraitdə
keçirən bir çox adamlar üçün dibçək bitkiləri onları təbiətlə əla-
qələndirən yeganə vasitədir.
Bəzi bitkilərin ifraz etdikləri maddələrin insanlara faydalı tə-
sirini nəzərə alaraq onlardan əsəb sisteminin, görmə qabiliyyətinin,
burun-boğaz sisteminin, ağ ciyərlərin və s. müalicəsində bitkilərin
yanında oturaraq onlarla nəfəs alınması.
Gülçülüyün qısa inkişaf tarixi.Müasir park və bağlarımıza
gözəllik verən çiçəkli bitkilərin əmələ gəlmə tarixinin təbaşir
dövrünə aid olmaqla yanaşı, 110 min il hesab edilməsi. İnsanların
çox qədimdən çiçək bitkilərindən, o cümlədən çiçəklərindən
müxtəlif məqsədlərlə istifadə etmələri. Fransada kaha divarlarında
qədim insanlar tərəfindən çəkilmiş şəkillərdə çiçəkdən istifadə
olunması, onlardan əklillər düzəlməsinin təsvir olunması.
On min il bundan qabaq insanların əkinçiliyə başlaması ilə
əlaqədar olaraq bir çox xeyirli bitkilərin, meyvə, tərəvəz, dərman,
bəzək və s. becərilməsinə başlanması. İlk bağların əmələ gəlməsi
insanların mədəniyyətinin inkişafı ilə əlaqədar olması. Ən qədim
mədəniyyət şumerlərin mədəniyyəti hesab olunması (4-cü min il
eramızdan əvvəl). O dövrdən qalan sarayların xarabalıqları göstərir
ki, onlar hələ o vaxtdan bağçılıqla da məşqul olmuşlar. Kənd tə-
sərrüfatının və bağçılığın qədim Misirdə də çox inkişaf etməsi.
Eramızdan əvvəl ІV əsrin birinci yarısında Əhəmənilər süla-
ləsinin əsasını І Kir İranın ilk bağbanı hesab olunması. Onun sal-
dırdığı ən məşhur bağlardan birinin Cahar-bağı adlanması. Cahar-
bağın təcrübəsindən sonralar yunanların, ərəblərin, Bahur dövrün-
də Hindistanda hindlilərin, ispanların və b. istifadə etmələri. Bu s-
lınan bağlarda xırnik palması, nar, jasmin, bir çox digər meyvə və
tərəvəz bitkiləri əkilib becərilməsi.
Çin imperatoru Tani Sun (713-756-cı il) bağçılıqla yaxından
5
maraqlanması. Onun dövründə bitkiləri əkmək üçün xüsusi saxsı
qabların hazırlanması.
Azərbaycan xalqının gülə olan həvəsi təsviri sənət əsərlərində
öz əksini tapması-mis və saxsı qabların, xalçaların üzərində bir çox
güllərin təsviri.
ІІ Bölmə
Çiçək bitkilərinin becərilməsi üçün lazım olan əsas amillər.
Çiçək bitkilərinin boy və inkişafı üçün ətraf mühitin böyük
rolu olması. Bu mühitin əsas amilləri istilik, işıq, su və torpaq
şəraitidir. Çiçək bitkilərinin böyüyüb inkişaf etməsində torpağın
əhəmiyyətinin böyük olması. Torpaq bitkilərin əsas qida mənbə-
yidir. Ayrı-ayrı çiçək bitkilərinin torpaq xassələrinə tələbatı. Tor-
pağın xassəsi onun əmələ gəldiyi ana qatdan (süxurdan), üzvü
maddələrin çürüməsinə kömək edən göbələk, bakteriya və hey-
vanlar aləmindən, bitki örtüyündən və iqlimdən asılı olması.
Çiçək bitkiləri üçün torpağın yumşaq olması. Yumşaq tor-
paqda su, hava rejiminin yaxşı tənzim etməyə, yararlı bakteriya-
ların inkişafına, istilik rejiminin yaxşılaşdırılmasına, faydalı mik-
roorqanizmlərin artmasına imkan yaratması.
Torpağın rütubətliliyi əsasən yağıntının və qrunt sularının he-
sabına əmələ gəlməsi. Torpağa yağmurun yaxşı çökməsinə və tor-
paqdan az buxarlanmasına yumşaq torpağın müsbət rolu. Bitkilərin
rütubətə təlabatı onların bioloji xüsusiyyətlərindən və vegetasi-
yanın uzunluğundan asılı olaraq dəyişməsi. Bitkilərin normal bö-
yüyüb inkişaf etməsi işığın gücündən, onun spektr tərkibindən,
işığlanma müddətindən və s. asılı olması. Açıq sahədə günəş işı-
ğının gücü rayonun coğrafi yerləşməsindən asılı olaraq dəyişməsi.
İşığın köməyi ilə bitkidə qeyri-üzvi maddələr üzvi maddələrə
sivrilir. Çiçək bitkilərinin işığa tələblərinə görə 3 qrupa ayrılması:
1) uzun gün sevən bitkilər
2) qısa gün sevən bitkilər
3) neytral bitkilər
Qısa günlü bitkilərə kartof gülü (georgin), kala, payız gülü və
s. Uzun günlü bitkilərə şimal rayonlarında bitən bitkilər daxildir.
6
Bura kəpənəkçiçək, qarğasoğanı, süsən və s. daxildir. Neytral bit-
kilərə zanbaq, nərgiz, dağlaləsi, qərənfil. İşığın intensivliyinə görə
bitkilərin işıqsevən, kölgəsevən və kölgəyə davamlı qruplarına bö-
lünməsi.
Çiçək bitkilərinin becərilmə qaydaları vəçoxaldılma
üsulları. Çiçəklər məişətimizin bəzəyi kimi, bizi sevindirən varlıq
kimi. Çiçək bitkilərinin becərilməsi işinin sahənin seçilməsindən,
torpağın hazırlanmasından, bitkilərin əkilməsindən və onlara
qulluq edilməsindən ibarət olması.
Sahənin seçilməsi. Çiçək bitkilərini əkib becərmək üçün sahə-
ni seçdikdə onların bitmə şəraitinə olan təlabatının nəzərə alın-
ması. Çiçək bitkilərini becərmək üçün ayrılan sahə düz relyefə,
münbit torpağa malik olmaqla, əsas küləklərdən mühafizə olun-
ması. Suvarma məqsədilə sahənin su ilə təmin olunması. Torpağın
becərilən bitkilərin xüsusiyyətindən və torpağın tərkibindən asılı
olaraq 25-40 sm dərinlikdə şumlanması. Ancaq kol bitkiləri üçün-
qızılgül, yasəmən və topulqa üçün şumlanmanın dərinliyini 40-60
sm-ə çatdırılması. Yaz dövründə torpağı qara şumda saxlanaraq
alaq otlarını məhv etmək üçün bir neçə dəfə kultivasiyanın aparıl-
ması. Torpağı yumşaltmaqla sahəyə verilmiş mineral gübrələri
torpağa yaymaq və qalan alaqların məhv edilməsi.
Yumşaltma işlərinin cərgə aralarında və cərgələrdə
aparılması. Bununla bərabər alaqların məhv edilməsi. Alaqlarla
mübarizədə kimyəvi vasitələrdən, herbisidlərdən istifadə olunması.
Bitkilərin əkilməsi. Açıq sahədə çiçək bitkilərinin ləklərə və ya
şırımlara əkilməsi. Əkin zamanı bitkilə-bitki arasının əkilən çiçək
bitkilərin bioloji xüsusiyyətlərindən, torpaq iqlim şəraitindən asılı
olaraq müəyyənləşdirilməsi. Qızılgül kollarının cərgələrdə bitki
arasının 30-70 sm və cərgə arasının 100-150 sm götürülməsi. So-
ğanaqlı, soğanaqlı-yumrulu çiçək bitkilərindən dağ laləsi, sün-
bülçiçək, nərgiz, qarğasoğanı ləklərə əkildikdə cərgə arasının 20
sm, cərgələrdə isə bitki arasının 15 sm qoyulması.
Bitkilərə qulluq. Bitkilərə əsas qulluq işlərinin suvarmadan,
alaq otların təmizlənməsindən, torpağın yumşaldılmasından və
əlavə yemləmə gübrələrinin verilməsindən ibarət olması. Vegeta-
siya ərzində çiçək bitkilərinin xüsusiyyətlərindən asılı olaraq
7
onların 3-14 dəfə və ya daha çox suvarılması.
Birillik, ikiillik və çoxillik çiçək bitkiləri. Birillik çiçək
bitkilərə qərənfil, gülüm bahar, xoruz pipiyi, kəpənək çiçək, qur-
dağzı, məxmər gülü, minaçiçəyi, petiniya, pərpərən, sinniya sür-
vənin və s-nin aid olması.
Qərənfil cinsinə dünyada 300, keçmiş ittifaqda 80, azərbay-
canda isə 26 növünün yayılması. Çin qərənfili və onun qərən-
filkimilər fəsiləsinə aid olub birillik çiçək bitkisi olması. Çin qə-
rənfilinin ən çox yayılmış çeşidi alçaqboylu tünd-qırmızı rəngli
sədbər çiçəkli Brilliant sortudur. Bu sort çiçəkliklər salmaq üçün
və eləcə də çiçəkliklərin kənarında canlı çəpər kimi istifadə
olunması.
Xoruz pipiyi (Celosiya L). Pencərkimilər fəsiləsindən olub
yaşıl və qırmızı yarpağa və gözəl çiçək qrupuna malik olması.
Çiçəklərinin xoruz pipiyini xatırlatması. Xoruz pipiyini çiçəkliklər
salmaqla bərabər dibçək bitkisi kimi, eləcə də gül almaq üçün
istifadə olunması. İkiillik çiçək bitkilərinə alabəzək bənövşə, ətirli
noxud, Holland qərənfili, Qız çiçəyinin və s-nin aid olması.
Alabəzək bənövşə (Viola tricolor). Bənövşə cinsinin Yer kürəsinin
mülayim iqlim qurşaqlarında 400-dən çox,
Qafqazda 32,
Azərbaycanda isə 22 növünün bitməsi. Alabəzək bənövşə
respublikamızda mədəni əkinçilikdə ikiillik və çoxillik bitki kimi
becərilməsi. Kökümsovları nazik, zərifdir. Gövdəsinin çox zəif
olub, hündürlüyünün 10-25 sm-ə qədər qalxması. Çiçəyin rənginin
tünd-bənövşəyi, ağ və yaxud çəhrayı olması. Toxumlar və yaşıl
qələmlərlə (pöhrələrlə) çoxalması. Şitillərin hazırlanması, açıq
sahəyə əkilməsi və əkindən sonra bitkilərə qulluq olunması.
Çoxillik çiçək bitkilərinə Azfodelina, Birə otu, Buynuzbaş,
Ciriş, Dağ laləsi, gəmirci soğan, linotu, Xədicəgülü, kanna, kar-
tofgülü, Qarğa soğanı, Qassəhləbi, Qulancar və s-lərin aid olması.
Dağlaləsi (Tulipal L.). Zanbağkimilər fəsiləsinə aid olması.
Dünyada 140-dan çox, keçmiş ittifaqda 83, Qafqazda 12, Azər-
baycanda isə 8 növünün olması. Çoxillik bitki olmaqla, yeraltı or-
qanının soğanaq olması. Yarpaqları 3-10 ədəd sap və xəttkeş şə-
killi olması, hündürlükləri növlərdən asılı olaraq 15-60 sm-ə qədər
qalxması. Ləçəkləri qırmızı, tünd və yaxud al-qırmızı, sarı, bə-
8
növşəyi və s. rəngdə olması. Çiçəkləmələrinin 15-30 gün davam
etməsi. Dağ laləsinin yaşıllaşdırmada, müxtəlif çiçək kompo-
zisiyası yaratmaq, gül dəstəsi düzəltmək üçün istifadə olunması.
Gözəlçiçəkli ağac və kol bitkiləri. Otaq bitkiləri. Gözəlçi-
çəklilər ağac və kol bitkilərinə Aveliya, alma (bəzək), başınağacı,
bixar kolu(daş qızılgülü), dovşan alması, doqquzdon, ərkəvən,
ərkidə, film bahar, qızılgül, yasəmən, yemişan, zinincin və b-nın
daxil olması.
Qızılgül (Roza L). İtburnukimilər fəsiləsindən olmaqla, dün-
yada 400-dən çox, keçmiş ittifaqda 200, Azərbaycanda isə 40-dan
artıq növün mövcudluğu. Qızılgülünün Azərbaycanda çox qədim-
dən əkilib becərilməsi. Çiçəyinin quruluşu və formasına, rənginə,
gözəlliyinə görə ən dekorativ bitkilərdən hesab olunması. Hal-ha-
zırda 2000-dən artıq qızılgülün çeşidinin olması. Bu qızılgüllərin
park qızılgülləri adlandırılması. Park qızılgüllərinə qallina, da-
macek, ağ, sarı, qırışıq yarpaq qızılgüllərin daxil olması. Hazırda
çiçəkləmələri may ayından başlayaraq oktyabr ayına kimi davam
etməsi. Bunlardan katerina-kordes, Madam korelina, Testu, Kvin
Elizabet, Ofeliya, Utro Moskvı Luna. Qızılgül çeşidlərinin münbit
torpaqlarda daha yaxşı böyüyüb inkişaf etməsi. Qızılgülün
toxumlarla, qələmlərlə, calaqlarla və firqəndə etməklə çoxalmaları.
Otaq bitkiləri əsas etibarı ilə tropik və subtropik bitkilər olub,
Asiya, Afrika, Amerika və Avstraliyanın tropik və subtropik
meşələrdə bitməsi. Ona görə də bizim şəraitdə otaq bitkiləri kimi
becərilməsi. Onlardan ən çox istifadə olunanları: Aqava, Ayıdö-
şəyi, Amarillis (nərgizçiçəyi), Aspraqus (qulançar), Aspidistra,
Beqoniya çinqızılgülü, Dovşankələmi, Əzvay(aloya), Ətirşah,
Fikus, Qulancar, Palmalar, Siklamen, kaktuslar, zanbağlar və s.
Ətirşah (Pelargonium L.) Ətirşahkimilər fəsiləsindən olması.
Otaq bitkiləri arasında özünəməxsus ətirli iyi olan ən qədim bitki
olması. Onun dünyada 250-yə qədər növü vardır. Ətirşahın vətəni
Cənubi Afrikanın olması. Otaq şəraitində ən əlverişli üsul qələmlə
çoxaltmadır. Bitkinin şaxələnmiş budaqlarının budanmasının va-
cibliyi. Ətirşahı yaz, yay və payız aylarında işıqlı və isti, qış
aylarında isə nisbətən sərin yerdə (13-15
0
C) saxlanması.
9
ІІІ Bölmə
Park, küçə və meydanların yaşıllaşdırlması. Şəhər, rayon,
qəsəbə və sair yaşayış məntəqələrinin yaşıllaşdırılması, yeni
parkların salınması, ayrı-ayrı şirkətlərin tikilməsi ilə əlaqədar
olaraq dekorativ bitkilərə, o cümlədən ağac, kol, çiçək bitkilərinə
təlabatın artması. Park və bağların, küçə yaşıllıqlarının daha gözəl
görünməsi ağac və kollarla bərabər, istifadə olunan gül-çiçək
bitkilərindən də çox asılı olması.
Yaşıllaşmada istifadə olunan ağac və kol bitkilərinin havanı
tozdan və müxtəlif mexaniki qarışıqlardan təmizləməsi, onu oksi-
genlə zənginləşdirməsi, yaxşılaşdırması və yumşaq iqlim şəraiti
əmələ gətirməsi. Bağlar və parklar zəhmətkeşlərin sevdiyi istirahət
yerləridir. Hal-hazırda dünyada 5 minə qədər bəzək bitkilərinin
küllü miqdarda sortları və 2 minə qədər otaq bitkilərin bəzək üçün
istifadə edilməsi.
Hər bir yaşayış məntəqəsinin yaşıllaşdırma idarəsinin həmin
məntəqənin yaşıllaşdırılması ilə məşğul olması. Bu idarələrin ya-
şıllaşdırma üçün tinklik təsərrüfatının olması.
Hal-hazırda Respublikamızda bəzək bitkilərinin sayı və forma-
larının həddən artıq çox olması. Buna görə də küçə, park və mey-
danların bəzədilməsi müxtəlif formada aparmaqla əhalinin əksər
hissəsinin zövqünü oxşamağın mümkünlüyü.
Yaşıllaşdırmada
bəzək
güllərindən
kompozisiyaların
tərtibatı. Landşaft memarlığı əsasında yaşıllaşdırmada müxtəlif
kompozisiyaların qurulması müasir dövrün ən vacib xüsusiyyət-
lərindən biri kimi. Parkların, bağların, meydanların, yolların tərti-
batında kompozisiyaların növ zənginliyinə və dekorativ əlamətlə-
rinə görə seçilməsinin zəruriliyi. Forma və xüsusiyyətlərinə görə
növləri seçərkən sahənin ölçüləri və xüsusiyyətləri təyin edilməklə
ərazinin planında lahiyələşdirməyin vacib olması. Yaşıllaşdırmada
kompozisiya elementlərinin kənarları, bağ yolları, kol bitkiləri,
arxlarla, çiçəkliklə əhatə olunarsa daha gözəl görünməsi. Bağ sa-
həsinin müxtəlif sahələrində yerləşən və dekorativ yollarla birləşən
bir neçə balaca çiçəklik bağ sahəsinin yaraşığı ola bilməsi.
Bağların tərtibatında rəng qammalarına uyğun olaraq bitkilərin
10
seçimindən istifadə edərkən yazda parlaq rəngli güllərdən, yayda
isə ağ, mavi, bənövşəyi rəngli güllərdən istifadə olunmasının va-
cibliyi. Güllüyün həmişə təmiz, səliqəli olması.
Güllüklərdə sarmaşan bitkilərdən də istifadə olunması. Onlar gözəl
görünərək “Şəkil” rolu oynaya bilməsi. Bu cür bitkilərdən canlı çəpər
düzəltmək, bağın gözəl olmayan yerini örtülməsində istifdə olunması.
Planlaşdırma haqqında ümumi tövsiyələr. Yaşıllıqların
quulmasında ərazinin forma və xüsusiyyətlərinə görə müxtəlif
kompozisiyaların yaradılması üçün əvvəlcə ərazini hazırlamaq,
onun ölçülərini və formasını müəyənləşdirməyin lazım olması və
kağızda onun planı çəkilərək sahəyə köçürülməsi. Çiçəkliyin
tikintilərdən bir qədər aralı yerləşən günəşli ərazidə salınması daha
məqsədə uyğun olması. Bağçılığın planlaşdırılmasında əsas xüsu-
siyyətlərdən biri dekorativ əlamətlərə görə bağın formalaşması. Bu
formaların ətraf ağaclarla, kollarla, tikililərlə, çəpərlərlə harmoniya
təşkil edərək onları tamamlaması. Bağ yollarının kənarlarında kol
bitkiləri,
arxlarla,
çiçəkliklə əhatə olunan sahələrin gözəl
görünməsi.
Yaşıllaşdırmanın rəng qamması
əsasında qurulması.
Çiçəkliyin kompozisiyasının tərtibatında əsas elementlərdən biri
rəng çalarlarının seçilməsinin olması. Yaxşı seçilmiş rənglərin
insanlara xoş təəssürat bağışlaması. Spektrin əsas rəngləri: qırmızı,
narıncı, sarı, yaşıl, göy və bənövşəyi-qırmızıdan yaşıla qədər isti
rənglər, sonra soyuq rənglərin olması. Birincilərin insanlarda isti,
ikincilərin isə sərin təəssürat yaratması.
Ağ rəng-neytral olaraq spektrin bütün rənglərini özündə cəm-
ləşdirməsi, buna görə də rənglərin hamısı ilə yaxşı harmoniya təşkil
etməsi. Qara rəngə baxdıqda həyacan hissinin baş qaldırması, bu rəng
spektrin bütün rənglərilə ziddiyyətdə olması. Kəskin rəng seçiminin
istifadəsində mavi və sarı, qırmızı və yaşıl, sarı və bənövşəyi və s.
rənglərin gözləri tez yorması. Optimal rəng uyğunlaşmasına nail olmaq
üçün bitkilərin aşağıdakı kimi seçilməsi məsləhət görülməsi: çiçəklərin
1/5 hissəsi ziddiyyət yaradan gül bitkiləri, 4/5 hissəsi isə neytral, ya da
parlaq olmayan bitkilərdən təşkil edilməsi.
Qazon və bordürlərin tərtibatı. Yaşıllıqları yaradarkən
onların hansı növ bitkilərdən tərtib edilməsi və harada yerləşmə-
11
sinin müəyyən edilməsi. İlk növbədə, bağ sahəsində istifadə olu-
nan gül növləri, sortları və formalarının aşağıdakı qruplara bö-
lünməsi: qazon, bordürlər, tək və qrup əkinləri, alpinariyalar və s.
Park, bağ, ya da həyətyanı sahələrdə yaşıllıqların qurulmasın-
da qazonlardan geniş istifadə edilməsi. Yaşıllaşdırmada qazonun
fonunda sahə bütün dekorativ mənzərəni əks etdirməsi. Qazonun-
cim əmələgətirən və ya sürünən alçaq bitkilər əkilmiş hamar
meydança olması.
Qazonun müsbət xüsusiyyətləri:
1) qazonun yaşıllığı bağın ayrıca elementlərinin kiçik me-
marlıq formalarının gözəlliyini biruzə verir
2) qazon otları səsin və tozun qarşısını alır
3) hamar və sakit çalarlardan gözlər dincəlir, əsəblər sakitləşir
4) biçilmiş qazonlar yaxşı üzvi gübrədir
5)çiçəkliklərdə ağac, kol qrupları düzgün yerləşdirildikdə qa-
zon sahənin sərhədlərini genişləndirir.
Qazonun hündürlüyü 7 sm-ə çatdıqda otların biçilməsi. Qalan
ot örtüyünün 4 sm-dən hündür olmaması. Əks halda bitkilərin
zəifləməsi. Düzgün biçilmiş otlar tez böyüyür, qazon hamar və
gözəl görünür.
Miksborderlərin tərtibatı.
Bir neçə yarusda
yerləşən
dekorativ-gül və dekorativ-yarpaqlı bitkilər qruplu əkinlərə miks-
borderlərdeyilməsi. Miksborderlərin yolların və qazonların kənar-
larında yerləşdirilməsi. Canlı hasarda sarmaşan bitkilərdən evin
divarlarında salınmış miksborder həmin sahənin yaxşı görün-
məsinə səbəb olması. Miksborderin eni 1.5 m, uzunluğu isə 4 m-
dən çox olmamalıdır, bəzi hallarda miksborderlərin uzunluğu 10
m-dən çox ola bilər. Miksborder bitkilərin yarusla yerləşməsi: ön
planda alçaq bitkilər, arxa planda isə hündür bitkilərin əkilməsi.
Alçaq bitkilərdən hündür bitkilərə keçid hamar və bərabər olması.
Üçplanlı miksborder variantında ön planda hündürlüyü 30 sm-
dən çox olmayan alçaq boylu, orta planda hündürlüyü 40-70 sm-ə
qədər, arxa planda isə hündürlüyü 0. 8-1. 5 m-ə qədər olan bitki-
lərin əkilməsi.
Bağın kölgəli hissəsində yerləşən miksborderdə novruzçiçəyi,
qarçiçəyi, yasəmən, nərgiz, üskükotu, novruzgülü və s. yerləş-
dirməyin vacibliyi.
12
ІV Bölmə
Soliter əkinlər. Gül ləkləri. Bitkilərin tək əkinləri soliter
adlanması. Onların çəmənlikdə, qazonda ya da başqa açıq sahə-
lərdə yerləşdirilməsi. Soliter bitkilərində gözəl yarpaq formaları,
rəngi, gövdəsi, güllərin rəngi və s. əsas əlamət hesab edilməsi. Bu
bitkilərin yazdan payıza qədər öz təkrarolunmazlığı ilə seçilməli və
çiçəkləmə dövründən sonra da dekorativ görünüşünü saxlamasının
vacibliyi. Soliter əkinlərində tək əkinin müəyyən fonu olmalı. Fon
kimi qazon, çəmənlik, kol ya da ağacların çıx cərgəsi, evin divarı,
dekorativ çəpər və s. ola bilməsi. Bəzi hallarda soliter üçün fon bit-
kilərindən zirinc, Kanada kəndalası və s. bitkilərdən istifadə daha
məqsədə uyğunluğu. Soliter bağ tərtibatının gözəl əlavə olması.
Gül ləkləri landşaft memarlığı əsasında yaşıllıqlaın qurul-
masında ən geniş yayılmış olması. Gül ləkləri sahənin həcmindən,
yaxınlıqda olan binaların, yolların və s. bitkilərin xüsusiyyətlərinə
uyğun birillik və çoxillik bitkilərdən istifadə etməklə müxtəlif
kompozisiyaların qurulması. Sadə və qarışıq qruplardan istifadə et-
məklə sahələrdə gül ləklərin salınması. Qrup əkinlərinin bir va-
riantı da soğanaqlı və çoxillik bitkilərdən kompozisiyaların yara-
dılmasının vacibliyi.
Canlı çəpərlər. Bağ yolları. Canlı çəpər yaratmaq üçün
şalbanlardan, oraya birləşdirilmiş kiçik dirəklərdən, ya da şüvüldən
karkas düzəldilməsi, sonra isə bitki səpilərək becərilməsi. Bitki
əkinlərindən sonra köklərin ətrafına torpaq tökülməli, sonra isə
suvarılması. Bitkilərin bir az böyüdükdən və torpaqda möhkəmlən-
dikdən sonra gövdədən 10-15 sm uzunluqda saxlanmaqla yer üstü
hissəsinin kəsilməsi. Sonralar bitkilər böyüdükcə böyümüş yan bu-
daqların dayaqları bərkidilməsi. Sonradan çəpər trapesiya for-
masında kəsilməsi. 1 metr hündürlükdə hasarın aşağı hissəsi yuxarı
hissədən 10 sm enli olmasının vacibliyi. Adi hasarı ildə bir dəfə,
müxtəlif formada olanları isə 2-3 dəfə kəsilməsi.
Ərazinin tərtibatının əsas elementlərindən biri bağ yolları
qurulmasıdır. Bağ yollarında yaşıllıqların landşaft memarlığı əsa-
sında qurulması insanların həmin ərazidə əkilmiş ağacların, kol-
ların, gül ləklərinin ətrafında gəzintisini, onların psixoloji cəhətdən
13
istirahətini təmin etməsi. Yollar salınarkən qazonun zədələnmə-
məsi üçün onların istiqamətini düzgün müəyyənləşdirməyin zə-
ruriliyi. Yolların üzərinə təbii və süni daşlardan düzəldilmiş
plitələr, beton, asfalt, çınqıl və digər materialların döşənməsi. Əgər
bünövrədə olan plitələr əhəng, sement məhlulundan düzəldilibsə
üz hissəni eniş düzəltmək lazımdır. Yolun kənarlarında bordür daş-
larından zolaq düzəldilməsi. Bəzən yolların örtülməsi üçün təbii və
süni daşlardan düzəldilmiş plitələrdən istifadə edilməsi. Hal-
hazırda bağ yollarının salınmasında yeni tikinti materiallarından
istifadə edilməsi: müxtəlif ölçülü, formalı və rəngli beton daşları,
mozaikalı plitələr. Bu cür örtüklərinin soyuğa və suya davamlı ol-
ması. Əvvəlcə bu daşları düzüb, sonra isə müxtəlif rəngli daşlardan
və dağ süxurlarının qalıqlarından istifadə etməklə onun üst
hissəsində müxtəlif kompozisiyaların qurulmasının mümkünlüyü.
Bağ terraslarının tərtibatı. Evin ətraf sahəsini böyütmək
məqsədilə qazona tərəf terras açılır. Terrasların bünövrəsi təbii
plitələrdən, süni daşdan və ya əhəngdən düzəldilərsə daha gözəl
olması. Plitələrin qalınlığı 10 sm-dən az olmamalıdır, əks halda
onlar sına bilər. Tikintiyə başlanmazdan əvvəl gələcək terras yerlə-
şəcək meydançanın hamarlanması, torpağın yuxarı qatının götürül-
məsi. İşlərin payızda aparılması. Əgər terrasda mebel olmayacqsa,
plitələr düzəldilərkən bağ tərəfə meyilli olmasının vacibliyi. Ke-
çənlərin nəzərindən yayınmaq üçün sarmaşan bitkilərdən çəpərlər,
ya da kollardan canlı çəpərlərin düzəldilməsi.
Yaşıllaşdırmada bitkilərə qulluq xüsusiyyətləri. Bəzək və
çiçək bitkilərinin normal inkişafında əsas xüsusiyyətlərdən biri
suvarılmadır. Suyun fotosintez prosesində bitkilərin həyatında əsas
rol oynaması və onlar üçün lazımı mikroiqlim yaratması. Suyun
çatışmazlığı və ya artıq olması bitkinin xəstələnməsinə və məhv
olmasına səbəb olması. Bitkinin bir çox amillərindən aslı olması:
havanın temperaturu, nisbi rütubət, bitkinin ölçüləri, torpağın
tərkibi,
ilin fəsili,
hava şəraiti,
kök sisteminin vəziyyəti,
yarpaqların ümumi səthi.
Rütubətli torpaqlar tez ovulan və barmaqlara yapışmayan olur.
Belə sahələrdə əkilmiş peperomiya drasena, kolumneyanı 2-3
gündən bir suvarmaq lazım olması. Krinum, kaktus və qloksiniya
14
az-az suvarılması, aqava və aloye 2-3 həftədən biri suvarılmalı
olması.
Yüngül torpaq qarışıqları ağır torpaqlara nisbətən tez quruyur,
ona görə onlar tez-tez suvarılmalıdır.
Bitkilərin qaynadılmış su ilə suvarılması məsləhət görülmür,
çünki onda oksigen yoxdur.
Kəmərlərdən gələn su çox coddur, onun yumuşaldılması üçün
torfdan və ya oksalat turşusundan istifadə edilməsi. Yayda bitkiləri
axşam, qışda isə səhər suvarılması yaxşı olması. Suvarılma və
yumşaldılmadan başqa bitkilərdə çiləmənin də aparılması. Bu
proses səhər günəş çıxana kimi davam etməsi.
Vegetasiya dövründə solmuş qönçələr kəsilməli, əks halda bu
toxumların əmələ gəlməsinə mane olur.
Ədəbiyyat:
1. Qubadlı O.V., Ağamirov U.M., Bayramov A.Ə. Gülçülük. Bakı, “
Ozon” 2003, 415 səh.
2. Məmmədov T.S. Gülçülük ensiklopediyası. Bakı, Azərbaycan
nəşriyyatı, 2006. 308 səh.
3.
Əhmədzadə Ə.T.
Azərbaycanda gülçülük,
Bakı,
Dövlət
Nəşriyyatı, 1969, 91 səh.
4. Цветоводства, Сельскохозяйственная энциклопедия. Москва,
Изд-во «Советская энциклопедия» стр. 655-670
5. Александров Б. Зеленые спутники, Москва. Московский
рабочий, 1989, 225 стр.
6. Проблемы фотоенергетики растений, Сборник научных
трудов, Алма-Ата, 1975, 325 стр.
7. Летан В.М. Курс светокультуры растений, Москва, «Высшая
школа», 1986, 200 стр.
8. Сало В.М. Зеленые друзья человека, Москва, Изд-во
«Наука», 1986, 270 стр.
9. Hacıyev V.C. Azərbaycanın bitki örtüyü. Bakı, ”İşıq” 1976, 100
səh.
10.
Hacıyev V.C.
Azərbaycanın Yüksəkdağlıq bitkiçiliyinin
ekosistemi, Bakı, ”Elm” 2004, 130 səh.
15
“Gülçülük və yaşıllaşdırma” fənni üzrə planlaşdırma
Mövzuların adı
Tədris saatının miqdarı
Müha-
zirə
Məş-
ğələ
Cəmi
1
Gülçülük və yaşıllaşdırmanın
əhəmiyyəti və tətbiqi
2
2
4
2
Yaşılllaşdırmanın əhəmiyyəti və
tarixi
2
2
4
3
Çiçək bitkilərinin becərilməsi üçün
lazım olan amillər
2
2
4
4
Çiçək bitkilərinin becərilmə
qaydaları və çoxaldılması üsulları
2
2
4
5
Birillik, ikiillik və çoxillik çiçək
bitkiləri
2
2
4
6
Gözəlçiçəkli ağac və kol bitkiləri.
Otaq bitkiləri
2
2
4
7
Park, küçə və meydanların
yaşıllaşdırılması
2
2
4
8
Yaşıllaşdırmada bəzək güllərindən
kompozisiyaların tərtibatı
2
-
2
9
Planlaşdırma haqqında ümumi
tövsiyələr
2
-
2
10
Yaşıllaşdırmanın rəng qamması
əsasında qurulması. Çiçəklərin
növləri
2
-
2
11
Qazon və bordürlərin tərtibatı
2
-
2
12
Miksbordürlərin tərtibatı
2
-
2
13
Soliter əkinlər. Gül ləkləri
2
-
2
14
Canlı çəpərlər. Bağ yolları
2
1
3
15
Yaşıllaşdırmada bitkilərə qulluq
işləri
2
-
2
Cəmi
30
15
45
16
Чапа имзаланмышдыр: 03. 01. 2011
Форматы 60х84 1/16.
Физики ч/в 1
Тираjы 100.
«Ганун» няшрляр еви
Бакы, АЗ 1102, Тбилиси прос., ЫЫ Алатава 9.
Тел: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
е-маил: инфо@ганун. аз
www. qanun. az
Dostları ilə paylaş: |